Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2060/2023 28.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İddiaçı Tərlan oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “944 nömrəli bağçının üzvçülük kitabçasının Abşeron rayon XDS İcraiyyə Komitəsinin 152 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı ilə Novxanı ərazisində ərizəçiyə ayrılmış 937 nömrəli torpaq sahəsinə aid olması faktının müəyyən edilməsi barədə” ərizəsinə dair iş üzrə Astara Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(018)-1647/2023 nömrəli qərardadından ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı 944 nömrəli bağçının üzvçülük kitabçasının Abşeron rayon XDS İcraiyyə Komitəsinin 152 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı ilə Novxanı ərazisində ərizəçiyə ayrılmış 937 nömrəli torpaq sahəsinə aid olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(018)-1647/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əhmədov X2 rayonu, Novxanı kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin qurum ona imtina cavabı vermişdir. Həmin imtinada qeyd edilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 152 nömrəli, xx.xx.1991-ci il tarixli qərarında vətəndaşa ayrılmış torpaq sahəsinin nömrəsi 937 qeyd edildiyi halda, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasında 944 kimi qeyd olunduğu müəyyən edilmişdir. Ona görə də ərizənin icrasından imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 152 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı ilə Novxanı razisində ərizəçiyə 0.06 ha bağçılıq-bostançılıq üçün 937 nömrəli torpaq sahəsi ayrılmışdır. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, birləşmiş ekspedisiyanın 321 nömrəli, 12 aprel 1991-ci il tarixli, 5 nömrəli protokolu nəzərə alınsın, İddiaçı Novxanı sovxozu ərazisində 0.06 ha bağçılıq bostançılıq üçün 937 nömrəli torpaq sahəsi verilsin. Bağçının üzvçülük kitabçasındakı nömrə isə 944 kimi səhv göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hal-hazırda bağçılıq cəmiyyətləri uzun illərdir ki, ləğv olunub. Ona görə də vətəndaşın həmin quruma müraciət etmək şansı yoxdur. Bundan əlavə məhkəmə vətəndaşın hansı quruma müraciət edə biləcəyini də qərardadında qeyd etməmişdir. Bundan əlavə qərardadda qeyd edilmişdir ki, İddiaçı hazırkı iş üzrə iddia ərizəsi tərtib etməklə ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib etməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, ərizə elektron qaydada verilmişdir. Elektron qaydada verilərkən, maraqlı şəxs qrafası olmadığı üçün, məcburən iddiaçı və cavabdeh kimi sistemə işlənir, buna baxmayaraq ərizənin tam forması, ərizəçi və maraqlı şəxs kimi tərtib olunub və sistemə yerləşdirilib. Ona görə də hesab edirlər ki, Astara Rayon Məhkəməsinin e-2(018)-1647/2023 saylı, 04 dekabr 2023cü tarixli qərardadı ləğv edilməlidir. Astara Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(018)-1647/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməli, Astara Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(018)-1647/2023 nömrəli qərardadı ləğv edilməli, hazırkı ərizəyə məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. İş hallarından görünür ki, ərizəçi hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, mahiyyətcə ona XDS İcraiyyə Komitəsinin qərarı ilə verilmiş torpaq sahəsinin, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasında göstərilən torpaq sahəsi olması faktının müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini qaytararkən ona əsaslanmışdır ki, ərizəçi ərizəsinə faktın təsdiqi ilə əlaqədar maraqlı şəxsə müraciət etməsi və ondan imtina edilməsi barədə heç bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Belə ki, hazırkı işlə bağlı hüquq haqqında mübahisə vardır. Bu mübahisəli hal da, inzibati orqanın və maraqlı şəxslərin iştirakı təmin olunmaqla araşdırılmalı və araşdırmanın nəticəsinə uyğun olaraq iş üzrə müvafiq qərar qəbul edilməlidir. Ümumiyyətlə hazırkı imtinanın da mahiyyətindən görünür ki, ərizəçinin hüquqi marağı torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasıdır. Bu mübahisələrə də, qanunvericiliyə əsasən inzibati məhkəmələr baxır. Buna görə də, ərizəçi aldığı imtina məktubu əsasında inzibati məhkəməyə müraciət etməli idi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Həmin Qərarın 13-cü bəndinə görə məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Göründüyü kimi ərizəçinin “944 nömrəli bağçının üzvçülük kitabçasının Abşeron rayon XDS İcraiyyə Komitəsinin 152 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı ilə Novxanı ərazisində ərizəçiyə ayrılmış 937 nömrəli torpaq sahəsinə aid olması” faktının müəyyən edilməsindən ibarət tələbi MPM-nin 307.2-ci maddəsində sadalanan heç bir hala uyğun deyildir. Həmçinin ərizəçinin hazırkı tələbini MPM-nin 307.2.11-ci maddəsi üzrə hüquqi əhəmiyyətli digər faktlara da aid etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qanunvericiliyə əsasən də, işə mülki məhkəmə icraatında baxılmalı deyildirsə, iddia ərizəsinin iddianın yolverilməzliyinə icraata qəbulundan imtina edilir. Lakin birinci instansiya məhkəməsi ərizəyə baxarkən, doğru olmayan nəticəyə gəlmiş və iddia ərizəsini geri qaytarmışdır. Buna əsasən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə mülki məhkəmə icraatında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası ərizəçiyə izah edir ki, ərizəçi mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qanunvericilikdə hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(018)-1647/2023 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı 944 nömrəli bağçının üzvçülük kitabçasının Abşeron rayon XDS İcraiyyə Komitəsinin 152 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı ilə Novxanı ərazisində ərizəçiyə ayrılmış 937 nömrəli torpaq sahəsinə aid olması faktının müəyyən edilməsi barədə ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2060/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2060/2023
28.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver