Məhkəmə qərarları › İş №2(106)-303/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-303/2024

09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-303/2024 09.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 23 aprel 2016-cı ildə doğulmuş X5 və 16 oktyabr 2017-ci ildə doğulmuş X4 dövlət tərəfindən verilən 6300 manat müavinət pullarının uşaqların saxlanılması üçün alınıb ona verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmış və Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı adıçəkilən qətnamədən apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(050)-374/2023 saylı qətnaməsindən İddiaçı vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyündən həmin müddətin bərpa olunması barədə vəsatət (və apellyasiya şikayəti) vermişdir. Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(050)-374/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki işin apellyasiya məhkəməsinə göndərilməsinə dair iş üzrə İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı prosessual müddət keçdikdən sonra apellyasiya şikayəti vermiş və həmin müddətin üzrlü hesab olunması barədə heç bir əsaslı sübut mövcud deyildir. Eləcə də, iddiaçının apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və hüquqi imkanı olmuşdur. İddiaçı Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadından şikayət vermiş və şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı özü ürək xəstəsidir və infarkt keçirmişdir. Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-374/2023 nömrəli qərardadı ilə iş üzrə İddiaçı verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)-1455/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-374/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin qeyrimümkün hesab edilməsi, mülki işin MPM-in 363.1.5-ci maddəsinə əsasən və sonrakı prosesual hərəkətlər edilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(050)-374/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadından yenidən şikayət vermiş və iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2023-cü il tarixli 2(106)-1794/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və həmin şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(050)-374/2023 nömrəli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadının ləğvi barədə mülki iş üzrə İddiaçı şikayətinin təmin edilməməsi və işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Kollegiya qeyd edir ki, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X7 (və ya onun nümayəndəsi vəkil X6) Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1051/2023 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. İş materiallarından görünür ki, cavabdeh tərəf məhkəmənin mübahisə olunan qətnaməsindən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, prosessual qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və apellyasiya şikayətinin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi konkret şəkildə göstərilmiş, eləcə də müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməməklə düzgün qənaətə gəlmişdir. Belə ki, iddiaçı prosessual müddəti üzrlü səbəblərdən ötürməsini hər hansı mötəbər sübutlarla əsaslandıra bilməmiş, həmçinin şikayətin dəlillərində qeyd edilən hallar belə prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Habelə Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar