Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2335/2022 22.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(041)-795/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Kürdəmir Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(041)-795/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Museyib Bayramov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı icarə müqaviləsi əsasında ona qanuni əsasla məxsus olan ünvan ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(041)- 795/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri ilə onun hüquq və azadlıqları pozulmuş, maraqlarına toxunulmuşdur. O cümlədən insan hüquqlarının təməl prinsipi olan mülkiyyət hüququ, əmlak hüquqları, əmlaka qanuni sahiblik etmək hüquqları tamamilə əlindən alınmışdır. Belə ki, Kürdəmir rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qanunsuz və əsassız qərardadı ilə icra məmurunun təqdimatı təmin edilərək ona qanuni əsaslarla 27 oktyabr 2017-ci il tarixdə icarədar X7 ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında məxsus olan ünvan torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. İcra məmuru məhkəməyə verdiyi təqdimatda göstərilən öhdəliyin yerinə yetirilməsinin ona aidiyyəti olmadığı halda, qanuni əsaslarla icarə müqaviləsi əsasında onun qanuni istifadəsində və sahibliyində olan 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmçinin Kürdəmir rayon məhkəməsi qeyd etmişdir ki, icarədarın əlində torpaqla bağlı şəhadətnaməsi var, ona görə də o torpağın mülkiyyətçisi hesab olunur. Azərbaycan Respublikası qanunvericiliyində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəldiyi, bununla bağlı dövlət reyestrindən çıxarış verildiyi təsbit olunmuşdur. Hal-hazırda digər şəxsdə bununla bağlı mülkiyyət hüquqlarına aid sənədlər olmadığından şəhadətnamə mülkiyyət hüquqlarını təsdiq edən sənəd hesab olunmayacaqdır. Eyni ilə həmin şəxs əmlak hüquqlarını, etibarnamə və icarə müqaviləsi ilə ona ötürüldüyündən həmin əmlaka mülkiyyət hüquqları əmlaka qanuni əsaslarla sahiblik edən şəxs kimi ona məxsus olacaqdır. Kürdəmir rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərardadından apellyasiya şikayəti vermiş, şikayətdə məhkəmənin üzərinə həbs qoyduğu əmlakın yuxarıda göstərilən əsaslarla əmlaka qanuni əsaslarla sahiblik edən şəxs kimi ona məxsus olduğu bildirilmişdir. Həmçinin həmin torpaq sahəsində onun tərəfindən tikililər tikilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadı ilə bir daha ona məxsus hüquq və azadlıqları pozulmuş, mənafeyinə ciddi şəkildə zərər vurulmuş, başqa bir borclu tərəfindən borcun təminatı kimi onun qanuni mülkiyyətində və sahibliyində olan torpaq sahəsi və üzərində olan tikililərə həbs qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin qərardadında həmin torpaq sahəsinə dair onun qanuni tələb haqqı olsa da bunu yeni iddia qaydasında irəli sürməsi qeyd olunmuşdur. Məhkəmə ona qanuni əsaslarla məxsus olan torpaq sahəsinə həbs qoymaqla onun konstitusiyada göstərilən hüquq və azadlıqlarını kobud şəkilldə pozmuşdur. Həmçinin qanunun maddəsini səhv təfsir edərək yanlış şəkildə öz marağına uyğun istifadə edərək tətbiq etmişdir. Bununla əlaqədar torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Ona görə də icarə müqaviləsi əsasında ona qanuni əsasla məxsus olan ünvan torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehləri iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.” İşin müəyyən edilmiş hallarından görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu X3 65000 ABŞ dolları və 30 manat məbləğində pul tutularaq Cavabdeh2 ödənilməlidir. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən X3 100000 ABŞ dolları və 30 manat məbləğində pul vəsaiti tutularaq X6 ödənilməlidir. Hər iki icra sənədi icraya yönəldilmişdir. İcra sənədinin icrasının təmin etmək məqsəd ilə Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(041)-296/2019 nömrəli qərardaı ilə borclu X5 adına qeydə alınmış ünvan torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçı həmin qərardaddan hüquq və maraqlarına toxunan şəxs kimi şikayət vermişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(041)-296/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(106)-76/2021 nömrəli qərardadına əsasən Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(041)-296/2019 nösmrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, icra sənədinin icrası qaydasında Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədi icraya yönəldilmiş və borclu X5 adına qeydə alınmış ünvan torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş, daha sonra İddiaçı həmin qərardaddan hüquq və maraqlarına toxunan şəxs kimi şikayət versə də, onun şikayəti birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(106)-76/2021 nömrəli qərardadı ilə qüvvəsində saxlanılmışdır. Daha sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan torpaq sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı əmlakın həbsdən azad edilməsi tələbi ilə məhkəməyə müraciət etməsi həmin işə yenidən iddia icraatı qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0-cı maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Həmin Məcəllənin 262.1-ci maddəsinə sasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 76, 89.1, 261.0.9, 262, 308.1, 372, 384.0.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(041)-795/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-2335/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2335/2022
22.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver