Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-209/2023 13.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X5 və vəkili X8, Cavabdeh onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qaytarmadığı 25000 (iyirmi beş min) ABŞ dolların, iddiaçıya vurduğu 6250 (altı min iki yüz əlli) ABŞ dolları həcmində zərərin və 9789 (doqquz min yeddi yüz səksən doqquz) manat məbləğində pul vəsaitin, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək Cavabdeh özünə ev almaq üçün cavabdehə verdiyi 25000 (iyirmi beş min) ABŞ dollar məbləğində pulun, həmin pulu iddiaçıya vaxtında qaytarmadığı üçün beş ilə görə 5 faizlik bank uçot dərəcəsinə uyğun olaraq 6250 (altı min iki yüz əlli) ABŞ dollar məbləğində pulun, evin təmiri üçün və evdə qalan əşyalara görə ödədiyi 9789 (doqquz min yeddi yüz səksən doqquz) manat məbləğində pul vəsaitin, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəmədə iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun keçmiş və mərhum arvadı X10 qardaşıdır. O, X18 ilə 1996-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər 2016-cı il tarixdə məhkəmə qaydasında ayrılmışlar. O, ailə üzvüləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla işləmişdir. O, qərara gəlmişdir ki, Azərbaycan Respublikasına qayıdarkən yaşamaları üçün Bakı şəhərində mənzil alsın. Buna görə də arvadı X18 2006-cı il də müvəqqəti olaraq Bakı şəhərinə gələrkən, "İnam AxA” MTK-nin Bakı şəhəri Nizami rayonu, Elşad Süleymanov küçəsi, ev 49, mənzil 62-də yerləşən 68 kv. metrlik mənzili arvadı İradə Mirzəyevaya verdiyi pul vəsaiti ilə qaynı olmuş Cavabdeh adına alınmışdır. İlkin olaraq Cavabdeh MTK-ya onun verdiyi puldan 25000 ABS dollar pul ödəmişdir. Sonradan həmin mənzil üçün hissə-hissə təxminən 18000 ABŞ dolları məbləğində olan pul onun tərəfindən ödənilmişdir. Mənzil Cavabdeh adına olsa da, MTK-ya pul ödənişlərini özü həyata keçirmişdir. 2011-ci ildə maliyyə vəziyyəti pisləşdiyi üçün Cavabdeh adına alındığı həmin mənzili satmaq qərarına gəlmişdir. Bunun üçün Bakı şəhərinə qayıtmış və Cavabdeh yaşadığı Astara rayonuna gedərək mənzili satmaq üçün öz adına ondan baş etibarnamə almışdır. Sənədləşmədə problemlər olduğundan mənzilin satışında bir çox çətinliklər yarandığına görə o, doğma bacısı olan X6 həmin mənzili baş etibarnamə əsasında almağa razılıq vermişdir. Həmin mənzili aralarında olan razılaşma əsasında bacısı X9 43000 ABŞ dolları məbləğində almışdır. Mənzilin cavabdehin adına olan orderini də bacısına vermiş və ona verilmiş səlahiyyətləri bacısının adına baş etibarnamə verərək ötürmüşdür. Sonradan onun arvadı X18 ilə aralarında olan münasibətlər pozulduğundan Cavabdeh ona verdiyi baş etibarnaməni ləğv elətdirib, ondan öz adına baş etibarnamə almış, mənzildə heç kəsin olmamasından və onun Azərbaycan Respublikası ərazisində olmadığından istifadə edərək bacısı X1 mənzilin qapısın sındıraraq həmin mənzilə daxil olmuşdur. Buna görə də, X9 2016-cı ildə mənzilin və ya mənzil üçün sərf etdiyi vəsaitin geri qaytarılması üçün ona və Cavabdeh qarşı məhkəmə qarşısında iddia qaldırmışdır. X5 iddiası Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 avqust 2016-cı il tarixli 2(007)-3172/2016 saylı qətnaməsinə əsasən qismən təmin edilmiş və cavabdehlər İddiaçı və Cavabdeh 43000 ABŞ dollarının icra olunduğu günə ABŞ dollarının manatla məzənnəsi nəzərə alınmaqla manatla və 22005 manat pulun, 30 manat dövlət rüsumunun müştərək qaydada iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Mirzəyev X11 şikayəti vermiş, onun apellyasiya şikayətinə Bakı Apellyasiya məhkəməsində baxılmış və məhkəmənin 22 dekabr 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi onun kassasiya şikayətinə baxaraq məhkəmənin 20 iyun 2017-ci il tarixli qərarı ilə təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2016-cı il tarixi qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi cavabdeh X17 Apellyasiya şikayətinə yenidən baxaraq 30 oktyabr 2018 ci il tarixli qətnaməsi ilə qismən təmin etmiş, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi qismən, yəni “Cavabdeh 43000 ABŞ dollarının icra olunduğu günə ABŞ dollarımı manatla məzənnəsi nəzərə alınmaqla iddiaçı X2 Firudin qızımı xeyrinə tutulsun” hissədə ləğv edilmiş, həmin hissədə iddia Cavabdeh münasibətdə təmin olunmaması, eyni zamanda, qətnamə “cavabdehlər İddiaçı və Cavabdeh Raqi oğlundan 22005 manat pulun müştərək qaydada iddiaçı X7 xeyrinə tutulması” hissəsində qismən ləğv edilmiş, həmin hissədə iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 19578 manat müəyyən olunması, qətnamədə qalan hissədə Apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən də narazı qalaraq kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi onun kassasiya şikayətinə baxaraq məhkəmənin 01 may 2019-cu tarixli qərarı ilə təmin edilməmişdir. Sonradan o, cavabdehlər Cavabdeh, X14, “"xxxx" Mənzil Tikinti Koperativinə və Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı müqavilənin və həmin müqavilənin əsasında verilmiş orderin ləğv edilməsi tələbinə dair” Bakı şəhəri, Nizami rayon məhkəməsində iddia qaldırmış, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən narazı qaldığı üçün hazırki mülki iş üzrə iddiaçı Apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2020ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra o, cavabdehlər Cavabdeh və X14 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinə müraciət etmiş, məhkəmə özünün 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iddia tələbləri təmin edilməsə də, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxarkən məhkəmənin nəticəsinə əsasən, qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil Cavabdeh adına alınsa da, həmin mənzilin əldə edilməsi üçün tələb olunan vəsait ona məxsus olmuşdur. Göstərilən xususatı Cavabdeh “müqavilənin və orderin ləğvi tələbinə dair” mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən verdiyi izahatında da təsdiq etmiş, bununla belə həmin vəsaiti sonradan ona hissəhissə qaytarmasını bildirmişdir. Kollegiyanın qənaətinə görə nə qədər ki, mübahisəli mənzilə dair MTK ilə Cavabdeh arasında bağlanmış müqavilə və həmin müqavilə əsasında verilmiş order qüvvədədir,deməli həmin mənzilin əsassız varlanma əsasında ondan alınaraq iddiaçıya verilməsi mümkün deyildir. Digər tərəfdən “qaytarılma” dedikdə daha əvvəl iddiaçıya məxsus olmuş əmlakın qaytarılması başa düşülür ki, mübahisəli mənzil də heçvaxtı iddiaçıya məxsus olmamışdır. Həmin mənzilin iddiaçının vəsaiti hesabına əldə edilməsi isə mənzilin özünün yox, məhz mənzilin alınmasına sərf edilmiş iddiaçıya məxsus vəsaitin qaytarılması üçün əsas ola bilər və bunun üçün müstəqil iddia qaldırılmalıdır, həmin vəsaitin sonradan qaytarılması barədə cavbdehin dəlillərinə də həmin işin icraatı cərcivəsində baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi X15 və nümayəndəsi (bacısı) X9 da məhkəmə iclasında əsasən İddiaçı ilə eyni məzmunlu izahat verməklə onun göstərdiyi xüsusatları bir daha da təsdiq etdilər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddia edilən 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində olan pulu iddiaçı Hüseynov X4 İradə Raqib qızına vermiş, X18 isə həmin pulu ona vermişdir. Sonradan Cavabdeh 25000 (iyirmi beş min) ABŞ dollarının 10000 (on min) ABŞ dolları hissəsini İddiaçı, digər hissəsini isə mərhum bacısı X14 qaytarmışdır. Bundan başqa iddiaçı Məhkəməyə müraciət etmək üçün iddia müddətinin keçirdiyini bildirmişdir. Belə ki, 25000 (iyirmi beş min) ABŞ dolları məbləğindəki pul ona 2006-cı il tarixdə verilmişdir. Odur ki, iddia müddətini tədbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (Hakim M.Məmmədov) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası əsassız olduğundan rədd olunması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2 və 739.1 maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(106)652/2022 saylı qətnaməsi (sədrlikedən N.Mirzəyev, hakimlər Samir Mayılov, İlham Əsədov) ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh 25.000 (iyirmi beş min ABŞ dolları) ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnə kursuna uyğun olaraq və 9789 (doqquz min yeddi yüz səksən doqquz) manat pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3984/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(106)652/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Mirzəyev X11 icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi etiraz edərək, Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərd ətutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldənçıxmışfayda)başadüşülür. 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1.Ümumi iddia müddəti onil təşkil edir. 373.2.Müqavilə tələbləri üzrə iddia müddəti üç il ,daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır 777.1 tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2 tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1 vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin; 106.1 işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3 tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini. İddia müddətinin keçməsi və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(106)652/2022 saylı qətnaməsi (sədrlik edən N.Mirzəyev, hakimlər Samir Mayılov, İlham Əsədov) ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh 25.000 (iyirmi beş min ABŞ dolları) ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnə kursuna uyğun olaraq və 9789 (doqquz min yeddi yüz səksən doqquz) manat pul alınaraq İddiaçı verilməsi. iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3984/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(106)652/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iş üzrə təqdim edilmiş sübutlara tam və hərtərəfli baxmamış, mənzilin alınması və buna görə iddiaçı tərəfindən cavabdehə pul verilməsi ilə əlaqədar tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması barədə düzgün hüquqi nəticəyə gəlməmiş, müvafiq olaraq maddi hüquq normalarının tətbiqindədə səhvə yol vermişdir. Belə ki, iddiaçının özü iddia ərizəsində və çoxsaylı məhkəmə çəkişmələri zamanı verdiyi izahatlarında göstərir ki, Bakı şəhərində mənzil almaq və bununla əlaqədar sənədləşmə işlərinin həyata keçirmək üçün özü və mərhum arvadı İradə Mirzəyeva cavabdehi bu işə cəlb etmiş, cavabdeh onların tapşırıqlarını həyata keçirmişdir. Cavabdehə 25000 ABŞ dolları məbləğində pul arvadı İradə Mirzəyeva vasitəsilə mənzilin alınması tapşırığının icrası ilə əlaqədar vermişdir. Belə olan halda iddiaçıya məxsus 25000 ABŞ dolları məbləğində pul cavabdehin qanunsuz sahibliyində olmamış, əksinə onun tapşırığının icrasına sərf olunmuşdur. Qərarda həmçinin qeyd olunur ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlmiş, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarmışdır. İşə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyinə, o, cümlədən cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, iddiaçının tapşırığını həyata keçirməyi öhdəsinə götürən cavabdeh vəkalət alan tapşırığı vicdanla yerinə yetirməməsi nəticəsində iddiaçıya zərər dəymiş və hazırda iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 777.1,777.2,778.1,779.1779.2-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası iddia tələbi üzrə araşdırma apararaq müəyyən edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi iki (xahişdən) hissədən ibarət olmuşdur. Birinci (xahişdə) hissədə İddiaçı Cavabdeh 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun və həmin pulun ona vaxtında qaytarmadığı üçün beş ilə görə 5%-lik bank uçot dərəcəsinə uyğun olaraq 6250 ABŞ dollarının geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci (xahişdə) hissədə İddiaçı oğlu həmçinin iddia edir ki, mübahisəli mənzilin təmirinə çəkilmiş xərcə və əşyalara görə məhkəmənin qətnaməsinə görə ondan bacısı Nərminənin xeyrinə tutulmuş 9789 (doqquz min yeddi yüz səksən doqquz) manat məbləğində pul vəsaitin, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə tərəflər arasında hansı tapşırığın olması və həmin tapşırığın yerinə yetirilib-yetirilməməsi və cavabdehin iddia tələbinə qarşı etirazlarının əsaslı olub-olmaması araşdırılaraq hüquqi qiymət verilməsi gəlinən hüquqi nəticələrin asan başa düşülməsi baxımından məqsədə uyğundur. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin birinci (xahişi) hissəsi yəni Cavabdeh 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun və həmin pulun ona vaxtında qaytarmadığı üçün beş ilə görə 5%-lik bank uçot dərəcəsinə uyğun olaraq 6250 ABŞ dollarının geri qaytarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh onun keçmiş və mərhum arvadı X10 qardaşıdır. O, X18 ilə 1996-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər 2016cı il tarixdə məhkəmə qaydasında ayrılmışlar. O, ailə üzvüləri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla işləmişdir. O, qərara gəlmişdir ki, Azərbaycan Respublikasına qayıdarkən yaşamaları üçün Bakı şəhərində mənzil alsın. Buna görə də arvadı X18 2006-cı ildə müvəqqəti olaraq Bakı şəhərinə gələrkən, "İnam AxA” MTK-nin Bakı şəhəri Nizami rayonu, Elşad Süleymanov küçəsi, ev 49, mənzil 62-də yerləşən 68 kv. metrlik mənzili arvadı İradə Mirzəyevaya verdiyi pul vəsaiti ilə qaynı olmuş Cavabdeh adına alınmışdır. İlkin olaraq Cavabdeh MTK-ya onun verdiyi puldan 25000 ABS dollar pul ödəmişdir. Sonradan həmin mənzil üçün hissə-hissə təxminən 18000 ABŞ dolları məbləğində olan pul onun tərəfindən ödənilmişdir. Mənzil Cavabdeh adına olsa da, MTK-ya pul ödənişlərini özü həyata keçirmişdir. İddiaçının vəsaitinə alınmış mənzilin cavabdehin adına sənədləşdirilməsidə iddiaçının özünün razılığı ilə olmuşdur. İddiaçının İradə Mirzəyeva ilə nikahı pozulana kimi, yəni xx.xx.2016-cı il tarixə kimi bu vəziyyətlə hamı razılaşmış, sonradan tərəflər arasında, o, cümlədən iddiaçı ilə keçmiş arvadı İradə Mirzəyeva arasında mübahisələr başlanmışdır. İddiaçı bütün məhkəmə çəkişmələri ilə aldığı mənzilə hüquq əldə edə bilmədiyindən hazırda mübahisəli mənzilə görə verdiyi pulun qaytarılmasını xahiş etmişdir. iddiaçı həmçinin Cavabdeh özünə ev almaq üçün cavabdehə verdiyi 25000 (iyirmi beş min) ABŞ dollar məbləğində pulun, həmin pulu iddiaçıya vaxtında qaytarmadığı üçün beş ilə görə 5 faizlik bank uçot dərəcəsinə uyğun olaraq 6250 (altı min iki yüz əlli) ABŞ dollar məbləğində pulun, evin təmiri üçün və evdə qalan əşyalara görə ödədiyi 9789 (doqquz min yeddi yüz səksən doqquz) manat məbləğində pul vəsaitin, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddia tələbinə etirazından müəyyən edilir ki, iddia edilən 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində olan pulu iddiaçı Hüseynov X4 İradə Raqib qızına vermiş, X18 isə həmin pulu ona vermişdir. Sonradan Cavabdeh 25000 (iyirmi beş min) ABŞ dollarının 10000 (on min) ABŞ dolları hissəsini İddiaçı, digər hissəsini isə mərhum bacısı X14 qaytarmışdır. Bundan başqa iddiaçı Məhkəməyə müraciət etmək üçün iddia müddətinin keçirdiyini bildirmişdir. Belə ki, 25000 (iyirmi beş min) ABŞ dolları məbləğindəki pul ona 2006-cı il tarixdə verilmişdir. Odur ki, iddia müddətini tədbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmçinin etirazında qeyd edir ki, iddiaçının evin təmiri üçün və evdə qalan əşyalara görə bacısı Nərminəyə ödədiyi 9789 (doqquz min yeddi yüz səksən doqquz) manat məbləğində pul vəsaitin ondan tələb edilməsi qanunsuzdur. Çünki iddiaçı X9 qardaşı İddiaçı və mənə qarşı mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi barədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(103)-1552/2018 saylı qətnaməsi ilə, X5 xeyrinə İddiaçı Firudun oğlu 9789 manat və Cavabdeh 9789 manat olmaqla ümumilikdə 19578 manat pulun tutulması qət edilmişdir. Cavabdeh hazırkı iş üzrə İddiaçı Firudun oğlu həmin qətnamə ilə razılaşmış və kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda ondan tutularaq bacısı Nərminəyə ödənilən pulun yenidən ondan tələb olunması Mülki Prosessual Məcəllənin 82.3-ci maddəsinin tələbləri baxımından yolverilən hesab oluna bilməz. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət (Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 777.1,777.2,779.1-ci maddələri) daşıyır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iş üzrə təqdim edilmiş sübutlara tam və hərtərəfli baxmamış, mənzilin alınması və buna görə iddiaçı tərəfindən cavabdehə pul verilməsi ilə əlaqədar tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması barədə düzgün hüquqi nəticəyə gəlməmiş, müvafiq olaraq maddi hüquq normalarının tətbiqində də səhvə yol vermişdir. Belə ki, iddiaçının özü iddia ərizəsində və çoxsaylı məhkəmə çəkişmələri zamanı verdiyi izahatlarında göstərir ki, Bakı şəhərində mənzil almaq və bununla əlaqədar sənədləşmə işlərinin həyata keçirmək üçün özü və mərhum arvadı İradə Mirzəyeva cavabdehi bu işə cəlb etmiş, cavabdeh onların tapşırıqlarını (hansı ki, birinci instansiya məhkəməsi bu münasibəti səhvən borc müqaviləsi kimi qiymətləndirmişdir) həyata keçirmişdir. Cavabdehə 25000 ABŞ dolları məbləğində pul arvadı İradə Mirzəyeva vasitəsilə mənzilin alınması tapşırığının icrası ilə əlaqədar vermişdir. Belə olan halda iddiaçıya məxsus 25000 ABŞ dolları məbləğində pul cavabdehin qanunsuz sahibliyində olmamış, əksinə onun tapşırığının icrasına sərf olunmuşdur. İddiaçının vəsaitinə alınmış mənzilin cavabdehin adına sənədləşdirilməsidə iddiaçının özünün razılığı ilə olmuşdur. İddiaçının İradə Mirzəyeva ilə nikahı pozulana kimi, yəni xx.xx.2016-cı il tarixə kimi bu vəziyyətlə hamı razılaşmış, sonradan tərəflər arasında, o, cümlədən iddiaçı ilə keçmiş arvadı İradə Mirzəyeva arasında mübahisələr başlanmışdır. Hətta bu mübahisənin həlli kimi iddiaçı və cavabdeh birgə akt tərtib etmiş, həmin aktla müəyyən olunur ki, Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən iki otaqdan ibarət mənzilin bir otağında İddiaçı digər otağında isə Hüseynova İradənin yaşamalarına (iş vərəqə 26) razılaşmışlar. Göründüyü kimi birinci instansiya məhkəməsi mənzilin alınması üçüni iddiaçının cavabdehə pul verməsi və həmin pula cavabdehin adına mənzil alınması ilə əlaqədar tərəflər arasında hansı münasibətlərin yaranması barədə düzgün nəticəyə gəlməmiş, öhdəlik haqqında ümumi müddəalara və borc münasibətlərini tənzimləyən maddi hüquq normalara istinad etməklə iddia müddətinin keçməsi əsası ilə iddianı təmin etməmişdir. Lakin bu zaman cavabdehin iddiaçı qarşısında hansı öhdəlik daşıması və həmin öhdəliyi icra etməməsi də müəyyən olunmamışdır. Halbuki qanuna əsasən vəkalət alan tapşırığı qəsdən və ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Cavabdeh isə vəkalət alan kimi vəkalət verənin tapşırıqlarını vicdanla icra etmiş və həmin müddətdən on il sonra yəni 2016-cı ildə iddiaçı ilə arvadı İradə arasında nikah pozulmasından sonra hazırkı mübahisə qalxmışdır. Belə olan halda tapşırıq müqaviləsindən irəli gələn ziyan tələbi kimi iddiaçının mübahisəli Bakı şəhəri Nizami rayonu Elşad süleymanov küçəsi ev 49 mənzil 62-nin alınması ilə bağlı ödədiyi 25.000 ABŞ dollarının manata məzənnə ilə ona qaytarılması tələbi haqlı sayıla bilməz. Cavabdeh iddiaçının iddia tələbinə etirazında qeyd edir ki, İddiaçı göndərdiyi 25.000 ABŞ X14 vermiş, X18 isə həmin pulu ona vermişdir. Sonradan Cavabdeh 25000 (iyirmi beş min) ABŞ dollarının 10000 (on min) ABŞ dolları hissəsini İddiaçı, digər hissəsini isə mərhum bacısı X14 qaytarmışdır. Bundan belə qənaətə gəlinir ki, cavabdeh iddianın etiraf etdiyindən tələb olunan pulun qaytarılmasını da sübut etməlidir. Belə ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Kollegiya həmçinin işdə olan sübutlardan onu da müəyyən edir ki, mübahisəli mənzil iddiaçının ayrıca vəsaiti hesabına deyil, keçmiş arvadı cavabdehin doğma bacısı olan İradə Mirzəyeva ilə birgə nikah müddətində əldə ollunmuş vəsait hesabına satın alınmışdır, halhazırda da həmin mənzildə onların birgə nikahlarından olan Leyla adlı qızı yaşayır. Bu isə ona dəlalət edir ki, iddiaçının tələb etdiyi 25.000 ABŞ dolları birgə mülkiyyət hesab edildiyi təqdirdə pulun yarısının tələb etmək hüququnun İradə Mirzəyevanın vərəsələrinə aid olmalıdır. Birinci halda qeyd olunmalıdır ki, iddiaçının mənzilin alınması ilə bağlı verdiyi 25.000 ABŞ dolları mərhum İradı Mirzəyeva ilə birgə nikah müddətində əldə edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İkinci halda isə vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət (Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1306; 1255-ci maddələri) daşıyırlar. İddiaçı tərəfindən verilmiş pula Bakı şəhəri Nizami rayonu Elşad süleymanov küçəsi ev 49 mənzil 62 alınmış, həmin mənzildə isə iddiaçının keçmiş arvadı İradə Mirzəyeva ilə onun birgə nikahından doğulmuş qızı Leyla yaşayır. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının iddia tələbi ilə, bağlı iddia müddətinin tətbiqi barədə ərizə (iş vərəqə 84-85) vermişdir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 2006-cı ildə tapşırıq müqaviləsi olmuş, həmin müqavilə üzrə öhdəlik yerinə yetirilmiş və keçən on il, yəni xx.xx.2016-cı il tarixə kimi bu vəziyyətlə hamı razılaşmış, sonradan tərəflər arasında, o, cümlədən iddiaçı ilə keçmiş arvadı İradə Mirzəyeva arasında mübahisələr başlanmışdır. Belə olan halda, iddiaçı üçün iddia müddəti axımı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi anından yəni 2006-cı ildən başlamışdır. Yəni iddiaçıya 2006-cı ildən məlum idi ki, iddiaçının vəsaitinə alınmış mənzilin cavabdehin adına sənədləşdirilmiş və bu iddiaçının özünün razılığı ilə olmuşdur. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin İkinci (xahişi) hissəsi, yəni mübahisəli mənzilin təmirinə çəkilmiş xərcə və əşyalara görə məhkəmənin qətnaməsinə görə ondan tutulmuş 9789 (doqquz min yeddi yüz səksən doqquz) manat məbləğində pul vəsaitin, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi ilə, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinə iddiaçı X9 cavabdehlər İddiaçı və Cavabdeh qarşı mübahisəli mənzilin təmirinə çəkilmiş xərcə və əşyalara görə pul tələbi ilə bağlı iddia qaldırmış, Nizami Rayon Məhkəməsinin 12 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 22005 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamə ilə, cavabdeh İddiaçı razılaşmış, apellyasiya şikayəti verməmiş, digər Cavabdeh isə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(103)-1552/2018 saylı qətnaməsi ilə, iddiaçı X5 xeyrinə İddiaçı Firudun oğlu 9789 manat və Cavabdeh 9789 manat olmaqla ümumilikdə 19578 manat pulun tutulması qət edilmişdir. Cavabdeh hazırkı iş üzrə İddiaçı Firudun oğlu həmin qətnamə ilə razılaşmış və kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Hazırda İddiaçı bacısı Nərminə Hüseynova ödədiyi 9789 manat pulu hazırkı iş üzrə Cavabdeh tələb edir və tələbini onunla əsaslandırır ki, mübahisəli mənzil Vüqara qaldığından mənzilə çəkilmiş təmir xərc və əşyalara görə ödənilməli olan pul vəsaiti də, ona aid edilməlidir. Kollegiya iddiaçının yuxarıda qeyd olunan dəlililəri ilə razılaşmır. Belə ki, əvvəlki məhkəmə qətnaməsi ilə İddiaçı mənzilə çəkilmiş təmir xərc və əşyalara görə ödənilməli olan pul vəsaiti tutularkən də, mübahisəli mənzil Cavabdeh olmuş, hazırda da, ondadır, necə ola bilir ki, əvvəlki qətnamə ilə iddiaçı razılaşır və ondan Nərminənin xeyrinə məhz mübahisəli mənzilə çəkilmiş təmir xərc və əşyalara görə tutulmuş məbləği ödəyir, lakin sonradan ödəmiş olduğu məbləği yenidən cavabdeh Vüqar Mirzeyevdən əvvəlki qətnamə ilə müəyyənləşdirilmiş faktlar əsasında tələb edir. Halbuki bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya hesab edir ki, iddiaçı M. Hüseynovun mənzilin təmirinə çəkilmiş xərcə və əşyalara görə məhkəmənin qətnaməsinə görə ondan tutulmuş 9789 (doqquz min yeddi yüz səksən doqquz) manat məbləğində pul vəsaitin Cavabdeh tutulması barədə iddiası əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 23 fevral 2016-cı il Qərarında Kontitusiya Məhkəməsi Plenumu belə qənaətə gəlmişdir ki, məhkəmə qərarının preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktlarının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsini, yəni subyektiv tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə iddiaçı X5 xeyrinə İddiaçı Firudun oğlu 9789 manat və Cavabdeh 9789 manat olmaqla ümumilikdə 19578 manat pulun tutulması qət edilmişdir. Cavabdeh hazırkı iş üzrə İddiaçı Firudun oğlu həmin qətnamə ilə razılaşmış və kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Əvvəlki məhkəmə aktları ilə işdə iştirak edən şəxslər tərəfindən müəyyən edilmiş faktların hazırkı iddia üzrə mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu isə onu göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(103)-1552/2018 saylı qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən olunan faktiki hallar hazırki tələb üzrə baxılan iş üçün preyudisiyallığı mövcud olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)1409/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-209/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-209/2023
13.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver