Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-344/2023 02.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 2(050)-2537/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərardadından (hakim C.Quliyev) iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, müəyyənetdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********63-10301 reyestr nömrəli çıxarışla onlarla cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0681 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 158 kv.metrdən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılaraq satış pulunun cavabdehlə aralarında paylarına münasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(050)-2537/2022 saylı qərardadı əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsi və evin hərracda satılaraq dəyərinin paylara münasib bölgüsü” tələbinə dair mülki iş üzrə icraat Masallı Rayon Məhkəməsinin icraatında olan 2(050)- 3065/2022 saylı iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Birinci instansiya məhkəməsi 2(050)-2537/2022 saylı işə baxan zaman müəyyən olunmuşdur ki, həmin iş üzrə Cavabdeh2 İddiaçı1, İddiaçı2 və Cavabdeh1 qarşı (üçüncü şəxs Masallı regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi) Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “mərhum atası X3 miras qalmış Masallı şəhərində yerləşən əmlakdan vərəsələrin hər birinin payının müəyyən edilməsini” xahiş etmişdir. Həmin iş məhkəmədə 2(050)- 3065/2022 saylı nömrə ilə qeydə alınmışdır. Buna görə də məhkəmə özünün 10 oktyabr 2022-ci il tarixli, 2(050)-2537/2022 saylı qərardadı ilə bəhsi gedən işin icraatını dayandırmışdır. Birinci instansiya məhkəməsi 2(050)-2537/2022 saylı işin icraatını dayandırarkən Mülki Prosessual Məcəllənin 254.1.4 və 256.0.3-cü maddələrinə istinad etmişdir. İddiaçıların vəkili və nümayəndəsi İslamov X2 Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(050)-2537/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə növbəti məhkəmə iclasının təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardad qəbul edilərkən məhkəmə cavabdehlərin mərhum atadan qalan mirasın bölgüsü barədə iddia tələbinin olmasını və həmin iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə veriləcəyini ehtimal etmişdir. Halbuki, məhkəmə işə ehtimalla deyil, konkret sübutlar əsasında baxmalıdır. Masallı Rayon Məhkəməsinin 2(050)-2537/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 254.1.4-cü və 256.0.3-cü maddələrinə istinad etməklə 2(050)-2537/2022 saylı mülki işin icraatını dayandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4 və 256.0.3-cü maddələrində göstərilir ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaytasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi 2(050)-2537/2022 saylı işə baxan zaman həmin iş üzrə Cavabdeh2 İddiaçı1, İddiaçı2 və Cavabdeh1 qarşı (üçüncü şəxs Masallı regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi) Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “mərhum atası X3 miras qalmış Masallı şəhərində yerləşən əmlakdan vərəsələrin hər birinin payının müəyyən edilməsini” xahiş etmişdir. Həmin iddia ərizəsində Cavabdeh2 mərhum atası X3 miras qalmış Masallı şəhərində yerləşən əmlakdan vərəsələrin hər birinin payının müəyyən edilməsini mübahisələndirmişdir. Həmin iş 2(050)-3065/2022 saylı nömrə ilə qeydə alınmışdır. Belə olduğu məhkəmə kollegiyası hesab edir ki, 2(050)-3065/2022 saylı işlə 2(050)-2537/2022 saylı iş arasında bağlılıq olduğundan birinci instansiya məhkəməsi 2(050)-2537/2022 saylı işin icraatını dayandırmaqda haqlı olmuşdur. Göründüyü kimi prosessual qanunvericilikdə işin icraatının hansı halda dayandırıla bilməsi tam və müfəssəl göstərilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası prosessual hüquq norması düzgün tətbiq edildiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia ərizəsini icraata qəbul etmədən qaytarmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur, prosessual hüquq norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçıların vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2537/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-344/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-344/2023
02.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver