Məhkəmə qərarları › İş №2(106)-342/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-342/2024

15.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-342/2024 15.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X6 (sədrlik edən, məruzəçi), X4 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(020)-1114/2023 saylı (hakim Seyfəli Seyfullayev) qətnaməsindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Beyləqan Rayon Məhkəməsində cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və 3-cü şəxs X2 qarşı Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS-nin qərarı ilə ayrılmış 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia qaldıraraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(020)-1114/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə və 3-cü şəxs X2 qarşı Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS-nin qərarı ilə ayrılmış, KOD 60700068 JN-130A və KOD 60700068 JN-130B saylı "Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Qətnamədən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 342/2024 saylı qərardadı ilə cavabdeh tərəfin apellyasiya şikayəti mümkün hesab edilərək, mülki iş icraata qəbul edilmiş və iş baxılması üçün xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Qeyd olunan mülki iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan zaman Beyləqan Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırkı mülki iş üzrə qətnamədən üçüncü şəxs X1 apellyasiya şikayəti verdiyi bildirilmiş, daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məqsədilə mülki işin məhkəmə baxışından çıxarılaraq Beyləqan Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məqsədilə mülki iş apellyasiya baxışından çıxarılaraq Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-342/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(020)- 1114/2023 saylı qətnaməsindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılan mülki iş apellyasiya baxışından çıxarılmalı, üçüncü şəxs X5 tərəfindən Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(020)-1114/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 384.0.6, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 342/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(020)-1114/2023 saylı qətnaməsindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılan mülki iş apellyasiya baxışından çıxarılsın, üçüncü şəxs X5 tərəfindən Beyləqan Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(020)-1114/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar