Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-321/2024 13.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehlərlzy Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, onların vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 qarşı “müvəqqəti istifadələrinə verilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-439/2023 saylı qətnaməsindən (hakim S.Məmmədova) cavabdehlərdən Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 və onların vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departameni cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 qarşı “müvəqqəti istifadələrinə verilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadələrinə verilmiş Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 41 nömrəli mənzilə dair 13 yanvar 2022ci il tarixli “9/41” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı uzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 13 yanvar 2022-ci il tarixli “9/41” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkünlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Şirvan şəhər, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində 9 nömrəli binada 41 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Departamentin Şirvan şəhər Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh4 mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh4 və Cavabdeh3 iddianı qəbul etməyərək əsassız olduğunu bildirib rədd olunmasını xahiş etmiş, izahatlarında göstərmişlər ki, artıq 4-5 aydır Laçın rayonunda qalıb işləyirlər, lakin başqa yerdə yaşamağa mənzilləri yoxdur. Şirvanda olan hazırki mənzilə vaxt olanda gəlib baş çəkirlər. Oğlanlarının biri Bakıda məktəbdə oxuyur, şagirddir, digərləri isə işləyir və Bakıda müxtəlif ünvanlarda qalırlar. Hazırda onların da daimi yaşamağa yerləri yoxdur. Birinci instansiya məhkəməsində Cavabdeh5 Bakıda işlədiyini və yaşadığını, Şirvan şəhər, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində 9 nömrəli binada 41 nömrəli mənzilə vaxt olduqca gəlib baş çəkdiyini bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-439/2023 saylı qətnaməsi il iddia təmin olunaraq, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh4 arasında Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 13-də yerləşən 43 nömrəli mənzilə dair bağlanmış 13 yanvar 2020-ci il tarixli “09/41” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilmiş və cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 və qeyrilərinin həmin mənzildən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3, 102.1-ci maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qaydalarının 3.7-ci bəndinə istinad edərək gəldiyi hüquqi nəticəni cavabdehlərin faktiki olaraq mübahisəli mənzildə yaşamamaları ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5, onların vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-439/2023 saylı qətnaməsini aşagıda qeyd edəcəkləri səbəblərdən əsassız hesab edirlər. Əvvəla, məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. İddiaçının istinad edərək iddia tələbində göstərilənlərə dair heç bir sübut mövcud deyil. Cavabdeh4 Cavabdeh3 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 1996-cı il tarixdə Cavabdeh2, xx xxxx 1998-ci il tarixdə Cavabdeh5 və xx xxxxxx 2006-cı il tarixdə Cavabdeh1 adlı üç övladları olmuşdur. Həyat yoldaşı Cavabdeh3 qardaşı X2 birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Oğlu Cavabdeh5 işğal altında olan torpaqların azad olunmasında yaxından iştirak etməklə Xocavənd və Füzulinin azad edilməsinə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinin əsasları dəqiq müəyyən edilsə də, heç bir əsas olmadan məhkəmə kirayə müqaviləsinin ləğv edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Hətta cavabdehlərin kommunal ödənişləri vaxtında ödənilməsi ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təssərüfatı İdarəsinin 05 may 2023-cü il tarixli 75 nömrəli arayışını belə nəzərə almamış, müqavilənin qanunvericiliyin hansı tələblərinə əsasən ləğv edilməsini əsaslandırmamışdır. Cavabdehlər olaraq sosial kirayə müqaviləsi üzrə üzərlərinə düşən bütün öhdəlikləri tam icra etmişlər. Hazırda ailənin maddi və yaşayış durumunun yaxşılaşdırlması məqəsi ilə Cavabdeh4 Caspian Rood şirkəti arasında 11 mart 2023-cü il tarixdən etibarən müddətli əmək müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh3 ilə Caspian Rood şirkəti arasında 19 iyun 2023-cü il tarixdən etibarən müddətli əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən fəaliyyət müvəqqəti xarakterli olduğundan hər həftənin bazar günü olmaqla ay ərzində 4 dəfə yaşadıqları Şirvan şəhəri F.X.Xoyski küçəsi məcburi köçkünlər uçun inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 13-də yerləşən 43 nömrəli mənzilə gəlirlər. Bu səbəbdən hesab edirlər ki, iddiaçı tərəfin iddiası əsassız olmuşdur. Şirvan şəhər Məhkəməsi qeyd edilən halları nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlədən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, ailəvi olaraq arvadı Çiçək xanımla birlikdə müvəqqəti olaraq Laçın şəhərində aparılan tikinti-quraşdırma işlərində işləmişlər. Özü sürücü kimi, arvadı isə aşbaz işləmişdir. Müddətli əmək müqaviləsinin müddəti bitdiyindən hazırda işləmirlər və 2023-cü ilin dekabr ayından davamlı olaraq mübahisəli mənzildə yaşayırlar. Əvvəllər də, həmin mənzildə yaşamışlar, sadəcə müvəqqəti işlədikləri müddətdə həftə arası Laçında olmuşlar, hər həftənin sonu isə mənzilə gəlmişlər. Mübahisəli mənzildən başqa daimi yaşayış yerləri yoxdur. Mübahisəli mənzil onlara verilməmişdən əvvəl Bakı şəhəri, Nizami rayonundakı uşaq bağçalarının birində bir otaqda məskunlaşaraq yaşayırdılar. Orada hazırda qazi olan oğlu Orxan yaşayır. Məhkəmədə Cavabdeh3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu və Cavabdeh4 hazırki apellyasiya baxışı zamanı verdiyi izahatla oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh5 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxaraq izahatında göstərdi ki, müvafiq araşdırmalar aparmışlar və müəyyən etmişlər ki, cavabdehlər son 2-3 aydır ki, davamlı olaraq mübahisəli mənzildə yaşayırlar, başqa yerdə daimi əsaslarla yaşamağa yerləri yoxdur. İddianın verilməsini zəruri edən şərt artıq aradan qalxmışdır. Əgər cavabdehlər bundan sonra da, mübahisəli mənzildə yaşamağa davam edəcəklərsə, buna etirazları olmayacaq. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmədə iştirak etməmişlər, nümayəndələri vasitəsilə təmsil olunmamışlar və kollegiya apellyasiya şikayətinə əsasən mülki işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 və onların vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli, “9/41» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kirayəçi Cavabdeh4 və onun ailə üzvlərinə Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 41 nömrəli 3 otaqlı mənzil verilmişdir. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli, “9/41» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan 16 mart 2022-ci il tarixli, 23 iyun 2022-ci il tarixli və 09 yanvar 2023-cü il tarixli “aktlar”dan görünür ki, Mənzil Kommunal istismar Sahəsinin rəisi Nümayəndə3, mühəndisi Nümayəndə1, sahə nəzarətçisi X4, işçiləri X10, X1 şəhəri 685 mənzillik qəsəbədə yerləşən bina 9 mənzil 41-də yaşayışın olmadığını təyin etmişlər. Mənzildə yaşayışın bərpa etməsi üçün dəfələrlə məlumat versələrdə yaşayış hələ də bərpa edilməmişdir. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli “akt”dan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh4 qəsəbədə yaşadığı dövrdən Mənzil- Kommunal Xidməti haqqını xx.xx.2022-ci il tarixinədək ödəmişdir. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli “akt”dan görünür ki, Cavabdeh4 Şirvan şəhər, F.X.Xoyski küçəsi 685 mənzillik qəsəbədə yaşadığı dövrdən “Liftlərin texniki xidmət haqqını” xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ödəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Şirvan şəhəri və ismayıllı rayonu Mənzili-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 259 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh4 ünvan 3 ünvanında yaşadığı dövrdən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Liftlərin texniki xidmət haqqını ödəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2023-cü il tarixli, 75 № arayışında göstərilmişdir ki, Cavabdeh4 ünvan 3 saylı evdə qeydiyyatdadır.xx.xx.2022-ci il tarixədək mənzil kommunal xidməti haqqını ödəmişdir. Apellyasiya baxışı zamanı cavabdehlər tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Şirvan-Hacıqabul rayonları üzrə bölməsinin 12 mart 2024-cü il tarixli 842 saylı arayışından görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 oğl, Cavabdeh5 və Cavabdeh2 Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 41 nömrəli mənzildə müvəqqəti məskunlaşmışlar. Apellyasiya baxışı zamanı cavabdehlər tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş 12 mart 2024 tarixli 02 saylı arayışın surətindən görünür ki, Cavabdeh4 "xxxx" MMC-də 11 mart 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixinədək yük avtomobili sürücüsü, 16 iyun 2023-cü il tarixindən 11 yanvar 2024-cü il tarixinədək gözətçi işində işləyib. Apellyasiya baxışı zamanı cavabdehelər tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş 12 mart 2024 tarixli 03 saylı arayışdan görünür ki, Cavabdeh3 "xxxx" MMC-də 19 iyun 2023-cü il tarixdən 26 dekabr 2023-cü il tarixinədək aşpaz işində işləyib. Apellyasiya baxışı zamanı cavabdehlər tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş çağırış vərəqəsinin surətindən görünür ki, Cavabdeh1 04 aprel 2024-cü il tarixindən həqiqi hərbi xidmətə çağırılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində gətirdikləri dəlillərlə razılaşaraq hesab edir ki, iddiaçı tələbini sübuta yetirə bilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddianın verilməsini şərtləndirən zərurət, yəni cavabdehlərin mübahisəli mənzilə ehtiyaclarının olmaması əsası ilə orada yaşamamalırı iş materialları ilə müəyyən olunmur. Əksinə hazırki apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehlərin mübahisəli mənzildə yaşamağa davam etdiklərini təsdiq etmiş, iddianın verilməsini zəruri edən şərtin artıq aradan qalxdığını bəyan etmiş və əlavə olaraq bildirmişdir ki, bundan sonra cavabdehlər mübahisəli mənzildə yaşamağa davam edəcəklərsə, buna etirazları olmayacaq. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən cavabdehlərin mənzilə olan ehtiyaclarının aradan qalxmasına dair nəticə düzgün olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərdən Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və onların vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin Şirvan Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(032)-439/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 qarşı “müvəqqəti istifadələrinə verilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsi ilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlkin Abdullayev
Məhkəmə qərarları › İş №2(106)-321/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-321/2024
13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver