Məhkəmə qərarları › İş №2(106)-246/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-246/2025

13.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-246/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı «pul tələbi»nə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-246/2025 Açar sözlər: vurulmuş ziyan kimi əldə edilmiş mənfəət tələbi X16 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) İddiaçı2, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı «pul tələbi»nə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(018)-3/2024 saylı qətnaməsindən (hakim Z.İbrahimov) Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı1 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia qaldıraraq, Cavabdeh mağazada işlədiyi dövrdə vurduğu 57421 (əlli yeddi min dörd yüz iyirmi bir) manat ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 vəkili və nümayəndəsi İddiaçı2 tələbini onunla əsaslandırmışdır ki, təmsil etdiyi şəxs İddiaçı1 Asta ra rayonu Pensər kənd sakini Cavabdeh Möhubbət oğluna etibarnamə verərək Astara rayonu Pensər kəndində yerləşən ona məxsus ərzaq mağazasının idarə edilməsini ona tapşırmışdır. Cavabdeh öz fəaliyyəti haqqında vaxtaşırı olaraq gördüyü işlər barədə təmsil etdiyi şəxsin digər nümayəndəsinə X2 hesabat verməli idi. Lakin, Cavabdeh öz üzərinə düşən vəzifələri yerinə yetirməmiş, aldığı ərzaq məhsullarının satılması, qaytarılması və yığılmış pulların təyinatı üzrə xərclənməsi barədə təmsil etdiyi şəxsə və ya onun nümayəndəsi X3 vaxtında hesabat verməmişdir. Təmsil etdiyi şəxs Könül Cahagirova ilə Cavabdeh arasında tapşırıq müqaviləsi şifahi bağlanmış, onların razılaşmasına əsasən mağazada satılacaq mallara, mağazanın anbarında olan və qəbul edilən və ya buraxılan mallara o, cavabdehlik daşıyacaq və bu barədə vaxtaşırı olaraq ona hesabat verəcəkdir. Vəkalət alan Eldəniz Zeynalov tapşırığı qəbul etmiş və bundan sonra həmin müqavilə qüvvəsini almışdır. Bundan əlavə X12 Əsədullayevi həm də həmin mağazaya əmək müqaviləsinə əsasən satıcı kimi işə qəbul etmişdir. Mülki Məcəllənin 778.1-ci maddəsində qeyd edilir ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Cavabdeh qanunun bu tələbin pozmuş tapşırığı vicdanla icra etməmiş, ona tapşırılmış əmlakı dağıtmış, israf etmiş və mənimsəmişdir. Onlar həmin mağazada və mağazanın anbarında təftiş apararkən vəkalət alan bu təftişdə iştirak etməmişdir. Belə ki, 14-15 sentyabr 2021-ci il tarixdə mağazada həyata keçirilmiş sayım aktları əsasında müəyyən edilmişdir ki, 2021-ci ildə mağazaya gətirilmiş və ötən ildən qalıq qalmış məhsullarda əskiklik olmuşdur. Belə ki, 2021-ci il ərzində ümumilikdə mağazada 159 787 manat dəyərində məhsul olmuş, hazırki dövrə isə mağazada ümumilikdə 15 479 manat dəyərində mal qalmış, 33 243,40 manat dəyərində mal pul və ya məhsul formasında götürülmüşdür. Bundan əlavə Cavabdeh “Xirmaıı MMC”dən xx.xx.2019-cu il tarixdə 128D/2019 saylı müqavilə ilə ona verilmiş etibarnaməni təqdim edərək 22 128 manat dəyərində buğda unu götürmüş və həmin malı mağazaya mədaxil etməmişdir. Hal-hazırda həmin pul onların üzərində qalmışdır. Bundan əlavə setka satışı mağazasında 1700 manatlıq setka götürmüş həmin malıda mağazanın anbarına mədaxil etməmiş və nəticədə həmin məbləğdə pul hazırda mağazadan tələb olunur. Daha sonra Cavabdeh Lənkəran rayonunda yerləşən topdan satış ərzaq mağazasında müxtəlif adlarda məhsullar götürmüş və həmin mağazaya da 350 manat borclu qalmışdır. Beləliklə, Cavabdeh təmsil etdiyi şəxsə 36,785 (otuz altı min yeddi yüz səksən beş manat) ziyan vurmuşdur. Odur ki, Cavabdeh mağazada satıcı işlədiyi dövrdə İddiaçı1 vurduğu 36,785 (otuz altı min yeddi yüz səksən beş manat) ziyanın alınıb alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı qaldırılmış iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, 2007-ci il yanvar ayının 27-də Astara rayonu Pensər kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı1 məxsus ticarət obyektində satıcı kimi işə qəbul olunmuşdur. İşə qəbul olunan zaman obyektdəki malların təhvil-təslimi həyata keçirilməmişdir. Daha doğrusu ona bu xüsusda heç bir akt da təqdim edilməmişdir. Ticarət obyektinin bütün fəaliyyətinə İddiaçı1 həyat yoldaşı Cahangirov Pərviz rəhbərlik etmişdir. Pərviz Cahangirovun psixi durumunda problem olduğu üçün o Maştağadakı müvafiq Dispanserdə qeydiyyatdadır və mütəmadi olaraq dərman pereparatları qəbul edir. Ona sonradan bəlli olub ki, əmək fəaliyyətini obyektin sahibi 2007-ci ildə yox, 2015-ci ildə özünün tərtib etdiyi saxta müqavilə ilə rəsmiləşdirib. Ötən bu illər ərzində ona görə Dövlət Sosial Sığorta Fonduna ödənişlər həyata keçirilməyibdir. Saxtakarlıqlar bununla da bitməyib. Daha sonra İddiaçı1 onunla bağladığı saxta əmək müqaviləsində əmək haqqımı 125 manat göstərib. Hansı ki, o hər ay ona 450 manat əmək haqqı verib. İş saatını müqavilədə həftənin 6 günü olmaqla səhər saat 09:00-dan 18:00-dək bir növbəli iş günü kimi göstərib. Halbuki o, həftənin bütün günlərini səhər saat 08:00-dan, axşam saat 21:00dək çalışmışdır. Burada məqsəd Dövlətin mövcud qanunlarından yan keçərək onun kimi burada çalışan daha üç nəfərin haqqını tapdamaq olub. Nəticə etibarı ilə, İddiaçı1 işlətdiyi ticarət obyektində çalışan işçilərin qul əməyindən sui istifadə edərək gəlirini dövlətdən gizlətmək məqsədi güdüb. Aralarında baş verən mübahisəyə qədər burada heç bir problem yaşanmayıbdır. xx.xx.2021-ci il tarixdə Pərviz Cahangirov ticarət obyektinə gələrək ona vəzifəsinə aid olmayan iş tapşırmşdı. O, da buna etiraz etmiş, bu zaman Pərviz Cahangirov onu küçə söyüşləri ilə söyüb təhqir etdikdən sonra obyektin açarlarını ona verib iş yerini tərk etmişdir. Bundan sonra Pərviz Cahangirov ona qarşı şər-böhtan kampaniyasına başlamışdır. Onun iddia etdiyinə görə guya xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-dən 22128 manat dəyərində buğda unu, "Setka" satışı mağazasından 1700 manatlıq setka və Lənkəran rayonunda yerləşən topdansatış ərzaq mağazasından müxtəlif adlarda 350 manat dəyərində mal götürmüşdür. Bundan əlavə "Mihat" firmasından 2021-ci ilin avqust ayının əvvəllərində 749 manatlıq nisiyə düyü götürmüşdür. İşdən çıxdıqdan sonra həmin məbləği sözü gedən firmaya təqdim etmək üçün Pərviz Cahangirova vermişdir. Daha sonra 2021-ci ilin üç ayı, iyun, iyul və avqust aylarına görə ticarət obyektinin təsərrüfat xərclərinə (işıq pulu, fəhlə pulu, vergi, dövlət sosial müdafiə fonduna sığorta pulu) ümumilikdə 4200 manat da əlavə ödəmişdir. Eyni zamanda onu da nəzərinizə çatdırmışdır ki, işdən çıxan zaman nisiyə dəftərində verdiyi mallara görə 7000 (yeddi min) manat borc var idi. Yuxarıda qeyd edilən malların ticarət obyektinə daxil olması ilə bağlı aiddiyatı üzrə qaimə sənədləri olub və həmin malları daxil olma kitabına qeyd etmişdir. Həmin mallar da işdən uzaqlaşana qədər ticarət obyektinin anbarında olub. Bundan əlavə ticarət obyektinə firmalardan daxil olan bütün nisiyə mallar da obyektin mədaxil kitabında qeyd olunub. Lakin qarşı tərəflə aralarında yaranan mübahisədən sonra İddiaçı1 ona hədə dolu məktublar yazaraq çalışdığı 2007-ci ilə qədər obyektdə olan malların hesabatını da tələb edir. Bu ailənin məqsədi bu günə qədər ticarət obyektindəki bütün yeyinti və çatışmamazlıqları onun üstünə yıxıb oyundan quru çıxmaqdır. Halbuki işə qəbul olunan zaman malların təhvil-təslimi həyata keçirilməmişdi. Buna görə müvafiq akt da mövcud deyil. Amma bu adamlar ondan əl çəkmək istəmirlər. X8 xəbər göndərib ki, səni zorla da olsa dükana gətizdirib hesabatı alacağam. Dükanın heç bir qəpiyini belə mənimsəməmişdir. Mağazaya daxil olan mallar barədə qeyd kitabında qeydlərini etmişdir. Ona qarşı qaldırılan iddia əsassızdır, ona görə də iddia rədd olunmalıdır. Astara Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(018)-3/2024 saylı qətnaməsi ilə iddia təmin olunmuş və Cavabdeh 36,785 (otuz altı min yeddi yüz səksən beş manat) manat pul alınaraq İddiaçı1 verilməsi, dövlət büdcəsinə ödənilmiş 264 (iki yüz altmış dörd) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 verilməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X5, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Astara rayon məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(018)-3/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla məhkəmə cavabdehi vəkalət alan kimi qiymətləndirsə də qətnamədə tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin şifahi olduğu qeyd olunmuşdur. İddiaçı isə şəxsən məhkəmə iclaslarında iştirak edərək göstərilən məsələyə aydınlıq gətirməmişdir. Bundan başqa ekspertiza rəyində hesablamalar qətiyyən düzgün aparılmamış, cavabdehin nə aldığı əmək haqqı, nə də başqa hesablar düzgün göstərilməmişdir. Belə ki;

1. Cavabdeh tərəfindən mülki iş məhkəmənin icraatında olduğu zaman məhkəməyə müraciət edərək aşağıdakı hallarla bağlı məlumat verərərək bildirmişdir ki, ona illik 1500 manat deyil, aylıq 450 manat əmək haqqı verilmiş bu da illlik 5400 manat təşkil etmişdir.

2. Eyni zamanda hər il ƏSMM-nə 390 manat deyil, hər ay 196 manat ödəmilmişdir ki, bu da illlik 2352 manat təşkil etmişdir.

3. Eyni zamanda “Nisyə dəftəri”ndə olan şəxslərə verilən lakin əvəzi ödənilməmiş ərzaqlara görə 4800, eyni zamanda mağazanın gündəlik xərcləri nəzərə alınmamışdır.

4. Cavabdeh məhkəməyə məlumat verərək bildirmişdir ki, YXO-ya illik 380 manat ödənilməsi həqiqəti əks etdirmir, YXO-ya aylıq 400 manat pul ödənilmişdir ki, o da illik 4800 manat etmişdir.

5. Eyni zamanda cavabdeh ondan başqa mağazada iki işçinin çalışdığını, onlardan birinin əmək haqqısının 200 manat, digərininkinin isə 300 manat olduğunu bildirmişdir. Bu məbləğ isə illik 6000 manat təşkil etmişdir.

6. Dəyirmandan mağazaya un gətirən maşına hər ay 400 manat pul ödənilmişdir ki, bu da illik 2400 manat təşkil etmişfir.

7. Bunları rəsmi olaraq məhkəməyə bildirməsinə baxmayaraq cavabdehin məhkəmə iclaslarında vəkili olmadığından göstərilən hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Hesabatlar düzgün tədqiq olunmadığından da məhkəmə mübahisələndirilən qətnaməni qəbul etmişdir.

8. Göründüyü kimi cavabdeh Eldəniz Əsədulayev həmin mağazada rəsmi işçi funksiyasını yerinə yetirdiyi halda və daşıdığı vəzifə təsnifatına uyğun olmadığı halda onunla qeyri-rəsmi razılığa əsasən ona cavabdehlik tapşırılmışdır ki, bu da qanunvericiliklə yol verilməzdir. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır.

9. Bundan başqa iddiaçının tələbinin də dəqiq olmaması bu məsələnin bir daha həqiqəti əks etdirmədiyini sübut edir. Belə ki, ilkin olaraq məsələ ilə bağlı prokurorluq orqanına müraciət edən iddiaçı başqa məbləğ tələb etmişdir. O, cavabdehin qanuni işçi olduğu üçün məhz mənimsəmə cinayətinin tərkibinə qiymət verilməsini nəzərdə tutaraq prokurorluq orqanına müraciət etmiş, lakin bu hal müsbət həllinin tapmadıqda çarəsiz qalıb mülki halda predmeti belə düzgün təqdim etməməklə məhkəməyə müraciət etmişdir. Təəssüflər olsun ki, məhkəmə göstərilən nöqsanlara diqqət etmədən mübahisəli qətnaməni qəbul etmişdir.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdeh Eldəniz Əsədulayev və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini Kollegiyadan xahiş etmişlər. Kollegiyanın iclası zamanı Eldəniz Əsədulayev əlavə olaraq göstərmişdir ki, 2007-ci ildən xx.xx.2021-ci ilədək iddiaçıya məxsus mağazada un, düyü, taxıl, kəpək və sairə bölümündə işləyib. 2007-ci ildən 2015-ci ilədək həmin mağazada satıcı işləməsi rəsmi olmamış, qarşılıqlı razılaşma əsasında satıcı işləmişdir. 2015-ci ildən isə rəsmi olaraq satıcı işləyib. Bildirmişdir ki, mağaza iki hissədən ərzaq hissə və un, düyü, taxıl, kəpək və sairə satılan hissədən ibarət olmuşdur. Ərzaq hissədə kassa aparatı olsa da digər o işləyən hissədə kassa aparatı mövcud olmamışdır. İddiaçı tərəfindən ona vergi, sosial, kommunal ödənişləri etməyi, statistik, məşğulluq, bank əməliyyatları, mədaxil, məxaric və sairə işləri görmək etibarnamə vermişdir. Mağazaya gələn mallar o qəbul etmiş və kitabında müvafiq qeydlər aparmışdır. Bəzi şirkətlər malı ona verərkən qaimələr versə də bəziləri qaimələr verməmişdir. Qeyd etmişdir ki, mağazada təxminən 14 il işləmişdir. Bu illər ərzində demək olar ki, hər ay alverlə bağlı iddiaçının əri Pərvizə hesabat vermişdir. Lakin 2021-ci ilin iyun, iyul və avqust aylarında Pərviz Bakıda olduğundan həmin aylar üzrə Pərvizə hesabat verməmişdir. xx.xx.2021-ci il tarixində Pərviz mağazaya gələrək ona vəzifəsinə uyğun olmayan iş, məsələn daş daşımağı demişdir. Lakin o bununla razılaşmamış və açarları Pərvizə verib çıxıb getmişdir. O, işdən çıxdıqdan 15-16 gün sonra iddiaçı tərəfindən mağazada sayım təşkil edilmişdir. O, həmin sayımda iştirak etməmişdir. Mağazada nə qədər kəsr qalıb onun xəbəri olmayıb. Həmçinin göstərmişdir ki, ekspertiza rəyində hesablamalar qətiyyən düzgün aparılmamış, onun aldığı əmək haqqı, nə də başqa hesablar düzgün göstərilməmişdir. Belə ki, ona illik 1500 manat deyil, aylıq 450 manat əmək haqqı verilmiş bu da illlik 5400 manat təşkil etmişdir ki, bu ekspert tərəfindən müəyyən edilmiş mənfəətdən çıxılmamışdır. Eyni zamanda hər il ƏSMM-nə 390 manat deyil, hər ay 196 manat ödənilmişdir ki, bu da illlik 2352 manat, “Nisyə dəftəri”-də olan şəxslərə verilən lakin əvəzi ödənilməmiş ərzaqlara görə 6403 manat, eyni zamanda mağazanın gündəlik xərcləri, YXO-ya aylıq 400 manat pul olmaqla illik 4800 manat ödənilmiş məbləğ, mağazada iki işçiyə ödənilən illik əmək haqqı 6000 manat, həmçinin dəyirmandan mağazaya un gətirən maşına görə illik verilmiş 2800 manatın da ekspertin müəyyən etdiyi ümumi mənfəətdən çıxılmadığını göstərmişdir. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyşdirilmədən saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış və bu araşdırma təxminən 2 il çəkmişdir. Araşdırma zamanı məhkəmə tərəfindən müstəqil audit dəvət edilmiş, auditorun hesabatına əsasən 2019-2020-2021-ci illər üzrə mağazadan götürülən mənfəət-gəlir vurulmuş maddi ziyan kimi müəyyən edilmiş, həmin audit hesabatı əsasında iki dəfə - ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy eldə edilərək işə lavə edilmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh dəfələrlə sayımda iştirak etmək üçün dəvət edilmiş, lakin cavabdeh hər dəfə sayımda iştirak etməyəcəyini bildirmişdir. Qeyd etmişdir ki, cavabdeh satıcıya, fəhləyə, kamaza və digər şəxslərə pul ödədiyini bildirir. Əgər ödəyibdirsə sübutlarını birinci instansiya məhkəməsinə təqdim edərdi. Göstərmişdir ki, iş materiallarına əlavə edilmiş Astara rayon Prokurorunun köməkçisi X7 tərəfindən qəbul edilmiş 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarın məzmunundan da görünür ki, Cavabdeh iddiaçıya 33 243,4 manat dəyərində ziyan vurması müəyyən edilmişdir. Bildirmişdir ki, qanunvericiliyə görə sübutlar birinci instansiya məhkəməsində məhkəmə baxışınadək təqdim edilməli idi, lakin cavabdeh həmin anadək müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin göstərmişdir ki, sonradan iddia tələblərini 20 636 manat hissədə azaltmışlar. Buna səbəb "xxxx" MMC-nin onlara qarşı Şirvan Kommersiya Məhkəməsində 20636 manat pul tələbinə dair iddia qaldırmaları olmuşdur. Belə ki, cavabdeh "xxxx" MMCdən 20636 manat dəyərində almış olduğu un məhsulunu mağazaya mədaxil etməmiş, sataraq pulunu mənimsəmişdir ki, hazırda da həmin məbləğ "xxxx" MMC tərəfindən onlardan tələb edilir.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli iş 2(018)-3/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. MM-nin 778.2-ci maddəssinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. MM-nin 778.3-cü maddəsinə əsasən Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. [ Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

İş üzər mövcud olan sübutlar: İşdə olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən İddiaçı1 ilə işçi Cavabdeh arasında müqavilə imzalanmış, işçi Əsədullayev X1 Könül Baloğlan qızına məxsus mağazaya satıcı vəzifəsinə qəbul edilmiş və tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. İşdə olan 14-15 sentyabr 2021-ci il tarixli aktın məzmunundan görünür ki, 2021-ci ildə mağazaya gətirilmiş və ötən ildən qalıq qalmış məhsullarda əskiklik olmuşdur. Belə ki, 2021-ci il ərzində ümumilikdə mağazada 159787 manat dəyərində məhsul olmuş, hazırki dövrə isə mağazada ümumilikdə 15479 manat dəyərində mal qalmış, 33243,40 manat dəyərində mal pul və ya məhsul formasında götürülmüşdür. İş materialarda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 35 saylı Auditor hesabatından görünür ki, Astara rayonu Pensər kənd sakini fiziki şəxs İddiaçı1 məxsus ərzaq malları ticarət mağazasının topdan satış şöbəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə 36,785,52 (otuz altı min yeddi yüz səksən beş manat, əlli iki qəpik) məbləğində mənfəət, yəni qazanc olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli, 9/3637 saylı rəydən görünür ki, ekspertizaya təqdim olunmuş sənədlərsən və audit rəyinin düzgünlüyünü nəzərə almaqla Astara rayonu Pensər kənd sakini fiziki şəxs İddiaçı1 məxsus ərzaq malları ticarət mağazasının topdan satış şöbəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə 36,785,52 (otuz altı min yeddi yüz səksən beş manat, əlli iki qəpik) manat məbləğində mənfəət əldə edilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon Prokurorluğunun 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarın məzmunundan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ərizə ilə rayon prokurorluğuna müraciət edərək, Astara rayon Pensər kəndində etibarnamə əsasında təmsil etdiyi şəxs arvadı İddiaçı1 məxsus ərzaq mağazasını satıcı işləyən Cavabdeh həmin mağazadan ayrı-ayrı vaxtlarda təxminən 40-42 min manat məbləğində pulu mənimsədiyini bildirmişdir. 143C-21 saylı material üzrə araşdırma zamanı izahatı alınan X4 göstərmişdir ki, Astara rayonu Pensər kəndində arvadı İddiaçı1 adına ərzaq məhsulları mağazası vardır. Onun arvadı fərdi sahibkar kimi qeydiyyatdan keçmiş və vergi ödəyicisi kimi qeydiyyata alınmış, vergiləri və sosial ödənişləri vaxtında ödəmişdir. Həmin mağazanın idarə edilməsi arvadı tərəfindən ona həvalə edilmiş və bununla bağlı 22 may 2014-cü il tarixli 378728 saylı etibarnamə də verilmişdir. Həmin mağazada satıcı işləyən Pensər kənd sakini Cavabdeh təxminən 2006-2007-ci il tarixdən satıcı işləmişdir. Cavabdeh hər ay ona hesabat vermiş və mağazadan gələn pulları vermiş, sonuncu hər ay əvvəllər yəni, 2020-ci ilə qədər 600 manat, 2020-ci ildən bəri isə 450 manat məbləğində əmək haqqı almış, Eldəniz əmək haqqını nağd formada mağazanın kassasından götürmüşdür. Mağazada cəmi bir ədəd kassa vardır və həmin kassa mağazanın digər bölümündə yerləşir. 2020-ci ilin dekabr ayında Bakı şəhərindən gələrək rayonun Pensər kəndinə mağazaya getmiş, mağazaya gəldikdən sonra həmin mağazada malların sayının çox az olduğunu, anbarın isə demək olar ki, tamamilə boş olduğunu görmüşdür. O, Eldənizə bu barədə irad bildirəndə sonuncu ona demişdir ki, 2006-cı ildə onunla uçot işləri (təhvil-təslim) aparmadan mağaza ona təhvil verilmiş, bu səbəbdən də əskiklər yaranmışdır. Həmin mağazada 2001-ci ildən 2006-cı ilə qədər Eldənizin qardaşı Araz Əsədullayev satıcı işləmiş, Araz işdən çıxıb Eldəniz işə girəndə uçot-hesabat işləri aparılmış və mağazada olan mallar sayılaraq Eldənizə təhvil verilmişdir. O, Eldənizə maddi imkanı olmadığına görə mağazaya mal gətirə bilməyəcəyini bildirmiş və sonuncudan öz hesabına mağazaya mal gətirməsini xahiş etmiş, lakin Eldəniz mağazaya öz hesabına heç bir mal gətirməmişdir. Sonradan ona məlum olmuşdur ki, Eldəniz mağazaya gələn malların bir çox qismini nisyə olaraq almış və pulları ödəməmiş, mağazada satılan malların pullarını kassaya qoymayaraq, özü götürüb mənimsəmişdir. Belə ki, onun apardığı hesablama və mağazanın hesabat sənədlərinə əsasən, 2021-ci il tarixə hazırki dövrə qədər mağazada 51915,40 AZN dəyərində mallar qalmalı olduğu halda, hazırda mağazada qalan malların dəyəri maksimum 7 min manat dəyərində olar. O, mağazada sayım işləri aparmamış, sayım işlərini apardıqdan və hesabat sənədlərini nəzərdən keçirdikdən sonra dəqiq ziyanın məbləğini müəyyən edib araşdırmaya hesabat təqdim edəcək. Lakin, təxminən Eldəniz ona 40-42 min manat məbləğində ziyan vurmuş və həmin pulları mənimsəmişdir. Mağazanın şirkətlərə olan borcu da həmin məbləğin daxilindədir, çünki o, may ayına qədər Eldənizlə hesabat işləri aparmışdır və borclar da həmin aya qədər olan borclardır. Pərviz Cahangirov izahatını davam etdirərək göstərmişdir ki, Cavabdeh mağazadan qeyd edilən məbləğdə pulu mənimsəməsi mağazanın hesabat sənədlərinə əsasən müəyyən edilmişdir. Belə ki, mağazada olan hesabat sənədləri Eldənizin öz əli ilə yazılmış, bundan əlavə mağazaya gələn mallar, satılan mallar, həmin malların dəyərləri, qalan borclar və s. barəsində də uçot kitabları olmuş və həmin kitabları Cavabdeh öz əli ilə yazmışdır. Eldəniz hesabatları hər ay onunla aparmış və mağazanın gəlirlərini ona vermişdir. Mağazada və mağazanın anbarında sayımları Eldəniz özü hər ay həyata keçirmiş, o, sayımlarda iştirak etməmişdir. O, hazırki dövrə mağazada qalan malların sayımında şəxsən iştirak edərək bu barədə akt tərtib edib araşdırmaya təqdim edəcəkdir. 143C-21 saylı material üzrə Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, 2007-ci ildən Pərvizin arvadı Könülün həmin kənddə yerləşən mağazasında satıcı işləmiş, aylı aldığı əmək haqqı sabit olmamış, əvvəlki illərdə 600 manat, son illərdə isə 400 manat əmək haqqı almışdır. O, əmək haqqını hər ay mağazadan götürmüş və hesabat kitabında bu barədə qeydlər aparmışdır. 2007-ci ildə o, həmin mağazaya satıcı kimi işə düzələn zaman onunla təhvil-təslim işləri aparılmamış, o, savadsız olduğuna görə təhviltəslim aparmadan mağazada işləməyə başlamışdır. Ondan əvvəl isə həmin mağazada qardaşı Araz Əsədullayev satıcı işləmişdir. Mağaza iki hissədən ibarət olmuş, onun satıcı işlədiyi bölmədə un, taxıl, düyü, kəpək və sair məhsullar satılmış və həmin bölmədə kassa olmamış, günlük mağazada satılan məhsullar hesabat kitabında qeyd olunmuşdur. Bundan sonra isə ayın sonunda aylıq hesabat kitabında satılan mallar və mağazada qalıq qalan malların hesabatı aparılmaqla, müvafiq qeydlər edilmişdir. Mağazaya firmalardan gələn məhsulları o, qəbul etmiş və bu barədə hesabat kitabında qeydlər aparmış, 14 il ərzində mağazada işləyərək, qazanılan pullar barədə Pərvizə hər ay hesabat vermiş və Pərviz özünə nə qədər pul lazım olardısa götürmüş, qalan pullara isə mağazaya yeni mallar gətirilmişdir. Belə ki, 2021-ci ilin yanvar ayında 24874,90 manat dəyərində mağazaya mal gətirilmiş, 23355,30 manat dəyərində mal satılmış, fevral ayında 22849,90 manat mal gətirilmiş, 20552,10 manat mal satılmış, mart ayında 23634,80 manat mal gətirilmiş, 26017,90 manat mal satılmış, aprel ayında 11401,70 manat dəyərində mal gətirilmiş, 18169,30 manat dəyərində mal satılmış və may ayında 25132,10 manat dəyərində mal gətirilmiş və 22979,50 manat dəyərində mal satılmışdır. Ümumilikdə 2021-ci ilin may ayı da daxil olmaqla ilk beş ayı ərzində mağazaya 107943,4 manat dəyərində mal gətirilmiş, 111074,1 manat dəyərində isə mal satılmışdır. 2021-ci ilin iyun, iyul və avqust aylarında isə mağazaya mal gəlməmiş, çünki alver getmədiyinə görə qazanc az olmuş və bu səbəbdən də mağazaya mal gətirmək mümkün olmamışdır. Lakin qeyd edilən 3 ay ərzində mağazanın xərcləri də olmuş, belə ki, vergi, sosial, fəhlə pulları, kommunal xərclər, dükanda olan mühafizəçinin pulu, bunlar da daxil olmaqla həmin 3 ay ərzində mağazanın xərcləri olmuşdur. Pərviz Cahangirovun bildirdiyi 51915,40 manat dəyərində məhsullar 2007-ci ildən 2021-ci ilin may ayına qədər ildən ilə mağazada qalan məhsulların qalıqlarıdır. O, işlədiyi dövrdə hər ay Pərviz Cahangirova mağaza ilə bağlı hesabat təqdim etmiş, o, hətta kənddə dost-tanışdan borc pullar alıb mağazaya məhsul gətirmişdir. Cavabdeh izahatını davam etdirərək göstərmişdir ki, 2007-ci ildə mağazada satıcı kimi işə düzələn zaman Pərviz özü təhvil-təslim işləri aparmamış, onun bu işlərdən o vaxtı yaxşı başı çıxmadığına görə özü də təhvil-təslim aparılmasının zərur olduğunu bilməmişdir. Mağazada nisyə kitabı da vardır. Kənd sakinlərinin bir qisminə nisyə olaraq mal verilmiş, lakin təxminən 7 min manata qədər nisyə pulu yığılmamışdır. Ola bilər ki, əgər mağazada əskik varsa, ondan əvvəlki dövrdə olmuşdur. Mağazada hər ay sayım işləri aparmamışdır. İşdə olan və materiala əlavə edilmiş 4 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 960934 nömrəli etibarnamədən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh verilmiş səlahiyyətlər: “məni, bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda, o cümlədən AR Vergilər orqanlarında, ƏƏSMN-də, DSMF-də, FHN-də, Statistika, Məşğulluq, Asan xidmət mərkəzində, notariat ofislərində, bank orqanlarında təmsil edərək bütün sənədləşmə əməliyyatları aparmağı, lazımi sənədləri, arayışları toplamağı, təhvil verməyi, banklarda hesab açmağı, bağlamağı, hesablar üzrə sərəncam verməyi, hesaba pul mədaxil və məxaric etməyi, bütün vergi və kommunal xərcləri ödəməyi, həmin hesabları istifadə etməyi, mədaxil və məxaric əməliyyatları aparmağı, VÖEN açmağı, bağlamağı, kassa aparatını qeydiyyata salmağı, çıxartmağı, sənədləri, hesabatları təqdim etməyi və almağı, post terminal ilə bağlı məni təmsil etməyi, lazımi sənədləri imzalamağı, ərizə yazmağı, imza etməyi və bununla bağlı digər hərəkətləri etməyi etibar edirəm.” Materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X4 tərəfindən təqdim edilmiş mağazanın aylıq hesabat kitabına tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, kitabın 85-86-cı vərəqlərində kiril qrafikalı əlifba ilə əl yazma üsulu ilə 2021-ci il ərzində mağazaya gələn məhsulların aylar üzrə məbləğləri, eləcə də satılmış məhsulların aylar üzrə və ümumi məbləğləri öz əksini tapmışdır. Belə ki, həmin vərəqlərdə 2021-ci ilin yanvar ayında mağazaya 24874,90 manat dəyərində mal gətirildiyi, 23355,30 manat dəyərində mal satıldığı, fevral ayında 22849,90 manat dəyərində mal gətirildiyi, 20552,10 manat dəyərində mal satıldığı, mart ayında 23634,80 manat dəyərində mal gətirildiyi, 26017,90 manat dəyərində mal satıldığı, aprel ayında 11401,70 manat dəyərində mal gətirildiyi, 18169,30 manat dəyərində mal satıldığı və may ayında 25132,10 manat dəyərində mal gətirildiyi və 22979,50 manat dəyərində mal satıldığı, ümumilikdə 2021-ci ilin may ayı da daxil olmaqla ilk beş ayı ərzində mağazaya 107872 manat dəyərində mal gətirildiyi, 111065 manat dəyərində mal satıldığı əl yazma üsuli ilə və kiril qrafikalı əlifba ilə qeyd edilmişdir. Kitabın 86-cı vərəqində isə əl yazma üsuli ilə “2021-ci ilə qalıq 51915,40” sözləri yazılmışdır. Pərviz Cahangirov bildirmişdir ki, həmin kitabda aparılan qeydlər satıcı işləmiş Cavabdeh tərəfindən aparılmış, 86-cı vərəqdə 2021-ci ilə qalıq kimi göstərilən 51915,40 sözləri isə, 2020-ci ildən 2021-ci ilə mağazada qalan məhsulların qalığını bildirir. Pərviz Cahangirov həmçinin əlavə etmişdir ki, 2021-ci ildə mağazaya 107872 manat dəyərində mal gətirilmiş və mağazada 51915,40 manat dəyərində mal qalmış, ümumilikdə göstərilən dövrdə mağazada 159787,4 manat dəyərində məhsul olmuşdur. Cari ildə mağazada satılan malların ümumi dəyəri isə 111065 manat təşkil etmiş, hazırda isə mağazada 14-15 sentyabr 2021-ci il tarixlərdə keçirilən sayım nəticəsində 15479 manat dəyərində məhsul qalmışdır. Beləliklə, Cavabdeh ona 33243,4 manat dəyərində ziyan vurmuşdur. 143C-21 saylı material üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 2007-ci il tarixdən Astara rayonu Pensər kəndi ərazisində yerləşən və İddiaçı1 məxsus olan mağazada satıcı kimi işləməyə başlamış və Cavabdeh ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Etibarnamə üzrə mağazanın idarə edilməsi İddiaçı1 tərəfindən sonuncunun əri X2 həvalə edilmiş, satıcı işləmiş Cavabdeh hər ay verilmiş aylıq hesabatları məhz Pərviz Cahangirovla aparmışdır. 2021-ci ildə Cavabdeh onu aldatdığını və mağazadan pulları mənimsəməsindən şübhələnən Pərviz Cahangirov nəticədə Cavabdeh ilə əmək müqaviləsinə xitam verilməsi məsələsini həll etmiş, sonra 14- 15 sentyabr 2021-ci il tarixdə iki gün ərzində mağazada, həmin mağazanın digər bölümündə satıcı işləyən şəxslərin iştirakı ilə sayım həyata keçirmişdir. Sayım nəticəsində mağazada 13678 manat dəyərində mal, 1801 manat dəyərində isə nağd pulun, ümumilikdə 15479 manat dəyərində mal-mülkün qaldığı müəyyən edilmişdir. Araşdırma nəticəsində mağazanın aylıq hesabat sənədləri əsasında müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar-may ayları ərzində, yəni ilk beş ayı ərzində İddiaçı1 məxsus mağazanın Cavabdeh satıcısı olduğu məhsullar bölməsinə ümumilikdə 107872 manat dəyərində məhsullar gətirilmiş, həmin məhsullara mütənasib olaraq satılan malların dəyəri isə 111065 manat təşkil etmiş, 2020-ci il tarixdəmağazada qalan və satılmayan 51915,40 manat dəyərində məhsullar isə 2021-ci ilə qalıq qalmış və cari ildə satılması təmin edilmişdir. Hesabat sənədləri və 14-15 sentyabr 2021-ci il tarixlərdə həyata keçirilmiş sayım aktları əsasında müəyyən edilmişdir ki, 2021-ci il üçün mağazaya gətirilmiş və ötən ildən qalıq qalmış məhsullarda əskiklik olmuşdur. Belə ki, 2021-ci il ərzində ümumilikdə mağazada 159787,4 manat dəyərində məhsul olmuş və 111065 manat dəyərində məhsullar satılmış, hazırki dövrə isə mağazada ümumilikdə 15479 manat dəyərində malmülk qalmış, 33243,4 manat dəyərində mal-mülk isə pul və ya məhsul formasında götürülmüşdür. Göründüyü kimi, İddiaçı1 məxsus əmlak, yəni, ərzaq məhsulları mağazası etibarnamə əsasında Cavabdeh etibar edilsə də və sonuncu tərəfindən İddiaçı1 məxsus ərzaq məhsulları mağazasından qeyd edilən məbləğdə pul və mal özünkiləşdirilsə də, Cavabdeh İddiaçı1 tərəfindən “əmlak üzərində sərəncam vermə” hüququnun verilməsi, Cavabdeh isə ona verilən bu hüquqdan sui-istifadə etməsi sonuncunun əməlində cinayət tərkibini istisna etməklə, məsələyə mülki mübahisə qaydasında baxılmasına dəlalət etmişdir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Göründüyü kimi iddiaçı 14 il ona məxsus mağazada satıcı işləmiş cavabdehə qarşı mağazada əldə edilmiş mənfəət formasında vurulmuş ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin edərək cavabdehdən iddiaçının xeyrinə 36785 manat pul tutmuşdur. İddiaçı çıxarılmış qətnamə ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Lakin cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas birinci dəlili ekspertiza rəyində hesablamalar qətiyyən düzgün aparılmaması, onun aldığı əmək haqqının, nə də başqa hesablar düzgün göstərilməməsdir. Qeyd etmişdir ki, ona illik 1500 manat deyil, aylıq 450 manat əmək haqqı verilmiş bu da illlik 5400 manat təşkil etmişdir ki, bu ekspert tərəfindən müəyyən edilmiş mənfəətdən çıxılmamışdır. Eyni zamanda hər il ƏSMM-nə 390 manat deyil, hər ay 196 manat ödənilmişdir ki, bu da illlik 2352 manat, “Nisyə dəftəri”-də olan şəxslərə verilən lakin əvəzi ödənilməmiş ərzaqlara görə 6403 manat, eyni zamanda mağazanın gündəlik xərcləri, YXO-ya aylıq 400 manat pul olmaqla illik 4800 manat ödənilmiş məbləğ, mağazada iki işçiyə ödənilən illik əmək haqqı 6000 manat, həmçinin dəyirmandan mağazaya un gətirən maşına görə illik verilmiş 2800 manatın da ekspertin müəyyən etdiyi ümumi mənfəətdən çıxılmadığını göstərmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə bildirir ki; Birincisi, aparılan audit araşdırması və onun əsasında verilmiş mühasibatlıq ekspertizası 2019, 2020 və 2021-ci illəri əhatə etmiş və ekspert həmin 3 il ərzində mağazanın qeyd edilən bölümündə əldə edilmiş mənfəəti, yəni gəliri müəyyən etmişdir. Mənfəət isə müəyyən edilərkən mağazada ödənilmiş və çəkilmiş bütün xərclər çıxıldıqdan sonra əldə edilən xalis gəlirin olması deməkdir. Yəni, bütün ödəmələr, xərclər və s. çıxıldıqdan sonra mənfəət müəyyən edilir. İkincisi, audit yoxlaması və onun əsasında aparılmış müvafiq ekspertiza auditə sahibkarlar tərəfindən təqdim edilmiş 6 saylı Vergilər İdarəsinin internet vergi saytından **********-VÖEN aid çıxarılmış mal satanların təqdim etdiyi mallara görə elektron qaimələr və 2019-2020-2021-ci illərə aid Gəlir vergisinin bəyannamələri əsas götürülməklə mənfəət 36785.52 manat müəyyən edilmişdir. Üçüncüsü, Cavabdeh yuxarıda şikayətinin dəlili kimi göstərdiyi 5400 +2352+6403+4800+6000+2800=cəmi 27755 manat pulun ekspertin müəyyən etdiyi məbləğdən çıxılmadığını göstərməklə sanki iddiaçıya maddi ziyan vurmasını və müəyyən edilən 36785 manat gəliri qəbul etmiş olur. Cavabdehin apellyasiya şikayətinin ikinci dəlili onun məhkəmə iclaslarında vəkilinin olmaması səbəbindən göstərilən hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməməsidir. Kollegiya şikayətin qeyd edilən dəlili ilə bağlı bildirir ki, göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində vəkillə təmsil olunması onun özünün iradəsindən asılı olmuşdur. Yəni, cavabdeh Azərbaycan Respublikasında vəkillik fəaliyyəti ilə məşğul olan istənilən vəkillə müqavilə bağlamaqda sərbəst olmuş və məhkəmədə təmsil olunmamış və yaxud da müvafiq maddi durumda olmamasını əsas gətirərək məhkəməyə dövlət hesabına vəkillə təmin olunması ilə bağlı ərizə ilə müraciət etməmişdir. Cavabdehin apellyasiya şikayətinin üçüncü dəlili onun həmin mağazada rəsmi işçi funksiyasını yerinə yetirdiyi halda və daşıdığı vəzifə təsnifatına uyğun olmadığı halda onunla qeyri-rəsmi razılığa əsasən ona cavabdehlik tapşırılmışdır ki, bu da qanunvericiliklə yol verilməzdir. Göründüyü kimi cavabdeh özü də qəbul edir ki, o mağazaya gələn malları qəbul etmiş və onlara cavabdehlik daşımış, bu mallara görə məsuliyyət ona tapşırılmış, lakin hazırda onun qanunsuz olmasını bildirir. Kollegiyanın iclası zamanı cavabdeh özü də etiraf etmişdir ki, mağazaya firmalardan gələn məhsulları o, qəbul etmiş və bu barədə hesabat kitabında qeydlər aparmış, bəzi şirkətlər malı ona verərkən qaimələr versə də bəziləri qaimələr verməmişdir. 14 il ərzində mağazada işləyərək, qazanılan pullar barədə Pərvizə hər ay hesabat vermiş və Pərviz özünə nə qədər pul lazım olardısa götürmüş, qalan pullara isə mağazaya yeni mallar gətirilmişdir. Müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibəti yaranmışdır. Bu hal cavabdehin etirafı ilə yanaşı iddiaçı tərəfindən cavabdehə verilmiş və iş materiallarında öz əksini tapan 4 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 960934 nömrəli etibarnamə ilə də sübut olunur. Həmin etibarnamənin məzmunundan görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh verilmiş səlahiyyətlər: “məni, bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda, o cümlədən AR Vergilər orqanlarında, ƏƏSMN-də, DSMF-də, FHN-də, Statistika, Məşğulluq, Asan xidmət mərkəzində, notariat ofislərində, bank orqanlarında təmsil edərək bütün sənədləşmə əməliyyatları aparmağı, lazımi sənədləri, arayışları toplamağı, təhvil verməyi, banklarda hesab açmağı, bağlamağı, hesablar üzrə sərəncam verməyi, hesaba pul mədaxil və məxaric etməyi, bütün vergi və kommunal xərcləri ödəməyi, həmin hesabları istifadə etməyi, mədaxil və məxaric əməliyyatları aparmağı, VÖEN açmağı, bağlamağı, kassa aparatını qeydiyyata salmağı, çıxartmağı, sənədləri, hesabatları təqdim etməyi və almağı, post terminal ilə bağlı məni təmsil etməyi, lazımi sənədləri imzalamağı, ərizə yazmağı, imza etməyi və bununla bağlı digər hərəkətləri etməyi etibar etmək”-dən ibarət olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dördüncü dəlili iddiaçının tələbinin dəqiq olmaması bu məsələnin bir daha həqiqəti əks etdirmədiyini sübut edir. Belə ki, ilkin olaraq məsələ ilə bağlı prokurorluq orqanına müraciət edən iddiaçı başqa məbləğ tələb etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək 57421 manat tələb etmiş, prokurorluğa yazmış olduğu şikayətində cavabdehin 41000-42000 manat pulunun mənimsədiyini bildirmişdir. İddiaçı sonradan iddia tələbini azaltmış və bu rəqəm 36785 manat təşkil etmişdir. MPM-nin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi iddiaçı ilkin olaraq 57421 manat tələb etsə də sonradan bu məbləği azaltmış və məhkəmə iddianı 36785 manat həcmində təmin etmişdir. Kollegiya həmçinin diqqətdən onu da qaçırmır ki, Prokurorluğun 143C-21 saylı material üzrə araşdırması nəticəsində vurulmuş ziyan məbləğinin 33 243,4 manat təşkil etməsi qənaətinə gəlinmişdir ki, qeyd edilən məbləğ də təmin edilmiş 36 785 manat məbləğinə yaxın məbləğdir.

Yuxarıda şərh olunanlarla yanaşı Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Müəyyən edilir ki, iddianın mübahisələndirilən hissəsi 5000 manatdan çoxdur, buna görə də qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(018)-3/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə əsasən cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsum məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar