Məhkəmə qərarları › İş №2(106)-2366/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2366/2022

05.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2366/2022 05.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 10.000 manat, hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat, cəmi 10.170 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(022)-724/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Biləsuvar Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(022)-724/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəfail Əliyev) İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 10.000 manat, hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat, cəmi 10.170 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(022)-724/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; 361.1.5. şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Əkbərov X1 Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(022)-724/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur.Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (363.1.1-1) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərindən görünür ki, qəbul edilmiş qətnamənin həm maddi, həm də prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini apellyasiya şikayətinin dəlillərində göstərsə də, işin müəyyən edilmiş hansı halları üzrə hansı maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasını göstərməmiş, Azərbaycan Respublikası MPM-nin 6-8, 9.1, 13, 14.1, 76.2, 78.2, 85.1, 88, 89.3 və digər maddələrini, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 740.2, 385.1, 386.1 və digər maddələrini sadalamaqla kifayətlənmiş, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməsi, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməli olduğu halda göstərməmiş, apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları göstərmədən qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinin təmin edilməməsindən narazı qaldığı üçün Biləsuvar Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(022)-724/2022 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, nəticə etibarı ilə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla birinci instansiya məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətinin 361-ci maddənin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apelyasiya şikayəti geri qaytarılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apelyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(022)-724/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361, 364, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(022)-724/2022 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar