Məhkəmə qərarları › İş №2(106)-397/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-397/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-397/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi (və vəkili) Vəkil1 oğlunun iştirakları ilə, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı qızıl zinət əşyalarının, əlavə olaraq cehiz əmlakların və ya olmadığı təqdirdə dəyərinin, ödənilmiş 147 manat dövlət rüsumunun alınması tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 1800 manat məbləğdə pul vəsaitinin və iddiaçının ona hədiyyə etdiyi 4,5 qram olan, qiyməti 500 manat 1 ədəd kişi üzüyün, cəmi 2300 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 43 manat dövlət rüsumunun alınması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(032)-1418/2022 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(032)-1418/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddiası qismən təmin edilərək ilkin iddia qismən təmin edilərək Cavabdeh ünvan 2-da yerləşən cehiz əşyaları: Yataq dəsti Femida 1 dəst, 6 ədəd stul, 1 ədəd güldan künc, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd televizor altlığı 1 ədəd, 1 ədəd kondisioner media, 1 ədəd mətbəx mebeli, 1 ədəd soyuducu Biryusa, 1 ədəd paltaryuyan, 1 ədəd peç (duxovka), 4 ədəd stul, 1 ədəd tozsovuran, 1 ədəd ətçəkən, 1 ədəd qaz peçi, 1 ədəd moyka, 3 ədəd böyük xalça, 2 ədəd balaca xalça, 1 ədəd kilim, 1 ədəd sərinləşdirici, 1 dəst dəsmal, örtük, yataq dəstləri, 1 ədəd uşaq beşiyi, 1 ədəd ütü,1 ədəd ütü altlığı, 1 dəst bakal dəsti 6-lıq, 1 ədəd qrafin, 3 ədəd masa örtüyü, 1 ədəd şirniyyat qabı 4+1, 2 dəst yataq pərdəsi, 1 dəst qaşıq çəngəl dəsti 12-lik, 4 ədəd məcməi, 1 ədəd çörək qabı, 4 ədəd qəndqabı, 12 ədəd mürəbbə qabı, 12 ədəd duz qabı, 2 ədəd balıq üçün qab, 2 dəst, xırda qaşıq-çəngəl, 1 ədəd plastik qab orta ölçülü, 1 ədəd meyvəqabı, 3 dəst yemək, çay, qəhvə dəstləri, 12 ədəd qablar, 4 ədəd yastıq silikon 50x70, 1 ədəd taxt dəsti (örtük, yastıq), 2 ədəd plastik qab (mətbəx üçün), mətbəx ləvazimatları olan əşyaların özləri, olmadıqda onların pul ilə dəyərinin alınaraq İddiaçı verilməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. İddiaçı Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(032)-1418/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İlkin iddia üzrə İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Fərzəliyeva Aylin Rövşən qızı adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşamışlar. Cavabdehlə aralarında olan nikah münasibətləri formal xarakter daşıdığından nikahları Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-309/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə barışmaq, gələcəkdə ailənin qorunub saxlanması mümkün deyildir. Cavabdeh ailə başçısı kimi ailəsi ilə maraqlanmadığı üçün faktiki olaraq ayrı yaşayırlar və azyaşlı uşağı onun himayəsində yaşayır. Ona nişan vaxtı, həmçinin toy ərəfəsində hədiyyə edilmiş qızıl-zinət əşyaları birgə yaşadıqları müddətdə qayınanasının istifadəsində qalmışdır. Bu səbəbdən də, dəfələrlə qızıl əşyalarını tələb etsə də, ona məxsus əmlak özünə geri qaytarılmamışdır. Ailə qurduqdan sonra ona hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdehin anası tərəfindən razılığı olmadan saxlanması üçün alınmışdır. Sonradan ayrı yaşamaq üçün cavabdehin atası Ədilağa Fərzəliyevin adına əldə edilmiş iki otaqlı təmirsiz yaşayış evində yaşamışlar. Ona hədiyyə edilmiş qızıl-zinət əşyaları: 1 ədəd brilyant qaşlı nişan üzüyü 750 əyarlı 5 qram 1200 manat, 1 ədəd tək qaşlı üzük 583 əyarlı 3 qram 500 manat, 1 ədəd 5 qaşlı üzük 583 əyarlı 6 qram 650 manat, 1 ədəd halqa sırğa 583 əyarlı 5 qram 650 manat, 1 ədəd kolye qolbaq (qarnitur) 583 əyarlı 20 qram 2500 manat, 1 ədəd sırğa üzük dəsti 583 əyarlı 10 qram 1000 manat, cəmi 6500 manat. Birgə yaşadıqları dövrdə cavabdehin valideyni Əliağa Fərzəliyevin adına Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 33 mənzil 166 ünvanında mənzil alınmışdır. Valideynlərinin hesabına mənzil təmir edilmiş və həmin mənzildə yaşadıqları dövrdə kommunal xərclər tərəfindən ödənilmişdir. Qeyd edilən mənzilə cehiz əmlakının hamısı gətirilməmişdir. Belə ki, əmlakın bir hissəsi cavabdehin yaşadığı Vidadi küçəsi ev 80 ünvanında qalmışdır. Yataq dəsti Femida 1 dəst 2750 manat, qonaq otağı üçün dəst Femida 1 ədəd 2400 manat, 6 ədəd stul 750 manat, 1 ədəd güldan künc 110 manat, 1 ədəd divan 1800 manat, 1 ədəd kamod tək qapılı, 1 ədəd kamod iki qapılı, 1 ədəd televizor 650 manat, 1 ədəd televizor altlığı 1 ədəd, 1 ədəd kondisioner media 800 manat, 1 ədəd mətbəx mebeli 1 ədəd 700 manat, 1 ədəd çilçıraq 150 manat, 1 ədəd soyuducu Biryusa 575 manat, 1 ədəd paltaryuyan 850 manat, 1 ədəd peç (duxovka) 120 manat, 4 ədəd stul, 1 ədəd tozsovuran 140 manat, 1 ədəd ətçəkən, 1 ədəd qaz peçi 155 manat, 1 ədəd moyka 30 manat, 3 ədəd böyük xalça, 2 ədəd balca xalça, 1 ədəd kilim, 1 ədəd sərinləşdirici, 1 dəst dəsmal, örtük, yataq dəstləri, 1 ədəd uşaq beşiyi, 1 ədəd ütü 160 manat,1 ədəd ütü altlığı 75 manat, 1 dəst bakal dəsti 6-lıq, 1 ədəd qrafin, 3 ədəd masa örtüyü 3 ədəd, 1 ədəd şirniyyat qabı 4+1, 1 ədəd kamod qab dəsti, 2 dəst zal+yataq pərdəsi, 1 dəst qaşıq-çəngəl dəsti 12-lik, 1 dəst bıçaq dəsti, 4 ədəd podnis, 1 ədəd çörək qabı, 4 ədəd qəndqabı, 12 ədəd mürəbbə qabı, 12 ədəd duz qabı, 2 ədəd balıq üçün qab, 2 dəst, xırda qaşıq çəngəl, 1 ədəd plastik qab orta ölçülü, 1 ədəd çərəz qabı, 1 ədəd meyvəqabı, 3 dəst yemək, çay, qəhvə dəstləri, 12 ədəd qablar, 1 ədəd qab dekor, 3 ədəd taxt ədyalı, 1 ədəd örtük sadə naxışlı, 4 ədəd yastıq silikon 50x70, 1 ədəd taxt dəsti (örtük, yastıq), 15 ədəd dəsmallar, 2 ədəd yorğan, döşək taxt üçün, 1 ədəd paltar qabı, 2 ədəd plastik qab (mətbəx üçün), mətbəx ləvazimatları olan əşyaların özləri, olmadıqda onların pul ilə dəyərinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək tələbini onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 33 mənzil 166 ünvanında mövcud olan cehiz əşyalarının iddiaçıya verilməsinə etiraz etmir. Həmçinin İddiaçı yaşadıqları evdən 1800 manat məbləğdə pul vəsaitini və bundan başqa, iddiaçının ona hədiyyə etdiyi 4,5 qram olan, qiyməti 500 manat 1 ədəd kişi üzüyünü də götürmüşdür. İddiaçı 1800 manat məbləğdə pul vəsaitini və ondan başqa, iddiaçının ona hədiyyə etdiyi 4,5 qram olan, qiyməti 500 manat 1 ədəd kişi üzüyünün, cəmi 2300 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 43 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona nişan vaxtı, həmçinin toy ərəfəsində hədiyyə edilmiş qızıl-zinət əşyaları birgə yaşadıqları müddətdə qayınanasının istifadəsində qalmışdır. Bu səbəbdən də, dəfələrlə qızıl-zinət əşyalarını tələb etsə də, ona məxsus əmlak qaytarılmamışdır. Ailə qurduqdan sonra ona hədiyyə edilmiş həmin əşyalar cavabdehin anası tərəfindən razılığı olmadan saxlanması üçün alınmışdır. Sonradan ayrı yaşamaq üçün cavabdehin atası Ədilağa Fərzəliyevin adına əldə edilmiş iki otaqlı təmirsiz yaşayış evində yaşamışlar. Ona hədiyyə edilmiş qızılzinət əşyaları: 1 ədəd brilyant qaşlı nişan üzüyü 750 oyarlı 5 qram 1200 manat, 1 ədəd tək qaşlı üzük 583 əyarlı 3 qram 500 manat, 1 ədəd 5 qaşlı üzük 583 əyarlı 6 qram 650 manat, 1 ədəd halqa sırğa 583 əyarlı 5 qram 650 manat, 1 edəd kolye qolbaq (qarnitur) 583 əyarlı 20 qram 2500 manat, 1 ədəd sırğa üzük dəsti 583 əyarlı 10 qram 1000 manat, cəmi 6500 manat. Birgə yaşadıqları dövrdə cavabdehin valideyni Əliağa Fərzəliyevin adına ünvan 1 ünvanında mənzil alınmışdır. Valideynlərinin hesabına mənzil təmir edilmişdir. Həmin mənzildə yaşadıqları dövrdə kommunal xərclər tərəfindən ödənilmişdir. Qeyd edilən mənzilə cehiz əmlakının hamısı gətirilməmişdir. Belə ki, əmlakın bir hissəsi cavabdehin yaşadığı ünvan 2 ünvanında qalmışdır. Yataq dəsti Femida 1 dəst 2750 manat, qonaq otağı üçün dəst Femida 1 ədəd 2400 manat, 6 ədəd stul 750 manat, 1 ədəd güldan künc 110 manat, 1 ədəd divan 1800 manat, 1 ədəd kamod tək qapılı, 1 ədəd kamod’ iki qapılı, 1 ədəd televizor 650 manat, 1 ədəd televizor altlığı 1 ədəd, 1 ədəd kondisioner media 800 manat 1 edəd mətbəx mebeli 1 ədəd 700 manat, 1 ədəd çilçıraq 150 manat, 1 ədəd soyuducu Biryusa 575 manat, 1 ədəd paltaryuyan 850 manat, 1 ədəd peç (duxovka) 120 manat, 4 ədəd stul, 1 ədəd tozsovuran 140 manat, 1 ədəd ətçəkən, 1 ədəd qaz peçi 155 manat, 1 ədəd moyka 30 manat, 3 ədəd böyük xalça, 2 ədəd balca xalça, 1 ədəd kilim, 1 ədəd sərinləşdirici, 1 dəst dəsmal, örtük, yataq dəstləri, 1 ədəd uşaq beşiyi, 1 ədəd ütü 160 manat, 1 ədəd ütü altlığı 75 manat, 1 dəst bakal dəsti 6-lıq, 1 ədəd qrafin, 3 ədəd masa örtüyü 3 ədəd, 1 ədəd şirniyyat qabı 4+1, 1 ədəd kamod qab dəsti, 2 dəst zal+yataq pərdəsi, 1 dəst qaşıq-çəngəl dəsti 12-lik, 1 dəst bıçaq dəsti, 4 ədəd Podnis, 1 ədəd çörək qabı, 4 ədəd qəndqabı, 12 ədəd mürəbbə qabı, 12 ədəd duz qabı, 2 ədəd balıq üçün qab, 2 dəst, xırda qaşıq çəngəl, 1 ədəd plastik qab orta ölçülü, 1 ədəd çərəz qabı, 1 ədəd meyvəqabı, 3 dəst yemək, çay, qəhvə dəstləri, 12 ədəd qablar, 1 ədəd qab dekor, 3 ədəd taxt ədyalı, 1 ədəd örtük sadə naxışlı, 4 edəd yastıq silikon 50x70, 1 ədəd taxt dəsti (örtük, yastıq), 15 ədəd dəsmallar, 2 ədəd yorğan, döşək taxt üçün, 1 ədəd paltar qabı, 2 ədəd plastik qab (mətbəx üçün), mətbəx ləvazimatları olan əşyaların özləri, olmadıqda onların pul ilə dəyərinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, nişan ərəfəsində Cavabdeh hədiyyə edilmiş qızıl üzük sonuncunun istifadəsində olmuşdur. Bundan əlavə ona nişan vaxtı, həmçinin toy ərəfəsində hədiyyə edilmiş qızıl-zinət əşyaları birgə yaşadıqları müddətdə cavabdeh tərəfindən alınaraq qayınanasının istifadəsində qalmışdır. Bu səbəbdən də, dəfələrlə qızıl əşyalarını tələb etsə də, ona məxsus əmlak geri qaytarılmamışdır. Ailə qurduqdan sonra ona hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdehin anası tərəfindən onun razılığı olmadan saxlanması üçün alınmışdır. Birgə yaşadıqları dövrdə, yəni 2019-cu ildə cavabdehin valideyni Əliağa Fərzəliyevin adına ünvan 1 ünvanında mənzil alınmışdır. Valideynlərinin hesabına mənzil təmir edilmişdir. Həmin mənzildə yaşadıqları dövrdə kommunal xərclər tərəfindən ödənilmişdir. Qeyd edilən mənzilə cehiz əmlakının hamısı gətirilməmişdir. Yaşadıqları dövrdə cavabdeh ümumiyyətlə evdə pul saxlamayıb. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə mülki işə baxılarkən Cavabdeh müvəqqəti aliment ödənilməsi barədə məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadını çətinliklə icra edirdi. Bu müddət ərzində də, Cavabdeh alimentin ödənilməsində gecikdirmələr etməklə uşağın saxlanması üçün məbləği vaxtında və tam şəkildə ödəmirdi. Həmin vaxtı cavabdeh icra məmuruna evdə 600 manat məbləğdə pulun olmasını və onun tərəfindən götürülməsini bildirmişdir. Həmin vaxt qeyd edilən 600 manat məbləği yalan söyləmişdir. Məhkəmə qətnaməsində iddianı qismən təmin etsə də, onu tam şəkildə əsaslandırmamış, habelə cavabdehin istifadəsində qalmış, iddia tələbi üzrə ərizədə qeyd edilmiş siyahı üzrə 2, 6, 7, 12, 33, 36, 45, 49, 50, 51, 54, 56 və 57-ci bəndlərdəki cehiz əmlakının özlərinin və ya özləri olmadıqda dəyərinin alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbini təmin etməmişdir. İddiaçı həmçinin izahatında bildirmişdir ki, qızıl-zinət əşyalarını toydan sonra cavabdeh ondan almış, bir daha taxmağa belə icazə verməmişdir. Cehiz əşyalarının bir hissəsi hazırda cavabdehin valideynlərinin istifadəsindədir. Cavabdehin qarşılıqlı iddiasını qəbul etmir, keçmiş ərinə qızıl üzük alınmasına baxmayaraq, həmin üzük də cavabdehdə qalmışdır. Bundan əlavə, cavabdehin heç vaxt 1800 manat məbləğində pulu olmamışdır, hətta evin su pulunu belə ödəmədiklərinə görə borc yaranmışdır. İcra məmuru cavabdehlə onlar boşanandan sonra ona zəng edib, evdə 600 manat məbləğdə pul vəsaitinin olmasını və uşağın aliment borcuna görə gedib oradan götürməsini bildirmiş, atası ilə həmin evə getsə də, evdə heç bir məbləğdə pul aşkar etməmişdir. Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 33 mənzil 166 ünvanına məxsus açar onda olmasına baxmayaraq, bir-iki dəfə həmin ünvana gedib uşağa lazımı paltarları götürmüşdür. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(032)- 1418/2022 saylı qətnamənin ləğv edilməsi və onun ilkin iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh və onun vəkili Vəkil1 oğlu izahatlarında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən, Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(032)-1418/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh izahatına əlavə olaraq diqqətə çatdırmışdır ki, hazırda ünvan 2 ünvanında İddiaçı məxsus qızıl-zinət yaxud cehiz əşyaları yoxdur. Belə ki, qızıl-zinət əşyaları əvvəldən İddiaçı özündə olmuşdur. Belə ki, iş materillarından görünür ki, İddiaçı həmin qızıl-zinət əşyalarının anası tərəfindən alınaraq özündə saxlanılması göstərilmişdir. Ancaq cavadeh olaraq qızıl-zinət əşyalarının onda olmasına dair hər hansı sübut mövcud olmamış və məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, onun bütün cehiz əmlakı gəlin köçdüyü ünvan 2 ünvanına deyil, öz atasının evinə aparılmışdır. Cehiz əmlakının qalan hissəsi də Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 33 mənzil 166 ünvanında olmuşdur ki, həmin mənzilin açarı da onun özündə olmuş və həmin əmlakları da götürməsinə etirazı yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(032)- 1418/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)- 309/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən olunması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2018ci il təvəllüdlü Fərzəliyeva Aylin Rövşən qızının İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş Fərzəliyeva Aylin Rövşən qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli aktında göstərilmişdir ki, ünvan 3 ünvanda tələbkar İddiaçı məxsus adları çəkilən cehiz əmlaklarının həmin ünvanda yerində olması müəyyən edildi: Yataq dəsti Femida 1 dəst, 6 ədəd stul, 1 ədəd güldan künc, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd televizor altlığı 1 ədəd, 1 ədəd kondisioner media, 1 ədəd mətbəx mebeli, 1 ədəd soyuducu Biryusa, 1 ədəd paltaryuyan, 1 ədəd peç (duxovka), 4 ədəd stul, 1 ədəd tozsovuran, 1 ədəd ətçəkən, 1 ədəd qaz peçi, 1 ədəd moyka, 3 ədəd böyük xalça, 2 ədəd balaca xalça, 1 ədəd kilim, 1 ədəd sərinləşdirici, 1 dəst dəsmal, örtük, yataq dəstləri, 1 ədəd uşaq beşiyi, 1 ədəd ütü,1 ədəd ütü altlığı, 1 dəst bakal dəsti 6-lıq, 1 ədəd qrafin, 3 ədəd masa örtüyü, 1 ədəd şirniyyat qabı 4+1, 2 dəst yataq pərdəsi, 1 dəst qaşıq-çəngəl dəsti 12-lik, 4 ədəd məcməi, 1 ədəd çörək qabı, 4 ədəd qəndqabı, 12 ədəd mürəbbə qabı, 12 ədəd duz qabı, 2 ədəd balıq üçün qab, 2 dəst, xırda qaşıq çəngəl, 1 ədəd plastik qab orta ölçülü, 1 ədəd meyvəqabı, 3 dəst yemək, çay, qəhvə dəstləri, 12 ədəd qablar, 4 ədəd yastıq silikon 50x70, 1 ədəd taxt dəsti (örtük, yastıq), 2 ədəd plastik qab (mətbəx üçün), mətbəx ləvazimatları. Birinci instansiya məhkəməsində dindirilmiş şahid Rzayeva Arifə Asif qızı və Xəlilov Asif Səməd oğlu eyni məzmunlu ifadə verərək, İddiaçı Cavabdeh ilə 2017-ci ildə nikaha daxil olduqlarını, nikahlarından xx.xx.2018-ci il tarixdə Fərzəliyeva Aylin Rövşən qızı adlı uşaqları anadan olduğunu, cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan boşandıqlarını, Cəmilənin ona toy hədiyyəsi olaraq alınmış qızılları yalnız toyda taxdığını, ondan sonra isə qızılların cavabdeh tərəfindən alındığını bildirmişlər. Digər şahid Qəniyeva İlahə Asif qızı ifadə verərkən Cəmiləyə toy hədiyyəsi olaraq alınmış qızılları toydan sonra bir dəfə onun ad günü məclisində taxdığını görmüşdür. Birinci instansiya məhkəməsi İddiaçı gəlin köçərkən valideynləri tərəfindən hədiyyə kimi ona alınmış cehiz əşyalarını cavabdehlərdən tələb etməsi hissəsinə münasibətdə cavabdehin icra məmurlarının iştirakı ilə tərtib olunmuş aktda göstərilən bütün əşyaların hazırda ünvan 4 ünvanın açarının iddiaçının özündə olması səbəbindən istədiyi zaman gedib götürə bilməsini bildirdiyindən və iddianın bu hissədə mübahisəsiz etirafını qəbul edərək iddiaçının işə əlavə edilmiş olan xx.xx.2022-ci il tarixli aktda sadalanan cehiz əşyalarının cavabdehdən tələb etməsi hissəsində iddianı sübuta yetmiş hesab edərək həmin hissədə təmin olunmasını mümkün saymışdır. Aktda göstərilməyən digər cehiz əşyalarına dair məhkəmə qeyd etmişdir ki, həmin əşyaların mövcudluğu ilə əlaqədar iddiaçı tərəf hər hansı bir sübutu (fotoşəkil, əşyanın alınmasını təsdiq edən qəbz və sair) məhkəməyə təqdim etməmiş, ifadə verən şahidlər isə iddiaçının yaxın qohumları olmaqla bərabər, həmçinin cehiz əşyalarının dairəsini də konkret olaraq göstərə bilməmişlər. Məhkəmə ilkin tələbin qızıl-zinət əşyaları hissəsinə gəldikdə də, iddiaçının tələbinin mötəbər dəlillərlə təsdiq olunmaması səbəbindən əsaslı hesab etmir. Məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə gəldikdə, ifadələr arasındakı ziddiyyət və artıq qeyd olunduğu kimi şahidlərin iddiaçı ilə yaxın qohum münasibətini də nəzərə alaraq onları həqiqətəuyğun hesab etməmişdir. Bundan əlavə, tərəflərin ailə münasibətlərinə son qoyulan vaxta qədər birlikdə yaşadıqları Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 33 mənzil 166 ünvanına məxsus açarın iddiaçının özündə olması və həmin mənzilə münasibətlər bitdikdən sonra da bir neçə dəfə getməsi halı iddiaçı tərəfindən də təsdiq olundu. Belə olan vəziyyətdə qızıl-zinət əşyalarının onun əlindən həqiqətən də alınmasını sübuta yetirə bilməyən iddiaçının öz evinə rahat giriş-çıxışının da olduğu təqdirdə, əşyalarının başqa şəxslərin sahibliyində olması real görünə bilməz. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə məhkəmə Cavabdeh irəli sürmüş olduğu iddiasının təmin olunmasına zəmin yaradacaq hər hansı bir sübut və dəlili məhkəməyə təqdim etməməsi səbəbindən, onun tələbinin yalnız özünün ehtimal və mülahizələrinə söykənməsi, heç bir əsasının olmaması və bu səbəbdən də, təmin edilməməsi qənaətinə gəlmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası diqqətə çatdırır ki, İddiaçı nişan vaxtı, həmçinin toy ərəfəsində hədiyyə edilmiş qızıl-zinət əşyalarının alınaraq cavabdehin anası tərəfindən saxlanılması barədə apellyasiya şikayətinin dəlilinə dair qeyd edilməlidir ki, İddiaçı bütün iş materillarında verdiyi izahatlarında həmin qızıl-zinət əşyalarının Cavabdeh anası tərəfindən alınaraq özündə saxlanılması göstərilmişdir. Ancaq İddiaçı ona məxsus qızılzinət əşyalarının Cavabdeh verilməsi yaxud onda olmasına dair hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş İddiaçı yaxın qohumları olan şahidlər İddiaçı ona toy hədiyyəsi olaraq alınmış qızıllarının toyda və toydan sonra bir dəfə onun ad günü məclisində taxdığını gördüklərini bildirsələr də, həmin qızıl-zinət əşyalarının Cavabdeh olması, sonuncu tərəfindən alınaraq saxlanılması və digər hallar barədə məhkəməyə lazımi məlumat verə bilməmişlər. Qeyd edilməlidir ki, MPM-in qüvvədə olan imperativ normalarının tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Həmçinin, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. Mülki məhkəmə icraatı zamanı sübutetmə vasitələrindən olan şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud bunun əksinə qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Habelə, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Belə ki, hər bir sübut kimi şahid ifadəsi də iki cəhətdən yoxlanılmalıdır: şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Kollegiya, habelə cehiz əşyalarının bir hissəsinin İddiaçı gəlin köçdüyü ünvan 2 ünvanında qalmasına dair apellyasiya şikayətinin dəlili üzrə qeyd edir ki, məhkəmədə şahid qismində dindirilmiş İddiaçı yaxın qohumları həmin əmlakların qeyd edilən ünvan 2da qalması barədə heç bir ifadə verməmişlər. Ümumiyyətlə, iş üzrə mübahisə predmeti olan cehiz əşyalarının ünvan 2 ünvanında olması göstərilsə də, işdə olan Şirvan şəhər İcra və Probasiya şöbəsinin 05 oktyabr 2022-ci il tarixli aktından görünür ki, tələb edilən əşyaların müəyyən hissəsi məhz Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 33 mənzil 166 ünvanında aşkar edilmişdir. Bununla yanaşı, diqqətə çatdırılmalıdır ki, İddiaçı Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 33 mənzil 166 ünvanında aşkar edilən əşyaların ona məxsus olmasını etiraf etmiş və aktda göstərilən ona məxsus adları çəkilən cehiz əmlaklarının həmin ünvana sonradan daşınmasını (qoyulmasını) da heç vaxt iddia etməmişdir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına əsasən sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Habelə, diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iş üzrə ilkin iddianın təmin edilməyən hissəsi üzrə məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Habelə, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Həmçinin, MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(032)-1418/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(032)-1418/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar