Məhkəmə qərarları › İş №2(106)-2035/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2035/2025

26.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2035/2025 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi İddiaçı Rəfdar qızının, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Rəfdar qızının cavabdeh Beyləqan şəhəri N.Allahverdiyev adına * nömrəli orta məktəbə qarşı “intizam tənbehi növündə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi haqqında 30 iyun 2025-ci il tarixli, 22 saylı əmrin ləğvi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 22.*0.2025-ci il tarixli, 2(020)-*450/2025 saylı qətnaməsindən İddiaçı Rəfdar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Rəfdar qızı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, 22 saylı əmrə əsasən bütün gün üzrsüz səbəbdən işə gəlmədiyi üçün ona verilən sonucu xəbərdarlıqla şiddətli töhmət əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və Ağcabədi * saylı mediasiya qurumuna ödədiyi 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * saylı tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən ona 02 iyun tarixində keçirilmiş Pedoqoji Şurada verilmiş 6* nömrəli əmrə əsasən əmək funksiyasını guya kobud surətdə pozmağına görə töhmət və həmin gün 60 nömrəli əmrlə Əmək Məcəlləsinin 72ci maddəsinin “a” bəndini rəhbər tutaraq 06 may 2025-ci il tarixdə bütün gün üzrsüz səbəbdən işə gəlmədiyini göstərərək yazılı xəbərdarlıq elan edilmişdir. Bir ayda direktor öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun barəsində 3 əmr vermişdir. 23 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktubla dəvət edildiyini Cavabdeh2 onun emailinə mesaj yazaraq bildirmiş və o da buna uyğun olaraq qeyd olunan tarixdə göstərilən yerə getmiş və izahat vermişdir. Araşdırma materallarına əlavə edilməsi üçün müstəntiq əlavə sənədlər istədiyinə görə o, 24 iyun 2025-ci il tarixdə yenidən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedərək sənədləri təqdim etmişdir. Bu səbəbdən də 24 iyun 2025-ci il tarixdə məktəbə gedə bilməmişdir. Adətən tədris dayandığından günortadan sonra direktor məktəbi bağlı saxlayır yaxud, müsəssisə boş olur. Bir gün öncədən direktora zəng edərək və mesaj yazaraq ondan istənilən əlavə sənədləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 24 iyun 2025-ci il tarixdə təqdim edəcəyi üçün işə gələ bilməyəcəyini bildirmişdir. Göründüyü kimi üzrlü səbəbdən iş yerinə gedə bilmədiyi halda məktəb direktoru tərəfindən barəsində qanunsuz və əsassız olaraq “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə əmr vermişdir. Odur ki, qeyd olunan əmrin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin 22.*0.2025-ci il tarixli, 2(020)-*450/2025 saylı qətnaməsi ilə (hakim Səbuhi Səfərov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: 28 sentyabr 2022-ci il tarixli Əmək müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsinə qəbul olunması ilə əlaqədar onunla məktəbin direktoru Cavabdeh2 ilə arasında bağlanmışdır. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini tərəfindən Beyləqan şəhəri N.Allahverdiyev adına * nömrəli orta məktəbin direktoruna ünvanlanmış *9 iyun 2025-ci il tarixli, 2-2-022/2- *26437/2025 saylı məktubdan görünür ki, İddiaçı 23 iyun 2025-ci il tarixdə izahatının alınması məqsədilə həmin idarəyə dəvət olunmuşdur. 30 iyun 2025-ci il tarixli, 22 saylı əmrin surətindən görünür ki, İddiaçı bütün iş günü ərzində üzrlü səbəblər olmadan iş yerində olmaması səbəbindən intizam tənbehi növündə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini tərəfindən İddiaçı ünvanlamış 0* avqust 2025-ci il tarixli, 2-2-022/2-*6*327/2025 saylı məktubdan görünür ki, onun 24 iyun 2025-ci il tarixdə idarəyə təqdim etmiş olduğu sənədlər araşdırma materiallarına əlavə edilmişdir. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini tərəfindən Beyləqan şəhəri N.Allahverdiyev adına * nömrəli orta məktəbin direktoruna ünvanlanmış 08 oktyabr 2025-ci il tarixli, 2-2-022/2- 2*3828/2025 saylı məktubdan görünür ki, İddiaçı 23 iyun 2025-ci il tarixdə izahatının alınması məqsədilə həmin idarəyə dəvət olunmuş, lakin 24 iyun 2025-ci il tarixdə onunla bağlı heç bir prosessual hərəkət icra edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, intizam tənbehi işə götürənin işçiyə əmək müqaviləsi ilə ona həvalə edilmiş əmək vəzifələrini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə, əmək intizamına (daxili əmək qaydalarına) əməl etməməsinə və ya əməyin mühafizəsi tələblərinin pozulmasına görə tətbiq edə biləcəyi qeyri-maddi məsuliyyətdir. Əmək intizamı təsbit edilmiş qaydadır və həmin qayda qorunmadan müəssisələrdə işçilərin birgə əmək prosesində uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün deyildir. Ona görə də işçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, əmək müqaviləsinə, müəssisənin lokal normativ aktlarına müvafiq surətdə müəyyən olunmuş qaydalara tabe olmalıdırlar. İşçilərin birgə əmək fəaliyyəti zamanı davranışı lokal normativ akt olan müəssisədaxili intizam qaydaları ilə müəyyən olunur. İntizam - kollektivin bütün üzvləri üçün məcburi olan qəti surətdə təsbit edilmiş qaydaya tabeçiliyi ifadə edir. İntizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətasını səciyələndirən əlamətlərdən biri ondan ibarətdir ki, intizam xətası işçinin onun üzərinə əmək müqaviləsi, müəssisədaxili intizam qaydalarını tənzimləyən normativ aktlar və əmək hüququnun digər normaları ilə qoyulmuş əmək vəzifələrini hüquqazidd olaraq təqsirli surətdə icra etməməsində, yaxud lazımınca icra etməməsində ifadə olunur. Qanunvericilikdə işçi müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməsi müəyyən edilmişdir. Bu pozuntuların işçi tərəfindən qəsdən törədilməsi ilə bağlı sübutetmə yükü də işə götürənin üzərindədir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” onun bütün iş günü ərzində üzrlü səbəblər olmadan iş yerinə gəlməməsinə görə verilmişdir. Yəni, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsi tərəfindən göndərilmiş məktublardan görünür ki, hazırkı iş üzrə İddiaçı 24 iyun 2025-ci il tarixdə həmin idarəyə dəvət olunmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi qeyd olunan norma imperativ xarakter daşımır və bu səbəbdən də, həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə onun barəsində digər intizam tənbeh tədbirlərinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə zidd deyildir. Odur ki, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının *2, 35-ci maddələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, *0 (b), *6.*, *6.3, *6.4, 70, 72, *82.*, *86.*, *86.2, *86.3, *87.*, *87.2, *89.2, *89.3, *90.*,*90.3-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, 80, 8*, 88, *06.*-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Beyləqan Rayon Məhkəməsi 22.*0.2025-ci il tarixli, 2(020)*450/2025 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamə ilə iddiaçının ən mühüm konstitusion hüququ olan əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * saylı tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən ona 02 iyun tarixində keçirilmiş Pedoqoji Şurada verilmiş 6* nömrəli əmrə əsasən guya əmək funksiyasını kobud surətdə pozmağına görə ona töhmət və həmin gün 60 nömrəli əmrlə Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndini rəhbər tutaraq 06 may 2025-ci il tarixdə bütün gün üzrsüz səbəbdən işə gəlmədiyini göstərərək yazılı xəbərdarlıq elan edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-*3*9/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Rəfdar qızına “töhmət” intizam tənbeh tədbirinin verilməsi haqqında 02 iyun 2025-ci il tarixli, 6* nömrəli əmr ləğv edilmişdir. Lakin cavabdeh tərəf öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona bir ayda 3 əmrlə, yazılı xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət əmri vermişdir. Bunu özü cavabdehin ona qarşı qərəzli və qisas almaq məqsədini bir daha təsdiq edir. Belə ki, üzrlü səbəbdən yəni xəstə olduğunu bildiyi halda ona 6 may tarixinə yazılı xəbərdarlıq vermiş, daha sonra isə *3 may 2025 ci il tarixli akta əsasən töhmət vermişdir. Həmin, gün onun ödənişsiz məzuniyyətlə bağlı ərizəsini daxil olan sənədlərin qeydiyyat kitabında qəsdən qeydə almamışlar. Tərəfindən AR Elm və Təhsil Nazirliyinə müraciət etdikdən sonra haqqında qərəzli olaraq sonrakı tarixə akt tərtib edilmişdir. Qanunvericilikdə sənədlərin vaxtında qeydə alınması müddətin hesablanması baxımından önəmli hüquqi əhəmiyyət daşıyır. Lakin, direktor tərəfindən məktəbə təqdim etdiyi sənədləri qeydə almaqdan dəfələrlə imtina etmiş, sonradan problemlərin yaranmasına bilərəkdən zəmin hazırlayır. Belə ki, sonuncu dəfə 23 iyun 2025-ci il tarixində AR Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktubla dəvət edildiyini Cavabdeh2 mənim mailimə mesaj yazaraq bildirmişdir. Halbuki nəzərə alınmalıdır ki, o, Füzuli rayonunda yaşayır və yaşadığı rayonu ilə Bakı şəhəri arasında olan məsafə 4-5 saatlıqdır. Həmin gün yəni 23 iyun 2025-ci il tarixində o, AR Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedərək izahatını vermişdir. Araşdırmanı aparan əməkdaş ondan əlavə sənədlər tələb etmişdir. Sənədlərin dərhal təqdim etməyini bildirmişdir. Ondan tələb edilən sənədlərin həmin gün təqdim edə bilməyəcəyini bildirmişdir. Müstəntiq isə sabaha qədər sənədləri təqdim etməyini bildirmişdir. Məsuliyyətli davranıb 24 iyun 2025-ci il AR Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim etmişdir. Bu barədə məktəbin direktoruna məlumat vermişdir. Sənədləri 24 iyun 2025-ci il tarixində təqdim etdiyindən həmin gün səhər saatlarında işə gedə bilməmişdir. Adətən tədris dayandığından günortadan sonra direktor məktəbi bağlı saxlayır, yaxud müsəssisə boş olur. Qeyd etdiyi kimi, bir gün öncədən direktora zəng etmiş və mesaj yazaraq ondan istənilən əlavə sənədləri AR Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 24 iyun 2025-ci il tarixində təqdim edəcəyi üçün işə gələ bilməyəcəyini bildirmişdir. Adətən müəllimlər və digər texniki işçilər günortadan sonra məktəbdə olmur. Direktora zəng etsə belə gəlib məktəbi açmır. Ona görə də Elm və Təhsil Nazirliyinin *46 çağrı xidmətinə neçə dəfə zəng etmişdir. Şikayət edəndən sonra direktor məktəbə gəlib qapını açıbdır. Bir neçə dəfə bu hal təkrarlanıb. Qeyd edir ki, 25 iyun 2025-ci il günortadan sonra məktəbi bağlı saxlayıb, *46 çağrı xidmətinə zəng etdikdən sonra gəlib qapını açıb, 30 iyun 2025-ci il tarixində səhər tabelə imza etmişdir, lakin günortadan sonra yenə məktəbə getmiş müəssisə boş olmuşdur. Qeyd edir ki, iş vaxtı 9:00-*8:00 radələrini əhatə edir. Lakin direktor öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Digər işçilərin də tabel cədvəlinin müxtəlif vaxtlarda olan şəkillərdən görünür ki, qarşısı boşdur, sonradan imza edilib. Lakin, direktor yalnız ona qarşı qərəzli davranaraq ondan qisas almaq üçün ona intizam tənbehinin ən sərt formasını seçmişdir. Məlumat üçün bildirir ki, məktəb direktorunun ona qarşı qərəzli olmasının səbəbi isə onun barəsində AR Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyi olmuşdur. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən ona qərəzin olmasının davamı olaraq 04.*2.2025-ci il tarixli əmrlə o ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad edilmişdir və həmin əmrin ləğvi üçün da iddia tələbi ilə məhkəməyə müraciət ediləcək. Yuxarıda qeyd etdiyi kimi, məktəbdə dərslər yekunlaşdığından məktəbə sadəcə davamiyyət cədvəlinə imza etmək üçün gedir. Bunun üçün o bir rayondan başqa rayona gedir. Lakin, işçilər çoxu məktəbin yaxınlığında olmağına baxmayaraq gəlib davamiyyət jurnalına imza etmədiyi halda heç bir intizam tənbehi verilmir, onun isə bir gün üzrlü səbəbdən gəlmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilir. Belə ki, direktoru DƏMX Əməyin təhlukəsizliyi ilə bağlı təlim keçmədiyinə görə və 24 fevral 2025-ci il tarixində baş verən bədbəxt hadisə ilə bağlı xəbər vermədiyinə görə İXM555.* və *98.7 maddələri ilə *500 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etdikdən sonra ona qarşı düşmənçilik aparır. DƏMX-nin ** iyul 2025-ci il tarixli məktubuna əsasən işəgötürənin əməlində inzibati xəta olduğundan inzbati xəta üzrə icraat başlamışdır. Sorğusuna əsasən ona bildirilib ki, əmək haqqı ödənişlərini natamam ödəyibdir. Bir daha görünür ki, hər fürsətdə cavabdeh tərəf ona qarşı qərəzli davranır. O, gənc müəllimə olaraq və vətəndaş olaraq öz şərəfli borcunu layiqincə yerinə yetirsə də, cavabdeh məktəbə təyinat aldığı ilk vaxtlardan onunla bilinməyən səbəblərdən prinsip aparmış və nəticədə onun min bir əziyyətlə qazandığı müəllim adını ondan almışdır. Direktor hansı səbəbdən məktəbin qapısın bağlı saxlayır? Müəllim gəlib niyə bağlı qapı arxasında qalmalıdır. Niyə günortadan sonra direktor və digər maddi-məsul şəxslər işdə olmur? Təhsilverənlərin etik davranış qaydalarına əsasən müəsisə rəhbəri təhsilverənləri hüquqa, etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir. Əlavə olaraq bildirir ki, Direktorların İşə qəbulu müsabiqəsinin bütün mərhələlərini sonuncu dəfə uğurla keçmiş olsa da, direktor haqqında mənfi fikir formalaşdırmaq, karyera inkişafına mane olmaq üçün bu addımları atmaqdadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin *90.3-cü maddəsinə görə işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlara və iddia tələbinin dəlillərinə ümumiyyətlə qiymət verməmiş, iddia tələbini rədd edərək yalnız məhkəmə sorğusuna cavab məktubuna istinad etmişdir. O, iddia ərizəsində heç bir yerdə qeyd etməmişdir ki, onun barəsində 24 iyun 2025-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsində hər hansı prosessual hərəkət aparılmışdır. Onun Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsində olmağını təsdiq edən məktub iş materiallarına əlavə edilmiş olsa da məhkəmə həmin məktuba qiymət belə verməmişdir. Xüsusi olaraq bir daha bildirir ki, onun tələbinin əsası odur ki, ona verilən verilən intizam tənbehi onun işdə olub-olmamağı ilə hər hansı bağlılığı yoxdur. Cavabdehin qərəzli münasibəti və ondan qisas almaq niyyətindən yaranan səbəbdir ki, bunları həm iddia tələbində, həm birinci instansiya məhkəməsində araşdırma zamanı dəfələrlə qeyd etmişdir. Onun 24 iyun 2025-ci il tarixində işdə olmadığı barədə tərtib edilən 24 iyun 2025-ci il tarixli Akt yalançı aktdır. Belə ki,aktı tərtib edənlər özləri həmin vaxt işdə olmadıqları halda onun işdə olmadığı barədə akt tərtib ediblər. Direktor müavini X* davamiyyət cədvəli olan tabelə 24 iyun 2025 ci il tarixinə kimi imza etmiş olsa da, lakin 24-25 iyun işdə olmadığı üçün həmin cədvələ imza etməmiş, sonrakı iş günlərində yenə imza etmişdir. Beyləqan Rayon Prokurorluğunda araşdırılma aparılan zaman Cavabdeh2 Ənvər qızı akta münasibət bildirirərkən qeyd edir ki, guya Lətafət Məmmədova səhvən həmin sənədə imza edibdir. Necə ola bilər ki, 24-25 iyun 2025-ci il tarixindən başqa yerdə qalan günlər həm əvvəl, həmdə sonra eyni cədvələ imza edir. Hətta, direktor bildirir ki, Lətafət Məmmədova məzuniyyətdə olanda belə işə gəlir. Göründüyü kimi aktın etibarsızlığı ört-basdır edilir. Belə olduğu halda hesab edir ki, tərtib olunmuş akt saxtadır. Aka imza edənlər özləri heç həmin gün işdə olmayıbdır. Məhkəmədən xahiş edir ki, akta imza edən şəxslərin 24 iyun 2025-ci il tarixi üçün telefon antenləri çıxarılsın. Burda qərəz olduğu tam aydındır. Həmçinin, məhkəməyə təqdim etdiyi video diskdən görünür ki, Cavabdeh2 qapını bağlayır, açarı öz cibində saxlayır. Onun işlədiyi müəsisə boş olur və ya qapısı içərdən bağlı olur. Bir neçə dəfə məktəbə getsə də qapı dəfələrlə bağlı olub, Elm Təhsil Nazirliyinə *46 çağrı mərkəzinə zəng etdikdən sonra direktora gəlib qapını açır. Cavabdeh2 məhkəmə iclasında bildirir ki, İddiaçı və bir neçə nəfər işçi həmin gün işə gəlməmişdir. Onda onlara nə üçün intizam tənbehinin verilmədiyini, işçilər arasında ayrı-seçkilik qoyulduğunu soruşmuşdur. Bildirdi ki, onlar üzrlü səbəbdən gəlməyib əmək haqqların tutmuşdur. Üzrlü səbəbdən işə gəlmədiyinə görə işçinin əmək haqqından hər hansı bir tutulmanın aparılması ilə bağlı AR Əmək məcəlləsində belə bir hal nəzərdə tutulmamışdır. Lakin, onun göstərdiyi hallar məhkəmə iclasında Cavabdeh2 tərəfindən bildirilsə də qətnamədə öz əksini tapmamışdır. Əlavə olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş Beyləqan Rayon Məhkəməsinin 2(020)-*3*9/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Rəfdar qızına “töhmət” intizam tənbeh tədbirinin verilməsi haqqında 02 iyun 2025-ci il tarixli, 6* nömrəli əmr ləğv edilmişdir. Hər iki iş məhz hakim Səbuhi Səfərovun icraatında olmuşdur. Hər iki məhkəmə araşdırmasında cavabdehin ona qarşı qərəzli mövqeyi məhkəməyə məlum olsa da məhkəmə tərəfindən tələbinin qeyd edilən dəlilinə münasibət belə bildirilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə məhkəmə işin faktiki hallarını və təqdim olunmuş sübutlara düzgün və hərtərəfli dəyərləndirməmiş, işə dair sadəcə formal hallara qiymət verməklə kifayətlənmişdir. Bu isə qeyd edilən prosessual normanın tələblərinin ciddi şəkildə pozulduğunu deməyə əsas verir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən prosessual orqanın çağırışına uyğun olaraq İmanova 23 iyun 2025-ci il tarixində əmək funksiyalarının icrasından azad edilmişdir. Lakin İmanova nə 24 iyun 2025-ci il tarixində, nə də ki, ondan sonrakı günlərdə iş günü ərzində iş yerində olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, işçinin öz xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi halları istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Belə ki, iddaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq əmək funksiyalarını kobud surətdə pozmuş, inzibati orqanın çağırışını isə öz xeyrinə şərh edərək guya üzrlü səbəb kimi təqdim etmiş və nəticədə əmək intizamını pozmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Rəfdar qızının Beyləqan Rayon Məhkəməsi 22.*0.2025-ci il tarixli, 2(020)*450/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı Rəfdar qızı apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək Beyləqan Rayon Məhkəməsi 22.*0.2025-ci il tarixli, 2(020)*450/2025 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi və Beyləqan Rayon Məhkəməsi 22.*0.2025-ci il tarixli, 2(020)*450/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Beyləqan şəhəri N.Allahverdiyev adına * nömrəli orta məktəbin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi hazırkı mülki işə cavabdehin (nümayəndəsinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. *0-cu maddəsində göstərildiyi kimi, a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. *4-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 72-ci maddəsinə əsasən, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai- təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: *82.*-ci maddəsinə əsasən müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. *86.*-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. *86.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər; *86.3-ci maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. *87.*-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. *87.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. *89.2-ci maddəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. *89.3-ci maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. *90.*-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. *90.3-ci maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.*-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. *4.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Beyləqan Rayon Məhkəməsinin 22.*0.2025-ci il tarixli, 2(020)-*450/2025 sayl qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin 22.*0.2025-ci il tarixli, 2(020)-*450/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində- tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ədalətli qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının *7-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Rəfdar qızı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, 22 saylı əmrə əsasən bütün gün üzürsüz səbəbdən işə gəlmədiyi üçün ona verilən sonucu xəbərdarlıqla şiddətli töhmət əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və Ağcabədi * saylı mediasiya qurumuna ödədiyi 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olduğu qənaətinə gələrək iddianı yuxarıda qeyd edilən əsaslara görə təmin etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsini *86-cı maddəsinə əsasən Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri : İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c)kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Belə ki, iddia tələbinin əsasında duran hal iddiaçının 24 iyun 2025-ci il tarixdə bütün iş günü ərzində üzrlü səbəb olmadan iş yerində olmaması və bu əsasla müvafiq əmrlə ona intizam tənbehi kimi “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi olmuşdur. Məhkəmə tərkibi iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Yuxarıda göstərilən sübutlardan müəyyən olunur ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi rəisinin müavini tərəfindən Beyləqan şəhəri N. Allahverdiyev adına * nömrəli orta məktəbin direktoruna ünvanlanmış *9 iyun 2025-ci il tarixli, 2-2-022/2-*26437/2025 saylı məktuba əsasən iddiaçı 23 iyun 2025-ci il tarixdə həmin idarəyə getmişdir. İddiaçı tərəfindən əlavə sənədlərin tələb olunduğu bildirilsə də, bununla bağlı cavabdehə ünvanlanmış hər hansı rəsmi müraciətin, məktubun və ya iş yerindən icazə alınmasını təsdiq edən sübutun iş materiallarında mövcudluğu müəyyən edilməmişdir. Bu baxımdan, iddiaçının 24 iyun 2025-ci il tarixdə yenidən həmin idarəyə getmiş olması faktı onun iş yerində üzrlü səbəb olmadan olmaması halını aradan qaldırmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, işçinin öz xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi halları istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı 24 iyun 2025-ci il tarixdə işəgötürənin razılığı və ya rəsmi icazəsi olmadan bütün iş günü ərzində iş yerində olmamışdır (Apellyasiya mərhələsində də verdiyi izahatında ən azından həmin gün saat 3-ə kimi iş yerinə gəlməməsini etiraf etmişdir). Onun həmin tarixdə dövlət orqanına müraciət etməsi barədə iddiası isə işəgötürənə əvvəlcədən məlumat verilməsi və ya müvafiq icazənin alınması ilə müşayiət olunmadığından üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, qanunvericilikdə işçi müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməsi müəyyən edilmişdir. Odur ki, Əmək Məcəllənin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə iddiaçı barəsində digər intizam tənbeh tədbirlərinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə zidd deyildir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin direktorun iddiaçıya qarşı qərəzli olması və qisas almaq niyyətində olması, digər müəllimlərə intizam tənbehlərinin tətbiq edilməməsi, aktların saxtalaşdırılması və imzaların qeyri-müntəzəmliyi ilə bağlı dəlillər mübahisənin predmetini təşkil etməmişdir. Həmçinin vurğulanmalıdır ki, qanunvericilik çərçivəsində işəgötürən töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilədə nəzərdə tutulmuş qaydada cərimə tətbiq etmək və ya əmək müqaviləsini ləğv etmək kimi intizam tənbehlərindən birini seçmək hüququna malikdir. Həmin gün işçinin üzrlü səbəbi olmadığından, ona qarşı tətbiq edilən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” tədbiri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilməlidir ki, işəgötürən mövcud hüquqi imkanlardan daha sərt tədbir seçməklə əmək müqaviləsinin ləğvi kimi intizam tənbehini tətbiq etmək imkanına malik olsa da, həmin hüququndan istifadə etməmiş, daha yüngül intizam tənbehi seçmişdir. Məhkəmə tərkibi yuxarıda qeyd edilənlər üzrə ümumiləşmə aparaq qeyd edir ki, əmək hüququnun tənzimlədiyi əsas məsələ və hazırkı mübahisənin predmeti işçinin 24 iyun 2025-ci il tarixdə bütün iş günü ərzində üzrlü səbəb olmadan iş yerində olmaması faktiki hal kimi mövcuddur və bu hal intizam tənbehinin hüquqi əsasını müəyyən edir. Odur ki, apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə yekunda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Beyləqan Rayon Məhkəməsinin 22.*0.2025-ci il tarixli, 2(020)-*450/2025 saylı qətnaməsi İddiaçı Rəfdar qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-*-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı Rəfdar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 22.*0.2025-ci il tarixli, 2(020)-*450/2025 saylı qətnaməsi İddiaçı Rəfdar qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar