Məhkəmə qərarları › İş №2(106)-274/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-274/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-274/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh maddi ziyana görə 8629 manat, mənəvi ziyana görə isə 100 manat və 113 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, özünə məxsus olan avtonəqliyyat vasitəsini ağ ciyər xəstəsi olduğuna görə müalicə olunmaqdan ötrü başqa bir şəxsə satmışdır. Bunu bilən Gəyəçöl kənd sakini Cavabdeh qəzaya düşmüş avtomaşını göstərib demişdr ki, “gəl, mənim avtomaşınımı təmir etdirib, sonra da sataq”. O, əvvəlcə Talehin böyük qardaşı Xudayara zəng etmiş, Xudayar “Taleh mənim qardaşımdır, narahat olmaya bilərsən” demişdir. Həmin avtomaşına bazarda 600 təklif etmişlər. Avtomaşının tam təmirinə 1029 pul xərcləmişdir. Avtomaşını təmir etdirdiyi vaxtda qonşuluqda olan mağazada 320 manatlıq ərzaq almışlar. Taleh “maşını satandan sonra ərzaqın pulunu verərik” demişdir. Avtomaşın tam təmir olandan sonra ona 4000 manatlıq qiymət qoyulmuşdur. Taleh avtomaşını təmir olunandan sonra onu satmadı mağazadan alınan ərzaqların dəyəri olan 320 manat borcunu da verməmişdir. O hissə-hissə o pulu ödəmişdir. Sonra Taleh əlində bıçaqla evinə girmiş, evinə hücüm edib qapı və pəncərəni sındırmaq istəmişdir. O, dərhal DİN-in "102" xidmətinə zəng etmiş, yalnız bundan sonra qorxub getmişdir. Sonra iddiaçı vərəm dispanserinə gedərkən cavabdeh ora getmiş və iddiaçıya xəsarət yetirmişdir. Bu barədə yenə də, polisə şikayət etmişdir. Lakin yenə də, şikayətinə baxılmamışdır. Ciyəri ağır zədələndiyi üçün o, özünə qan köçürməyə və müalicə almağa başlamışdır. İki ay ərzində Ağ ciyər İnstitutunun yazmış olduğu reseptlə müalicə olunmuşdur. Reseptlərin qiyməti 920 azn təşkil etmişdir. Ağır antibiotiklər və bahalı dərmanlar almışdır. Sonra Taleh onu ağır namus söyüşü ilə təhqir etmişdir. Bu barədə də polisə şikayət etmişdir. Lakin yenə də, şikayətinə baxılmamışdır. Sonra Taleh rayon prokurorluğun qarşısında dişlərini sındırmışdır. Sonra ona demişdir ki "get hara istəyirsən şikayət et. Mən bir nömrəli qanun oğrusuyam. Heç kim mənə heç nə edə bilməz”. Bu barədə yenə də polisə şikayət etmiş, Musaküçə kənd ərazi polis müfəttişi ərizəsini almış və maşını ilə məni evə gətirmiş, lakin həkimə aparmamışdır. Polisdə yenə şikayətinə baxılmamışdır. Beləliklə Cavabdeh ona məxsus avtomaşının təmiri üçün vermiş olduğu 1029 manat, ərzaq mağazasından aldığı ərzaqa görə 320 manat, döyülməyi nəticəsində ciyərlərində törətdiyi xəsarətlərə görə, ciyərlərinin müalicəsi üçün sərf etdiyi 920 manat, dişlərinin müalicəsi üçün 6000 manat, ümumilikdə maddi ziyan görə 8269 manat təşkil edir. Bundan əlavə olaraq Cavabdeh onun şərəf və ləyaqətini nüfuzdan salan və onu ictimayyət arasında nüfuzuna xələl gətirən hərəkətlər etmişdir. Belə ki, cavabdeh onu namus söyüşləri ilə təhqir etmişdir. Ona dəfələrlə xəsarət yetirməklə ona qarşı kobud özbaşınalıqlar etmişdir. Mənəvi zərər insani iradi emosianal sferasına vurulmuş zərbələrdir. Ona heç bir pul vahidi ilə ölçüyə gətirmək mümkün deyildir. Mənəvi zərər insanı daxilən sarsıntı keçirməsində ifadə olunur ki, buda onun şüurunda silinməz izlər qoymuşdur. Odur ki, mənəvi zərərə görə də Cavabdeh təqribən 100 manat civarında pul ödəməlidir. Cavabdehdən ona vurduğu ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ona heç bir ziyan ödəməyəcəyini bildirmişdir. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Masallı şəhəri, Bakı-Astara yolunun kənarında yerləşən “Moskva” restoranını işlətmiş və ona məxsus olan “Nissan-sunny” avtomobilini də satışa qoymuşdur. Abbasov Ağadədə əvvəllər tanıyırmış, ona görə də ona yaxınlaşaraq həmin avtomaşından xoşu gəldiyini və almaq istədiyini bildirmişdir. Avtomaşının qiymətini soruşduqda o, 10 min manat olduğunu demiş, iddiaçı isə biraz aşağı qiymətə satmasını istəmiş və o, 9 min manata onunla razılaşmışdır. Bir neçə gündən sonra gəlib ona demişdir ki, onun dostları gələcək, ona görə də həm avtomaşın barəsində danışacaq, həm də yeməkiçmək olacaqdır. Sonra Ağadədə ona demişdir ki, “olar ki, mən avtomaşını bir qədər sürüm, yoxlayım görüm necədir”. Cavabdeh də onunla razılaşmışdır. Ağadədə təqribən 30-40 dəqiqədən sonra maşını tamamilə əzilmiş formada gətirmişdir. Sonra ondan xahiş etmişdir ki, polisə bu barədə bildirməsin, maşının əzilmiş hissələrini özü təmir etdirəcək və təmir etdirib özü alacaq. O, hələlik pulunu olmadığını ona bildirmiş, o ehtiyat hissələrini Bakıdan gətizdirərək avtomaşını təmir etdirmişdir. Həmin vaxtan avtomaşının təmiri üçün 1500 manatr xərc çəkmiş və bunu Ağadədəyə bildirmişdir. O, isə 300 manat məbləğində avtomaşına pul vermiş və qalan məbləği isə sonra verəcəyini bildirmişdir. Sonradan o, pulunu tələb etmiş, onu polisə qorxuzmaqla hədələmiş və ona nalayiq ifadələr işlədərək pul verməyəcəyini bildirmişdir. Nəhayət 10 il üstündən keçəndən sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. O, Ağadədən pul almamışdır. Məhkəmə iclasında Şahid Adəm oğlu ifadəsində bildirmişdir ki, təxminən 4-5 il bundan qabaq iki nəfər gələrək nisyə mal istəmişdir. Ağadədəni tanıyır, digər tərəfin isə adını dəqiq xatırlamır. Ərzaqları bir yerdə götürmüşlər, Ağadədə zamin durmuşdur. Ərzaqların qiyməti 300 manatdan çox idi. Əgər ərzağı götürən şəxs pulu verməsə, Ağadədə verməli idi. Həmin şəxs borcunu qaytarmadığından, Ağadədə ona hissə-hissə borcu qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ellara Abbasova), İddiaçı Cavabdeh qarşı 8269 manat maddi və 100 manat mənəvi zərər tələbi barədə iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Abasov X1 Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, iddia tələbinin əsası kimi irəli sürülmüş halları təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Abasov X1 Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdırarkən aşağıdakı sübutları müəyyən etmişdir. Masallı Rayon Polis Şöbəsinin 31 dekabr 2021-ci il tarixli məhkubundan görünür ki, İddiaçı Cavabdeh barəsində 3500 manat borc pulun qaytarılması barədə şikayətinə cavab olaraq, işin mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh Masallı Rayon Polis Şöbəsinə ünvanlanmış, 23 noyabr 2021-ci il tarixli izahatında bildirmişdir ki, Ağadədə ondan maşının təmiri üçün 3500 manat almasını izahatında qeyd etsə də, bu yalan və böhtandır. İddiaçı Masallı Rayon Polis Şöbəsinə ünvanlanmış, 21 dekabr 2021-ci il tarixli izahatında bildirmişdir ki, Gəyəçöl kənd sakini Cavabdeh 9500 manat pul vermişdir. Həmin 9500 manat pulu o səbəbdən ondan istəmişdir ki, Cavabdeh idarə etdiyi avtomobili əzildiyindən ona 1029 manat pul vermişdir. Sonra həmin vaxtda 320 manat dəyərində kəndlərində olan ərzaq mağazasında alver etmişdir. Sonra 2150 manat pulu isə borca almışdır. Cavabdeh ona bildirmişdir ki, avtomobili təmir etdirəcək. Satandan sonra 3500 manat pulu verəcək. Dəfələrlə yaşadığı evə getsə də, həmin pulu verməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, özünə məxsus olan avtonəqliyyat vasitəsini ağ ciyər xəstəsi olduğuna görə müalicə olunmaqdan ötrü başqa bir şəxsə satmışdır. Bunu bilən Gəyəçöl kənd sakini Cavabdeh qəzaya düşmüş avtomaşını göstərib demişdir ki, “gəl, mənim avtomaşınımı təmir etdirib, sonra da sataq”. O, əvvəlcə Talehin böyük qardaşı Xudayara zəng etmiş, Xudayar “Taleh mənim qardaşımdır, narahat olmaya bilərsən” demişdir. Həmin avtomaşına bazarda 600 təklif etmişlər. Avtomaşının tam təmirinə 1029 pul xərcləmişdir. Avtomaşını təmir etdirdiyi vaxtda qonşuluqda olan mağazada 320 manatlıq ərzağ almışlar. Taleh “maşını satandan sonra ərzağın pulunu verərik” demişdir. Avtomaşın tam təmir olandan sonra ona 4000 manatlıq qiymət qoyulmuşdur. Taleh avtomaşını təmir olunandan sonra onu satmadı mağazadan alınan ərzaqların dəyəri olan 320 manat borcunu da verməmişdir. O hissə-hissə o pulu ödəmişdir. Sonra Taleh əlində bıçaqla evinə girmiş, evinə hücüm edib qapı və pəncərəni sındırmaq istəmişdir. O, dərhal DİN-in "102" xidmətinə zəng etmiş, yalnız bundan sonra qorxub getmişdir. Sonra iddiaçı vərəm dispanserinə gedərkən cavabdeh ora getmiş və iddiaçıya xəsarət yetirmişdir. Bu barədə yenə də, polisə şikayət etmişdir. Lakin yenə də, şikayətinə baxılmamışdır. Ciyəri ağır zədələndiyi üçün o, özünə qan köçürməyə və müalicə almağa başlamışdır. İki ay ərzində Ağ ciyər İnstitutunun yazmış olduğu reseptlə müalicə olunmuşdur. Reseptlərin qiyməti 920 azn təşkil etmişdir. Ağır antibiotiklər və bahalı dərmanlar almışdır. Sonra Taleh onu ağır namus söyüşü ilə təhqir etmişdir. Bu barədə də polisə şikayət etmişdir. Lakin yenə də, şikayətinə baxılmamışdır. Sonra Taleh rayon prokurorluğun qarşısında dişlərini sındırmışdır. Sonra ona demişdir ki "get hara istəyirsən şikayət et. Mən bir nömrəli qanun oğrusuyam. Heç kim mənə heç nə edə bilməz”. Bu barədə yenə də polisə şikayət etmiş, Musaküçə kənd ərazi polis müfəttişi ərizəsini almış və maşını ilə məni evə gətirmiş, lakin həkimə aparmamışdır. Polisdə yenə şikayətinə baxılmamışdır. Beləliklə Cavabdeh ona məxsus avtomaşının təmiri üçün vermiş olduğu 1029 manat, ərzaq mağazasından aldığı ərzaqa görə 320 manat, döyülməyi nəticəsində ciyərlərində törətdiyi xəsarətlərə görə, ciyərlərinin müalicəsi üçün sərf etdiyi 920 manat, dişlərinin müalicəsi üçün 6000 manat, ümumilikdə maddi ziyan görə 8269 manat təşkil edir. Bundan əlavə olaraq Cavabdeh onun şərəf və ləyaqətini nüfuzdan salan və onu ictimayyət arasında nüfuzuna xələl gətirən hərəkətlər etmişdir. Belə ki, cavabdeh onu namus söyüşləri ilə təhqir etmişdir. Ona dəfələrlə xəsarət yetirməklə ona qarşı kobud özbaşınalıqlar etmişdir. Mənəvi zərər insani iradi emosianal sferasına vurulmuş zərbələrdir. Ona heç bir pul vahidi ilə ölçüyə gətirmək mümkün deyildir. Mənəvi zərər insanı daxilən sarsıntı keçirməsində ifadə olunur ki, buda onun şüurunda silinməz izlər qoymuşdur. Odur ki, mənəvi zərərə görə də Cavabdeh təqribən 100 manat civarında pul ödəməlidir. Cavabdehdən ona vurduğu ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ona heç bir ziyan ödəməyəcəyini bildirmişdir. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddia tələbinə etirazından müəyyən olunur ki, o, Masallı şəhəri, Bakı-Astara yolunun kənarında yerləşən “Moskva” restoranını işlətmiş və ona məxsus olan “Nissan-sunny” avtomobilini də satışa qoymuşdur. Abbasov Ağadədə əvvəllər tanıyırmış, ona görə də ona yaxınlaşaraq həmin avtomaşından xoşu gəldiyini və almaq istədiyini bildirmişdir. Avtomaşının qiymətini soruşduqda o, 10 min manat olduğunu demiş, iddiaçı isə biraz aşağı qiymətə satmasını istəmiş və o, 9 min manata onunla razılaşmışdır. Bir neçə gündən sonra gəlib ona demişdir ki, onun dostları gələcək, ona görə də həm avtomaşın barəsində danışacaq, həm də yeməkiçmək olacaqdır. Sonra Ağadədə ona demişdir ki, “olar ki, mən avtomaşını bir qədər sürüm, yoxlayım görüm necədir”. Cavabdeh də onunla razılaşmışdır. Ağadədə təqribən 30-40 dəqiqədən sonra maşını tamamilə əzilmiş formada gətirmişdir. Sonra ondan xahiş etmişdir ki, polisə bu barədə bildirməsin, maşının əzilmiş hissələrini özü təmir etdirəcək və təmir etdirib özü alacaq. O, hələlik pulunu olmadığını ona bildirmiş, o ehtiyat hissələrini Bakıdan gətizdirərək avtomaşını təmir etdirmişdir. Həmin vaxtan avtomaşının təmiri üçün 1500 manatr xərc çəkmiş və bunu Ağadədəyə bildirmişdir. O, isə 300 manat məbləğində avtomaşına pul vermiş və qalan məbləği isə sonra verəcəyini bildirmişdir. Sonradan o, pulunu tələb etmiş, onu polisə qorxuzmaqla hədələmiş və ona nalayiq ifadələr işlədərək pul verməyəcəyini bildirmişdir. Nəhayət 10 il üstündən keçəndən sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. O, Ağadədən pul almamışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehin ona maddi və mənəvi zərər vurmasını iddia etsə də bu barədə rəsmi və mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddia tələbini qəbul etməmişdir. İddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər.. Kollegiya müəyyən edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi cavabdehin nəqliyyat vasitəsinin təmirinə çəkilən 1029 manat xərci və mağazadan alınan 320 manat dəyərində ödəməməsini bildirir, həmçinin cavabdehin onun sağlamlığına vurduğu zərər kimi (ciyərlərinin müalicəsi üçün sərf etdiyi 920 manat, dişlərinin müalicəsi üçün 6000 manat) pul ödəməli olduğunu, mənəvi ziyana görə də 100 manat ödəməsini iddia edir və həmin pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir. Halbuki iddiaçı yuxarıda qeyd edilən xərclər və onların yaranma mənbəyi barədə məhkəməyə sübut təqdim etməlidir. İddiaçı yalnız Cavabdeh Masallı Rayon Polis Şöbəsinə ünvanlanmış, 23 noyabr 2021-ci il tarixli izahatın istinad etsə də, həmi izahatda Teleh Ağadədən maşının təmiri üçün 3500 manat almasını təkzib etmişdir. Kollegiya qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının cavabdehdən ona vurulan maddi ziyana görə 8629 manat, mənəvi ziyana görə isə 100 manat tələb etsə də öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağı zərurət görmür. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-1959/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar