Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-224/2024 01.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X26 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(022)-166/2023 saylı qətnaməsindən hər iki tərəfin vermiş olduğu apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, qoyun yatağına və 6 hektar torpaq sahəsinə görə verdiyi 19000 manatın, çiy kərpicdən tikilmiş istifadə üçün yararsız vəziyyətdə olan çoban evinin sökülməsinə görə fəhlələrə verdiyi 200 manat, yeni tikilmiş çoban evinin tikinti materiallarına verdiyi 2500 manat, mişar daşlarının və qumun alınması üçün Rəhmana verdiyi 600 manat, sementə verdiyi 400 manat, binanın tikintisinə görə usta və fəhlələrə verdiyi 1200 manat, qoyunlar üçün tikilmiş yay qəhəlinin materiallarına verdiyi 300 manat, qaynaqçıya verdiyi 50 manat, evindən gətirib yatağa qoyduğu “Samsung” markalı televizora görə 500 manat, krosna aparatına və onun avadanlıqlarına görə 100 manat, “Hunday” markalı 2.4 kv. işıq motoruna görə 600 manat, 1 kv. işıq verən motora görə 200 manat, evinin işlənmiş mebellərinə görə 300 manat, odun peçinə görə 50 manat, 3 ədəd taxta qapıya görə 500 manat, dəmir qapıya görə 200 manat, 2 taxta pəncərəyə görə 100 manat, 1 ədəd kiçik plasmas pəncərəyə görə 50 manat, həmin əşyalara görə cəmi 2600 manatın, qoyunların mövsümü müalicəsi və digər iynə və dərmanlarına görə verdiyi 1000 manatın, əskik olan 152 baş ana qoyuna görə 30400 manatın, əskik olan 177 baş quzuya görə 17700 manatın, 4 baş törədici erkəyə görə 1600 manatın, cəmi 80150 manatın, bank uçot dərəcəsinə görə 9618 manatın, həmçinin dövlət rüsumuna görə ödədiyi 395 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2018-ci ilin yay aylarında qaynı Cavabdeh ona bildirmişdir ki yaşadıqları evin həyətində təxminən 20-25 baş xırda buynuzlu davar saxlayır. Qoyunların sadır iyindən qonşuları çox narazılıq edirlər. Həm də rayon mərkəzində qoyunları otarmaq üçün örüş sahəsi də yoxdur. O, da həyətdə cavabdehin qoyun saxladığı şəraitlə yaxından tanış olandan sonra ona bildirmişdir ki, “narahat olma, 5-6 aya yaxşı yataq yeri tapıb səni burdan çıxaracağam. Həm sənin qoyunlarına, həm də mənim alacağım qoyunlara birlikdə baxarsan”. Biləsuvar rayon İHB-nın Aşağı-Cürəli kənd icra nümayəndəsi X18 nümayəndəliyin ərazisində yaxşı örüşü olan yataq yeri satan olub-olmamasını soruşmuşdur. O, bildirmişdir ki, nümayəndəliyin Muğankənd kəndi ərazisində Mirsadıq adlı şəxs 6 hektar torpaq sahəsi olan yatağını satır. İddiaçı Mirsadığın Masallı rayonunda yaşayan qaynı X9 və Bakı şəhərində yaşayan digər qaynı X10 ilə mobil telefonla əlaqə saxlamış, onlar Mirsadığın baldızının adına sənədləşdirdiyi (onların bacısının) 6 hektar torpaq sahəsini və üzərində yerləşən yatağı satmaq istədiyini və həmin torpağın satılması ilə Mirsadığın məşğul olduğunu bildirmişlər. Onlar Mirsadığın telefon nömrəsini ona vermişlər. O, Mirsadıqla telefon vasitəsi əlaqə saxlayıb danışmış, Mirsadıq 6 hektar torpaq sahəsini və yatağı ona 20000 manata satacaqlarını bildirmiş, o, isə ona hörmət etməyi və qiymətdən bir qədər çıxmağı xahiş etmişdir. Mirsadıq isə 1000 manat çıxmaqla torpağı və yatağı 19000 manata iddiaçıya satacağını bildirmişdir və onlar razılaşmışlar. Onların söhbəti 2018-ci ilin iyul ayında olmuşdur. Həmin ayın axırlarında Mirsadığın baldızının əri X32 onun işlədiyi aptekə gələrək torpağın çıxarışını gətirdiyini və sənədləşmə işlərinin aparılması üçün Masallı rayonunda yerləşən ASAN xidmətdə olan notariusa getməyi bildirmişdir. O, 19000 manatı Şamilə vermək istədikdə ona bildirmişdir ki, sənədləşmə işi yekunlaşandan sonra pulu qəbul edəcəkdir. Şamil, arvadı Fəridə və qaynı Rəhman ilə Masallıya getmişlər. Bir neçə saat keçəndən sonra Rəhman zəng edərək bildirmişdir ki, pulu notariusun depozit hesabına keçirmək lazımdır, yoxsa alqı-satqı müqaviləsini bağlamaq mümkün olmayacaq. Buna görə də o, taksi fəaliyyəti ilə məşğul olan qardaşı Şahid1 işlədiyi aptekə çağırıb 19000 manatı ona verərək bildirmişdir ki, pulu təcili olaraq Masallıda ASAN xidmətdə olan qaynı Rəhmana çatdırsın. Qardaşı pulu verəndən sonra Rəhman ona zəng edərək Vaqifəlinin pulu ona verməsini bildirmişdir. Torpaq Mirsadığın baldızı X2 adına idi. Həmin torpağı qaynı Cavabdeh adına sənədləşdirmək istəyirdi. Bu barədə fikrini qaynına dedikdə cavabdeh onunla razılaşmışdı. Yuxarıda qeyd etdiyi kimi, 6 hektar əkin torpaq sahəsinə və yatağa görə 19000 manat şəxsi vəsaitini cavabdehə vermiş, lakin torpaq sahəsinin alqı-satqı müqaviləsini qaynı Rəhmanın adına sənədləşdirmişdir. Rəhman onun qaynı olduğundan aralarında olan səmimi münasibətlərə görə ona inanaraq bütün sənədləşməni onun adına aparmışdır. Həmin torpaq sahəsinin və yatağın sahibi kimi hamı iddiaçını tanıyır, Muğankənd kəndinin sakinləri oranı “Baxşəlinin yatağı” kimi tanıyırlar. Bütün Muğankənd kəndinin sakinləri dindirilərsə, onlar hamısı 6 hektar torpağın və yatağın sahibinin iddiaçının olduğunu təsdiq edəcəklər. Onlar Rəhmanı yatağın çobanı kimi tanıyırlar. Əslində də Rəhman çobandır. Cavabdeh onun qoyunlarının hesabına tanınıb. O, yatağa Rəhmanı rəhbər təyin edənə qədər, onların maddi vəziyyəti yaxşı olmamışdır. Hətta evlərində və həyətlərində heç bir şərait yox idi. Onun qoyunlarını mənimsəyərək öz vəziyyətini və ailəsinin vəziyyətini düzəltmişdir. O, torpağın sənədləşmə işi qurtarandan sonra 2018-ci il oktyabr ayının əvvəllərindən həmin torpaqda yerləşən çiy kərpicdən tikilmiş, baxımsızlıq ucbatından istifadə üçün yararsız olan yaşayış binasını sökdürmüş, həmin tikililəri öz şəxsi vəsaiti hesabına həmkəndliləri X33 (usta), X27 (fəhlə) hördürmüşdür. Söküntü işlərinə görə onlara 200 manat şəxsi vəsaitini vermişdir. Söküntüdən sonra onun proyekti əsasında onlar otaq və dəhlizdən ibarət olan çoban evini tikmişlər. O, usta və fəhləni gündəlik işə öz şəxsi “Niva” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işləmək üçün aparıb gətirmişdir. Tikinti üçün lazım olan bütün tikinti materiallarını o, öz şəxsi vəsaiti hesabına almışdır. Bütün tikinti materiallarına 2500 manat öz şəxsi vəsaitini vermişdir. Rəhmana 600 manat pul vermişdir. Həmin pulla o, mişar daşlarını və qumu almışdır. Gündəlik sementi isə yolun üstündə yerləşən dükanlardan almışdır. Sementə 400 manat pul vermişdir. Evin bütün qapı pəncərələrini evindən aparmışdır. Usta və fəhləyə birlikdə 1200 manat öz şəxsi vəsaitini vermişdir. Yay üçün qoyun damının materiallarını həmkəndlisi Həbibin dükanından 300 manata almışdır. Qaynaq işlərinə görə qaynaqçıya 50 manat pul vermişdir. Bu xərclərin heç birində Rəhman iştirak etməmişdir. Bundan başqa, evindən 500 manata olan “Samsung” markalı televizoru, 100 manata olan krosna aparatını və onun avadanlıqlarını, 600 manat dəyərində “Hunday” markalı, 2,4 kv. işıq motorunu, 200 manat dəyərində olan 1 kv. işıq verən motoru, qiyməti 300 manat olan evinin işlənmiş mebellərini, qiyməti 50 manat olan odun peçini, qiyməti 500 manat olan 3 ədəd taxta qapını, qiyməti 200 manata olan dəmir qapını, qiyməti 100 manat olan 2 ədəd taxta pəncərəni, qiyməti 50 manat olan balaca plasmas pəncərəni yatağa gətirmişdir. Qeyd etdiyi avadanlıqlar hazırda da yataqdadır və onlardan Rəhman istifadə edir, həmin şeylərin cəmi dəyəri 2600 manat təşkil edir. Həmin vaxt Rəhmanın tikintiyə xərc qoymağa və yatağa hansısa əmlakı aparmağa heç bir imkanı yox idi. Sonradan iddiaçının qoyunlarını sataraq özünə kifayət qədər vəsait yaratmışdır. Hazırda onun pulu ilə ona meydan oxuyur. Bəzi polis əməkdaşları da ona havadarlıq edirlər. Bu da onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa, həmin ərazidə yerləşən qoyun damı mişar daşından tikilmişdir və istifadə üçün yararlı vəziyyətdə idi. Qoyun damının qabağındakı açıq tikili də tam yararlı idi. Həmin tikililərə heç bir xərc çəkməmişdir. Tikintini qurtarandan sonra Rəhman onun razılığı ilə həyətində saxladığı 25 baş qoyunu həmin yatağa gətirib saxlamağa başlamışdır. O, isə 2018-ci ilin oktyabr ayından başlayaraq özünə yataqda saxlamaq üçün qoyun almağa başlamışdır. Həmin vaxt heyvandar tanışı X34 rayonun Ağalıkənd kəndində yaşayan X50 və X45 qardaşlarından 35 baş boğaz şişəyin hər birini 180 manatdan olmaqla cəmi 6300 manat şəxsi vəsaitini verərək almış və qoyunları Bəhramla birlikdə yatağa gətirmişdir. Həmin qoyunları saxlamaq üçün Rəhmana vermişdir. Ağalıkənd kəndindən qoyunları tanımadığı Qazel markalı avtomobildə yatağa gətirmiş, sürücüyə zəhmət haqqına görə 30 manat pul vermişdir. 2018-ci ilin oktyabr ayında rayonun mal bazarından heyvandar həmkəndliləri İbX35 və Şahid4 Bəhrəm oğlunun köməkliyi ilə İmişlidən olan şəxslərdən 28 baş ana qoyun almışdır. Həmin qoyunların yarısı yanı balalı, yarısı isə boğaz idi. Qoyunların hər birinə orta hesabla 210 manat verməklə 28 baş ana qoyuna görə 5880 manat şəxsi pul vəsaitini vermişdir. Həmin qoyunları İbX35 və Şahid4 Bəhrəm oğlu ilə birlikdə bazardan almış və onların yanında bazarda Rəhmana təhvil vermiş və Rəhman iki dəfəyə həmin qoyunları Nivanın qoşqusunda yatağa gətirmişdir. O, 2018-ci ilin dekabar ayında rayonun mal bazarından heyvandar həmkəndliləri X35 və Şahid4 Bəhrəm oğlunun köməkliyi ilə tanımadığı ayrı-ayrı şəxslərdən 27 baş ana qoyun almışdır. Həmin qoyunların hamısı balalı idi. Qoyunların hər birinə orta hesabla 240 manat verməklə 27 baş ana yanıbalalı qoyuna görə mal sahiblərinə 6480 manat şəxsi vəsaitini vermişdir. Həmin qoyunları saxlamaq üçün həmkəndliləri İbX35 və X15 yanında sayaraq Rəhmana təhvil vermişdir. Rəhman həmin qoyunları Niva markalı avtomobilin quşqusu ilə mal bazarından yatağa gətirmişdir. 2019-cu ilin yaz aylarında X6 58 baş qoyunu, 1 baş yanıbalalı keçini, 1 baş “Beyləqan cinsi” deyilən qoçu 6500 manata alaraq saxlamaq üçün yatğa gətirib Rəhmana təhvil vermişdir. Faiq İbrahimovun yatağı onun yatağına yaxın yerdə yerləşir. Bundan başqa, bazardan tanımadığı adamdan hər biri 400 mantdan olmaqla 1600 manat verib 4 baş törədici erkək almışdır. Onları da yatağa gətirib Rəhmana təhvil vermişdir. 2018-ci ildə aldığı qoyunların dişi balalarından 40 başını damazlığa saxlamışdır. 2020-ci ildə həmin davarlar da ana qoyun olmuşdu. 2020-ci ilin payız aylarından etibarən həmin qoyunlar da bala verməyə başlamışdır. Ümumilikdə 2021-ci ilin əvvəlində onun Rəhmanda 190 baş ana qoyunu, həmin qoyunların balaları təxminən 200 baş quzu və 4 baş törədici erkək olmuşdur. Rəhmanla aralarında olan razılığa əsasən 190 baş ana qoyunun damazlığa götürdüyü 40 baş dişi balalarından başqa qalan bütün quzularını Rəhman sataraq yarısını ona vermiş, yarısını isə özünə götürmüşdür. Bu qaydada 2020-ci ilin ortalarına qədər işləmişlər. Qoyunların müalicəsini baytar həkimi X46 həyata keçirmiş, müalicə müddətində baytar həkimi Elman Cəfərovu yatağa həmişə özü gətirmişdir. Baytar həkminin zəhmət haqqını özü ödəmişdir. Rəhman heç bir vaxt baytar həkiminə pul verməmiş və dərman da almamışdır. Ola bilər ki, arada az miqdarda dərmanlar almışdır. Qoyunlara lazım olan bütün iynə və dərmanları baytar apteki işlədən X3 öz şəxsi pul vəsaitini verərək almışdır. (X44 vəfat etmişdir). Rəhman heç bir vaxt böyük həcmdə pul verərək iynə-dərman almamışdır. Bu müddət ərzində davarların mövsümü müalicəsinə, lazım olan digər dərmanlarına 1000 manatdan artıq pul vermişdir. O, təsərrüfata nəzarət etmək üçün özünə məxsus olan “Niva” markalı **-BT-*** vlət qeydiyyat nişanlı avtomobili qoşqusu ilə birlikdə Rəhmana vermiş, qoyunlara baxmaq üçün çoban tutmuşdur. Çobanın işinə Rəhman nəzarət edirdi. O, işi ilə əlaqədar 3-4 aydan bir yatağa gedirdi. Rəhman həmişə hər işin qaydasında olduğunu ona bildirirdi. Həqiqətən də 2020-ci ilin ortalarına qədər hər iş öz qaydasında gedirdi. Həmin vaxta qədər onun Rəhmandan şübhələnməyinə heç bir əsas olmamışdır. 2020-ci ilin ortalarından etibarən Rəhmandan şübhələnməyə başlamış, qoyunların sayının azaldığını, cavan qoyunların qoca xəstə qoyunlarla əvəz edilməsini hiss etmişdir. Ona görə də o, Rəhmana bildirmişdir ki, qoyunları saxlamaq ona sərf etmir. Çünki, qoyunlardan xeyir görmür. Bütün qoyunları satmaq istədiyini Rəhmana bildirmişdir. Rəhman əvvəlcə onunla razılaşmışdır. O, 2021-ci ilin aprel ayının 28-də qoyunları Salyan bazarında satmaq üçün yatağa getmişdir. O, özü ilə qoyunları yükləmək üçün 2 ədəd Qaz-53 markalı avtomaşın aparmışdır. Avtomaşınlardan birinin sürücüsü Nəbi Kazımov, o birinin sürücüsü isə Kamran Məmmədli idi. Qoyunları avtomaşınlara yükləmək üçün İbX35nu və iki oğlu Elvin və Elçini də özü ilə aparmışdır. Yatağa yaxınlaşanda Rəhmanın qoca ata və anasının yataqda olduqlarını görmüşdür. Rəhmandan onların nə üçün gecə vaxtı yatağa gəİdiyini soruşduqda, ona bildirmişlər ki, indi gecədir, sonra gəlib qoyunları götürərsən. O, Rəhmanla danışıb razılaşdığını, buna görə də iki maşın, üç fəhlə gətirdiyini, bu gün Salyan bazarının işlədiyini, qoyunları mütləq bazara aparmalı olduğunu bildirmişdir. Onlar hay-küy salmağa başlamış və onu təhqir etmişlər. Ona qoyunlarını götürməyə imkan verməmişlər. Vəziyyətin daha da ciddiləşdiyini görərək qoyunları götürə bilməmişdir. Bu barədə 03 may 2021-ci il tarixdə qoyunlarının Rəhman tərəfindən mənimsənilərək dağıdılması barədə Biləsuvar RPŞ-nə müraciət edərək qanunamüvafıq qərar qəbul dilməsini xahiş etmişdir. Bundan sonra Rəhman ona bildirmişdir ki, guya yataqda 43 baş qoyunu və 23 baş quzusu vardır. Sonra gəlib qoyunlarını götürməsini bildirmişdir. İddiaçı ona bildirdirmişdir ki, yataqda olan bütün qoyunlar onundur, digər adamların yataqda heç bir qoyunu yoxdur. Rəhmana öz qoyunlarını atası xəstələnəndə satdığını, yataqda onun heç bir qoyununun olmadığını, bütün qoyunların ona məxsus olduğunu bildirmişdir. Növbəti dəfə gələndə görmüşdür ki, Rəhman qoyunların çoxunu qırmızı rənglə rəngləyib. Ona bildirmişdir ki, qırmızı rənglə rənglənmiş qoyunların bir hissəsi qaynatasının, bir hissəsi isə bacısınındır. O, Rəhmana bildirdirmişdir ki, onu ana qoyunlara yox, ana qoyunların balalarından götürülmüş qazanca şərik etmişdir. Rəhman isə yataqda cəmi onun 86 baş ana qoynunun olduğunu bildirərək, həmin qoyunalardan 43 başını özünə götürmüş və 43 başını isə ona vermişdir. Polis şöbəsində araşdırma aparılarkən 18 baş yanıbalalı ana qoyunu yataqdan götürüb, onlardan 10 başını bazarda 1700 manata satmış, 8 baş yanıbalalı qoyunu sata bilmədiyindən yenidən yatağa gətirib Rəhmana təhvil vermişdir. Həmin qoyunları bazara X16 Qazel markalı avtomaşını ilə aparıb, 8 baş satılmayan yanıbalalı qoynu həmin avtomaşınla yatağa çobanın iştirakı ilə gətirib yenidən Rəhmana təhvil vermişdir. Qalan qoyunları sata bilmədiyindən müştəri tapmağı dostu Ərzuman Bədəlovdan xahiş etmişdir. Buna görə də dostu Ərzuman Bədəlov vasitəsilə Cəlilabad rayonunun Alar kəndində yaşayan mal-qara alveri ilə məşğul olan Rəfail adlı şəxsi yatağa gətirmişdir. Rəhmanın iddiaçıya aid olduğunu göstərdiyi qoyunlara Rəfail baxandan sonra qoyunlarının hamısının qoca və xəstə olmasını bildirmişdir. Məcburiyyət qarşısında qaldığından 33 baş qoyunu yə 13 baş quzunu ona cəmi 4725 manata satmışdır. İddiaçının mülkiyyətində olan 195 baş qoyundan 152 baş əskik gəlmişdir. Hər birinin qiyməti 200 manat olan 152 baş qoyunun mənimsənilməsi ilə əlaqədar ona 30400 manat, hər birinin qiyməti 100 manat olan 177 baş quzunun mənimsənilməsi ilə aqədar ona 17700 manat, hər birinin qiyməti 400 manat olan 4 baş törədici qoçun mənimsənilməsi ilə əlaqədar ona 1600 manat, cəmi 49700 manat ziyan dəymişdir. Bu ziyanı ona qaynı Rəhman vurmuşdur. Biləsuvar rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X19 54C-22 nömrəli material üzrə qəbul etdiyi 05 avqust 2022-ci il tarixli qərara əsasən cinayət işinin başlanması cinayət hadisəsi olmadığından rədd edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında o, şikayət versə də, sonradan şikayətini geri götürmüşdür. Yuxarıda qeyd etdiyi davarların onun mülkiyyətində olmasını Biləsuvar RİHB-nın Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 02 mart 2022-ci il tarixli, 226 saylı arayışı ilə təsdiq olunur. Həmin arayışa əsasən mülkiyyətində 250 baş davarın olması təsdiq olunur. Hazırda isə mülki qaydada məhkəmədə iddia qaldırmağa zərurət yaranmışdır. Buna görə də hesab edir ki, mübahisəyə mülki qaydada baxaraq ona dəymiş ziyan Cavabdeh alınaraq ona verilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izhat verərək təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, Biləsuvar şəhəri, 8 mart küçəsi, ev 52-də ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı onun kürəkənidir. Əvvəllər aralarında hər hansı narazılıq və ədavət olmamış, münasibətləri bir qohum kimi yaxşı olmuşdur. 2018-ci ilin sentyabr ayında rayon sakini Fəridə Quliyevadan 19000 manata Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 hektara yaxın torpaq sahəsi olan fermanı almışdır. Fəridə Quliyeva ilə aralarında alıq-satqı müqaviləsi Masallı şəhərində yerləşən Asan xidmət mərkəzində bağlanmışdır. Fəridədən aldığı 6 hektara yaxın torpağı olan ferma ona məxsus olmasına dair çıxarış sənədini 26 oktyabr 2018-ci il tarixdə əldə etmişdir. Sözügedən ərazidə həm də hazır tikili olan ferma olmuşdur. Oranı almaqda məqsədi qoyun-quzu saxlayıb təsərrüfat işləri ilə məşğul olmaq olmuşdur. Fermanı aldıqdan sonra orada qoyun-quzu saxlamağa başlamışdır. Kürəkəni İddiaçı ona demişdir ki, o da, təsərüfat işləri ilə məşğul olmaq istəyir, ancaq fikirləşir ki, qoyun-quzu ala bilər, lakin onları saxlamağa nə şəraiti, nə də yeri yoxdur. Ona görə də kürəkəni Baxşəli ondan xahiş eləmişdir ki, özü üçün qoyun-quzu alsın və onun fermasında qoyunlarının içərisində saxlasın. Baxşəli bacısının əri olduğu üçün bacısına görə məcburən ona razılıq vermiş, əslində bacısı olmasaydı ona imkan verməzdi ki, ona məxsus fermada Baxşəli qoyun-quzu saxlasın. 2019-cu ilin yaz aylarından başlayaraq Baxşəli hissə-hissə, yəni 5 baş bir, 10 baş bir olmaqla 2019-cu ilin payız aylarına kimi ümumilikdə bu minvalla fermaya cəmi 45 qoyun-quzu alıb gətirmişdir. Hətta bir-iki dəfə Baxşəli Biləsuvar rayon mal bazarında heyvan alarkən o, da onun yanında olmuş, ancaq heyvanları Baxşəli onun üçün deyil, özü üçün almışdır. Qoyunlar bala vermiş, həmin quzular böyüdükdən sonra Baxşəli fermadan gəlib 2-3 baş götürüb aparıb satır, pulunu da özü üçün xərcləyirdi. Baxşəli satdığı qoyun-quzunu onun fermasında saxlasa da, ona pul vermirdi, qoyun-quzuların da yeməyini öz hesabına alırdı. Qoyun-quzulara verdiyi yemə görə Baxşəlidən nə pul almış, nədə ona bu barədə bir söz deməmişdir. Fikirləşmişdir ki, eybi yoxdur, özgəsi deyil, bacısının balaları üçündür, ona görə də dözürmüş, heyvanlar xəstələnəndə isə bir-iki dəfə Elman adlı baytar həkimi gətirib qoyunları Baxşəli özü müalicə etdirmişdir. Baxşəli Elman adlı baytar həkimi yalnız özünün qoyun-quzusu xəstələnəndə gətirimişdir, Elman fermaya gələndə onun deyil, yalnız Baxşəlinin qoyun-quzusuna iynə vurub müalicə etmişdir. Onun qoyun-quzusu xəstə olanda təsərrüfatdan başı çıxdığı üçün çox vaxtı özü baytarlıq apteki işlədən Bəybaladan dərman alıb müalicə eləmiş, elə olubdur ki, Elman həkimi də apararaq qoyun-quzusuna iynə vurmuşdur. Elman onun heyvanlarını müalicə etdiyinə görə pulunu da özü şəxsən vermişdir. Bacısı ilə kürəkəni Baxşəlinin ailə daxili narazılığ yarandığı üçün bacısı ondan polisə şikayət eləmiş və həmin şikayət əsasında polisdə araşdırma aparılmışdır. Bundan sonra onun kürəkəni Baxşəli ilə münasibətləri soyumağa başlamışdır. Həmin ərəfədə Baxşəli ona demişdir ki, heyvanlarını ayırıb fermadan aparacaqdır. O, da Baxşəliyə bildirmişdir ki, nə vaxt istəsə gəlsin qoyunquzunu götürüb aparsın. Bundan sonra Baxşəli 13 baş yanıbalalı qoyunları Biləsuvar rayon mal bazarında tanımadığı şəxslərə pərakəndə formada satmışdır. Daha sonra Baxşəli qoyun-quzu alveri edən Rəfayil adlı şəxslə birlikdə 2021-ci ilin aprel ayında fermaya gəlmiş, 31 baş ana qoyunu, səhv etmirsə 8-9 baş da quzusunu Rəfayilə satmışdır. Həmin vaxtdan sonra kürəkəni Baxşəlinin onun fermasında nə bir qoyunu, nə də bir quzusu qalmamışdır. Sonradan Baxşəli onun barəsində şikayət eləməyə başlamışdır ki, guya ferma və onun ətrafında olan torpaq sahələri onundur, onun qoyun-quzularını satmışdır. Baxşəlinin ona atdığı şər və böhtanı təkzib edəndə Baxşəli sözlə onu hədələyib ondan polisə şikayət edəcəyini və başına oyun açacağını demişdir. O, kürəkəni Baxşəlinin polis şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə bağlı bildirmişdir ki, Baxşəli yalan və böhtan danışır. Onun dediklərinin heç biri həqiqəti əks etdirmir. Belə ki, fermanı Fəridəyə 19000 manat pul verərək ondan rəsmi sənədlə almışdır. Əgər fermanı Baxşəli alırdısa, onda onun adına deyil, elə öz adına, ya da həyat yoldaşının adına alardı. Baxşəli tamamilə yalan danışır. Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(022)-166/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavbadeh Cavabdeh 30400 manatı pulun və ödənilmiş dövlət rüsumunun 200 manat hissəsinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatlarına görə cavabadeh Cavabdeh 125 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinini məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Biləsuvar rayon məhkəməsi 152 baş əskik olan ana qoyuna görə 30.400 manat pulun Cavabdeh ididaçının xeyrimə tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. İddianın qalan hissəsinin isə rədd edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması hissəsində maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, lakin iddianın təmin olunmaması hissəsində kobud maddi və prosessual hüquq normalarının pozulmasına yol verməklə, həmin hissədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Buna görə də həmin hissədə qanuniliyi tərəflərindən mübahisələndirilən qətnamə ləğv edilməli və iddianın həmin hissədə də tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, apellyasiya baxışında iddianın təmin olunmamış hissəsi də tam təmin olunmaqla, qoyun yatağı və 6 hektar torpaq sahəsinə görə verdiyi 19000 manat, çiy kərpicdən tikilmiş, istifadə üçün yararsız vəziyyətdə olan çoban evinin sökülməsinə görə fəhlələrə verdiyi 200 manat, yeni tikilmiş çoban evinin tikinti materiallarına verdiyi 2500 manat, mişar daşların və qumun alınması üçün Rəhmana verdiyi 600 manat, sementə verdiyi 400 manat, binanın tikintisinə görə usta və fəhlələrə verdiyi 1200 manat, qoyunlar üçün tikilmiş yay qəhəlinin materiallarına verdiyi 300 manat, qaynaqçıya verdiyi 50 manat, evindən gətirib yatağa qoyduğu “Samsung” markalı televizora görə 500 manat, krosna aparatına və onun avadanlıqlarına görə 100 manat, “Hunday” markalı, 2.4 kv. işıq matoruna görə 600 manat, 1 kv. olan işıq verən matora görə 200 manat, evinin işlənmiş mebellərinə görə 300 manat, odun peçinə görə 50 manat, 3 ədəd taxta qapıya görə 500 manat, dəmir qapıya görə 200 manat, 2 taxta pəncərəyə görə 100 manat, 1 ədəd kiçik plasmas pəncərəyə görə 50 manat, həmin əşyalara görə toplam 2600 manat, qoyunların mövsümü müalicəsi və digər iynə və dərmanalrına görə verdiyi 1000 manat, əskik olan 177 baş quzuya görə 17700 manat, 4 baş törədici erkəyə görə 1600 manat cəmi 49650 manatın, bank uçot dərəcəsinə görə 9618 manatın, həmçinin dövlət rüsumuna görə ödədiyi 395 manatın apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödədiyi 200 manat olmaqla cəmi 59863 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Qanunvericilik real zərərə şəxsin pozulmuş hququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid etmişdir. Yataqda tikinti işlərinin aparılmasına, təmir və bərpa işlərinin, eləcə də evindən apardığı tikinti avadanlıqların və digər materialların dəyəri 2600 manat təşkil edir. Qoyunların mövsümü müalicəsi ilə əlaqədar iynə və dərmanlara 1000 manat vermişdir. Yataq Cavabdeh qaldığından gördüyü işlərin dəyəri və qoyunların müalicə xərcləri ondan alınaraq ona verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh qanunazidd əməlləri nəticəsində 30400 manat dəyərində ana qoyundan, 17700 manat dəyərində quzudan və 1600 manat dəyərində törədici erkəkdən məhrum olunmuşdur. Əgər həmin qoyunlar hazıkı vaxta qədər sərəncamında olsaydı, bir o qədər də qazanc əldə etmiş olardı. Qeyd etdiyi səbəblər üzündən həmin qazancdan da məhrum olmuşdur. Lakin qərar qəbul edən məhkəmə işin bu halını nəzərə almadan (iddianın 30400 manat pul tələbi hissəsi təmin olunduğundan həmin hissə nəzərə alınmaqla) iddianı digər hissələrdə də təmin etməli olduğu halda, əsassız olaraq təmin etməmiş və həmin hissədə hüquqlarını pozmuşdur. Buna görə də hesab edir ki, həmin hissələrdə də qətnamə ləğv edilməklə, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qərar qəbul edən 1-ci instansiya məhkəməsi həmin normaya istinad etməklə iddianın qismən təmin olunması barədə qərar qəbul etsə də, əslində məhkəmənin özü tərəfindən normaya qismən əməl edilmişdir. Maraqlısı budur ki, məhkəmə bir tərəfdən həmin normanın tələblərinin icrasının zəruriliyini qəbul edir, digər tərəfdən isə həmin tələblərinin zəruriliyini qəbul etmək istəmir. Buna sübut kimi hazırkı məhkəmə qətnaməsini göstərmək olar. Həmin normaların tələblərinə əməl etməklə, əslində məhkəmə iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul etməli idi. Çünki, mülkiyyətçi kimi Cavabdeh qanunsuz sahibliyində olan əmlaklarının özünə qaytarılmasını tələb etməyə tam hüquqludur. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə mülkiyyət hüququ (Konstitsion hüququ) pozulmuşdur. Halal yola əldə etdiyi əmlakların böyük bir hissəsi məhkəmə tərəfindən Rəhmana peşkəş verildi. Bu isə qanunauyğun bir hal hesab edilə bilməz. Lakin borc məhkəmə qaydasında qaytarıldıqda məhkəmə faizin miqdarını məhkəmə qərarın çıxarıdığı gün qüvvədə olan bank faizinin uçot dərəcəsini əsas götürə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qanunun tələbi baxımından Cavabdeh onun pul vəsaitindən qanunsuz istifadə etdiyinə görə ona zərər yetirmişdir. Bu səbəbdən də iddianın bu hissəsi qanuni və əsaslı olduğundan məhkəmə tərəfindən təmin olunmalı idi. Lakin qərar qəbul edən məhkəmə işin bu halını nəzərə almadan iddiamın bu hissəsini əsassız olaraq təmin etməmişdir. Məhkəmədə iddia qaldırarkən xx.xx.2022-ci il tarixdə Mərkəzi Bank tərəfindən son bank uçot dərəcəsi 8.00% müəyyən edilmişdi. İddia qaldırarkən 1 il 6 ay müddətində Cavabdeh 80.150 manat pulunu özündə qanunsuz saxlamışdı. Buna görə də bank uçot dərəcəsinə görə ona 9168 manat əlavə olaraq pul verməlidir. İddiada qeyd edilmiş davarları Cavabdeh verdiyini şahidlər təsdiq etsə də, məhkəmə həmin şahidləri dindirməkdən imtina etməklə, şahidlərin dindirilməsi barədə vəsatətin təmin olunması barədə özü tərəfindən qəbul edilmiş qərara qarşı hörmətsizlik nümayiş etdirmişdir. Məhkəmə polis şöbəsində araşdırma zamanı dindirilmiş şahidlərin ifadələrinin kifayət etməsini bildirsə də, qəbul etdiyi yekun qərarında bunun əksinə getmişdir. Buna görə də hesab edirlər ki, apellyasiya baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış qərar qəbul edilməsi üçün həmin şahidlərin dindirilməsi təmin edilməlidir. Qətnamədən həmçinin Cavabdeh, onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər iddiaçı polis və prokurorluqda izahat vermiş şəxslərin izahatlarında göstərilən dəlillərə istinad etmək istəyirdisə, o halda məhkəmədə öz tələbinin əsası olaraq istinad etdiyi şəxsləri şahid qismində dəvət edərək, onların məhkəmədə ifadə vermələrini təmin etməli idi. Hesab edir ki, hakim qərar qəbul edərkən, öz qərarını əsaslandırmaq üçün məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin izahatlarına istinad edə bilərdi. Yalnız bu halda həmin şəxslərin məhkəmədə şahid qismində verdikləri izahatlar mötəbər dəlil kimi qiymətləndirilə bilərdi. Göründüyü kimi belə dəlillər məhkəməyə təqdim edilməmiş, birinci instansiya məhkəməsi isə dəlillərlə əsaslandırılmamış iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini 30400 manat məbləğində hissədə təmin etsə də, həmin qərardan təmin edilən məbləğin iddia tələbinin hansı hissəsinə aid olması aydın olmur. Təbii ki, bu məbləğin qoyun quzuya nisbətdə təmin olunduğu ümumən aydın olur. Amma iddia ərizəsindən görünür ki, iddiaçı 152 baş ana qoyuna görə 30400 manat, əskik olan 177 baş quzuya görə 17700 manat, 4 baş törədici erkəyə görə 1600 manat olmaqla qoyun-quzuya görə ümumən 49500 manat məbləğində iddia tələbi irəli sürmüşdür. Məhkəmə qərarında iddia tələbinin əsaslı olması səbəbindən qismən təmin edilməli olması göstərilmişdir. Bu məsələ ilə bağlı sual doğuran və cavabı olmayan məslələr vardır. Belə ki, əgər məhkəmə qoyun-quzu tələbini əsaslı saymışdırsa, onda nədən iddia tələbi 49500 manat deyil, 30400 manat hissədə təmin edilmişdir? Əyər həmin 30400 manat ana qoyuna nisbətdə təmin edilmişdirsə, məhkəmə niyə ana qoyunlara görə iddianı təmin etdiyini, quzu və törədicilərə nisbətdə isə təmin etməməsini öz qərarında əsaslandırmalı idi. İstərdi ki, bu məslənin araşdırılmasında bir sıra məqamlara diqqət yetirilsin. İddiaçı hüquq-mühafizə orqanlarına şikayətlərində göstərib ki, onunla şərikli qoyun-quzu saxlayıb. Həmin şikayətlər əsasında qəbul edilmiş cinayət işi başlanılmasının rədd edilməsinə dair xx.xx.2021-ci il və xx.xx.2022ci il tarixli qərarlardan görünür ki, guya iddiaçı müxtəlif vaxtlarda müxtəlif şəxslərdən qoyunlar alaraq, fermaya gətirmişdir. İddiaçı həmin yatağın da ona məxsus olmasını iddia etmişdir. Bundan başqa iddiaçı yatağa da kifayət qədər vəsait sərf etdiyini və həmin məbləğlərin də ondan tutulmasını iddia etmişdir. Belə olan təqdirdə hansı şəriklilikdən söhbət gedə bilər? İddiaçının bildirdiklərindən belə çıxır ki, o öz vəsaiti ilə qoyunları alaraq, özünə məxsus fermaya gətirib və bu əsasdan çıxış etsə, onda belə çıxır ki, iddiaçı ilə şərik olmamışdır, sadəcə ona çobanlıq etmişdir. Əgər iddiaçı özünə məxsus fermaya öz vəsaiti ilə qoyun-quzu gətirib saxlatdırıbsa, onda həmin qoyun-quzunun mülkiyyətçidən xəbərsiz mənimsənilməsi cinayət tərkibi yaradan bir əməldir. Qeyd etdiyi kimi müxtəlif vaxlarda hüquq mühafizə orqanlarında aparılmış araşdırmalarda cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarlar qəbul edilmişdir. Əyər iddiaçının bildirdikləri həqiqət olsaydı, onda barəsində cinayət işi başlanılardı. Göründüyü kimi qeyd edilən sənədlər bunun əksini sübut edir. Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı N.Hüseynovun qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X47 öz izahatında İddiaçı qoyun almağa gəldiyi zaman İddiaçı onunla halallaşmasını və narazılığın olmamasını bildirmişdir. Həmin Qərardan görünür ki, tərəfindən təqdim edilmiş videodiskə baxış zamanı İddiaçı R.Əliyevə qoyun-quzu satdığı zaman narazılığın müşahidə edilməməsi göstərilmişdir. Bu dəlillər iddia tələbinin əsassız olmasını göstərən sübutlardır ki, birinci instansiya məhkəməsi bu məsələləri nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. İddiaçıya 30400 manat məbləğində pul ödəməyinin əsasları bəlli deyil. Bildirir ki, iddiaçı qarşısında hər hansı icra edilməmiş öhdəliyi yoxdur. Əyər bu məbləğdə iddiaçıya məxsus qoyun-quzu tərəfindən mənimsənilmişdirsə, onda iddiaçının hüquq mühafizə orqanlarına şikayəti əsasında cinayət işi başlanılardı. Təsadüfi deyildir ki, polis və prokurorluq orqanlarında 5 dəfə cinayət işi başlanılmasının rədd edilməsi haqında qərarlar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismət təmin edilməsinin əsası olaraq, Biləsuvar rayon prokurorluğunun böyük köməkçisi X36 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında adları sadalanan və həmin araşdırma üzrə dindirilmiş şəxslərin qərarda öz əksini tapmış ifadələrinə, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.03.22-ci il tarixli 226 saylı arayışına və o cümlədən şikayət əsasında aparılmış araşdırmalar çərçivəsində izahatı alınmış X5 izahatına istinad etmişdir. Həmin araşdırma çərçivəsində izahatları alınmış ondan yuxarı sayda şəxslərdən yalnız X1 rayonu Ağalıkənd kənd sakinləri X45, X50 və X11 35 baş qoyun alındığını və həmin qoyunların fermaya gətirərək, Cavabdeh təhvil verildiyini bildirmişdir. Digər şəxslər isə iddiaçının cavabdehə qoyun-quzu təhvil verməsinin şahidi olmamışlar. Hesab edirlər ki, birinci instansiya məhkəməsi qeyd edilən şəxsləri məhkəmədə dindirmədən, həmin şəxslərin izahatlarına istinad etməklə iddia tələbini qismən təmin edərək qəbul etdiyi qətnamə ədalətsizdir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddianın qismən təmin edilməsi üçün istinad etdiyi dəlillərdən biri Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 02.03.22-ci il tarixli, 226 saylı arayışıdır ki, həmin arayışda İddiaçı mülkiyyətində 250 baş davarın olması göstərilmişdir. Biləsuvar rayon prokurorluğunun böyük köməkçisi X36 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının 17-ci səhifəsində Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi izahatdan görünür ki, “2021-ci ilin sentyabrında İddiaçı nümayəndəliyin inzibati binasına gələrək, təsərrüfatında 250 baş qoyun olduğunu bildirmiş və buna dair məlumatları nümayəndəliyin “Ev təsərrüfatlarının uçotu kitabında” qeydə almalarını xahiş etmişdir. O da İddiaçı dediklərinə inanmış və müavini R.Bayramova tapşırmış ki, bu barədə məlumatları həmin kitabda qeyd etsin. Həmin vaxt R.Bayramov təsərrüfata yerində baxış keçirib İddiaçı yanında sonuncunun qoyununun olub-olmadığını yoxlamadan onun və İddiaçı yanında sonuncunun təsərrüfatında 250 baş qoyunun olması barədə “Ev təsərrüfatlarının uçotu kitabının” 101-ci səhifəsində əlyazma ilə qeydlər aparmışdır. O kənd sakini kimi İddiaçı dediklərinə inanmış və R.Bayramovun onun təsərrüfatındakı qoyunları saymağa zərurət olmadığını bildirmişdir. O və müavini R.Bayramov ümumiyyətlə İddiaçı təsərrüfatının olub-olmadığını bilmirlər və həmin təsərrüfatda heç vaxt olmamışlar”. Göründüyü kimi Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin İddiaçı mülkiyyəndə 250 baş davarın olmasına dair 02.03.22-ci il tarixli 226 saylı arayışı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, hələ Biləsuvar rayon prokurorluğunda aparılmış araşdırma çərçivəsində arayışı vermiş şəxs həmin arayışın mötəbər sənəd olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi zamanı bu dəlilərə öz münasibətini bildirmiş və göstərmişdir ki, həmin dəlil mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə qətnaməsində təsərrüfat kitablarına istinad edilməklə 2013-2018 və 2018-2022-ci il dövrləri üçün hər il müxtəlif sayda qoyun və quzunun mövcudluğu vurğulanmışdır ki, həmin sənəd ona məxsus təsərrüfatda olan qoyun-quzunun sayını özündə əks etdirir. Amma qətnamədə həmin sənədin kimin təsərrüfatında olan qoyun-quzunun sayını əks etdirməsi qaranlıq qalmışdır. Murad Gəncizadənin verdiyi izahatlara gəldikdə isə o öz izahatlarında İddiaçı Cavabdeh qoyun quzu verməsi barədə bir kəlmə belə işlətməmişdir. Onun izahatından görünür ki, 2020-ci ilin oktyabr ayından fermada çoban işləməyə başlamış və Cavabdeh ona 140 baş qoyun vermişdir. Göründüyü kimi M.Gəncizadənin verdiyi izahatına istinad etməklə iddianın qismən təmin edilməsi əsassızdır. Belə olan təqdirdə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına uyğun hesab etmək olmaz. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin əsassız olmasından dolayı təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli ferma və torpaq sahəsinin alqı-satqısı günü Cavabdeh istifadəsində olan ***-***- **-** və ***-***-**-** nömrələrindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək demişdir ki, alqı-satqının rəsmiləşdirilməsindən ötrü pul vəsaitinin notariusun depozit hesabına köçürülməsi zəruridir və pulu Masallı “Asan xidmət” mərkəzində yerləşən notariat ofisinə göndərməyini xahiş etmişdir. Bu zəngdən sonra taksi fəaliyyəti ilə məşğul olan qardaşı Vaqifəlinin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək işlədiyi aptekə çağırmış və pulu Masallı “Asan xidmət” mərkəzində cavabdehə verməsindən ötrü qardaşı Vaqifəli ilə göndərmişdir. X41 “Asan xidmət” mərkəzində cavabdehə pulu verdikdən özünün istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsinə zəng vuraraq pulu Cavabdeh verdiyini demişdir. Məhşkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 tərəflərindən verilən apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmədə Cavabdeh tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının qardaşı ilə pulu göndərməsi ilə bağlı bildridikləri yalandır. Düzdür “Asan xidmətə” pulsuz getmişdir. Notariusda olanda istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrindən anası Anaqıza məxsus ***-***-**-** mobil nömərisnə zəng vuraraq pulu anasından istəmiş, anası 18000 manat pulu taksi sürücüsü islə Masallı “Asan Xidmət” Mərkəzinə göndərmişdir. Əvvəlcədən isə 1000 manat beh vermişdir. Bütün bu söhbətlər iddiaçının yanında olduğu üçün iddiaçının məlumatı vardır. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəflərindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv, iddianın tam təmin olunmasını, cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğv, iddianın tam rədd olunmasını xahiş etmələrini nəzərə alan məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, hər iki apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismindən dindirilmiş X37 ifadəsində göstərmişdir ki, İddiaçı çoxdan tanıyır, münasibəti həmişə normal olmuşdur. Cavabdeh isə Baxşəliyə görə tanımışdır. Təxminən bir il yarım bundan əvvəllə qədər quzu kəsib satmışdır. Həmin ərəfədə Baxşəli ona «Muğan kəndinin ərazisində ferma almışam, orada qoyun-quzu saxlayacam, sən də qəssab işləyirsən, rastına çıxanda mənə xəbər elə saxlamaq üçün həmin fermaya qoyun-quzu alım» sözlərini demişdir. O, da elə vaxt olmuşdur ki, aldığı qoyun boğaz çıxdığına görə Baxşəliyə demiş, Baxşəli də gəlib hər qoyunun pulunu ona verib almış və öz fermasına aparmışıdır. 2018-ci ilin oktyabr ayında rayonun Ağalıkənd kənd sakini X51 ona təsərrüfatında qoyun-quzusunun olduğunu və həmin qoyun-quzunu satmaq istədiyini demişdir. Bunu bilən kimi Baxşəliyə zəng vurub bu barədə məlumat vermişdir. Baxşəli ilə razılaşmışdır ki, birlikdə Asəf Əbilovun yaşadığı Ağalıkənd kəndinə getsinlər və orada qoyun-quzunu seçib götürsünlər, Baxşəli də həmin qoyun-quzunun pulunu versin. Həmin vaxtı Baxşəli ilə birlikdə rayonun Ağalıkənd kəndində yaşayan Asəf Əbilovun evinə getmişlər, Baxşəli «QAZEL» markalı yük maşınını da özü ilə ora aparmışdır. Həmin yük maşınını da X38 idarə edirdi. Həmin vaxt Baxşəli Ağalıkənd kənd sakini X28 və onun qardaşı X23 35 baş boğaz şişək qoyun almış, həmin qoyunları şəxsən Baxşəliyə kömək etmək üçün özü seçmiş və maşına yükləmişdir. Baxşəli hər bir qoyuna 180 manat pul verməklə ümumilikdə həmin qoyunları 6300 manata Asəf və onun qardaşı Turaldan almışdır. Həmin qoyunları Vüqarın idarə etdiyi «QAZEL» markalı yük maşını ilə Baxşəlinin fermasına gətirmişlər. Qoyunları Baxşəli onun və sürücü Vüqarın yanında sayaraq qohumu Cavabdeh təhvil vermişdir. Bundan sonra Baxşəli və sürücü Vüqar fermadan çıxaraq rayona gəlmişlər. Qəssab işlədiyi üçün demək olar ki, hər bazar olmasa da, iki bazardan bir qoyun-quzu bazarına gedib oradan kəsmək üçün quzu almış, hər dəfə də olmasa, əksər hallarda Rəhmanı mal bazarında qoyun-quzu satarkən görürmüşdür. Rəhman qohumu Baxşəlinin fermasında çoban işlədiyi üçün onunla aralarında qoyun-quzu alveri barədə münasibəti olmamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mübahisə tərəflərindən İddiaçı qarşdaşıdır, Cavabdeh isə qardaşının qaynıdır. Təxminən 6- 7 il əvvəl yay mösümü idi, qardaşı Baxşəli ona zəng edərək sorğuşdu ki, Masallıya gedə bilərəsn? O da gedəcəyini demiş, sonucu işlətdiyi aptekə çağırmış və aptekdə ona demişdir ki, Rəhman Masallıda “Asan Xidmət”dədir, bu bağlamadakı puldur, qədərini isə deməmişdir və xahiş etmişdir ki, pulu Rəhmana çatdırsın. Günortadan keçmişdi, pulu çatdırmaq üçün ona 30 manat yol pulu vermişdir. Birbaşa Masallıya sürmüş, Masallıda “Asan Xidmət”in qarşısına çatanda Rəhmanı üzdən tanıdığı rayon taksi sürücüsü ilə görmüşdür, həmin taksi sürücüsü də rayonda Mercedess markallı avtomobil sürür. Onlar bir yerdə avtomobilin yanında idi. Bağlamanı Rəhmana verib çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, qardaşı İddiaçı həmin gün istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsindən onun istifadəsin olan ***-***-**-** mobil nömrəsinə zəng edərək işlədiyi aptekə çağırmışdır və pulu Masallı “Asan Xidmət” mərkəzində cavabdehə verməyini xahiş etmişdir. Qardaşı Baxşəli içərisində pul olan bağlamanı verəkən demişdir ki, torpaq sahəsi alır və ona görə də pul köçürüləcəkdir və həmin bağlamanı aparıb Masallıda “Asan Xidmət”də Rəhmana çatdırsın. Pulu Rəhmana verdikdən sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsindən qardaşı Baxşəliyə məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq bağlamanı Rəhmana verdiyini demişdir. Bağlamanı Rəhmana verərəkən Rəhman bağlamanı götürmüş, açmamış və getmişdir. Qardaşı Baxşəli bağlamanı ona verənə qədər fermasının olması barədə məlumatı olmamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mübahisə tərəflərindən Baxşəli onun qonşusdur. O, hər bazar günü mal bazarında olur. Baxşəlini orada görmüş və soruşmüşdur ki, burada nə edirsən. O da dmeişdir ki, “qoyun alıb-vermişəm Rəhmana, aparsın çölə”. Qoyunu kimdən aldığını, neçə baş heyvan aldığını görməmişdir. Bir də Rəhmanla Baxşəlinin qoyun bölgüsündə iştirak etmişdir. Bununla bağlı bildirir ki, Baxşəli ilə Rəhman qoyunları özləri böldülər, ayırmağa kömək etmişdir, hərəsinə təxminən 60 baş heyvan düşmmüş, 120 baş heyvanı bölmüşlər. Ondan əvvəll isə Rəhman təxminən 40 baş heyvanı aparmışdı ki, bunlar özünündür. Baxşəli demişdir ki, 40 başı niyə ayırırsan. Rəhman isə bildirmişdir ki, “bunların pulunu mən vermişəm”. Bununla bağlı Baxşəli heç bir mübahisə etməmişdir. Bundan sonra Baxşəli heyvanları Qazellə bazara satmağa çıxarmışdır. Baxşəli bazara heyvan aparanda da iştirak etmişdir. 20 baş yanıbalalı heyvanı bazara çıxarıb satmışlar, 5-6 ədədi isə satılmadığından fermaya qaytarmışlar. Bundan sonra heyvanlar barədə məlumatı olmamışdır. Rəhman heyvanları ayıran zaman Baxşəli ilə onun arasında heç bir mübahisə olmamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mübahisə tərəflərindən Baxşəli ilə qonşuur, Rəhmanı isə tanımır. Biləsuvar bazarında quzu alveri ilə məşğuldur. Təxminən 3-4 ilə əvvəl bazarda Baxşəlini görmüşdür, yanı balalı qoyun axtarırdı, öz qoyunlarını təklif emiş, lakin Baxşəli yanıbalalı qoyun istədiyini demiş və ondan xahiş etmişdir ki, onunla birlikdə qoyunlara baxsın. Birlikdə bazarda qoyunlara baxmışlar, o, cavan heyvanları ayırmış, bazarda təxminən 20 baş yanıbalalı və ya boğaz qoyun seçmiş, Baxşəli onları almışdır. Bundan sonra da Baxşəlinin dəfələrlə bazara heyvan almağa gəldiyini görmüşdür, ancaq nə qədər və kimdən heyvan aldığını görməmişdir. Baxşəlinin heyvan sahəsi var idi, orada saxlayırdı. Bir dəfə də Baxşəli xahiş etmişdir ki, fermadan satışa heyvan gətirsinlər, o da Baxşəliyə kömək etmiş, Nəzər adlı əmisioğlu ilə birlikdə fermaya getmişlər. Baxşəlinin heyvanları artıq ayrılmış və ayrıca qəhərə yığılmışdı. Təxminən nə qədər heyvan olduğunu bilmir, ancaq Qazeli doldurmuşlar, dolu vəziyyətdə təxminən 20 heyvan aparmışlar. Qəhərdə heyvan qalmış, amma nə qədər qaldığını bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, heyvanları Nəzərlə birlikdə aparıb satılmışlar, nə qədəri qaldığını bilmir, amma hamısı satılmamışdır. O, fermada cəmi bir dəfə olmuşdur. Heyvanları götürəndə Baxşəli orada olmuş, Rəhmanla arasında isə mübahisəsi olmamışdır. Qoyunların sonrakı aqibəti barədə məlumatı yoxdur. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mübahisə tərəflərini tanyır, özü Rəhmanın çobanıdır. Orada həmin zaman tək çoban o olmuşdur. Baxşəli ilə Rəhman şərik idilər. Sürüdə 140 heyvan var idi, onlardan 46 ədədini Rəhmanın qaynatası gətirib qatmışdı, qalanı Baxşəli ilə Rəhmanın idi. Heyvanları böləndə şəxsən iştirak etmişdir, 43 heyvan Baxşəliyə düşmüş, Baxşəli heyvanları götürmüş və bazara aparmışdır. Onu da bazara aparmış və xahiş etmişdir ki, heyvanları satmaqda ona kömək etsin. Heyvanları böləndə Baxşəlinin ona az heyvan verilməsini deməmişdir. Baxşəli 13 ədəd yanıbalalı heyvanları öz Nivası ilə, qalanlarını isə 2 alverçi Qazellə aparmışlar. Orada Baxşəlini heyvanı qalmaışdır. O, kəndə öz eviə gemtiş, gələnən sonra bilmişdir ki, Baxşəli ilə Rəhman tamamilə ayrılıblar. Gəldikdən təxminən 10 gün sonra Baxşəli ona zəng edib bildirmişdir ki, orada onun bir çəpişi və bir quzusu var. O da Baxşəliyə demişdir ki, yoxdur, çünki evin yeyəsi Rəhman ona demişdir ki, heyvanları bölüb qurtarmışlar. Sonra həmin çəpişlə quzunu Baxşəlinin göndərdiyi adamlara vermişlər. Apellyasiya baxışı zamanı iddiaçı ilə şahid (çoban) Şahid3 arasında qoyunların bölünməsindən sonra baş tutmuş telefon danışığının səs yazısı tədqiq edilmişdir, səs yazısında iddiaçı sürünün içində ona aid bir ədəd çəpiş və bir ədəd quzunun qaldığını bildirərək, heyvanların yerində olması ilə bağlı çobandan maraqlanır, çoban isə “mən sənin heyvanını görməmişəm, heyvanlarını yığdın apardın, get Rəhman bilər, sən bilərsən” deyərək sualları cavablandırır. İddiaçı çoban Rövşənlə arasında baş tutmuş telefon danışığının mətninə aydınlıq gətirərək bildirmişdir ki, 16 may 2019-cu il tarixdə övladının ad gününə görə çəpiş saxlatdırmışdı. Öz heyvanını tanımadığı üçün çobandan xahiş etmişdi ki, heyvanı ayırsın, gedib götürsün. Bu məqsədlə Rövşən adlı çobana zəng vurmuşdu. Apellyasiya baxışı zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş ofisinə sorğu verilərək İddiaçı istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Cavabdeh istifadəsində olan ***-***-**-**; ***-***-**-** nömrələr arasında mübahisəli fermaya aid torpaq sahəsinin alqısatqısı baş tutan gün, yəni 25 sentyabr 2018-ci tarixində telefon danışığının olub-olmaması haqqında məlumatın, olduğu halda aparılan danışıqlarının mətnləri, yaxud audio yazıları, həmçinin İddiaçı istifadəsində olan ***-***-**-** saylı nömrə ilə qardaşı Şahid1 istifadəsində olan ***-***-**-** nömrə arasında 25 sentyabr 2018-ci tarixində telefon danışığının olubolmaması haqqında məlumatın, olduğu halda aparılan danışıqlarının mətni, yaxud audio yazısının təqdim olunması istənilmişdir. Sorğuya "xxxx" MMC tərəfindən verilən 3 aprel 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ********* və 709202624, ********* və ********* saylı nömrələr arasında qərarda göstərilən müddətdə zənglər aşkar edilməmişdir. ********* və ********* saylı nömrələr arasında qərarda göstərilən müddət üzrə qeydə alınmış zənglərə dair məlumat 1 əd CD diskdə təqdim edilmişdir. Məlumata əsasən Cavabdeh istifadəsində olan ***-***-**-** nömrəsindən İddiaçı istifadəsində olan ***-***-**-** saylı nömrəyə 2 dəfə zəng olunmuş, 40 və 41 saniyə danışıq baş tutmuşdur. Daha sonra isə İddiaçı istifadəsində olan ***-***-**-** saylı nömrədən Cavabdeh istifadəsində olan ***-***-**-** nömrəyə 2 dəfə zəng olunmuş, hər birində 250 saniyə danışıq baş tutmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 oktyabr 2018-ci ildə verilmiş **********36 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri Aşağı Cürəli kəndi ərazisində yerləşən 5.9266 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 26 oktyabr 2018-ci ildə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Biləsuvar şəhəri Aşağı Cürəli kəndi ərazisində yerləşən 5.9266 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh hüquqlarının dövlət qeydiyyatına alınmasının əsasını 25 sentyabr 2018-ci ildə bağlanmış 4Ə-618 reyestr nömrəli alqı-satqı müqaviləsi təşkil etmişdir; Biləsuvar rayon İcra hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci il tarixli arayışından görünür ki, nümayəndəliyin 9 saylı təsərrüfatbaşına kitabın 101-ci səhifəsində İddiaçı təsərrüfatında 250 baş qoyun qeydə alınmışdır; Biləsuvar rayon İcra hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iddiaçının vəkili Vəkil1 sorğusuna 9 fevral 2023-cü il tarixdə verdiyi cavab məktubundan görünür ki, ev təsərrüfatlarının uçotu kitabında Biləsuvar şəhər sakinləri Cavabdeh və onun atası X42 birgə təsərrüfat kimi qeydiyyata alınmışlar. Ev təsərrüfatlarının uçotu kitabında onların ailəsinə məxsus 2015-ci ildə 121, 2016-cı ildə 171, 2017-ci ildə 114, 2018-ci ildə 138, 2019-cu ildə 125, 2020-ci ildə 141, 2021-ci ildə 145, 2022-ci ildə 150 baş xırda buynuzlı qoyun-quzu qeydiyyata alınmışdır. Təlimata uyğun olaraq ev təsərrüfatlarının uçotu kitabı ailə üzvlərinin verdiyi məlumat əsasında yazılır. Qoşma olaraq məktuba ev təsərrüfatlarının uçotu kitabından çıxarışlar əlavə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq, məhkəmə xətşünaslıq ekspertizaları üzrə : Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 4/996-5/817 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu № 33 nömrəli 2013-2018-ci illərə dair kitabçanın 63-cü səhifəsində olan “İllər üzrə mövcudluq xx.xx.2013, 2014, 2015, 2016, 2017” qrafalarının aşağı hissələrində “Qoyunlar, baş”,“Keçilər, baş” bəndlərində “51, 111, 121, 171, 114, 4, 6, 9, 11, 6” rəqəmləri ilə həmin səhifədəki digər rəqəmlər - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu № 33 nömrəli 2018-2022-ci illərə dair kitabçanın 127-ci səhifəsində olan “Göstəricinin adı yanvarın 1-i vəziyyətinə 2018, 2019, 2020, 2021, 2022” qrafalarının aşağı hissələrində “Qoyunlar - cəmi, ana qoyunlar, quzular” bəndlərində “138, 125, 141,145,150, 98, 105,85, 101,111, 40, 20, 56, 44, 39” rəqəmləri ilə həmin qrafalarının aşağı hissəsində “Toyuqlar cəmi onlardan”bəndindəki rəqəmləri və həmin səhəfənin sol orta hissəsində “yem bitkiləri üçün, inək naxırı - cəmi, inəklər, dişi buzovlar, erkək buzovlar” qrafalarının aşağı hissəsindəki rəqəmlər - eyni şəxs tərəfindən icra olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən, tikililərin hansı vaxtda inşa edilməsinin müəyyən olunmasına air metodika olmadığından, eyni zamanda sözügedən tikilinin inşasına dair layihə-smeta və qaimə-faktura sənədləri təqdim edilmədiyindən, Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində 6 ha torpaq sahəsində Cavabdeh hazırda sahibliyində olan qoyun yatağında yerləşən çoban evinin neçənci ildə inşa edilməsini və onun tikintisinə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır; Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 175 (125+50) manat təşkil etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı X17 şikayəti əsasında Biləsuvar rayon prokurorluğunda aparılmış 54C-22 saylı material istənilərək öyrənilmişdir. Materialda olan sənədlərdən aşağıdakılar müəyyən olunur: 3 may 2021-ci il tarixdə İddiaçı ərizə ilə Biləsuvar rayon Polis Şöbəsinə müraciət edərək Biləsuvar rayonunun Muğan kəndi ərazisində fermada Cavabdeh ilə birlikdə qoyun saxlatdırdığını, fermada 138 baş ana qoyun, 120 başdan çox quzunun olduğunu, pandemiya ilə əlaqədar fermaya 3-5 aydan bir getdiyini, sonuncu dəfə qoyunlara baxarkən hamısının dəyişdirilib çıxdaş edildiyini, quzuların isə icazəsi olmadan satıldığını bildirərək, qoyun və quzularının ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir; Abasov X13 rayon Polis Şöbəsində verdiyi ilkin izahatında göstərmişdir ki, şikayətçi Baxşəlini tanıyır, onun yeznəsi, bacısı Səkinən əridir. Biləsuvar rayonu Muğan kəndi ərazisində özünün 10 ha pay torpaq sahəsi vardır və həmin torpaq sahəsini 5 ildir ki, almışdır, torpaq sahəsinin sənədləri mövcuddur. Həmin torpaq sahəsinin 5.92 sotunda ferma tikdirmişdir. Həmin fermada qoyun-quzu və mal-qara saxlayır. İddiaçı də 45 baş qoyun və 26 baş quzusu olubdur. Əvvəllər Baxşəli 13 baş qoyunu satıb, sonuncu dəfə isə fermadan ayrılanda 32 baş qoyun və 7 quzusunu satıb çıxmışdır. Amma fermadan çıxan zaman ona bildirmişdir ki, səni şərləyəcəm. Fermada həmçinin onun qaynatası Qüdrət Murtuzovun 46 baş qoyunu, 29 baş quzusu, Rövşənin isə 20 qoyunu 20 quzusu vardır. Oların ondan narazılığı yoxdur. Baxşəlinin hər hansı qoyun və ya quzusunu mənimsəməmişdir, yazılanların heç-biri həqiqəti əks etdirmir; Materialda olan diskə (videogörüntülərə) məhkəmədə baxış keçirilərək tədqiq edilmişdir. Həmin videogörüntülər İddiaçı qoyunlarının ayrılaraq iki ədəd yük avtomobilinə yüklənməsini əks etdirir və qoyunların bölünməsi zamanı tərəflər arasında hər hansı mübahisənin yaranması müşahidə olunmur; Araşdırma zamanı İddiaçı mübahisəli fermaya aid hissədə sonrakı izahatlarında qeyd etmişdir ki, Biləsuvar rayonu Aşağı Cürəli kənd icra nümayəndəsi X43 ilə rayon mərkəzində görüşmüş və ondan nümayəndəliyin ərazisində normal örüşü olan yataq yeri satan şəxsin olub-olmaması ilə maraqlanmışdır. Qalib Bağırov ona demişdir ki, nümayəndəliyin Muğan kəndi ərazisində Mirsadıqın baldızı altı hektar əkin sahəsi olan yatağını satır. Həmin ərəfədə Mirsadıqın Masallı rayonunda yaşayan qaynı X7 ilə telefonla əlaqə saxlamış və Fizulidən Mirsadıqın rayonun Aşağı Cürəli kəndində yerləşən fermanı satıb-satmaması ilə maraqlanmışdır. Fizuli ona Mirsadıqın telefon nömrəsini vermiş və ona demişdir ki, Mirsadıqla bu məsələni danışıb, soruşsun. Fizulidən Mirsadığın telefon nömrəsini alaraq ona zəng eləmiş, telefonda danışan zaman Mirsadıq onu, hətta qardaşı Şərifi də tanıdığını demişdir. Mirsadıqdan sözügedən fermanı almaq istədiyini ona demişdir. Mirsadıq əvvəlcə həmin fermanı və onun ətrafında 06 hektar əkin sahəsini ona 20000 (iyirmi min) manata satacağını bildirmişdir. O, isə Mirsadıqdan qiymət məsələsində ona hörmət etməyi və qiymətdən bir qədər çıxmağı xahiş etmişdir. Mirsadıq isə 1000 (bir min) manat çıxmaqla torpağı və yatağı 19000 (on doqquz min) manata ona satacağını bildirdikdə razılaşmışlar. Bu söhbət 2018-ci ilin iyul ayında olmuşdur. Həmin ayın axırlarında Mirsadığın bacanağı Şamil işlədiyi aptekə gələrək torpağın çıxarışını gətirdiyini və 19000 (on doqquz min) manatı verməyini və sənədləşmə işlərinin aparılması üçün notariusa getməyi demişdir, işlədiyi aptekdə 19000 (on doqquz min) manatı sayaraq Şamilə vermək istəmiş, lakin Şamil pulu götürməmişdir. Şamil ona demişdir ki, gedək sənədləşmə işlərini aparaq, sənədləşmə işi yekunlaşandan sonra pulu qəbul edər. Torpaq Mirsadığının baldızı X2 adına olmuşdur. Həmin torpağı qaynı Cavabdeh adına sənədləşdirmək istəmiş, bu barədə fikrini qayını Rəhmana dedikdə, Rəhman onunla razılaşmışdır. Torpağı qayını Rəhmanın adına sənədləşdirmək üçün Rəhmanı, Fəridəni və həyat yoldaşı Şamili Masallı rayonunda yerləşən “Asan Xidmət”ə göndərmişdir. Onlar “Asan Xidmət”də torpağın alqı-satqı müqaviləsini etmək istədiklərini bildirdikdə, xidmətdən onlara büdirmişlər ki, həmin torpağa dair alqı-satqını həyat keçirmək üçün 19000 (on doqquz min) manat pulu əvvəlcədən notariusun depozit hesabına qoymaq lazımdır. Onun isə bundan xəbəri yox imiş, ona bu haqda qayını Rəhman zəng edib deyəndən sonra 19000 (on doqquz min) manat pulu Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən və özünə məxsus olan aptekdə qardaşı taksi sürücüsü Vaqifə vermiş və ona tapşırmışdır ki, Masallı rayonunda yerləşən “Asan Xidmət”ə aparsın və qayını Rəhmana versin. Həmin günü altqı-satqı olduğuna görə torpağı sənədləşdirərək qayını Rəhmanın adına çıxarış almışdır; Araşdırma zamanı Cavabdeh mübahisəli fermaya aid hissədə sonrakı izahatlarında qeyd etmişdir ki, 2018-ci ilin sentyabr ayında rayon sakini Fəridə Quliyevadan 19000 (on doqquz min) manata Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 (altı) hektara yaxın torpaq sahəsi olan fermanı almışdır. X49 arasında alıq-satqı müqaviləsi Masallı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzində imzalanmışdır. Fəridədən aldığı 6 (altı) hektara yaxın torpağı olan fermanın ona məxsus olmasına dair çıxarış sənədini 26 oktyabr 2018-ci il tarixdə əldə etmişdir. Sözügedən ərazidə həm də hazır tikili olan ferma olmuşdur. Oranı almaqda məqsədi qoyun-quzu saxlayıb təsərrüfat işləri ilə məşğul olmaq olmuşdur. Fermanı aldıqdan sonra orada qoyun-quzu saxlamağa başlamışdır. Kürəkəni İddiaçı ona demişdir ki, o, da təsərüfat işləri ilə məşğul olmaq istəyir, ancaq fikirləşir ki, qoyun-quzu ala bilər, lakin onları saxlamağa nə şəraiti, nədəki, yeri yoxdur. Ona görə də kürəkəni Baxşəli ondan xahiş eləmişdir ki, özü üçün qoyun-quzu alsın və onun fermasında qoyunlarının içərisində saxlasın; Araşdırma zamanı izahatı alınmış X32 mübahisəli fermaya aid hissədə izahatında göstərmişdir ki, həyat yoldaşı Fəridəyə məxsus Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 (altı) hektara yaxın torpaq sahəsi, həmin torpaq sahəsində ferma da olmuşdur. Əvvəllər orada mal-heyvan saxlanılsa da, hazırda heç nə saxlanılmır. Həmin fermanı satmaq qərarına gəlmişlər. Təqribən 2018-ci ilin sentyabr ayında Baxşəli onun mobil telefonuna zəng edərək bildirmişdir ki, həmin torpaq sahəsini almaq istəyir. Baxşəli ilə danışmış və Baxşəliyə həmin torpaq sahəsini 19000 (on doqquz min) manata satması barədə razılaşmışlar. Baxşəli ona demişdir ki, torpaq sahəsi onun adına deyil, qayını Cavabdeh adına sənədləşdiriləcəkdir. 2018-ci ilin payız aylarında o, həyat yoldaşı Fəridə və Cavabdeh Masallı “Asan Xidmət” Mərkəzinə getmişlər. Orada sənədləşmə işləri aparılandan sonra onlara bildirilmişdir ki, notariusa 19000 manat pulu əvvəlcədən köçürmək lazımdır. Rəhman həmin vaxtı bildirmişdir ki, pulu özü ilə gətirməmişdir. Rəhman pulu özü ilə gətirmədiyi üçün hətta Rəhmana əsəbləşmiş və bu barədə Rəhmana irad da tutmuşdur. Rəhman ona bildirmişdir ki, narahat olmasın bir saata kimi pul məsələsini həll edəcəkdir. Bundan sonra o, Rəhman, həyat yoldaşı Fəridə ilə birlikdə əyləşib çay içmişlər. Təxminən bir saata yaxın keçməmiş Rəhmana zəng gəlmişdir. Rəhman telefonla danışa-danışa onların yanından bir az kənarlaşmışdır. Təxmnin 5-6 dəqiqədən sonra Rəhman onların yanına qayıdaraq pul məsələsini həll etdiyini demişdir. Bundan sonra həmin pulu Rəhman özü depozitə qoymuşdur. Sənədləşmə bitdikdən sonra həyat yoldaşı Fəridə ilə alqı-satqı elədiyi torpağın pulunu götürmək üçün onlara çek verilmişdir, həmin çek əsasında həyat yoldaşı Fəridə pulu götürmüş və evə getmişlər; Araşdırma zamanı izahatı alınmış X12 izahatında göstərmişdir ki, Biləsuvar rayonu Muğan kəndi ərazisində altı hektara yaxın torpaq sahəsi və həmin torpağın üzərində ferması olmuşdur. Həmin fermanı satmaq qərarına gəlmişdir. 2018-ci Biləsuvar rayon sakini Cavabdeh ilə qohumları vasitəsi ilə 19000 (on doqquz min) manata razılaşmışdır. Rəhman pulun 1000 (min) manatını əldən, digər 18000 (on səkkiz min) manatını isə bank vasitəsi ilə onun adına köçürtmüşdür. Bundan sonra Cavabdeh ilə öz aralarında rəsmi olaraq alqı-satqı müqaviləsi bağlamışdır. Daha sonra həmin fermadan kimlərin hansı məqsədlə istifadə etməsindən məlumatı olmamışdır; Araşdırma zamanı izahatı alınmış X65 izahatında göstərmişdir ki, ailəsini dolandırmaq üçün özünə məxsus «Mercedes» markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh rayon sakini kimi tanıyır, lakin Rəhmanla yaxın münasibəti yoxdur. İddiaçı da aptekçi kimi tanıyır, belə ki, Baxşəlinin rayon mərkəzində apteki vardır və həmin apteki işlədir. 2018-ci ilin sentyabr ayında rayon mərkəzində yerləşən avtovağzalda dayanıb müştəri gözləyən vaxtı rayon sakinləri Şamil, onun həyat yoldaşı Fəridə müəllimə və Cavabdeh maşına əyləşmişlər və ona bildirmişlər ki, onları Masallı şəhərində yerləşən “Asan Xidmət” mərkəzinə aparsın. Rəhmanla razılaşdığı üçün onları Masallı rayonuna aparıb gətirəcəkmiş və buna görə də Rəhman ona 25 manat pul verəcəkmiş. Gedərkən yolboyu Rəhman, Şamil və onun həyat yoldaşı Fəridə torpaq alqı- satqısı barədə bir-biriləri ilə söhbət etmişlər. Masallı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinə Fəridə, onun həyat yoldaşı Şamil, Rəhmanla birlikdə getmişlər. O, isə maşında onları gözləməyə başlamışdır. Təxminən bir saatdan sonra Rəhman, Şamil və Fəridə müəllimə maşına tərəf gəlmişlər, onları Biləsuvar rayonuna gətirmişdir. Rayon mərkəzi avtovağzalında Rəhman düşmüş, düşərkən də 25 (iyirmi beş) manat taksi pulunu vermişdir. Daha sonra Fəridə müəllimə ilə həyat yoldaşı Şamili Biləsuvar rayon İcra Hakimiyyətinin yanına aparıb orada düşürmüşdür. O, həmçinin izahatında göstərmişdir ki, Vaqifəlini tanımır, Vaqifəlini Masallı şəhərində yerləşən “Asan Xidmət” mərkəzinin həyətində görməmiş, onun Rəhmana pul verməsinin şahidi olmamışdır. Rəhman Fəridə müəllimə və Şamil ilə birlikdə olubdur. Masallı şəhərinə getmək üçün onunla Baxşəli deyil, Rəhman özü danışmışdır; Araşdırma materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Cəfərov tərəfindən 2 mart 2022-ci ildə verilmiş 226 saylı arayışdan görünür ki, nümayəndəliyin 9 saylı təsərrüfat başına kitabın 101-ci səhifəsində İddiaçı təsərrüfatında 250 baş qoyun qeydə alınmışdır; Araşdırma zamanı izahatı alınmış Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Cəfərov izahatında göstərmişdir ki, 2021ci ilin sentyabr ayında, dəqiq xatırlamadığı tarixdə İddiaçı nümayəndəliyin inzibati binasına gələrək təsərrüfatında 250 baş qoyunun olduğunu bildirmiş və buna dair məlumatları nümayəndəliyin “Ev təsərrüfatının uçotu kitabı”nda qeydə almalarını xahiş etmişdir. O da İddiaçı dediklərinə inanmış və müavini Ramil Bayramova tapşırmışdır ki, bu barədə məlumatları həmin kitabda qeyd etsin. İddiaçı dediklərinə inanmış və Ramil Bayramova onun təsərrüfatındakı qoyunları saymağa zərurət olmadığını bildirmişdir. İddiaçı həmin sayda qoyunları harada saxladığını soruşanda, Biləsuvar rayonunun çıxışında, ümumi rayon zibilxanasının arxasında saxladığını demişdir. Bundan sonra İddiaçı 2 mart 2022-ci ildə nümayəndəliyə gələrək təsərrüfatında 250 baş qoyunun olmasına dair arayış verilməsini xahiş etmiş və tərəfindən 2 mart 2022-ci il tarixli 226 saylı arayış verilmişdir. Əməlindən səmimi peşmandır; Araşdırma materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 oktyabr 2018-ci ildə verilmiş **********36 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın, eyni tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Biləsuvar şəhəri Aşağı Cürəli kəndi ərazisində yerləşən 5.9266 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir, hüquqların dövlət qeydiyyatına alınmasının əsasını 25 sentyabr 2018-ci il tarixli 4Ə-618 reyestr nömrəli alqı-satqı müqaviləsi təşkil edir; Araşdırma materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 noyabr 2019-cu ildə verilmiş **********40 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın, 27 noyabr 2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Biləsuvar şəhəri Aşağı Cürəli kəndi ərazisində yerləşən 4.0531 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir, hüquqların dövlət qeydiyyatına alınmasının əsasını 4 sentyabr 2019-cu il tarixli 4Ə-440 reyestr nömrəli alqı-satqı müqaviləsi təşkil edir; Araşdırma materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 noyabr 2020-ci ildə verilmiş **********97 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu Aşağı Curəli-Muğan bələdiyyəsinin mülkiyyətində olmaqla Muğan kəndi ərazisində yerləşən 0.9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X20 06 mart 2020-ci ildən 06 mart 2069-cu il tarixinədək 49 il müddətinə icarə hüququ dövlət qeydiyyatına alınmışdır; Biləsuvar rayon prokurorunun böyük köməkçisi X36 tərəfindən qəbul edilmiş 05 avqust 2022-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, material üzrə cinayət işinin başlanması Cinayət Prosessual Məcəllənin 39.1.1, 85, 207.5.2 və 212-ci maddələrinə istinadla cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmişdir. Belə ki, aparılmış araşdırma ilə İddiaçı müraciətində göstərdikləri öz təsdiqini tapmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X14 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir; 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya iddiaçının tələbinin bir-neçə hissədən ibarət olduğunu, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının hər iki tərəfin apellyasiya şikayətinə münasibətdə tam yoxlanıldığını nəzərə alaraq tələblər üzrə ayrı-ayrılıqda qiymətləndirmələr apararaq mübahisyə hüquqi qiymət verilməsini daha doğru hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunaraq Cavabdeh İddiaçı xeyrinə 30400 manat məbləğində pul vəsaitinin tutulması qət edilsə də, məhkəmənin hansı əsasla belə nəticəyə gəlməsi qətnamədən aydın deyildir. İddiaçının qoyun yatağına və 6 hektar torpaq sahəsinə görə verdiyi 19000 manat pulun cavabdehdən alınması hissədə kollegiya prokurorluqda aparılan araşdırma zamanı izahatı alınmış mülkiyyətçi Fəridə Quliyevanın əri X21 izahatını daha inandırıcı hesab edir. Belə ki, həmin mübahisəli torpaq sahəsi onun arvadı X4 məxsus olmaqla, alqı-satqısı ilə bağlı danışıqlar İddiaçıla bilavasitə onun arasında aparılmış, izahatında göstərdiyi xüsusatlar İddiaçı gətirdiyi dəlillərlə tam olaraq üst-üstə düşmüşdür. Bundan savayı Cavabdeh polisdə araşdırma aparılan zaman verdiyi ilkin izahatı ilə sonrakı izahatları arasında ziddiyyətlər vardır. Belə ki, Rəhman Abbasov 2021-ci ilin may ayında verdiyi ilkin izahatında 10 ha pay torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini 5 ildir aldığını, həmin torpaq sahəsinin 5.92 sotunda ferma tikdirdiyini, sonrakı izahatlarında isə 2018-ci ilin sentyabr ayında rayon sakini Fəridə Quliyevadan 19000 (on doqquz min) manata Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yerləşən 6 (altı) hektara yaxın torpaq sahəsi olan fermanı aldığını bildirmişdir. Halbuki prokurorluqda aparılan araşdırma materiallarından mübahisəli torpaq sahəsi alınan tarixədək cavabdehin mülkiyyətində hər hansı bir torpaq sahəsinin olduğu müəyyən olunmur. Bundan başqa mübahisəli torpaq sahəsinin alınması ilə bağlı müqaviləyəqədər aparılan danışıqlarla bağlı cavabdeh detallı şəkildə açıqlamalar verməmiş, yalnız torpaq sahəsini mülkiyyətçisi Fəridə Quliyevadan 19000 manata aldığını, Fəridə Quliyevnın onun məktəb müəllimi olduğunu, ödənilən pulun 1000 manatını əvvəlcədən, 18000 manatını isə notariatda ödədiyini bildirməklə kifayətlənmişdir. Cavabdeh apellyasiya baxışı zamanı Masallı "Asan xidmət" mərkəzinə pulsuz getdiyini təsdiq etmiş, alqı-satqı üçün notariatın depozitinə köçürülməli olan pulları Biləsuvar rayonuna anasına zəng edərək göndərməsini xahiş edəndən sonra anası tərəfindən taksi ilə göndərildiyini də bildirmişdir. Bununla belə cavabdeh həmin pul vəsaitinin anası tərəfindən göndərilməsi şəraiti, hansı taksi sürücüsü ilə göndərilməsi barədə ətraflı izahat verməmiş, bununla bağlı hər hansı bir sübutunu da, təqdim edə bilməmişdir. Əksinə iddiaçı qeyd olunan hissədə məntiqi ardıcıllıqla ətraflı izahat vermiş, göstərdiyi xüsusatlar həm şahid ifadələri, həm satıcının ərinin izahatı, həmdə telefon zəngləri ilə bağlı "xxxx" MMCdən götürülən məlumatlarla təsdiqini tapmış olmuşdur. Belə ki, mobil operatorun təqdim etdiyi məlumatlara əsasən alqı-satqı müqaviləsi bağlanan gün, yəni 25 sentyabr 2018-ci ildə Cavabdeh istifadəsində olan ***-***-**-** nömrəsindən İddiaçı istifadəsində olan ***-***-**-** saylı nömrəyə 2 dəfə zəng olunmuş, 40 və 41 saniyə danışıq baş tutmuşdur. Daha sonra isə İddiaçı istifadəsində olan ***-***-**-** saylı nömrədən Cavabdeh istifadəsində olan ***- ***-**-** nömrəyə 2 dəfə zəng olunmuş, hər birində 250 saniyə danışıq baş tutmuşdur. İddiaçı həmin zənglərin məhz Cavabdeh notariata getdikdən sonra alınan əmlaka görə pul vəsaitinin notaiusun depozit hesabına qoyulmalı olması ilə bağlı aparılan danışıqların olduğunu izah etmişdir. Kollegiya bütün sadalananları nəzərə alaraq hesab edir ki, mübahisəli qoyun yatağına və 6 hektar torpaq sahəsinin alınmasına görə ödənilən 19000 manat pulun İddiaçı məxsus olması təsdiqini tapır. Həmin pul vəsaiti hesabına əldə edlən əmlak cavabdehin mülkiyyətində qalmaqla, cavabdeh əmlakın əldə edilməsinə xərclənən pul vəsaiti miqdarında iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmiş olmuşdur. Odur ki, varlanmış şəxs olaraq əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Çiy kərpicdən tikilmiş istifadə üçün yararsız vəziyyətdə olan çoban evinin sökülməsinə görə fəhlələrə verdiyi 200 manat, yeni tikilmiş çoban evinin tikinti materiallarına verdiyi 2500 manat, mişar daşlarının və qumun alınması üçün Rəhmana verdiyi 600 manat, sementə verdiyi 400 manat, binanın tikintisinə görə usta və fəhlələrə verdiyi 1200 manat, qoyunlar üçün tikilmiş yay qəhəlinin materiallarına verdiyi 300 manat, qaynaqçıya verdiyi 50 manat, evindən gətirib yatağa qoyduğu “Samsung” markalı televizora görə 500 manat, krosna aparatına və onun avadanlıqlarına görə 100 manat, “Hunday” markalı 2.4 kv. işıq motoruna görə 600 manat, 1 kv. işıq verən motora görə 200 manat, evinin işlənmiş mebellərinə görə 300 manat, odun peçinə görə 50 manat, 3 ədəd taxta qapıya görə 500 manat, dəmir qapıya görə 200 manat, 2 taxta pəncərəyə görə 100 manat, 1 ədəd kiçik plasmas pəncərəyə görə 50 manat, həmin əşyalara görə cəmi 2600 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissədə tələbi kollegiya sübuta yetməmiş hesab edir. Belə ki, mübahisəli fermanın ərazisində olan çoban evinin nə zaman təkilməsinin və çəkilən xərclərin müəyyən olunması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən cavabdehin sahibliyində olan qoyun yatağında yerləşən çoban evinin neçənci ildə inşa edilməsini və onun tikintisinə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır. İddiada sadalanan əmlakların yataqda mövcud olmasına, onların iddiaçı tərəfindən yatağa aparılmasına dair iş materiallarında mötəbər sübutlar yoxdur. Kollegiya qeyd olunan hissədə tələbi əsaslı hesab etməmişdir. Qoyunların mövsümü müalicəsi və digər iynə və dərmanlarına görə verdiyi 1000 manatın cavabdehdən tutulması hissədə tələbi kollegiya əsaslı hesab etmir. Belə ki, iddiaçı yataqda saxlatdırdığı qoyunların mövsümi müalicəsini aparmalı idi, bunun üçün müəyyən xərclərin çəkilməsi isə yaranan zərurətdən irəli gəlmiş olmuşdur. Əskik olan 152 baş ana qoyuna görə 30400 manatın, əskik olan 177 baş quzuya görə 17700 manatın, 4 baş törədici erkəyə görə 1600 manatın cavabdehdən alınması hissədə də, tələbi kollegiya sübuta yetməmiş hesab edir. Qeyd olunan hissədə işin mübahisəsiz məyyən olunan halı ondan ibarət olmuşdur ki, 2018-ci ilin sentyabr ayının sonlarından başlayaraq tərəflər alınan fermada qoyunçuluqla məşğul olmuşlar. Orada həm iddiaçıya, həmdə cavabdehə məxsus qoyunlar olmuş, iddiaçının qoyunlarına da cavabdeh baxmış, götürülən balalara şərik olmuşlar. 2020-ci ilin oktyabr ayınadək olan dövr ərzində qoyunlardan götürülən bəhərin (balaların böyüdülüb, satılmasından) bölüşdürülməsində tərəflər arasında mübahisə olmamışdır. Sonrakı mərhələdə iddiaçı cavabdehin onun qoyunlarını dəyişdirərək yerinə yaşlı və xəstə qoyunlar almasından, balalarının satışı barədə ona məlumat verməməsindən şübhələnərək, özünə məxsus qoyun-quzuları ayırmaq qərarına gəlir. Hazırda iddiaçı yuxarıda qeyd olunan sayda qoyun-quzularının cavabdeh tərəfindən mənimsənildiyini bildirərək, alınaraq ona verilməsini tələb edir. Ümumiyyətlə iş materiallarından cavabdehin fermasında iddiaçıya məxsus hansı sayda heyvanın olması müəyyən olunmur. Biləsuvar rayon Polis Şöbəsində, Biləsuvar rayon Prokurorluğunda iddiaçının şikayəti əsasında aparılmış araşdırmalar nəticəsində bir-neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Sonuncu qərar 05 avqust 2022-ci il tarixdə Biləsuvar rayon prokurorunun böyük köməkçisi X36 tərəfindən Cinayət Prosessual Məcəllənin 39.1.1, 85, 207.5.2 və 212-ci maddələrinə istinadla, cinayət hadisəsinin olmaması əsası ilə qəbul edilmişdir. Belə ki, aparılmış araşdırma ilə İddiaçı müraciətində göstərdikləri öz təsdiqini tapmamışdır. Araşdırma materiallarında olan iddiaçının özünə məxsus qoyunları ayıraraq yük avtomobillərinə yükləyib bazara satışa çıxarmasının videogrüntülərində bu prosesin hər hansı bir mübahisə yaranmadan baş verdiyi aydın görünür. Apellyasiya şikayətinin dəlillərini pul öhdəliyinin icra edilməməsi ilə bağlı bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə hesablanan 9618 manat faizin tutulması hissədə tədqiq edən kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 449-cu maddəsində pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətdən bəhs edilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Hazırki işdən iddia üzrə iddiaçıya aid pul vəsaitlərinin borc, yaxud digər əqdlərə əsaslanan formada birdəfəlik cavabdehə verilməsi, cavabdeh tərəfindən hansı müddətdə qaytarılmalı olması və qanunsuz saxlanılması müəyyən olunmur. Həmçinin iddia üzrə iddiaçı tərəfindən əldən çıxmış faydanın tutulması hissədə tələb əsaslandırılmamış və həmin əsaslandırmanı təsdiq edən sübutlar təqdim edilməmişdir. Odur ki, iddia qeyd olunan hissədə də əsaslı hesab olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası bütün yuxarıda sadalananlara əsasən belə yekun nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri aparılmış araşdırmanın nəticəsi olaraq qismən öz təsdiqini tapdığından qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 175 manat ekspertiza xərcinin, iddianın təmin olunmuş (19000:80150X100=23.7%) 24% hissəsinə mütənasiblik nəzərə alınmaqla 42 manatı cavabdehə, 133 manatı isə iddiaçıya aid edilməlidir. Həmçinin iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş 395 manat dövlət rüsumunun iddianın təmin olunan 24% hissəsinə mütənasib olan 94.8 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1., 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(022)-166/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair qismən təmin edilsin. Cavabdeh 19000 (on doqquz min) manat pul və ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olan 94.8 (doxsan dörd manat səksən qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 175 manat ekspertiza xərcinin 133 manatı İddiaçı, 42 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X8, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-224/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-224/2024
01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver