Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-364/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, tərəflərin iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh X2 qarşı istifadə hüququna kompensasiya ödənilmək şərti ilə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçının oğlu X4 ilə cavabdeh 25 sentyabr 2004-cü il tarixdən nikahda olmuş, onların arasında olan nikah Şirvan şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi ev 14, mənzil 25-də yerləşən mənzildən X1 uşaqları X5 və X8 ilə birlikdə istifadə hüququna 10.000 manat məbləğində kompensasiya ödənilmək şərti ilə xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi, 14 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzili əri hələ sağkən ona bağışlamışdır. Bu barədə mülkiyyət hüququna dair xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. X14 25 sentyabr 2004-cü ildə cavabdehlə ailə qurduqdan sonra sonuncu, ona məxsus mənzilə gəlin köçmüşdür. Oğlu ailəli olduğu dövrdə onların 2 uşaqları dünyaya gəlmişdir. Onların aralarında olan nikah Şirvan şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh könüllü olaraq onun mülkiyyətindən çıxmadığına görə 2021-ci ildə cavabdehə qarşı mənzildən çıxarılmaya dair iddia qaldırmış, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Cavabdehlə münasibətləri tam pozulmuş və dözülməz hala çevrilmişdir. Cavabdehlə bir mənzildə yaşamaq mümkün deyil. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, onun hazırda övladları ilə yaşamağa başqa bir yaşayış yeri yoxdur. Cavabdehin izahatına görə, iddiaçı mülkiyyətində olan mənzili 55.000-58.000 manata satmaq niyyətindədir. Bu gün Şirvan şəhərində bir otaqlı mənzilin dəyəri təxminən 25.000-26.000 manat civarındadır. İddiaçının təklif etdiyi vəsaitə isə hər hansı yaşayış sahəsi əldə etməsi qeyri-mümkündür. X16 İnkişaf Mərkəzində dərnək rəhbəri işləyir və hər ay 209 manat əmək haqqı alır. Keçmiş əri ona aylıq 300 manat aliment ödəyir. Ümumilikdə 509 manat gəliri himayəsində olan iki övladının təhsili, qidalanmasına və digər ehtiyaclarına xərcləyir. Aldığı əmək haqqı və aliment məbləği ilə onun hətta 10 ildən sonra dəyəri 25.000 manat olan yaşayış sahəsi alması qeyri-mümkündür. İddiaçının mülkiyyətində olan mənzil 4 otaqlıdır. Mənzildə iddiaçı, iddiaçının oğlu və o, öz övladları ilə birlikdə yaşayırlar. Məhkəmə qətnaməsi ilə onun mənzilindən çıxarılması barədə iddia təmin edilməmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim S.Məmmədov) 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh X2 10.000 manat kompensasiya ödənilməklə uşaqları X5 və X8 ilə birlikdə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi ev 14, mənzil 25-də yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X3 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh R.Şıxaliyeva apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi onun yaşamağa başqa yaşayış yerinin olmamasını, maddi vəziyyətinin və onun iddiaçının mülkiyyətində olan mənzilə dair hansı hüquqlarını məhdudlaşdırdığını aydınlaşdırmadan əsassız qətnamə qəbul etmişdir. İzahatlar Apellyasiya baxışına iştirak edən cavabdeh X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında iddiaçının mənzilini 55.000-58.000 manata satmaq niyyətində olduğunu, ona verilən kompensasiyanın isə bir otaqlı mənzilə yetmədiyini qeyd etmişdir. Cavabdehin bildirdiyinə görə, Şirvan şəhərində bir otaqlı mənzilin dəyəri təxminən 25.000-26.000 manat civarındadır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında cavabdehlə bir mənzildə yaşaya bilmədiyini, yalnız kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsinin mümkün olduğunu, kompensasiyanın miqdarını artırmaq iqtidarında olmadığını bildirmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ünvan 1, yeni qaydalarla AZ 1800, Şirvan şəhəri, Mahmud İbrahimov küçəsi 286, M5, 2 m xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə, ********** nömrəsi ilə qeydə alınmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının oğlu X4 ilə cavabdeh 25 sentyabr 2004-cü il tarixdən nikahda olmuş, onların arasında olan nikah Şirvan şəhər Məhkəməsinin 21 iyun 2021ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan başqa, tərəflər arasında mənzillə bağlı əvvəllər başqa məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Şirvan şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı ünvan 1 ünvanından çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Hazırki tələbində iddiaçı 10000 manat pul kompensasiyası ödəməklə cavabdehin yaşayış evinə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin hallarından görünür ki, cavabdeh qayınatasına məxsus yaşayış evinə gəlin gəlmiş, orada yaşamışdır. Sonradan mənzil bağışlama yolu ilə hazırki iş üzrə iddiaçının mülkiyyətinə keçmişdir. Kollegiya qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd edilməlidir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Birinci instansiya məhkəməsində təqdim edilmiş, Şirvan şəhəri evlərin alqı-satqı xidmətinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, 5 mərtəbəli beton konstruksiyalı binanın 5-ci mərtəbəsində yerləşən 4 otaqlı orta təmirli mənzili, bazar qiymətini 38.000 manata bazara təqdim etməklə, 35.000 manata satmaq olar. Şirvan şəhəri evlərin alqı-satqı xidmətinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, Şirvan şəhərində 4 otaqlı təmirli və əşyalarla təchiz edilmiş mənzilin orta aylıq kirayə dəyəri 400 manat civarındadır. Məhkəməyə mütəxəssis kimi dəvət olunmuş X10 izahatında bildirmişdir ki, mənzilə baxış keçirmişdir və qeyd olunan mənzilə uyğun Şirvan şəhərində 4 otaqlı təmirli və əşyalarla təchiz edilmiş mənzilin kirayə qiyməti 300-350 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin uşaqları X5 və X8 ilə birlikdə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi ev 14, mənzil 25-də yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi məqsədilə 10.000 manat kompensasiya ödənilməsi yetərlidir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya ağlabatan olmaqla mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində müvafiq ərazidə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(032)-1592/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-364/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-364/2023
28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver