Məhkəmə qərarları › İş №2(106)-357/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-357/2024

28.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-357/2024 28.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X13 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 14 noyabr 2023-cü il tarixli, 2(018)-1126/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh X13 qarşı Astara Rayon Məhkəməsində iddia qaldırmışdır. Astara Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 14 noyabr 2023-cü il tarixli, 2(018)-1126/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Astara rayonu, Çayoba kəndində yerləşən mərhum X10 məxsus 0,16 ha həyətyanı torpaq sahəsi X7 qanun üzrə vərəsələri kimi İddiaçı 1/2 hissədə, mərhum X2 oğlu X11 ¼ hissədə, həyat yoldaşı X8 ¼ hissədə payları müəyyən edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətində Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qətnaməsinin X5 münasibətdə ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat vermişdir. Göstərmişdir ki, onlar 7 qardaş-bacı olmuşlar. Anası 1979-cu, atası 2011-ci ildə vəfat etmişlər. Həmçinin qardaşı Bahəddin 2013-cü, Firuddin 2015-ci, Fəxrəddin isə 2018ci ildə vəfat etmişlər. Dilarə, Sevil, Hacırza və özü sağdırlar. Bildirmişdir ki, mərhum X10 məxsus 0,16 ha həyətyanı torpaq sahəsi X7 qanun üzrə vərəsələri kimi İddiaçı 1/2 hissədə, mərhum X2 oğlu X11 ¼ hissədə, həyat yoldaşı X8 ¼ hissədə payları müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə vəfat etmiş qardaşı X5 münasibətdə də onun payını müəyyən etməli idi. Apellyasiya baxışı zamanı Nuriyeva (Hümbətova) Dilarə Balahəsən qızı, Nuriyeva (Rüstəmova) Sevil Balahəsən qızı, X12, mərhum X3 övladları X19, X14, mərhum X1 övladları X6, X15, X9 və arvadı X16 müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində işə cəlb edilmişlər. Cavabdeh və İİİ şəxslər apellyasiya baxışına iştirak etməmiş, məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X20 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməmiş, şikayət MPM-in 361.1.4-cü maddəsinə uyğun olmamaqla Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Belə ki, iddiaçı qətnamədən şikayət versə də, apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin X5 münasibətdə ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda da, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Çünki iddiaçı qanunvericiliyə uyğun olaraq yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin özünə aid olan hissəsindən, tələbi təmin olunmadığı halda apellyasiya şikayəti verə bilərdi. İddiaçı başqa şəxsə münasibətdə qətnamənin ləğv edilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırkı halda apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə ziddi olaraq icraata qəbul edildiyi üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1-1 maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qanunvericilikdə hazırkı qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(106)-357/2024 saylı İddiaçı apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilsin. Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1126/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya baxışından çıxarılmaqla apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar