Məhkəmə qərarları › İş №2(106)-280/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-280/2025

09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-280/2025 09.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma, prezumpsiya, predusiallıq, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının, onun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)- 1641/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Mİrələmova Təranə Ağahüseyn qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47000 (qırx yeddi min) manat məbləğində pulun və 231 manat (iki yüz otuz bir) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X7 ilə (Cavabdeh qardaşı) nikahda olmuş və birgəyaşayış dövründə 3 uşaqları anadan olmuşdur. Məhkəmə qərarına əsasən nikahları pozulmuşdur. 2010-cu ildə cavabdehlə birlikdə yaşadığımız vaxtda ünvan 1 ünvanda ( Hazırda ünvan 2rpaq sahəsini və üzərində yerləşən yarımçıq tikilini almışdırlar. Bunun üçün də o və Səlahət torpaq sahibi X11 7000 manat ödəməli idi. X19 torpaqla bağlı sənədləri qaydasında olmadığından həmin vaxt alqı-satqı müqaviləsi bağlaya bilməmişdirlər. Kamil Babayev etibarnamə əsasında həyətyanı torpaq sahəsi ilə bağlı hüquqlarını etibarnamə əsasında Sələhət Mirələmova etibar etmişdir. Bundan sonra Səlahət Mİrələmov yaşamaq üçün Rusiya Federasiyasına getmş və uzun müddət orada yaşamışdır. Onunla bu müddət ərzində heç bir əlaqə və münasibət saxlamamışdır. Hətta bu müddət ərzində uşaqlarına belə yardım göstərməmişdir. Məcburiyyət qarşısında qaldığından Kamil Babayevə ödənilməli olan 7000 manatı özü vermişdir. Səlahət Mİrələmov torpağın pulunu ödəməmiş və evin tikintisində ona heç bir maddi yardım göstərməmişdir. Valideynlərinin və qardaşlarının köməyi ilə evi tikərək təmir etdirmiş, yaşayış üçün normal vəziyyətə gətirmişdir. Hal-hazırkı vaxta qədər uşaqlarıyla birlikdə həmin evdə yaşayır. Səlahət 2016-cı ildə Rusiya Federasiyasından qayıtmış və nikahımızın pozulması üçün məhkəməyə müraciət etdirmişdir. Cəlilabad rayon məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(073)-558/2017 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və hər üç uşağı onun yanında saxlanılması müəyyən edilmişdir. Nikahları pozulduqdan 21 gün sonra, yəni 24 aprel 2017-ci il tairxdə etibarnamə əsasında Səlahət Mİrələmov həmin 0.06 ha. həyətyanı torpaq sahəsini X15 adından qardaşı Cavabdeh guya 4500 manata satmışdır. Bunun əsasında Cavabdeh 0.06 ha. torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX nömrəli , ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarış almışdır. Lakin alqı-satqı müqaviləsindən, həyətyanı torpaq sahəsinə Azər Mirəlovun adına çıxarışın alınmasından onun məlumatı olmamışdır. Bu barədə 2021-ci ilin axırlarında vəkili ona məlumat vermiş və bundan məlumatlı olmuşdur. Konkret olaraq 2021-ci ilin dekabr ayında alqı-satqı müqaviləsinin və 0.06 ha həyətyanı torpaq sahəsinə verilmiş Çıxarışın surətini vəkili vasitəsi ilə əldə etmişdir. Belə ki, X15 adından etibarnamə əsasında X7 ilə Cavabdeh arasında notarial qaydada bağlanmış və təsdiq edilmiş Daşınmaz Əmlakın AN-1 №0603411 nömrəli, 24 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda ( Hazırda ünvan 3anında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X11 verilmiş **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquqi ilə ümumi sahəsi 0.06 ha. olan torpaq sahəsini 4500 ( dörd min beş yüz ) manata satılmışdır. Başqa sözlə desək, qeyd edilmiş ünvanda yerləşən tam mülkiyyət hüquqi ilə Kamil Babayevə məxsus olan 0.06 ha. torpaq sahəsi Səlahət Mİrələmov tərəfindən etibarnamə əsasında 4500 manata qardaşı Cavabdeh satmış və bu barədə aralarında natorial qaydada təsdiq edilmiş alqı-satqı müqavuiləsi bağlanmışdır. Bu əqdin özü ilk baxışdan şübhə doğurur. Çünki həmin torpaq sahəsini Səlahət Mİrələmov qardaşı Cavabdeh satmazdan 10 il əvəəl, yəni 2010-cu ildə 7000 manata almışdır. Bundan sonra orada yaşayış evi tikmişdir və evin tikintisinə 40 000 manat xərc çəkmişdir. Həmin 0.06 ha torpağın pulunu o versə də, oradakı evi Səlahət Mİrələmovun iştirakı olmadan özü tiksə də, onlar 03 aprel 2017-ci il tarixə qədər ər-arvad olmuşdurlar. Həmin torpağı birgəyaşayış dövründə əldə ediklərindən onun iştirakı və razılığı olmadan satılması qanuni hesab edilə bilməz. Cəlilabad rayon məhkəməsi tərəfindən 03 aprel 2017-ci il tarixdə Səlahətlə onun arasında nikah pozulmuşdur. Onların məqsədi onu əmlakdan məhrum etmək omuşdur. O, 2010-cu ildə torpaq sahəsini 7000 manata almışdır. Orada yaşayış üçün normal vəziyyətdə, bütün təmir işləri görülməklə yaşayış evi tikmişdir. Lakin Mirələmov qardaşları onu əmlakdan məhrum etmək üçün boş torpaq sahəsini 7000 manata aldığı həyətyanı torpağı, üzərində yaşayış evi tikəndən sonra 4500 manata biri digərinə satmışdır. Cavabdeh heç bir vaxt evi və torpağı almağa görə kiməsə 4500 manat verməmişdir. O bildirir ki, onda heç vaxt 4500 manat olmamışdır ki, həmin pulu alqı-satqı müqaviləsinə görə qardaşına versin. Bu əqdin bağlanmasında Mirələmovların digər məqsədi mübahisəli evin özgəninkiləşdirilməsi, yəni birgəyaşayış dövründə əldə etdikləri əmlakdan onu məhrum etməkdir. Onlar bu məqsədlə bu əqdi bağlamışlar. Bu əqd həqiqi niyyətin yox, uydurma niyyətin məhsuludur. Cəlilabad rayon məhkəməsinin 2(073)-839/2019 nömrəli, 12 iyun 2019-cu il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-209/2021 nömrəli, 17 Mart 2021-ci il tarixli qətnamələri ilə sübut olunmuşdur ki, Cəlilabad şəhəri Cəlilabad-Uzuntəpə yolunun 3-cü döngə 11 nömrəli ( Keçmiş Cəlilabad şəhəri Səttərxan küçəsi 48 saylı ev) ünvanda evi var. O qeyd edir ki, həmin yaşayış evini özü tikmişdir. Torpağın və evin qiymətin suni surətdə aşağı salmaqda digər bir məqsəd də ondan ibarətdir ki, dəyəri 5500 manatdan artıq olan daşınmaz əmlakların alqı-satqısı zamanı əmlakın dəyəri əvvəlcədən natoriusun depozit hesabına ödənilməklə həyata keçirilməlidir. Bundan yayınmaq üçün Mİrələmovlar natorusla “iş birliyi quraraq” satış qiyməti 45 000-50 000 manat olan əmlakı 4500 manat qiymətinə dəyərləndirmişlər. Bu da uydurma və yalan bir niyyətdir. Bu barədə Mülki Məcəllənin 340.2-ci maddəsində göstərilmişdir ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin natarius əqd iştirakçılarına qonunun tələbini izah edərək onları həqiqi əqd bağlamağa dəvət etməli olduğu halda, əksinə Mİrələmov qardaşlarına qeyri-qanuni yol göstərməklə , bağlandığı andan etibarsız olan və həqiqi niyyətin məhsulu olmayan yalan olan bir əqdi təsdiq etmişdir. Çünki, “Notarius haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin ikinci hissəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Lakin bütün qeyd olunanlara baxmayaraq 7000 manat pul verib aldığı 0.06 ha. həyətyanı torpaq sahəsi və orda tikdiyi 40000 manat dəyərində yaşayış evi uydurma bir əqdin nəticəsi olaraq hazırda Cavabdeh mülkiyyətindədir. Buna görə də o bildirir ki, evin tikintisinə qoyduğu 40 000 manat, həyətyanı torpaq sahəsinə verdiyi 7000 manat Cavabdeh alınaraq ona verilməlidir. Belə ki, Cəlilabad rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(073)-839/2029 saylı qətnaməsinə əsasən o və yetkinlik yaşına çatmayan uşaqları, 03 oktyabr 2002-ci ildə anadan olmuş X10, 01 avqust 2004-cü ildə anadan olmuş X6 və 20 dekabr 2012-ci il tarixdə anadan olmuş X9 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* saylı Çıxarışa əsasən iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0.06 ha. həyətyanı torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evindən çıxarılmışdır. Kİm tərəfindən verilməsi ona məlum olmayan apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(106)-209/2021 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad rayon məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(073)-839/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(073)-1717/2020-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilməklə cavabdeh X1 41 000 manat pul və 30 manat dölət rüsumu alınaraq ona verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(106)-273/2022 saylı qətnaməsinə əsasən cavabdeh X7nun apellyasiya şikayəti təmin edilməklə, Cəlilabad rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(073)-67/2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və onun cavabdeh X4 qarşı pul tələbinə dair iddiasının təmin edilməməmsi qərara alınmışdır. Qətnaməyə əsasən iddiaçının tələbinin təmin edilməsi üçün cavabdehə münasibətdə Azərbaycan Respublikası 1091.1-ci maddəsinin dizpozitiv şərtləri müəyyən edilmir. Cavabdeh Mİrələmov Səlahət Sərxan oğlu varlanmış şəxs deyil. Apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsi (hakim: Q.Paşayev) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 41000 (qırx bir min) manat pul və 230 manat (iki yüz otuz ) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızına verilməsi və iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 2010-cu ildə ünvan 5 ünvanında 0.6 ha torpaq sahəsini və üzərində yerləşən yarım tikilini almışdır. Həmin torpaq sahəsinə və yarımçıq tikiliyə görə İddiaçı tərəfindən X11 cəmi 6000 (altı min) manat pul ödənilmişdir. X15 tərəfindən 0.06 ha torpaq sahəsi və üzərində fərdi yaşayış evinə dair hüquqlarla bağlı cavabdehin qardaşı X7nun adına etibarnamə verilmişdir. Torpaq sahəsini aldıqdan sonra Səlahət Mİrələmov yaşamaq üçün Rusiya Federasiyasına getmiş və uzun müddət orada yaşamışdır. İddiaçı isə həmin müddətdə valideynlərinin köməyi ilə aldığı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı həmin yarımçıq tikilini təkbaşına başa çatdıraraq, təmir etdirmiş və hazırki vəziyyətə gətirmişdir. Hazırda mübahisəli torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Cəlilabad Rayon məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(073)-839/2019 saylı qətnaməsi ilə iddiaçı və yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2002-ci idə anadan olmuş X10, xx.xx.2004-cü ildə anadan olmuş X6 və xx.xx.2012-ci ildə anadan olmuş X9 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX1017459 saylı çıxarışa əsasən iddiaçı Cavabdeh mülkiyyətində ünvan 6 ünvanda yerləşən 0.6 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalıdır. İddiaçı cavabdehdən torpaq sahəsinə verdiyi və evin tikintisinə xərclədiyi vəsaiti ödəməsini tələb etsə də cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı qeyd edilən fərdi yaşayış evindən uzun müddətdir ki, istifadə edərək həmin evdə yaşamışdır. Cavabdehin tələbi ilə iddiaçı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmaq məcburiyyətində qaldığına görə iddiaçı da evə çəkdiyi xərclərin ona qaytarılmasını tələb edir. Qeyd edilən fərdi yaşayış evinin iddaçı tərəfindən tikilməsi və yaxşılaşdırılması mübahisəsizdir. Həmin hal məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə də öz təsdiqini tapır. Məhkəmə iclasında dindirilmiş şahidlərdən Kamil Babayev torpaq sahəsini 2010-cu ildə iddiaçıya satdığını, bunun müqavilində iddiaçıdan 6000 ( altı min) manat pul aldığını və Səlahət Mirələmovun adına etibarnamə verdiyini göstərmişdir. Həmin hal isə mübahisəli torpaq sahəsinin və həmin torpaq sahəsində olan tikilinin qanuni əsaslarla həmin vaxt birlikdə yaşayan tərəflərin istifadəsinə verildiyini təsdiq edir. Mülki işin materialları ilə müəyyən edilir ki, həmin torpaq sahəsi cavabdehin adına xx.xx.2017-ci ildə DƏDRX-də qeydiyyata alınmış və çıxarış verilmişdir. Bundan başqa, mülki iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, X7 nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə iclası zamanı verdiyi ifadəsində Təranə Mirələmova ilə uzun müddətdir ki, ayrı yaşadığını göstərmişdir. Torpaq sahəsi isə cavabdehin adına xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2017-ci ildə DƏDRX-də qeydiyyata alınmış və çıxarış verilmişdir. Həmin xüsusat isə məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ilə cavabdehin qardaşı Səlahət Mİrələmov arasında ailə münasibətləri pozulduğuna görə hazırkı iş üzrə Səlahət Mİrələmov gələcəkdə torpaq sahəsi ilə bağlı yarana biləcək mümkün məsuliyyətdən yayınmaq üçün torpaq sahəsini qardaşına (cavabdehə) satmışdır. Bundan başqa, işdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-273/2022 saylı qətnaməsindən müəyyən edilir ki, cavabdeh X7 tərəfindən verlmiş apellyasiya şikayəti təmin edilərək, Cəlilabad Rayon Məhəkəməsinin xx.xx.2020-ci il tarixli , 2(073)-67/2020 saylı qətnaməsi ləğv edilmiş və iddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının cavabdeh X4 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən işə baxılan zaman həmin iş üzrə cavabdeh olan X4 münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dizpozitiv şərtlərinin olmadığı, Səlahət Mİrələmovun varlanmış şəxs olmadığı və həmin iddianın əsl cavabdehə qarşı verilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı fərdi yaşayış evinin tikintisinə 47 000 manat vəsait xərclədiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İş materialları ilə müəyyən edilir ki, həmin evin orta bazar qiyməti 35 000 ( otuz beş min ) manat təşkil edir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehdən cəmi 41 000 ( qırx bir min ) manat ( torpaq sahəsinə görə 6 000 manat və fərdi yaşayış evinə görə 35 000 manat ) pul alınıb İddiaçı Ağahüseyn qızına verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1092.1, 157.6-cı maddələri, Mülki Prosessual Məcəllənin 81 119.1, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq və ev onun şəxsi mülkiyyətidir. Orada inşa edilmiş evdə onun şəxsi vəsaiti hesabına inşa edilmişdir. Onun əsassız olaraq varlanması Cəlilabad Rayon Məhkəməsi tərəfindən heç bir mötəbər sübuta əsaslanmamışdır. Həmin ev onun şəxsi vəsaiti hesabına inşa edilmişdir və həmin evin inşasında nə iddiaçının nə də ki, digər şəxslərin vəsaiti sərf edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş şahidlər yalnız ehtimallara əsaslanaraq izahatlar vermişdirlər. Halbuki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində təqdim edilmiş şahid izahatları da həmin evin onun şəxsi vəsaiti hesabına inşa edilməsini təsdiq edir. Cəlilabad Rayon Məhkəməsi evin inşası üçün iddiaçının iştirakının nədən ibarət olması kifayət qədər araşdırılmadan səhv nəticəyə gəlmişdir. Ona görə də, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1641/2024 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, mübahisəli torpaq və ev cavabdehin şəxsi mülkiyyətidir. Orada inşa edilmiş ev də cavabdehin şəxsi vəsaiti hesabına inşa edilmişdir. Onun əsassız olaraq varlanması Cəlilabad Rayon Məhkəməsi tərəfindən heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Həmin ev onun şəxsi vəsaiti hesabına inşa edilmişdir və həmin evin inşasında nə iddiaçının, nə də ki digər şəxslərin vəsaiti sərf edilməmişdir. Təqdim edilmiş şahidlər yalnız ehtimallara əsaslanaraq izahatlar vermişdirlər. Şahidlərin evin tikintisinə heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızı izahat verərək bildirmişdir ki, mübahisəli evin tikintisini özü həyata keçirmişdir. Bunu məhkəmə iclasında şahidlər də təsdiq etmişdir. Cavabdeh bu həqiqəti bildiyi üçün məhkəmə iclaslarından yayınmış, heç bir məhkəmə iclaslarında iştirak etməmişdir. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsinə görə də torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu isə o deməkdir ki, torpaq sahəsinə mülkiyyət hüququ olan cavabdehin orada olan tikiliyə də gözlənti hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73- cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 iyun 2023-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual-Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə və maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci (əsassız varlanma) maddəsinə istinad etməklə səhvə yol vermişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranmış münasibətin həqiqi mahiyyətinin, onların qarışılıqlı öhdəliklərinin dairəsinin və ona tətbiq olunmalı maddi hüquq normasının düzgün müəyyən oluması mühüm əhəmiyyət kəsb edir. Halbuki birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bildirdiyi faktiki hallarla həmin normanın dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilməmiş və əsaslandırılmamışdır. Bu hal ona dəlalət edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbi əsassızdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında hər hansı bir öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızına qarşı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının yetkinlk yaşına çatmayan uşaqları, 03 oktyabr 2002-ci il təvəllüdlü X10, 01 avqust 2004cü il təvəllüdlü X6 və 20 dekabr 2012-ci il təvəllüdlü X9 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2017-ci il tarixli RX ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları və cavabdeh tərəfindən həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınmasına törədilən maneçiliyin qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(073)-839/2019 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının yetkinlk yaşına çatmayan uşaqları, 03 oktyabr 2002-ci il təvəllüdlü X10, 01 avqust 2004-cü il təvəllüdlü X6 və 20 dekabr 2012-ci il təvəllüdlü X9 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2017-ci il tarixli RX ******* saylı Çıxarışa əsasən iddiaçı Cavabdeh mülkiyyətində olan, ünvan 7 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması və cavabdeh Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızı tərəfindən həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınmasına törədilən maneçiliyin aradan qaldırılması qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(073)-839/2019 saylı qətnaməsindən cavabdeh Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızı tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(073)-839/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə Məhkəmə Kollegiyası müəyyən etmişdir ki, satıcı X15 ilə alıcı Cavabdeh arasında 24 aprel 2017-ci il tarixində bağlanaraq notariat qaydasında təsdiq olunan AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə satıcı Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 3-cü döngə 11 (keçmiş Səttarxan küçəsi) ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsini alıcıya 4500 manata sataraq, alıcının mülkiyyətinə vermişdir. Mübahisənin predmetini təşkil edən ünvan 9 ünvanda yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi iddiaçı Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə Kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, nə qədər ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinə dair alğı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməmişdir, daşınmaz əmlakın reyestri məlumatlarının həqiqiliyi prezumpsiyası qüvvədədir və iddiaçı əmlakını özgəsinin qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Mübahisəli yaşayış sahəsinin cavabdehə məxsus olmasından ibarət, heç-bir sübuta söykənməyən arqument, qanunla qorunan mülkiyyətçi hüquqlarının pozulmasının aradan qaldırılmasına əngəl ola bilməz. Mülki Prosessual-Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi qanuni qüvvədə olan qətnamə ilə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun olması, eyni zamanda həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququnun mövcud olması tanınmışdır. Yəni Cavabdeh mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən əsassız varlanmış şəxs statusu daşımır. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, X15 ilə Cavabdeh arasında 24 aprel 2017-ci il tarixində bağlanaraq notariat qaydasında təsdiq olunan AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 3-cü döngə 11 (keçmiş Səttarxan küçəsi) ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsini alıcı Cavabdeh 4500 manata sataraq, alıcının mülkiyyətinə vermişdir. Mübahisənin predmetini təşkil edən ünvan 9 ünvanda yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi iddiaçı Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı tərəf isə yuxarıda qeyd edilən nə alqı-satqı müqaviləsini nə də ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2017-ci il tarixli RX1017459 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə tərkibi daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Daha sonra birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, iddiaçı qeyd edilən fərdi yaşayış evindən uzun müddətdir ki, istifadə edərək həmin evdə yaşamışdır. Cavabdehin tələbi ilə iddiaçı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmaq məcburiyyətində qaldığına görə iddiaçı da evə çəkdiyi xərclərin ona qaytarılmasını tələb edir. Qeyd edilən fərdi yaşayış evinin iddaçı tərəfindən tikilməsi və yaxşılaşdırılması mübahisəsizdir. Həmin hal məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə də öz təsdiqini tapır. Məhkəmə iclasında dindirilmiş şahidlərdən Kamil Babayev torpaq sahəsini 2010-cu ildə iddiaçıya satdığını, bunun müqavilində iddiaçıdan 6000 ( altı min) manat pul aldığını və Səlahət Mirələmovun adına etibarnamə verdiyini göstərmişdir. Həmin hal isə mübahisəli torpaq sahəsinin və həmin torpaq sahəsində olan tikilinin qanuni əsaslarla həmin vaxt birlikdə yaşayan tərəflərin istifadəsinə verildiyini təsdiq edir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə də razılaşmır. Mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, yuxarıda qeyd edilən torpaq sahəsi cavabdehə satılarkən onun üzərində olan fərdi yaşayış evi də satılmışdır. Yəni Cavabdeh torpaq sahəsi ilə birgə onun üzərində yerləşən evi alarkən həmin ev torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əşya statusu daşımışdır. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsinə görə də torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu isə o deməkdir ki, torpaq sahəsinə mülkiyyət hüququ olan cavabdehin orada olan tikiliyə də gözlənti hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73- cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 iyun 2023-cü il tarixli Qərarında vurğulamışdır ki, son zamanlar qanunverici tərəfindən istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük verilir. Yəni cavabdehin mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsində mülkiyyət hüququnun olması, onun həmin torpaqla möhkəm bağlılığı olan (ondan ayrıla bilməyən) əşyaya vahid daşınmaz əşya və vahid mülkiyyət obyektinə də hüququnun olması anlamına gəlir. Məhkəmə tərkibinin qənaətinə görə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsi maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Ancaq Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə cavab vermir. Daha sonra məhkəmə tərkibi işdə olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə bağlı aşağıdakıları qeyd edir; Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 evə çəkilən xərcə görə 47000 (qırx yeddi min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə T.Mirələmovanın iddiası qismən təmin edilmiş, cavabdeh X1 41 000 (qırx bir min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızına verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X8 apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə, cavabdeh X3 apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(073)-67/2020 sаylı qətnaməsi ləğv edilmiş, iddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının cavabdeh X5 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi üçün cavabdehə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir. Cavabdeh X7 varlanmış şəxs deyil. Müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin qardaşı Cavabdeh mülkiyyətçi olaraq məhkəmə qaydasında, hazırki iş üzrə iddiaçı Mirələmova Təranəni və onun azyaşlı uşaqlarını evdən və torpaq sahəsindən çıxarmışdır. İddiaçının tələbinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, iddiaçının torpaq sahəsinə görə ilkin ödəniş olan 6000 manat pul vəsaiti cavabdehdə qalmamış, eləcə də inşa edib başa çatdırdığı evin mülkiyyətçisi cavabdeh deyil. Hazırki halda iddiaçı əsl cavabdehə qarşı iddia verməmişdir. İşin bu halı ilə bağlı məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, yuxarıda qeyd edilən qətnamədə iddianın cavabdeh X3 əsassız varlanmış şəxs olmaması əsası və iddiaçının əsl cavabdehə qarşı iddia verməməsi əsası ilə rədd edilməsi, iddiaçı Adıyeva (Mirələmova) Təranə Ağahüseyn qızının keçmiş əri cavabdeh X5 qarşı yeni əsasla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar