Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-3/2025 19.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “Daşınmaz Əmlakın Texniki pasportunun və Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(073)-282/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Daşınmaz Əmlakın Texniki pasportunun və Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2018-ci ilin yanvar ayında Cəlilabad şəhər sakini X2 qanuni yolla 1000 manat müqabilində 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almış və 17 yanvar 2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə notarial qaydada rəsmiləşdirmişdir. 03 avqust 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək ona məxsus torpağa çıxarış və texniki pasport almaq istəmiş, lakin sözügedən torpaq sahəsində başqa bir vətəndaş tərəfindən yanacaq doldurma məntəqəsi inşa edildiyindən həmin torpaq sahəsinə çıxarış və texniki pasport verilməsindən imtina edilmişdir. Araşdırma zamanı ona (iddiaçıya) məlum olmuşdur ki, Cəlilabad rayon Qarazəncir kənd sakini X10 ona məxsus torpaq sahəsində qeyri-qanuni yolla yanacaq doldurma məntəqəsi inşa etdirmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh torpaq sahəsini zəbtən azad etməkdən imtina etmişdir. Ona görə də, cavabdeh "xxxx" MMC-yə qarşı Daşınmaz Əmlakın Texniki pasportunun və Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(073)-282/2020 saylı qətnaməsi (hakim Elxan Əmirəliyev) ilə iddia təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 106,80 (bir yüz altı manat səksən qəpik) manatın tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına və 50 (əlli) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməsi, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2004-cü il tarixli, 166 saylı arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad şəhər Bələdiyyəsinin 30 mart 2004-cü il tarixli, 4 saylı qərarına əsasən "xxxx" MMC-yə məxsus olan Cəlilabad şəhər Ələt- Astara şosse yolunun kənarında 0.15 ha torpaq sahəsində yanacaqdoldurma məntəqəsinin tikintisinə aid smeta-layihə sənədlərinin norma və qaydalara uyğun olması təsdiqlənmişdir. "xxxx" MMC-nin X14 Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin Cəmiyyət xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin notarial qaydada təsdiq edilmiş nizamnaməsinin surətindən görünür ki, həmin Cəmiyyətin təsisçisi X4r. 377 saylı Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiq edilmiş surətindən görünür ki, həmin texniki pasport Cəlilabad şəhəri Ələt-Astara şosse yolunun kənarında yerləşən stasionar tipli yanacaqdoldurma stansiyasına dair "xxxx" MMC-nin adına tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad şəhəri Ələt-Astara şosse yolunun kənarında 0.15 ha torpaq sahəsi və üzərində inşa edilmiş yanacaqdoldurma məntəqəsi və sexdən ibarət qeyri-yaşayış binası "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 mülkiyyətində olan 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1 000 (bir min) manat müqabilində İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport almaq üçün həmin idarəyə müraciət etmiş və müayinə zamanı sözü gedən torpaq sahəsində başqa vətəndaş tərəfindən X8 inşa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli,10/1102 saylı ekspert rəyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan 0,21 ha torpaq sahəsinin 0,15 ha hissəsi **********04-12301 reyestr nömrəli çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsidir. 17 yanvar 2018-ci il tarixli, AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinin plan və ölçü sənədi olmadığından həmin torpaq sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən X7 verilmiş **********90 reyestr nömrəli çıxarışla "xxxx" MMC-nə verilmiş **********04-12301 reyestr nömrəli çıxarış üst-üstə düşmür. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(073)-403/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı şəxsi pay torpağında qeyriqanuni inşa edilmiş X8 sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İddiaçı apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2-(106)-2189/2019 saylı qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(073)-403/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayətinə əsasən Ali Məhkəmənin 04 noyabr 2019-cu il tarixli, 2-(102)-6823/2019 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2-(106)-2189/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(073)-403/2019 saylı qətnaməsi üzrə tərəflərin subyektiv tərkibi ilə hazırkı mülki iş üzrə tərəflərin subyektiv tərkibi fərqlidir. Eyni zamanda hazırkı tələb üzrə iddia tələbinin əsası çıxarışın etibarsız hesab edilməsi tələbi olmaqla müxtəlifdir. Qeyd olunan məktuba əlavə edilmiş Cəlilabad şəhərinin kompleks yerquruluşu xəritəsindən sxemin çıxarışından görünür ki, İddiaçı məxsus torpaq sahəsi ilə "xxxx" MMC-yə məxsus X8 yerləşdiyi ərazi ayrı torpaq sahələridir və həmin torpaq sahələri bir-birindən nəqliyyat yolu vasitəsi ilə ayrılır. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Daşınmaz Əmlakın Texniki pasportunun və Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması tələbində haqlı deyildir. Eyni zamanda məhkəmə torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılmasına dair tələbi əsassız olduğundan qeyd olunan digər tələb də əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 (1), 29 (2)-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49(2), 49, 50(1), 111(1)-ci maddələri, «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979-cu il tarixli qərarı, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3.1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-(073)-282/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, sözü gedən YDM Cəlilabad rayonunun Qarazəncir kəndində yaşayan "xxxx" MMC-nin sahibi X10 tərəfindən ona məxsus olan həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmişdir. Bundan sonra o, R.C.Zeynalovla bir neçə dəfə görüşərək həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, həmin YDM-nin və digər tikililərin sökülməsini və ərazinin boşaldılmasını xahiş etmişdir. İlk anlar cavabdeh R.C.Zeynalov onun xahişinin haqlı olduğunu etiraf etmiş və onlar həmin torpaq sahəsinin qanuni yolla ona satılması barədə razılığa gəlmişdirlər. Lakin son anda R.C.Zeynalov bu razılığı pozmuş və həmin torpaq sahəsinin guya ona məxsus olduğunu bildirmişdir. Halbuki həmin torpaq sahəsi ona məxsusdur və bu barədə aidiyyəti sənədlər mövcuddur, həmçinin həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu üçün ümumiyyətlə, həmin torpaq sahəsində YDM tikilməsi qanunla mümkün deyildir. Bildirir ki, sözügedən ərazidə yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Həmin torpaq sahələrinin Bakı-Astara magistral yolu ilə həmsərhəd olan cüzi hissəsi qorunma zolağı kimi bələdiyyə torpaqlarına aiddir. Cəlilabad şəhər bələdiyyəsinin "xxxx" MMC-nin 0.15 ha torpaq sahəsinin sxem və ölçülərindən görünür ki, həmin torpaq sahəsi Bakı-Astara magistralı ilə həmsərhəddir və onun uzunluğu magistraldan doğru 35 metrdir. Naturada isə "xxxx" MMC tərəfindən inşa edilmiş YDM-nin yerləşdiyi ərazisinin uzunluğu 60-70 metr təşkil edir. Diqqətə çatdırır ki, ekspert 1-ci suala cavab olaraq rəsmi şəkildə təsdiq etmişdir ki, "xxxx" MMC-nin hazırda faktiki istifadəsində olan torpaq sahəsi 0,21 ha-dır və onun yalnız 0,15 ha hissəsi "xxxx" MMC-yə məxsusdur. Buradan açıq-aydın görünür ki, "xxxx" MMC ən azından 0,06 ha torpaq sahəsini zəbt etmişdir. Bütün bu faktlar qətnamədə də öz əksini tapmışdır. Lakin işə baxan hakim maraqlanmamışdır ki, niyə "xxxx" MMC 0,6 ha torpaq sahəsini zəbt etmişdir və zəbt olunmuş həmin sahə kimə məxsusdur. Məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulan 2-ci və 3-cü sualların cavabı ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikasında mövcud bütün torpaqların: dövlət torpaqlarının, bələdiyyə torpaqlarının və şəxsi torpaqların hamısının plan və ölçüləri vardır. Əks təqdirdə hamı biri-birinin ərazisini zəbt edər və nəticədə xaos baş verər. İclas zamanı o məhkəmə qarşısında vəsatət qaldıraraq məhkəmənin ekspert qarşısında qoyduğu və ekspertin cavab tapa bilmədiyi 2-ci və 3-cü suallara aydınlıq gətirilməsi məqsədilə DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin mütəxəssislərindən ibarət əlavə ekspertiza təyin etməyi, eləcə də xx.xx.2018-ci il tarixli məktubu ilə “Mühəndis müayinəsi zamanı, kənd təsərrüfatı təyinatlı torpaq olmasına baxmayaraq həmin torpaq sahəsində başqa vətəndaş tərəfindən YDM tikildiyindən işin icrasından imtina edilməsi” barədə rəy vermiş DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin nümayəndəsinin şahid qismində (3-cü şəxs qismində) məhkəməyə gətirilməsinin təmin edilməsini xahiş etsəm də məhkəmə qanunsuz olaraq vəsatəti təmin etməmişdir. Qətnamədə göstərilir ki, guya işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən X7 verilmiş **********0 reyestr nömrəli çıxarışla "xxxx" MMC-yə verilmiş **********04-12301 reyestr nömrəli çıxarış üst-üstə düşmür.Qətnamədə həmçinin göstərilir ki, qeyd olunan məktuba əlavə edilmiş Cəlilabad şəhərinin kompleks yer quruluşu xəritəsindən sxemin çıxarışından görünür ki, guya ona məxsus 0,67 ha torpaq sahəsi ilə "xxxx" MMC-yə məxsus YDM-nin yerləşdiyi ərazi ayrı-ayrı torpaq sahələridir və guya həmin torpaq sahələri bir-birindən nəqliyyat yolu vasitəsilə ayrılır. Bununla əlaqədar olaraq qətiyyətlə bildirir ki, o məktubda yazılanların hamısı yalandır və "xxxx" MMC-yə verilən **********04-12301 reyestr nömrəli çıxarış da saxtakarlıq yolu ilə verilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən tikilən YDM və digər tikililər kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmişdir. Belə torpaqlar yalnız kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilən torpaqlardır. Yalnız müstəsna hallarda Nazirlər Kabinetinin qərarı ilə o torpaqların təyinatı dəyişdirilə bilər. Göründüyü kimi belə bir lisenziya yoxdur. "xxxx" MMC hətta saxta yolla aldığı həmin o torpaq sahəsindəki tikililəri həyata keçirərək kənara çıxmalara yol vermişdir (saxta yolla alınmış həmin 0,15 ha torpaq sahəsinin sxem və ölçüsünün surəti ərizəyə əlavə edilmişdir). Yuxarıda qeyd etdiyi və surətini ərizəyə əlavə etdiyi DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin ona göndərdiyi rəsmi cavab məktubundan da görünür ki, yuxarıda adı gedən tikililər ona məxsus 0,67 ha pay torpağında inşa edilmişdir. Məhkəmə onun vəsatətinə uyğun olaraq əlavə ekspertiza təyin etməli, "xxxx" MMC-yə məxsus YDM-nin və digər tikililərin kənd təsərrüfatı təyinatlı torpaqlarda, yoxsa bələdiyyə torpaqlarında inşa edildiyini və həmin tikililərin ona məxsus olan 0,67 ha torpaq sahəsi ilə faktiki olaraq naturada üst-üstə düşüb-düşmədiyini müəyyən etməli idi. Əks halda iş üzrə qanuni, əsaslı və ədalətli qətnamə çıxarılması mümkün deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-(073)- 282/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin təmin edilməsini Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-(073)-282/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini və Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-(073)-282/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-(073)-282/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasında təmsil edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-(073)-282/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(073)-282/2020 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində- iddianın təmin edilməmiş “torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması” hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq həmin hissədə rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Daşınmaz Əmlakın Texniki pasportunun və Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cəlilabad şəhərinin kompleks yerquruluşu xəritəsindən sxemin çıxarışından görünür ki, İddiaçı məxsus torpaq sahəsi ilə "xxxx" MMC-yə məxsus X8 yerləşdiyi ərazi ayrı torpaq sahələridir və həmin torpaq sahələri birbirindən nəqliyyat yolu vasitəsi ilə ayrılır. Odur ki, İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı Daşınmaz Əmlakın Texniki pasportunun və Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması tələbində haqlı deyildir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, (106)-5/2024 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020ci il tarixli 2(073)-282/2020 saylı qətnaməsi iddia tələbinin “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş 377 saylı Daşınmaz Əmlakın Texniki Pasportunun və həmin MMC-nin adına verilmiş 11 may 2011-ci il tarixli, MA ******* saylı çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması hissəsində iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya mərhələsində iddiaçı vəsatətlə müraciət edərək İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçü sənədlərinin verilməsi və həmin torpaq sahəsinin yerində ölçülərək iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-1569/2022 saylı inzibati işi üzrə yekun məhkəmə qərarı çıxarılanadək hazırkı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-480/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(106)-169/2024 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-480/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2024-cü il tarixli məktubla cavabdeh inzibati orqana göndərilmişdir. Nəticədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş hüquqların X14 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cəlilabad şəhəri ərazisində İddiaçı xüsusi mülkiyyətinə 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin mahiyyəti "xxxx" MMC-yə məxsus YDM və digər tikililərin yerləşdiyi torpaq sahəsinin hüquqi sənədlərdə göstərilən sərhədləri ilə faktiki istifadə konturlarının, habelə həmin tikililərin iddiaçıya məxsus 0,67 ha torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin müəyyən edilməməsi ilə əsaslandırıldığından və bu halın xüsusi bilik tələb etməsi nəzərə alınaraq, MPM-in tələblərinə uyğun olaraq apellyasiya mərhələsində məhkəmətikinti ekspertizası təyin edilmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf məhkəməyə vəsatətlə müraciət edərək məhkəmə tikinti-texniki ekspertizası üzrə mütəxəssis rəyinin verilməsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə deyil, başqa müstəqil ekspertiza təşkilatına tapşırılmasını xahiş etmişdir. Bu hissədə məhkəmə tərkibi qeyd edir ki, Tərəfin mütəxəssis rəyinin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilməməsi barədə vəsatəti əsassızdır. Belə ki, tərəfin konkret qurumun kənarlaşdırılması barədə tələbi yalnız həmin mütəxəssisin qərəzli olması, maraqlı olması və ya digər obyektiv şübhələr yaradan halların sübut edilməsi ilə əsaslandırıla bilər. İş materiallarında belə hallar müəyyən olunmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsinin Cəlilabad rayonu ərazisində yerləşməsi nəzərə alındıqda, mütəxəssis rəyinin yerli ərazi üzrə səlahiyyətli qurumdan alınması araşdırmanın operativliyi və faktiki halların yerində dəqiqləşdirilməsi baxımından daha məqsədəuyğun hesab olunur. Daha sonra iddiaçı tərəf yenidən vəsatətlə müraciət edərək ekspertizasının aparılmasının ekspertiza təşkilatlarına (“X9” MMC və digərlərinə) həvalə edilməsini xahiş etmiş, bu hissədə vəsatət təmin edilmişdir. Keçirilmiş ekspertiza nəticəsində X9 tərəfindən verilmiş 123 nömrəli, 09 yanvar 2026-cı il tarixli mütəxəssis rəyində göstərilmişdir: - Qərardadın sualları üzrə tədqiqatın nəticəsi: - Torpağa mülkiyyət hüququna dair JN-0656 nömrəli Dövlət Aktında təsvir olunan və hazırda **********90 Reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron yerquruluşu xəritəsi üzərindəki döngə nöqtələrinin koordinatları ilə "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin 377 invertar nömrəli, **********04-12301 reyestr nömrəli, 11 mart 2011-ci il tarixli texniki pasportda əks olunmuş döngə nöqtələrinin koodinatlarının qismən üst-üstə düşməsi müəyyən edildi. Belə ki, “GOOGLE EARTH” programının ortofoto (aerokosmik çəkiliş) görüntüləri üzərində dəqiqləşmə aparılaraq müəyyən olunmuşdur ki, adı çəkilən sənədlərdə əks olunmuş döngə nöqtələrinin koordinatları üzrə üst-üstə düşən sahə 0.07 ha təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 8 saylı Cəlilabad Ərazi İdarəsinin tərtib etdiyi xx.xx.2018-cı il tarixli **********481 nömrəli məktubu, baxış zamanı əldə olunmu məlumatları, iş üzrə tərəflərin mülkiyyətində olan torpaq sahələrinə dair müvafiq sənədlərin tərtib olunma tarixlərini və həmin sənədlər üzrə döngə nöqtələrinin koordinatlarının qismən üst-üstə düşməsini nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, İddiaçı **********90 Reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.67 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0.07 ha hissəsi cavabdeh “Rəfail MMC tərəfindən zəbt edilməsi faktı kimi qiymətləndirilməlidir. Torpağa mülkiyyət hüququna dair JN-0656 nömrəli Dövlət Aktında təsvir olunan və hazırda İddiaçı mülkiyyətində olan 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron yerquruluşu xəritəsi üzərindəki döngə nöqtələrinin koordinatları ilə xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündə əks olunmuş döngə koordinatlarının tam deyil, qismən üst-üstə düşməsini nəzərə alaraq,cavabdeh "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan 0.15 ha sahibkarlıq fəaliyyəti məqsədli torpaq sahəsinin 0.07 ha hissəsi və həmin hissədə yerləşən tikili və qurğular, o cümlədən texniki pasport üzrə B” literli sex, İİ” literli su qülləsi və “İİİ” literli su quyusu bütövlükdə, “A” literli yanacaq doldurma məntəqəsi (YDM) və “İ” literli çənlərin tutduğu sahə isə qismən İddiaçı mülkiyyətində olan 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin sənəd üzrə hüdudları daxilində yerləşir. Qeyd edilməlidir ki, rəyin təhlili zamanı onun mötəbərliliyini şübhə altına alan hallar aşkar edilməmişdir. İş materialları təsdiq edir ki, ölçmə və müəyyənləşdirmə işləri X11 X12 (TEKUİS) rəsmi elektron baza məlumatları əsasında həyata keçirilmişdir. Formalaşmış məhkəmə təcrübəsində TEKUİS məlumatları torpaq sahələrinin kadastr sərhədlərinin müəyyənləşdirilməsi baxımından dəqiq və etibarlı mənbə kimi qəbul edilir. Məhkəmə tərkibi ekspert rəyində qeyd edilən “İddiaçı **********90 Reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.67 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0.07 ha hissəsinin cavabdehin torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə cavabdeh “Rəfail MMC tərəfindən zəbt edilməsi faktı kimi qiymətləndirilməsi” barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının qismən üst-üstə düşməsi torpaq sahələrinin müəyyən hissəsinin elektron xəritə üzərində kəsişməsini ifadə edir və hüquq müəyyənedici sənədlər arasında texniki uyğunsuzluğun mövcudluğuna dəlalət edir. Bu hal özlüyündə torpaq sahəsinin digər şəxs tərəfindən faktiki tutulması və ya istifadəsi barədə nəticə çıxarmağa əsas vermir. Beləliklə, yuxarıda qeyd edilən mütəxəssis rəyindən göründüyü kimi, cavabdeh ona məxsus dövlət qeydiyyatına alınmış 0.15 ha torpaq sahəsindən kənar əlavə torpaq sahəsindən istifadə etmir. Tərəflər arasında yalnız torpaq sahələrinin 0.07 ha hissədə üst-üstə düşməsi halı mövcuddur. Bu hal cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməsini deyil, sərhədlərin və hüquq müəyyənedicı sənədlərin ziddiyyətini göstərmişdir. Baxılan mübahisə üzrə tərəflərdən heç birinin mülkiyyət hüququna digər tərəfin mülkiyyət hüququ qarşısında üstünlük verilməsi yolverilməzdir. Vurğulanmalıdır ki, mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən bərabər qaydada müdafiə olunur. Bu səbəbdən, tərəflərin hər birinin mülkiyyət hüququ eyni hüquqi qüvvəyə malik olmaqla, yalnız biri digərinin hüququnun hesabına məhdudlaşdırıla bilməz. Bu baxımdan, iddiaçının cavabdehə qarşı yönəltdiyi söküntü, ərazinin boşaldılması və cavabdehin çıxarılması tələblərinin tətbiqi üçün zəruri olan hüquqi faktların, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz tutulması və ya istifadə edilməsi hallarının mövcudluğu sübuta yetirilməmişdir. Göründüyü kimi, hazırkı işdə iddia tələbinin qanuni əsası müəyyən edilmir. Yəni iddia tələbinin qanuni əsasının müəyyən edilmədiyi aşkar olunduqda, məhkəmə araşdırması başa çatır. Məhkəmə tərkibinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması hissəsində ədalətli araşdırma aparılmış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddianın təmin edilməmiş “iddia tələbinin torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması” hissəsində təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(073)-282/2020 saylı qətnaməsi həmin hissədə İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ödənilmiş məhkəmə xərcləri İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddianın təmin edilməmiş “torpaq sahəsi üzərində inşa edilmiş X8 və digər tikililərin sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin ərazidən çıxarılması” hissəsində təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(073)-282/2020 saylı qətnaməsi həmin hissədə İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş məhkəmə xərcləri İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-3/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-3/2025
19.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver