Məhkəmə qərarları › İş №2(106)-2200/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2200/2022

31.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2200/2022 31.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, iddiaçı Rusiya Federasiyasının Şimal-Qərb Gömrük İdarəsinin Sebeja gömrüyünün Cavabdeh qarşı gömrük ödənişləri üzrə borcun və penyanın alınması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(049)-329/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(049)-329/2016 saylı qətnaməsi ilə (sədrlik edən hakim Fuad Soltanov) iddia təmin edilmiş, Cavabdeh gömrük ödənişləri üzrə borca görə 855896,04 (səkkiz yüz əlli beş min səkkiz yüz doxsan altı tam yüzdə dörd) rubl və penyaya görə 65747, 08 (altmış beş min yeddi yüz qırx yeddi tam yüzdə səkkiz) rubl, cəmi 921643,12 (doqquz yüz iyirmi bir min altı yüz qırx üç tam yüzdə on iki) rubl alınıb Rusiya Federasiyasının Şimal-Qərb Gömrük İdarəsinin Sebeja gömrüyünün xeyrinə ödənilməsi, Cavabdeh tutulacaq 921643,12 (doqquz yüz iyirmi bir min altı yüz qırx üç tam yüzdə on iki) rubl məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Cavabdeh tərəfindən Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(049)-329/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; 361.1.5. şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. 361.1.6.şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı; Apellyasiya şikayətlərindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(049)-329/2016 saylı qətnaməsindən apelyasiya şikayəti verilərkən Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (363.1.1-1) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli 2(106)-1884/2022 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(049)-329/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayət qeyri mümkün hesab olunaraq geri qaytarılmışdr. Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinin əsası kimi Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl edilməməsi, apellyasiya şikayətində işin faktiki hallarına istinad etməklə apellyasiya şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutların (361.1.6) göstərilməməsi olmuşur. Bundan əlavə, apellyasiya şikayətində məhkəmənin işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmaması qeyd edilməklə Azərbaycan Respublikasının MPM-nin 77.1, 88, 217.3, 218.1 və 220-ci maddələrinin pozuntularına yol verilməsi göstərilsə də, işin mübahisə olunan hansı halları üzrə araşdırmanın aparılmalı olduğu halda aparılmaması, bununla da mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərinə əməl edilməsinin müəyyən olunmadığı göstərilmişdir. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikasının MPM-nin 77.1, 88, 217.3, 218.1 və 220-ci maddələrini sadalamaqla kifayətlənərək Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(049)-329/2016 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(049)- 329/2016 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli 2(106)-1884/2022 saylı qərardadında göstərilən nöqsanları aradan qaldırmadan yenidən apellyasiya şikayəti ilə müraciət etmişdir. Belə ki, apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl edilməmiş apellyasiya şikayətində işin faktiki hallarına istinad etməklə apellyasiya şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (361.1.6) göstərilməmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17, 20, 21.1, 21.2, 152.3, 154, 157-ci maddələrinə istinad etməklə kifayətlənmiş, işin mübahisə olunan hansı halları üzrə maddi hüquq normalarının tətbiq edilməli olduğu halda, tətbiq edilməməsi səbəbindən qanunla qorunan hüquqlarının pozulmasına səbəb olması apellyasiya şikayətində göstərilməmiş, ümumiyyətlə cavabdehin apellyasiya şikayətinin dəlillərinin nədən ibarət olması müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla birinci instansiya məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətlərinin 361-ci maddənin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(049)-329/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361, 364, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(049)- 329/2016 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar