Məhkəmə qərarları › İş №2(106)-220/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-220/2024

15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-220/2024 15.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)182/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 15 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “WhatsApp” proqramında “X8” adlı qrupda iş üzrə Cavabdeh həmin qrupda öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 – 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:44-də 0.29 saniyəlik səsində “qızlar bunun təbriklərə cavabına baxın, axırda söyüb, allah sizləri eləsin, savadsızın biri savadsız, pulnan yadnan gəldi oturdu orda, savadıda yoxdu, allah elə sənidə eləsin, bildiyi kimi eləsin! Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin” və həmin qrupda saat 21:45-də 0.09 saniyəlik səsində “Günel Bayram qızı necə çıxdı, birdənə qız vare Maral Tahir qızı elə onun kimi köpək olsun” sözləri onun şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməli, buna görə “X8” adlı qrupda təkzib olunması və Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ondan üzr istəməsi öhdəliyinin Cavabdehn üzərinə qoyulması, bu hərəkətlərə görə ona dəyən mənəvi zərərə görə 5000 manat, maddi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 6000 manat pul vəsaiti və 80,40 (səksən manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində X6 tədrisistehsalat işlər üzrə direktor müavini vəzifəsində işləyir. Cavabdeh Hüseynova X1 tabeliyində olan X7 Azərbaycan dili və Ədəbiyyat dili müəllimi vəzifəsində işləyir. Bütün müəllim kollektivi olaraq “WhatsApp” proqramında iş üzrə Cavabdeh da olmaqla “X8” adlı qrupdayıq. Agentlik onun barəsində işə qəbul barədə verdiyi əmrdən sonra “X8” adlı qrupda olan bütün müəllim kollektivi onu həmin qrupda təbrik etdilər. İş üzrə Cavabdeh həmin qrupda öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 – 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:44-də 0.29 saniyəlik səs göndərərək bildirdi ki, “qızlar bunun təbriklərə cavabına baxın, axırda söyüb, allah sizləri eləsin, savadsızın biri savadsız, pulnan yadnan gəldi oturdu orda, savadıda yoxdu, allah elə sənidə eləsin, bildiyi kimi eləsin! Günel Bayram qızı ifrifə, Allah ona fürsət verməsin”. Daha sonra iş üzrə Cavabdeh həmin qrupda yenidən öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 – 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:45-də 0.09 saniyəlik səs göndərərək bildirdi ki, “Günel Bayram qızı necə çıxdı, birdənə qız vare Maral Tahir qızı elə onun kimi köpək olsun”. Bütün səs yazısını qrupda olan təxminən 66 nəfərdən ibarət olan bütün müəllim heyəti qulaq asmış, daha sonra isə hər kəs ondan bu barədə soruşduqdan sonra o da, həmin səsə qulaq asmış və iş üzrə cavabdehi şəxsən görmüş və onun bu səslərinə öz etirazını bildirmiş və onun nəzərinə çatdırmışdır ki, buna görə hüquq müstəvisində ona cavab verəcəksən. O, isə buna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ondan rüsvayedici və sair təhqiramiz şəkildə şikayət ərizələri yazmağa davam etdi. Həmin şikayət ərizələrinin araşdırılması üçün Nazirlik tərəfindən həmin ərizələr aidiyyəti üzrə Agentliyə göndərilmiş və Agentlik isə müvafiq araşdırma aparmışdır. İş üzrə Cavabdeh “WhatsApp” proqramında “X8” adlı qrupa göndərdiyi səs yazıları və daha sonra isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə onun barəsində göndərdiyi ərizələr həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatlar alınması və qrupda olan müəllim kollektivi arasında şərəfini, ləyaqətini, işgüzar nüfuzunu alçatmağı onda məvi sarsıntı yaratmışdır. Bundan sonra aidiyyəti üzrə xəstəxanaya müraciət etmiş və müvafiq müalicə aldıqdan sonra qərara gəlmişdir ki, aidiyyəti üzrə məhkəmə müraciət etsin. Daha sonra İddiaçı nümayəndəsi vəkili Vəkil1 iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “WhatsApp” proqramında “X8” adlı qrupda iş üzrə Cavabdeh həmin qrupda öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:44-də 0,29 saniyəlik səsində “qızlar bunun təbriklərə cavabına baxın, axırda söyüb, allah sizləri eləsin, savadsızın biri savadısız pulnan yadnan gəldi oturdu orda, savadıda yoxdu, allah elə sənidə eləsin, bildiyi kimi eləsin! Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin” və həmin qrupda saat 21:45-də 0,09 saniyəlik səsində “Günel bayram qızı necə çıxdı, birdənə qız vare Maral Tahir qızı elə onun kimi köpək olsun” sözləri onun şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməli, buna görə “X8” adlı qrupda təkzib olunması və Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ondan üzr istəməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, bu hərəkətlərə görə ona dəyən mənəvi zərərə görə 5000 manat, maddi zərərə görə 1400 manat olmaqla, ümumilikdə 6400 manat pul vəsaiti və 84.40 (səksən dörd manatı qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə əvvəllər mübahisələr olmuş, iddiaçı dəfələrlə öz mobil telefonunun “Whatsapp” proqramında onun ünvanına təhqiredici və alçaldıcı sözlərlə mimikalardan istifadə etmişdir. Lakin həmin vaxt cavabdehə öz iradını bildirsə də, ona qarşı hər hansı bir hüquqi müstəvidə iddia irəli sürməmişdir. Lakin iddiaçının iddia ərizəsində qeyd etdikləri hallara dair münasibət olaraq, həmin sözlər o cavabdehin “Whatsapp” proqramında onunla birgə aparmış və şəxsi yazışmalar əsasında birgə işləyən və rəfiqəsinə atmışdır, lakin həmin sözlərin bir nəfər şəxs tərəfindən yayılaraq iddiaçıya göstərilməsi müəyyən olunduqda, “Whatsapp” proqramında məhz digər şəxsə atdığını və ona görə də üzr istədiyini yazaraq üzürxaqlıq etmişdir. İddiaçının hərəkətlərində verdiyi nöqsanlarla bağlı həmişə tənqidi olaraq öz mülahizəsində bildirmiş və bu da iddiaçı ilə onun arasında həmişə narazılığa gətirib çıxartmışdır. Lakin onun tərəfindən iddiaçının hər hansı bir formada təhqir etmə fikri, olmamışdır. Çünki belə bir hallar olsaydı, kollektiv arasında həmişə bu barədə söz-söhbəti, və iddiaçı tərəfindən bu günə kimi mübahisələndirilərdi. Bu səbəbdən də iddiaçının onun tərəfindən mobil telefonunda “Whatsapp” proqramında şəxsi yazışdığı iş yoldaşı, rəfiqəsi olmuşdur. Lakin onun ictimai formada yayılmasına özü yol verməmişdir. İddiaçı qəsdən iddia ərizəsində qrupda və 66 nəfərdən ibarət kollektiv göstərməsi ona qarşı irəli sürdüyü iddia tələbinə əsasən fikir ayrılığı yaratmaqdır. İddiaçı ilk olaraq onu sosial şəbəkədə və həmçinin öz “Whatsapp” proqramında ona qarşı qıcıq yaradıcı və təhqiramiz sözlərlə mimika ataraq etik qaydalardan kənar sözlərdən istifadə etmişdir. Lakin bütün bunlara baxmayaraq ona qarşı “Whatsapp” proqramında üzr istəmişdir və həmin mesajı digər qrupa atmış və səhvən bu qrupa düşdüyünü və bunun üçün üzürlü sayılması barədə mesajı yazılmışdır. Bu isə iddiaçı ilə cavabdeh əvvəlcədən öz aralarında etdikləri hərəkətsizliyin təzahürü olaraq bağışdanmasını keçirtməklə şəxsi mülahizə xarakerli olduğunu bildirmişdir və hesab edir ki, iki nəfər arasında hər hansı bir hərəkətsizlikdən irəli gələn hallar kütləvi forma daşımadığından şərəf ləyaqətin açalması kimi qəbul edilə bilməz. Bütün bu halların hardan qaynaqlanması məhkəmə araşdırması əsasında hesab edir ki, müəyyən edilməklə sübuta yetirilməlidir. Çünki iddiaçı ilk olaraq ona qarşı “Whatsapp” proqramında xx.xx.2022-ci il tarixdə məxsus 055 *** ** ** nömrəli mobil telefondan dəfələrlə alçaldıcı və təhqiramiz sözlərdən istifadə etməsi onun tərəfindən iddiaçıya qarşılıqlı olaraq cavab verilmişdir. İddia ərizəsində iddiaçı əvvəlcə cavabdeh tərəfindən “Whatsapp” proqramında “X8” adlı qrupa göndərdiyini və həmin qrupda onunda olduğundan bunu müəyyən etməsini göstərməsi, lakin sonradan həmin sözlərin müəllim kollektivinin qulaq asdığını və sonra ondan soruşduğunu qeyd etməsi onun tərəfindən qeyd edilənlərin bir daha sübutu əsası olaraq iddiaçı ilə onun arasında əvvəllər konfliktin olduğunu və şəxsi münasibətlərdən irəli gələrək onun tərəfindən işlə bağlı hərəkətsizliylərində nöqsan olduğunu tutmağı olmuşdur ki, bu da iddiaçı tərəfindən ona qarşı hər hansı bir atdığı addımdan irəli gəlmiş və nəticədə belə bir xoşagəlməz hallara gətirib çıxartmışdır. Ona görə də hesab ki, məhkəmə tərəfindən həmin hallar yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlər də deyil, iş üzrə tədqiq edilmiş sübutlarla araşdırılaraq hüquqi qiymət verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)182/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Ceyhun Mustafayev), iddianın qismən təmin edilməsi, Cavabdeh Əlfaiz qızının “Whatsapp” sosial şəbəkəsində “X8” adlı qrupda İddiaçı ünvanına işlətdiyi “...Həə, savadsızın biri savadsız. Pulnan yadnan gəldi oturdu orda, savadı da yoxdu. Allah elə səni də eləsin, bildiyi kimi eləsin. Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin”, “Günel Bayram qızı bilirsən nətər çıxdı? O bidənə qız var e, Maral Tahir qızı. Helə onun kimi köpək olsun” kimi söz və ifadələrin İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) məlumatlar hesab edilməsi, şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığından Cavabdeh 400 manat məbləğində maddi və mənəvi zərərə görə 300 manat olmaqla, ümumilikdə 700 (yeddi yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 60.40 (altmış manat qırx qəpik) hissəsinin iddiaçıya aid edilmsəi, ödənilmiş olan dövlət rüsumunun 20 (iyirmi) manatının Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, həmin qətnamə ilə məhkəmə məsrəfi məsələsi həll edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçının vəkili Vəkil1 Şirvan şəhər məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)-182/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehin vəkili Vəkil2 Şirvan şəhər məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)-182/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və kollegiyadan apellyasiya şikayətinin təmin edilməsini, Şirvan şəhər məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)-182/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, həmçinin cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və kollegiyadan apellyasiya şikayətinin təmin edilməsini, Şirvan şəhər məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)-182/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, həmçinin cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və kollegiyadan apellyasiya şikayətinin təmin edilməsini, Şirvan şəhər məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)-182/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini, həmçinin iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və kollegiyadan apellyasiya şikayətinin təmin edilməsini, Şirvan şəhər məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)-182/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini, həmçinin iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri həddində Şirvan şəhər məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(032)-182/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən edərək, iddia tələbinin həm maddi həm də, mənəvi zərərin ödənilməsi hissəsində düzgün nəticəyə gəlsə də, iddianın mənəvi zərərin məbləğinin müəyyən edilməsi hissəsində səhv nəticəyə gəlmişdir ki, bununla da gəlinən nəticənin mənəvi zərərin məbləği hissəsində apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər nəzərə alınmaqla iddia tələbinin mənəvi zərər hissəsində gəlinən nəticənin yenidən araşdırılması və ona hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının iddia tələbindən müəyyən edilir ki, Cavabdeh “WhatsApp” proqramında “X8” adlı qrupda öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 – 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:44-də 0.29 saniyəlik səs ataraq həmin səsdə İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) məlumatlar səsləndirmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli, K/4-106 nömrəli əmrindən görünür ki, İddiaçı 11 noyabr 2022-ci il tarixindən 1 il müddətinə X6 tədrisistehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, 4/716 saylı rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarında Cavabdeh Əlfaiz qızının “Whatsapp” sosial şəbəkəsində “X8” adlı qrupunda İddiaçı ünvanına işlətdiyi “...Həə, savadsızın biri savadsız. Pulnan yadnan gəldi oturdu orda, savadı da yoxdu. Allah elə səni də eləsin, bildiyi kimi eləsin. Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin”, “Günel Bayram qızı bilirsən nətər çıxdı? O bidənə qız var e, Maral Tahir qızı. Helə onun kimi köpək olsun” kimi söz və ifadələr İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) məlumatlar hesab olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mənəvi ziyan tələbi ilə bağlı isə kollegiya qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ifadələrin məzmun və mənasını, həmin ifadələrin açıq-aşkar iddiaçının şəxsiyyətinə uyğun olmadığını və onun ləyaqətini alçaltdığını qəbul etməklə hesab edir ki, cavabdeh həmin ifadələrlə iddiaçıya mənəvi sarsıntı və iztirab vermiş, qeyd olunan ifadələr iddiaçının şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, Cavabdeh “WhatsApp” proqramında “X8” adlı qrupda öz şəxsi istifadəsində olan +99450 – 869 – 88 – 65 telefon nömrəsi ilə həmin qrupa saat 21:44-də 0.29 saniyəlik səs ataraq həmin səsdə İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) “...Həə, savadsızın biri savadsız. Pulnan yadnan gəldi oturdu orda, savadı da yoxdu. Allah elə səni də eləsin, bildiyi kimi eləsin. Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin”, “Günel Bayram qızı bilirsən nətər çıxdı? O bidənə qız var e, Maral Tahir qızı. Helə onun kimi köpək olsun” kimi söz və ifadələr səsləndirmişdir. Həmin söz və ifadələrinin iddiaçının şərəf və ləyaqətini alçaldan söz və ifadə olması, məhkəmə tərəfindən təyin olunmuş linqvistik ekspertizasının rəyi ilə də, təsdiq olunmuşdur. 31 may 2023-cü il tarixli, 4/716 saylı rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarında Cavabdeh Əlfaiz qızının “Whatsapp” sosial şəbəkəsində “X8” adlı qrupunda İddiaçı ünvanına işlətdiyi “...Həə, savadsızın biri savadsız. Pulnan yadnan gəldi oturdu orda, savadı da yoxdu. Allah elə səni də eləsin, bildiyi kimi eləsin. Günel Bayram qızını ifritə, Allah ona fürsət verməsin”, “Günel Bayram qızı bilirsən nətər çıxdı? O bidənə qız var e, Maral Tahir qızı. Helə onun kimi köpək olsun” kimi söz və ifadələr İddiaçı şərəf və ləyaqətini nalayiq formada ləkələyən (alçaldan) məlumatlar hesab olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İddiaçı 1400 manat maddi zərər vurulmuş olduğunu iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş olan sübut yalnız İddiaçı tərəfindən Vəkil1 ödənilmiş olan 400 manatla bağlı ödəniş qəbzidir. Kollegiya xatırladır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırkı halda isə sübutetmə yüklülüyü iddiaçının üzərinə düşür. Lakin iddiaçı maddi zərərlə bağlı iddia etdiyi məbləğdə maddi zərərə məruz qalması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı həm maddi həm də, mənəvi ziyana məruz qalmışdır. O ki, qaldı məhkəmə tərəfindən müəyyən edilən madddi ziyanın məbləğinə kollegiya məhkəmənin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən maddi ziyanın məbləğini sübut olunan həddə yəni 400 manat məbləğində müəyyən olunmasına kollegiya məhkəmənin bu mövqeyi razılaşır və hesab edir ki, maddi ziyan hissəsində düzgün nəticəyə gəlinmiş, bu hissədə həm iddiaçı həm də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla heç bir sübutla təsdiq olunmur. Məhkəmə kollegiyası mənəvi ziyanla bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı barəsində cavabdeh tərəfindən yayılan məlumat ona olan inam və etibarın şübhə altına alınmasına, barəsində mənfi imicinin formalaşmasına səbəb olduğundan iddiaçıda psixi iztirabın, mənəvi sarsıntının qarşılığı kimi birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə cavabdehdən alınan məbləğ 300 manat kifayət qədər az olmaqla, iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi ədalətli hesab edilə bilinməz. Buna görə də həmin məbləğin artırılaraq 1.000 manat məbləğdə müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi qismən ədalətli hesab edilməklə, müəyyən edilən məbləğ iddiaçının barəsində yayılan məlumat ona olan inam və etibarın şübhə altına alınmasına, barəsində mənfi imicinin formalaşması qismən qarşılığı kimi dəyərləndirilməlidir. Kollegiya Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh həmin dəlillərdə iddiaçının ünvanına işlədilmiş ifadələri nalayiq söz kimi deyil qarğış mənasında işlətdiyini, həmçinin həmin ifadələrə görə iddiaçıdan üzr istədiyini qeyd etsə də, cavabdeh tərəfin dəlilləri formal xarakterli olmaqla iş üzrə qəbul edilmiş qətnamənin ləğvi üçün əsas ola bilməz. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)182/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi “Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat tutularaq, İddiaçı verilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat tutularaq, İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 372, 384.0.3, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)182/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi “Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat tutularaq, İddiaçı verilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat tutularaq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar