Məhkəmə qərarları › İş №2(106)-254/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-254/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-254/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(020)-1840/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iddiaçı X1 iddia ərizəsindən imtina barədə ərizəsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonracavabdeh) tərəfindən vurulmuş 35.512,18 manat məbləğində ziyanın, 9.246,36 manat məbləğində borcun, 100 manat mediasiya xərcinin, cəmi 44.858,54 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh market müdiri işlədiyi dövr üzrə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən “Mandarin” marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayının həyata keçrilməsi məqsədi ilə onun tərəfindən imzalanmış 26 yanvar 2023-cü il tarixli Əmrlə kommisiya təşkil olunmuşdur. Əmrə əsasən yaradılmış komisyanın biri də cavabdeh özü olmuşdur. Əlavə olaraq sözü gedən Əmrdə yoxlamanın 30 yanvar 2023-cü il tarixədək yekunlaşması və yoxlamanın nəticəsi barədə Akt tərtib olunması qeyd olunmuşdur. Cavabdehin müdiri olduğu 1-ci Şahsevən kəndində yerləşən “Mandarin” marketdə anbar qalığının yoxlanılması və ümumi mağaza sayımının aparılması zamanı məlum olmuşdur ki, marketdə 35,512.18 manat məbləğində mal əksikdir. Yoxlamanın nəticəsi barədə tərtib olunmuş aktda marketdə 35512,18 manat məbləğində malın əksik olması qeyd olunmuş və cavabdeh də bu Aktı imzalamaqla ona etibar olunmuş əmlakdan (maldan) 35.512,18 manat məbləğdə əmlakın (malın) yerində olmaması və/və ya talanması faktını təsdiq etmişdir. X2 ərizə ilə müraciət edərək marketin müdiri vəzifəsində işləmiş cavabdehin göstərişi ilə sonuncuya müxtəlif vaxtlarda kassadan pul və marketdən müəyyən məhsullar verdiyini bildirmişdir. Beyləqan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2(020)-1840/2023 saylı qətnaməsi ilə (hakim S.İ.Seyfullayev) iddia təmin edilərək, cavabdehdən vurulmuş ziyana görə 35.512,18 manat, yaranmış borca görə 9.246,36 manat olmaqla, cəmi 44.758,54 manat pulun pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(106)- 657/2024 saylı qətnaməsi ilə (hakimlər- C.F.İmanov sədrlik edən, məruzəçi, P.T.Əhmədov və T.S.Kərimov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2(020)-1840/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (vəkilı Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsiin Mülki Kollegiyasının 2(102)-2650/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı ilə, Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(106)- 657/2024 saylı qətnaməsi qismən - Cavabdeh maddi ziyana görə 35.512,18 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 13 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçı X3 EMİS vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, Cavabdeh qarşı iddianın bir hissəsindən imtina etdiyini, yəni Cavabdeh maddi ziyana görə 35512.18 manat pulun tutulub İddiaçı verilməsi hissəsində iddia tələbindən imtina etdiyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə yekun nəticəyə gəlir ki, iddiaçı X1 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı X3 tərəfindən verilmiş iddiadan qismən imtina barədə ərizəsi qəbul edilməli, Beyləqan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(020)-1840/2023 saylı qətnaməsi İddiaçı Cavabdeh qarşı vurulmuş 35512.18 manat ziyanın ödənilməsi tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 191, 370, 384.0.5, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan qismən imtina barədə ərizəsi qəbul edilsin. Beyləqan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(020)-1840/2023 saylı qətnaməsi İddiaçı Cavabdeh qarşı vurulmuş 35512.18 manat ziyanın ödənilməsi tələbinə dair hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş 35512.18 manat ziyanın ödənilməsi tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar