Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2292/2022 22.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh ödənilməmiş borca görə 9.700 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərardadı ilə tərəflər arasında olan barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardadın icraya yönəldilməsi barədə iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, barışı sazişi üzrə icra sənədi tərtib edilərək icra və probasiya şöbəsinə göndərilmiş, Biləsuvar rayon İcra və probasiya şöbəsinin 22 avqust 2022-ci il tarixli qərarı ilə icra məmuru icra sənədi üzrə icraata başlamışdır. Cavabdeh 07 iyun 2022-ci il tarixli qərardaddan şikayəti vermiş, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə qanunla müəyyən edilmiş müddət keçməklə verildiyinə görə şikayət geri qaytarılmışdır. Sonuncu qərardaddan cavabdeh şikayət vermiş, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 15 noyabr 2022-ci il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Müəyyən edilir ki, Biləsuvar Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərardadı Cavabdeh göndərilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, qərardadın surəti 16 iyun 2022-ci il tarixdə Cavabdeh təqdim edilmişdir. Cavabdeh qərardaddan şikayəti 10 gün müddətinə verməli olduğu halda, qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra, yəni 21 sentyabr 2022-ci il tarixdə poçta təhvil vermişdir. Beləliklə, Cavabdeh qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bununla yanaşı, ötürülmüş müddətin bərpasına dair cavabdeh ərizə verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanunun tələbinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (MPM-in 130.3-cü maddəsi). Məhkəmə düzgün olaraq hesab etmişdir ki, müddət ötürülməklə verildiyindən şikayət geri qaytarılmalıdır. Kollegiya hesab edir ki, məhkəmə maddi və prosessual normalarını düzgün tətbiq etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(022)-329/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-2292/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2292/2022
22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver