Məhkəmə qərarları › İş №2(106)-259/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-259/2025

07.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-259/2025 07.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(050)-2954/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 999 manat miqdarında mənəvi təzminat məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin işçisinin ona qarşı zor tətbiq etməsi üzrə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxıldığı zaman Cavabdeh həmin iş üzrə şahid qismində izahat verərək qeyd etmişdir ki, 18 mart 2024-cü il tarixdə məhkəmənin inzibati binasında məhkəmənin sədrinin qəbul otağının gözləmə foyesində baş vermiş mübahisə zamanı guya onun ətrafdakı əşyaları dağıtmasının qarşısını almaq üçün sol bilək nahiyəsindən tutmuşdur. Belə ki, o, 26 yaşlı gənc xanımdır və hazırda yaşadığı Lənkəran şəhəri Sabir küçəsi, ev 1/16 saylı evlərində qohumları vərəsəlik üstündə onu həmin evdən qovurlar. O cümlədən, bir neçə iş yerlərində işləyərək hazırda rəsmi olaraq 895 manat əmək haqqı alır. İndiki gündə isə əmək haqqı yüksəkdir və 5 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olduğundan MİDA-dan ev almağı planlaşdırmışdır. Bunun üçün ailə vəziyyətinin evli olması şərtdir. Hərçənd ki, dəfələrlə onlara müraciət edib, ailə vəziyyəti tələbinin ləğv edilməsi haqqında xahiş etmişdir. Bununla belə, gənc xanım olduğunu və ev almaq üçün evlənməyini nəzərə alaraq, ona talib olan bir şəxsə onunla ailə quracağı barədə birbirilərinə vəd vermişlər. Lakin 10 may 2024-cü il tarixdə baş tutan 3(049)-459/2024 saylı iş üzrə məhkəmə iclasında izahat verən Cavabdeh deməsi ki, guya onun sol bilək nahiyəsindən tutmuşdur, bu halı həmin şəxsi münasibətdə olduğu bəyə deyəndən sonra o, bunun üçün, yəni əlindən yad kişinin tutduğu üçün ayrıldığını bildirərək, hətta nömrələrini bloklamışdır. Hesab edir ki, Cavabdeh onun sol bilək nahiyəsindən tutması (hərçənd ki, tutmayıb, lakin özü hər yerdə deyirsə, tutubsa belə) yaxud heç tutmadan bunu dəfələrlə təkrarlaması, deməsi onun tərəfindən mənəvi zərərin vurulmasını qaçılmaz edir. Hazırda Cavabdeh görə yay aylarında planlaşdırdığı ailə qurmağı, ev almağı kimi məqsədləri altüst olmuşdur ki, o və anası ona görə evsiz qalırlar. Həm də onun icazəsi olmadan Cavabdeh onun qolunu tutması özü belə mənə mənəvi zərər vurulması üçün əsasdır, nəinki Cavabdeh qolunu tutmadan onun haqqında elə deməsi. Bir sözlə, Cavabdeh görə onun adı ləkələnib. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi (həm də fiziki iztirablar formasında) ödənilməlidir. Ona görə də, cavabdehin ona vurduğu mənəvi ziyana görə 999 manat pulun ona verilməsinin təmin edilməsi barədə müraciət etməkdə haqlıdır. Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Odur ki, cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 999 manat dəyərində qiymətləndirir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ona qarşı 999 manat mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hazırki tələbi yalandır və o iddiaçının hazırkı iddiasını tamamilə rədd edərək qəbul etmir. İddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlı bildirir ki, məhkəmənin sədrinin icraatında olan mülki işlərdən biri üzrə xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə baxış iclasında o, məhkəmə iclas katibi kimi iştirak etmişdir. Qeyd olunan məhkəmə prosesi məhkəmənin 4 nömrəli iclas zalında keçirilmiş və həmin zal məhkəmə sədrinin iş otağına yaxın olan zaldır. Qeyd olunan məhkəmə prosesi təxminən saat 16:20-16:30 radələrinədək davam etmiş və bundan sonra hakim müşavirəyə çıxmışdır. O, özü isə tərəflərlə birgə məhkəmə iclas zalında qalmış və zalın qapısı açıq vəziyyətdə olmuşdur. Bir qədər sonra məhkəmə sədrinin qəbul otağı tərəfdən yüksək səs-küy gəldiyini eşidib nəsə baş verdiyini öyrənməkdən ötrü dərhal zaldan çıxıb həmin otağa tərəf getmiş, qəbul otağına daxil olduğu zaman İddiaçı anası Səhər Nəhmətova ilə birgə həmin otaqda olduqlarını, çox yüksək səslə qışqırdıqlarını görmüş, daha sonra İddiaçı sakitləşməyərək otaqdakı masanın üzərində olan kompyuter avadanlığını əli ilə vuraraq aşırmaq istəmiş, həmin vaxt ona anası mane olsa da, İddiaçı yenə də sakitləşməyərək otaqdakı masanın üzərində olan printer aparatına əl ataraq onu götürməyə cəhd etmiş, bu zaman İddiaçı sol bilək nahiyəsindən tutaraq saxlayaraq onun digər avadanlıqları dağıtmasına mane olmuşdur. Çünki İddiaçı çox aqressiv idi və səs-küy salaraq məhkəmənin normal iş rejimini pozmaqda davam edirdi. İddiaçının guya kimləsə şəxsi münasibətdə olması, olsa belə yay aylarında ailə qurmaq istəməsi, lakin ona özünün qeyd etdiyi kimi talib olan şəxsin (bəyin) (əgər varsa) onu sakitləşdirmək üçün sol bilək nahiyəsindən tutaraq saxladığına görə guya ondan ayrılması barədə qeyd etdikləri də inandırıcı deyil. Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(050)-2954/2024 saylı qətnaməsi ilə (hakim Coşqun Abdullayev) iddia tələbi təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehin onun əlindən tutmasına istinad etməklə kənar şəxsin onun əlindən tutması nəticəsində mənəvi sarsıntı keçirdiyini, eyni zamanda cavabdehin onun əlindən tutmasını eşidən sevdiyi bəyin ondan ayrıldığını, nəticədə evlənə bilmədiyini və güzəştli mənzil almaq hüququnu itirdiyini iddia etmişdir. İddiaçı iddia tələbində hər hansı əsasa istinad etmədən bir-biri ilə ziddiyyətli ifadələr verməklə mənəvi zərərin ona vurulmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmədə izahat verərkən bildirmişdir ki, əslində cavabdeh onun əlindən tutmamış, lakin cavabdeh inzibati protokola məhkəmədə baxılarkən məhkəm iclas zalında izahat verərkən onun əlindən tutduğunu bildirdiyindən cavabdehin dediyini həqiqət kimi, yəni onun əlindən tutması kimi qəbul etmiş, nəticədə mənəvi sarsıntılar keçirmiş və ona mənəvi zərər vurulmuşdur. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin vurulması şəxsin mənəvi əzab və iztirabların keçirilməsi nəticəsində yarana bilər. İddiaçının öz dediyinə əsasən cavabdeh onun əlindən tutmamışdır. Maraqlısı odur ki, şəxs bir tərəfdən onun əlindən cavabdeh tərəfindən tutulmadığını bildirir, digər tərəfdən isə edilməyən bir hərəkət nəticəsində iztirablar keçirdiyini iddia edir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı əslində cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə razılaşmamış, cavabdehin izahatının əks olunduğu və ona istinad olunmaqla qəbul edilmiş məhkəmə qərarını mübahisələndirmək əvəzinə, yanlış izahat kimi qəbul etdiyi izahatın məzmununda göstərilənləri mübahisələndirmişdir. O, cavabdehin yalan danışması səbəbindən, yəni yalan məlumatı məhkəmə iclasında səsləndirməsi nəticəsində mənəvi əzab, iztirab keçirdiyini iddia ərizəsində göstərməyə çalışmışdır. İddiaçının məntiqi ilə əgər doğurdan da cavabdeh məhkəmə iclasında onun barəsində yalan sözlər bildirmişdirsə, iddiaçının həmin məlumatı doğru məlumat kimi qəbul edib, sonradan talib olduğu bəyə deməsi, bundan sonra həmin bəyin ondan ayrılması, gələcəkdə əldə edəcəyi hüqunu da itirdiyini iddia edərək başqa şəxsi günahlandırması da zidiyyətli vəziyyət yaradır. Dolayısı yolla iddiaçının ərizəsində qeyd etdiyi mənəvi zərərlə bağlı nəticələr baş vermişdirsə, həmin nəticələr məhz iddiaçının şəxsən öz əməli nəticəsində baş vermişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, baş vermiş mübahisə zamanı kənar şəxslər tərəfindən müdaxilə edilərək mübahisə edən şəxsi sakitləşdirmək məqsədilə tərəflərin əlindən tutaraq fiziki təmas etməsi normal hal olmasına baxmayaraq, iddiaçının yaranmış münaqişə zamanı onun əlindən tutulması halının ona mənəvi zərərin vurulmasına səbəb olmasını göstərməsi mənəvi zərərin vurulması ilə nəticələnən işlərin təbiətinə qətiyyən uyğun gəlmir. Həmçinin qeyd edilən hadisənin məhkəmənin inzibati binasında baş verdiyini nəzərə alsaq, məhkəmə işçilərinin yanında cavabdehin iddiaçının qanunazidd davranışlarının qarşısını almaq, orada olan əşyaları dağıtmasına mane olması üçün iddiaçının əlindən tutması hərəkəti ilə iddiaçinin iddia ərizəsində göstərdiyi kimi “iddiaçının mənəviyyatına toxunmaq”, eləcə də “onun əlindən tutmaqla alçaltmaq”, “adını pis çıxartmaq”, “qəsdən onun əlinə toxundurmaq istəməsi” fikirlərini ümumiyyətlə yaratmır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı nəinki iddia tələbini əsaslandıra bilməmiş, iddia tələbində göstərdiyi mənəvi zərərin miqdarı ilə bağlı açıqlama verərək göstərmişdir ki, iddia qiyməti 1000 manatadək olan tələblər üzrə rüsumun məbləğinin 30 manat, 1000 manatdan yuxarı tələblərdə isə rüsumun məbləğinin çox olması səbəbindən dövlət rüsumunu 30 manatdan artıq ödəməməsi üçün ona vurulmuş zərərin əvəzi kimi 999 manat tələb etdiyini qeyd etmişdir. Buradan da görünür ki, iddiaçı öz təxəyyülünə əsasən ona mənəvi zərərin vurulmasını istinad etsə də, heç bir mənəvi zərər vurulmadığını özü də yaxşı bilmiş, real olaraq mənəvi iztirab keçirmiş olsa idi, dövlət rüsumunun məbləğinə baxmayaraq, bunun qarşılığında daha böyük məbləğdə vurulmuş zərərin əvəzini tələb edərdi. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-459/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 barədə Lənkəran şəhər-rayon polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın izahatlar hissəsindən görünür ki, hazırki iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh şahid qismində izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 16:30 radələrində məhkəmə iclas zalında olduğu zaman məhkəmə sədrinin qəbul otağı tərəfdən yüksək səs-küy gəldiyini eşidib nə isə pis bir hadisə baş verdiyini, kimə isə nəsə olduğunu zənn edərək dərhal zaldan çıxıb həmin otağa tərəf getmişdir. Qəbul otağına daxil olduğu zaman İddiaçı anası Səhər Nəhmətova ilə birgə həmin otaqda olduqlarını, çox yüksək səslə qışqırdıqlarını görmüşdür. Məhkəmənin əməkdaşı Günay Rzayeva da orada öz iş masasının arxasında dayanmış vəziyyətdə həmin şəxsləri sakitləşdirməyə çalışmışdır. Lakin İddiaçı sakitləşməmiş, otaqdakı masanın üzərində olan kompyuter avadanlığını əli ilə vuraraq aşırmaq istəmiş, həmin vaxt orada olan anası Səhər Nəhmətova kompyuter avadanlığını tutub saxlayaraq yerə düşməsinə imkan verməmişdir. Bu zaman Nazlı Abramova da həmin otağa gəlmişdir. Bundan sonra İddiaçı otaqdakı masanın üzərində olan printer aparatına əl ataraq onu götürməyə cəhd etmiş, yenə də Səhər Nəhmətova və o, İddiaçı mane olmuşlar. O, İddiaçı sol bilək nahiyəsindən tutaraq saxlamış və digər avadanlıqları dağıtmasına imkan verməmişdir. İddiaçı həmin vaxt çox əsəbi və emosional vəziyyətdə olduğundan otaqda olan əməkdaşlara, həmçinin onu sakitləşdirmək istəyən anasına da məhəl qoymadan ucadan və çox yüksək səslə qışqırmaqda davam etdirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçının apellyasiya şikayəti iddia ərizəsində qeyd edilənlərlə əsaslandırılmış, habelə əlavə olaraq göstərilmişdir ki, vurulmuş mənəvi zərərə görə kompensasiya tələb etmək hüququ Konstitusiya ilə təmin edilib. Konstitusiyanın 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Digər tərəfdən birinci instansiya məhkəməsi Avropa Məhkəməsinin president hüququnu da nəzərə almamışdır. Belə ki, şəxsin ona vurulmuş mənəvi zərərin əvəzinin ödəniləsi tələbini bütün hüquq pozuntuları üçün mümkün sayır və tətbiq edir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə hazırkı işə baxarkən qanunun normalarını pozaraq işi tam, obyektiv və hərtərəfli araşdırmadan iddia tələbini əsassız olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər kobud rəftara məruz qalmış və sədrin qəbuluna buraxılmamışdır. İddiaçı Nazlı Abramovaya etiraz etdikdə onu zorla qolundan tutub, qəbul otağından kənara atmışlar. Həmin gün o, DİN-in 102 xidmətinə müraciət edərək məhkəmənin inzibati binasında pis rəftara və zorakılığa məruz qaldığını bildirmişdir. Mənim müraciəti əsasında toplanmış HK- 1/730 nömrəli material üzrə ekspert müayinəsindən keçirilmiş və məhkəmə-tibbi ekspertizasının rəyində bədəninin sol bazu nahiyyəsində xəsarətlərin olması, xəsaərtlərin küt əşyanının təsirindən yaranması və müddətinin hadisə gününə uyğun gəlməsi müəyyən edilmişdir. Bundan sonra Lənkəran şəhər-rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Emil Nurizadənin 08 aprel 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması (əməldə inzibati xətanın tərkibi olduğu üçün) rədd edilmişdir. Daha sonra, X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında İddiaçı döymüşdür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-459/2024 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 barədə Lənkəran şəhər-rayon polis şöbəsinin X1 polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2001106 nömrəli inzibati xəta haqqında protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Zərərçəkmiş şəxs qismində iddiaçı şikayət verərək Lənkəran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-459/2024 saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında protokol üzrə baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-251/2024 saylı qərarı ilə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-459/2024 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Şəhər məhkəməsinin 04 iyul 2024-cü il tarixli 3(032)-497/2024 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X5 həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Həmin məhkəmədə həm Nazlı Abramova, həm də şahidlər o cümlədən cavabdeh şahid qismində ifadə verərək bildirmişlər ki, Nazlı Abramova ümumiyyətlə iddiaçıya 2-3 metrdən az məsafədə yaxınlaşmamış və ona toxunmamışdır. Elə həmin məhkəmədə cavabdeh şahid qismində ifadə verərək onun əlindən özünün tutduğunu bildirmişdir. Belə çıxır ki, ona fiziki xəsarət yetirən şəxs cavabdeh olub. Bu səbəbdən məhkəmənin iddiaçının izahatlarını ziddiyyətli hesab etməsi əsassızdır. Belə ki, iddiaçı hesab edirdi ki, ona xəsarət Nazlı Abramova tərəfindən yetirilib. Lakin Şirvan Şəhər Məhkəməsində məhkəmə araşdırması və məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, Nazlı Abramovanın belə əməli törətməsi sübut edilmir və eyni məhkəmədə də şahid qismində cavabdehin ifadəsi ilə müəyyən edilmişdir ki, həmin xəsarəti yetirən şəxs o olmuşdur. Hesab edir ki, məhkəmənin iddiaçının izahatlarında ziddiyyətli hesab etdiyi məqamlara tam aydınlıq gətirə bildi. O, iddiaçı olaraq istinad etdiyi halları tam sübuta yetirsə də, absurd olaraq iddia tələbi rədd edilmişdir. Halbuki, iddia tələbi işdə olan kifayət qədər mötəbər sübutlara, qanunvericiliydə nəzərdə tutulan müddəlara əsasən təmin olunmalıdır. İddiaçıya fiziki xəsarət yetirilməsi faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə müəyyən edilib. Bu xəsarətin cavabdeh tərəfindən yetirilmiş olması onun inzibati xəta haqqında protokola Şirvan Şəhər Məhkəməsində baxılarkən verdiyi izahatla təsdiq olunur. Beləliklə, iddiaçının bədənində xəsarətlərin olması iddiaçının zərər görməsini göstərir, həmin xəsarətlərin cavabdehin iddiaçıya toxunması nəticəsində əmələ gəldiyini göstərir. İddiaçı cavabdehin yalan danışmaqla deyil, ona fiziki olaraq toxunmaqla, xəsarət və ağrılar yetirməklə ona mənəvi zərər vurulduğunu iddia edir. İddiaçı 17 yanvar 2025-ci il tarixli məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və onu müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin təmin olunmamasını və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2954/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2954/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmçinin MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi baxımından iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarında isə göstərilmişdir ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər”. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya cavabdeh tərəfindən hər hansı mənəvi zərərin vurulması iş materialları ilə təsdiq edilmir və bu səbəbdən də, iddia tələbi təmin edilə bilməz. Belə ki, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsası mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər yetirilməsi barədə mötəbər sübutlarını verməmişdir. MPM-in 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 78-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Eyni zamanda, qeyd edilməlidir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(050)-2954/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(050)-2954/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar