Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-294/2025 28.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2021-ci tarixli 2(049)-3302/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Daewoo BS 090” avtobus, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ona məxsus “Audi” markalı ** EP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 755 manat məbləğində maddi ziyanın, 500 manat həcmində əldən çıxmış faydanın, ümumillikdə 1255 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakıxanov qəsəbəsində özünə məxsus “Audi” markalı ** EP *** dövlət nömrə nişanlı avtomobillə hərəkət etdiyi zaman dayanacaqdan çıxan “Daewoo BS 090” markalı ** TG *** nömrəli sərnişin avtobusu hərəkət yoluna çıxma qaydasını pozaraq ona məxsus avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Yəni “Daewoo” markalı ** TG *** nömrəli sərnişin avtobusunun sürücüsü İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. O Həsənov X2 rayon Polis İdarəsinin DYPŞ-yə həmin avtobusun törətdiyi qəza barədə ərizə ilə müraciət etmiş, nəticədə həmin sərnişin avtobusunun sürücüsü Lənkəran rayon sakini Cavabdeh olduğu məlum olmuşdur. Sabunçu RPİ DYPŞ-nin operativ şəkildə aşkar etdikləri Cavabdeh DYPŞ-yə izahatında hadisəni etiraf etmişdir. Lakin ona zərərin əvəzinin ödənilməsinə etiraz etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 2(049)-3302/2021 saylı (hakim Rəşad Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, 755 (yeddi yüz əlli beş) manat və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. İŞİNHALLARİ: İşdə olan: xx.xx.2021-ci il tarixli texniki baxış aktından görünür ki, İddiaçı məxsus “AUDİ A6 minik” 2008-ci ili buraxılışlı ** EP *** dövlət qeydiyyat nişanlı avtomaşına texniki baxış zamanı ehtiyat hissələrinin yeniləri ilə əvəz olunması, təmir və təmizlənmə işlərinin aparılması müəyyən olunmuşdur. Nəqliyyat vasitəsinə dəymiş ziyan 755.00 manat məbləğində müəyən edilmişdir. İnzibati tənbeh vermə haqqında TP seriyalı ******* №-li 28 may 2021-ci il tarixli №-li elektron qərardan görünür ki, Cavabdeh İXM-in 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi xx.xx.2021-ci il tarixdə Bakıxanov qəsəbəsində iddiaçıya məxsus “Audi” markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman dayanacaqdan çıxan “Daewoo BS 090” avtobus, ** TG *** dövlət nömrəli sərnişin avtobusu hərəkət yoluna çıxma qaydasını pozaraq iddiaçıya məxsus avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Bunun nəticəsində iddaçıya maddi və mənəvi ziyan dəymişdir. Bununla əlaqədar olaraq bildirir ki, o uzun illərdir ki avtobus sürücüsüdür. Lakin məsələ budur ki, qeyd edilən ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu o idarə etməmişdir. Ehtimal edir ki, onun sürücülük vəsiqəsi onun xəbəri olmadan polisə təqdim ediblər. Amma onun bu baş verənlərdən heç bir xəbəri olmamışdır. Hüquqi savadı olmadığı üçün sənəd işlərindən anlayışı yoxdur, amma iddiaçı şəxs onu görsə, yəqin özü də avtobusu onun idarə etmədiyini təsdiq edə bilər. Onun heç bir xəbəri olmayan bir hadisəyə görə ondan pul tutulması ədalətsiz və qanunsuzdur. Buna görə də, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. İddiaçı ona qarşı iddia qaldıraraq dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəm iclasında bildirmişdir ki, iddiaçını tanımır. Həmin iş üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı mübahisələndirməmişdir. Bundan əlavə qeyd edir ki, sürücülük hüququnun məhdudlaşdırılmaması üçün həmin qərara əsasən 100 manat məbləğində cəriməni də ödəmişdir. İddiaçı məhkəmə iclaısnın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2021-ci tarixli 2(049)-3302/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Hazırda apellyasiya şikayətinin dəlilləri təhlil olunduqda müəyyən olunur ki, cavabdehin qətnamədə mübahisələndirdiyi avtomobilə dəymiş zərərin onun tərəfindən törədilib-törədilməməsi faktı ilə bağlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə həmin hissədə gəldiyi qənaət düzgün və əsaslıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh nəqliyyat vasitəsini yol hərəkəti qaydalarını pozmaqla idarə edərkən İddiaçı idarə etdiyi avtomobilə ziyan vurmaqla mülki hüquq pozuntusu törətmiş və ziyanın məbləği 755 manat müəyyən edilmişdir ki, iddia tələbi maddi ziyanın vurulması hissəsində əsaslıdır. Bildirilməlidir ki, cavabdehin təqsiri onun polis orqanında vermiş olduğu izahat, İnzibati tənbeh vermə haqqında TP seriyalı ******* №-li 28 may 2021-ci il tarixli №-li elektron qərar və digər mötəbər sübutlarla təsdiqini tapır. Habelə nəzərə alınmalıdır ki, cavabdeh onun barəsində tətbiq edilmiş 100 manat məbləğində inzibati cəriməni də ödəmiş və hazırkı vaxta kimi yuxarıda adıçəkilən qərarı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, üzrə Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2021-ci tarixli 2(049)-3302/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2021-ci tarixli 2(049)-3302/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-294/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-294/2025
28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver