Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2173/2022 16.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçı və Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi X1 iştirakı ilə, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması", qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “müqavilə üzrə ödənişin tam şəkildə edilmiş hesab edilməsi, mülkiyyət hüququnun bərpası, mənzilə köçürülmə və maddi ziyanın tutulması” tələbinə dair iddiaları üzrə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-2173/2022 saylı mülki işlə, ilk iddia üzrə iddiaçı Maraqlı şəxs qızının cavabdeh İddiaçı MMC-nə qarşı “mənzilin təhvil verilməsi”, qarşılıqlı iddia üzrə İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs qızına qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiaları üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-2404/2022 saylı mülki işin birlikdə baxılmaları üçün bir icraatda birləşdirilməsinə dair Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi X1 vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-2173/2022 saylı mülki işin materiallarına əsasən ; İlk iddia üzrə İddiaçı MMC Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Xocavənd Rayon məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında 04 dekabr 2020-ci ildə bağlanmış 0150-M və 0151-M saylı müqavilələrin ləğv edilməsi, ünvan 1 ünvanında inşa olunan binanın 5-ci blokunun 11-ci mərtəbəsindəki 322 nömrəli və 13-cü mərtəbəsindəki 331 nömrəli mənzillərin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “müqavilə üzrə ödənişin tam şəkildə edilmiş hesab edilməsi, mülkiyyət hüququnun bərpası, mənzilə köçürülmə və maddi ziyanın tutulması” tələbi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında inşa olunan İddiaçı MMC-nə məxsus yaşayış binasının 5-ci blokunun 11-ci mərtəbəsindəki 322 nömrəli və 13-cü mərtəbəsindəki 331 nömrəli mənzillərinə dair ödənişin tam edilmiş hesab edilməsi, həmin mənzillər üzərində mülkiyyət hüququ bərpa edilməklə həmin mənzillərə köçürülməsi, vurulmuş maddi ziyana görə cavabdehdən 20000 manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, İddiaçıMMC barəsində xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir, Xocavənd Rayon Məhkəməsinin 6 may 2022-ci il tarixli 2(069)-54/2022 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq iddiaçı Cavabdeh ünvan 1 ünvanında inşa olunan İddiaçı MMC-nə məxsus yaşayış binasının 5-ci blokunun 11-ci mərtəbəsindəki 322 nömrəli və 13-cü mərtəbəsindəki 331 nömrəli mənzillərə köçürülməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir, Xocavənd Rayon Məhkəməsinin 6 may 2022-ci il tarixli 2(069)-54/2022 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Maraqlı şəxs qızı apellyasiya şikayəti verərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunan İddiaçı MMC-nə məxsus yaşayış binasının 5-ci blokunun 11-ci mərtəbəsindəki 322 nömrəli mənzilə köçürülməsi hissədə qətnamənin ləğv olunmasını xahiş etmişdir, Xocavənd Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(069)-54/2022 saylı qərardadı ilə Sadıqova X4 Rayon Məhkəməsinin 6 may 2022-ci il tarixli 2(069)-54/2022 saylı qətnaməsi üzrə maraqlarına toxunan şəxs qismində tanınmış və onun tərəfindən verilən apellyasiya şikayəti mülki işlə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-2404/2022 saylı mülki işin materiallarına əsasən; ilk iddia üzrə iddiaçı Maraqlı şəxs qızı cavabdeh İddiaçı MMC-nə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 5-ci blokunun 11-ci mərtəbəsindəki 322 nömrəli izolə olunmuş 1 otaqdan ibarət mənzilə buraxılması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Qarşılıqlı iddia üzrə İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd olunması, cavabdehlə aralarında 14 iyun 2021-ci ildə bağlanan 322 saylı müqavilənin etibarsız hesa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(012)-782/2022 saylı qətnaməsi ilə ilk iddia təmin olunaraq, ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 5ci blokunun 11-ci mərtəbəsindəki 322 nömrəli izolə olunmuş 1 otaqdan ibarət mənzilə iddiaçı Maraqlı şəxs qızının buraxılması, həmin mənzilin Maraqlı şəxs qızının sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması qət edilmişdir, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(012)-782/2022 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(105)-2404/2022 saylı qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək, apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılması 5 dekabr 2022-ci il tarixinə saat 12:00-a məhkəmənin inzibati binasına təyin edilmişdir. Məhkəmədə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-2173/2022 saylı mülki iş üzrə iddiaçı və eyni zamanda cavabdeh, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-2404/2022 saylı mülki iş üzrə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Cavabdeh vəkili və yeni zamanda nümayəndəsi X2 şifahi vəsatət verərək mülki işlərin bir-biri ilə əlaqəli işlər olduğunu bildirib, birlikdə baxılmaları üçün bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və eyni zamanda cavabdeh İddiaçıMMC məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Maraqlı şəxs qızı iştirak etməmişdir, kollegiya vəsatətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Kollegiya mülki işlərin bir icraatda birləşdirilərək birlikdə baxılmasına dair vəsatəti əsaslı hesab edir. Belə ki, hər iki mülki iş üzrə mübahisənin obyektlərindən biri kimi ünvan 1 ünvanında inşa olunan iddiaçı və cavabdeh İddiaçı MMC-nə məxsus yaşayış binasının 5ci blokunun 11-ci mərtəbəsindəki 322 nömrəli mənzil çıxış edir. Həmin mənzil barədə həm Xocavənd Rayon Məhkəməsi, həmdə Abşeron Rayon Məhkəməsi tərəfindən mübahisə tərəflərinin iddiaları üzrə qətnamələr qəbul edilmişdir. Qəbul edilmiş qətnamələr də, həmin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxslər tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişlər. İşlərə birlikdə baxılması tam hərətərəfli və obyektiv araşdırmanın, qanuni və ədalətli yekun məhkəmə aktının qəbul olunmasına xidmət etməklə yanaşı, prosessual qənaətçillik baxımından da mübahisələrin daha tez həllini tapması ilə nəticələnəcəkdir. Odur ki, vəsatət təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)- 2173/2022 saylı mülki iş birlikdə baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-2404/2022 saylı mülki işə birləşdirilərək, birlikdə baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 169.3, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İlk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması", qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “müqavilə üzrə ödənişin tam şəkildə edilmiş hesab edilməsi, mülkiyyət hüququnun bərpası, mənzilə köçürülmə və maddi ziyanın tutulması” tələbinə dair iddiaları üzrə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-2173/2022 saylı mülki iş, ilk iddia üzrə iddiaçı Maraqlı şəxs qızının cavabdeh İddiaçı MMC-nə qarşı “mənzilin təhvil verilməsi”, qarşılıqlı iddia üzrə İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs qızına qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiaları üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-2404/2022 saylı mülki işə birləşdirilsin və birlikdə baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2173/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2173/2022
16.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver