Məhkəmə qərarları › İş №2(106)-2367/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2367/2022

20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2367/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Elvin Nizami oğlu Hüseynovun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehə qarşı bələdiyyə mülkiyyətinə aid olan gediş-gəliş zolaqlarının, yollarının və su arxlarının zəbtdən azad edilib mülkiyyətçilərin istifadəsinə qaytarılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Biləsuvar Rayon Məhkəməsinin (hakim P.Əhmədov) 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehə qarşı bələdiyyə mülkiyyətinə aid olan gediş-gəliş zolaqlarının, yollarının və su arxlarının zəbtdən azad edilib mülkiyyətçilərin istifadəsinə qaytarılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi tələbi barədə iddiası rədd edilmiş, iş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaitinin İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 328 (üç yüz iyirmi səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin İddiaçı tutularaq cavabdeh Biləsuvar rayonu Bağbanlar bələdiyyəsinə verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyə mülkiyyətinə aid olan gediş-gəliş zolaqlarının, yollarının və su arxlarının zəbtdən azad edilib mülkiyyətçilərin istifadəsinə qaytarılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 55 nəfər kənd sakini adından kənd ərazisində pay torpaq sahələri arasındakı gediş-gəliş yollarının və su arxlarının konkret vətəndaşlar tərəfindən heç bir hüquqmüəyyənedici sənədlər olmadan zəbt edilərək əkilməsi barədə müraciətlər etmişdir. Həmin ərazidəki beton üzlüklü suvarma kanalı dövlət mülkiyyətində, pay torpaqları arasındakı beton suvarma arxları isə bələdiyyə mülkiyyətindədir. Biləsuvar rayonu Bağbanlar bələdiyyəsinə, Biləsuvar rayonu Bağbanlar kənd ərazi nümayəndəliyinə, Biləsuvar RİH-ə, Biləsuvar RPŞ-yə, Biləsuvar Rayon Prokurorluğuna və digər dövlət orqanlarına müraciətlər etmişdir. Səbəb o olmuşdur ki, mülkiyyətçilər adıçəkilən su arxlarından və gediş-gəliş zolaqlarından son vaxta qədər istifadə etmişlər və bu barədə müvafiq sənədləri də vardır. Lakin bələdiyyə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin su arxlarını və gediş-gəliş zolaqlarını-yollarını zəbtdən azad etmir. Nəticədə onlar pay torpaqlarını vaxtında suvara bilmirlər. Birinci instansiya məhkəməsində cavabdeh Bağbanlar Bələdiyyəsinin təmsilçisi Nümayəndə oğlu iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, Bələdiyyə onun mülkiyyətində olan torpaqlara cavabdehdir, bələdiyyənin mülkiyyətində olan su arxları, gedişgəliş zolaqları zəbt edilməmişdir. İddia edilən ərazilər Bələdiyyənin mülkiyyətində deyil. Birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada rədd edərkən, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022ci il tarixli, 10/4887 nömrəli rəyinə əsaslanmışdır. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdeh Bələdiyyənin təmsilçisi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Kollegiya cavabdehin nümayəndəsi X2 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş zolaqlarının, yollarının və su arxlarının zəbtdən azad edilməsini xahiş etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün iddiaçı mülkiyyətçi (qanuni sahib) olmalı, onun mülkiyyətinə qəsd və ya digər maneələr ortada olmalı, bu cür maneələr mülkiyyətçinin əmlakından istifadə, sahiblik, müəyyən hallarda əmlaka dair sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmalıdır. Müəyyən edilir ki, iddiaçı analoji iddia ilə əvvəllər inzibati məhkəməyə də müraciət etmişdir. Belə ki, iş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)- 1055/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərardadının surətindən görünür ki, İddiaçı Biləsuvar rayon Bağbanlar bələdiyyəsinə qarşı bələdiyyənin balansında olan suvarma arxının bərpa edilməsinin və yenidən mülkiyyətçilərin əkin sahələrinin suvarılmasına xidmət etməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 1394/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı Biləsuvar rayonu Bağbanlar bələdiyyəsinə qarşı gediş-gəliş yollarının və su arxlarının zəbtdən azad edilib mülkiyyətçilərin istifadəsinə qaytarılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. Şirvan Apellyasiya məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)- 201/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(120)-1394/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********22 saylı mütəxəssis rəyinə əsasən keçirilmiş iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 31 avqust 2022-ci il tarixli, 10/4887 nömrəli rəyinə görə, JN141 torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 2,77 ha pay torpaq sahəsinin mübahisə predmeti olan (141Z konturu) 0,67 ha hissəsinin faktiki vəziyyətdə şərq və qərb tərəfində yol mövcud olduğu müəyyən edilir. Qərb tərəfdəki yol ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin arasında su arxı mövcuddur. İddiaçı gediş-gəliş yolu və su arxı kimi iddia etdiyi torpaq sahələri Biləsuvar rayonu, Bağbanlar kəndinin kompleks yerquruluşu layihəsinə əsasən digər kənd sakinlərinin mülkiyyətlərində olan pay torpaq sahələridir. Biləsuvar rayonu Bağbanlar kəndinin kompleks yerquruluşu layihəsində nəzərdə tutulan su arxları ilə iddiaçının su arxları kimi iddia etdiyi ərazi fərqli məsafədə yerləşir. Biləsuvar rayonu Bağbanlar kəndinin kompleks yerquruluşu layihəsi ilə torpaqlardan faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Beləliklə, ekspert rəyinə görə, İddiaçı iddia etdiyi gediş-gəliş zolaqları, yollar və su arxlarının keçdiyi ərazi bələdiyyənin mülkiyyətində deyil. Kollegiya ekspert rəyini sübut mənbəyi kimi qəbul edir və hesab edir ki, iddiaçı başqa fiziki şəxslərin mülkiyyətində olan ərazidən gediş-gəliş zolaqları, yollar və su arxını Biləsuvar rayonu Bağbanlar bələdiyyəsindən tələb etməkdə haqlı olmamışdır. İddiaçı əsl cavabdehə qarşı iddia verməmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Kollegiya qeyd edir ki, hazırki iddianın rədd edilməsi iddiaçıya, qonşu mülkiyyətçilərə qarşı servitut istəmək hüququ ilə iddia vermək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(022)-24/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar