Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-352/2024 12.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(04*)- 274/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir "xxxx" MMC və Kürdəmir "xxxx" MMC-nin həkimi Cavabdeh2 tərəfindən ona vurulmuş *5000 manat məbləğində maddi zərərin və ödənilmiş *35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Xaliq İmanov) iddia qismən təmin edilmiş, cərrahiyyə əməliyyatı üçün "xxxx" MMC-nin hesabına ödənilmiş 770 manatın Kürdəmir "xxxx" MMCdən və 3000 manatın cavabdeh Kürdəmir "xxxx" MMC-nin həkimi (direktoru) Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın müştərək qaydada cavabdehlər Kürdəmir "xxxx" MMC-dən və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı məktubunda qeyd edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qətnaməsi məlumat üçün tərəflərə göndərilmişdir. İş materiallarının *53-cü vərəqində olan qəbzdən görünür ki, cavabdehlərin nümayəndəsi vəkil Babayeva X* Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)- 274/2023 saylı qətnaməsinin surətini 05 may 2023-cü ildə almışdır. *7 sentyabr 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində apellyasiya şikayətini verən şəxs kimi "xxxx" MMC barəsində məlumatlar elektron qaydada doldurulmuş, apellyasiya şikayətini onun nümayəndəsi vəkil Nümayəndə imzalamışdır. Kürdəmir Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, 2* dekabr 2023-cü il tarixində cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 adından buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilərək, Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qətnaməsindən apellyasiya şikayətini vermək müddətinin buraxılmasının səbəbinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Ərizə yalnız Cavabdeh2 adından imzalanmışdır. Kürdəmir Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh2 ərizəsinə baxılaraq, ərizə təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa edilmiş və apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra, Kürdəmir Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli göndəriş məktubu ilə Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti 2(04*)-274/2023 saylı mülki işin materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, mülki iş 09 yanvar 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü məsələsini yoxlayan məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətində şikayət verən şəxs barəsində məlumatların elektron doldurulması zamanı cavabdehlərdən yalnız "xxxx" MMC barəsində olan məlumatlar göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası hazırda Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-274/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsindən məhz cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxladığını qeyd edir. Lakin birinci instansiya məhkəməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətində cavabdehlərdən yalnız "xxxx" MMC barəsində məlumatların elektron qaydada doldurulmasını nəzərə almamış, apellyasiya şikayətinin məhz həmin MMC-nin adından verilməsinə diqqət etməmiş, 28 dekabr 2023-cü il tarixli göndəriş məktubu ilə yanlış olaraq Cavabdeh2 apellyasiya şikayətinə baxılması üçün mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarında Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qətnaməsinin surətinin cavabdeh "xxxx" MMC-yə nə vaxt çatdırılmasına dair sübut olmasa da, birinci instansiya məhkəməsində aparılan icraat zamanı həmin MMC-nin direktoru olan Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə qətnamənin surəti 05 may 2023-cü ildə təqdim olunmuşdur. Hazırda isə Nümayəndə həm də cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkilidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC-nin adından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş * aylıq prosessual müddət ötürülmüş, həmin bu ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə verilməmiş və birinci instansiya məhkəməsi isə bu hala əhəmiyyət verməmişdir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qərardadında Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(04*)-274/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin kimə münasibətdə bərpa edildiyi qeyd edilməsə də, həmin qərardadın giriş hissəsində sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh2 ərizəsinə baxıldığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 363.*.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin, nəzərə alınmalıdır ki, Cavabdeh2 digər cavabdeh olan "xxxx" MMCnin direktoru olsa da, onların hər ikisi müstəqil prosessual hüquqi statusa malikdirlər. Belə olan halda isə prosessual müddətin Cavabdeh2 ərizəsinə baxılaraq bərpa edilməsi həmin ötürülmüş prosessual müddətin "xxxx" MMC-yə münasibətdə də bərpa edilməsi demək deyil. MPM-in 364.*-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 36*-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 36*, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-274/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-352/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-352/2024
12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver