Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-4/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X15 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, X25 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli 2(055)-787/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş zərərin əvəzində Cavabdeh 2432 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli 2(055)-787/2020 saylı qətnaməsi ilə (hakim İxtiyar Abuşov) iddia təmin edilərək vurulmuş maddi ziyana görə cavabdehdən 2432 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2462 manat məbləğində pulun alınaraq iddiaçıya oğluna verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. “AZEMİS”dən əldə edilmiş çıxarışa əsasən Cavabdeh 30 aprel 2021-ci il tarixdə vəfat etmiş, X8, X9, X13, X10, X6, X1 Səyyar Hüseynəli oğlunun hüquqi varisi qismində işə cəlb edilmişlər. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 0,90 və 0,50 ha torpaq sahələrini 01 oktyabr 2012-ci il tarixdə Saatlı rayonunun Qaracalar kəndində yaşayan mülkiyyətçi X3 almışdır. Həmin alğı-satqı müqavilələrinə əsasən torpağa mülkiyyət hüququ əldə etmişdir. Müvafiq olaraq 0,50 ha torpaq sahəsi üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* və 0,90 ha torpaq sahəsi üçün seriya RX ******* nömrəli çıxarışlar verilmişdir. Mülkiyyət hüququnu əldə etdikdən sonra həmin torpaq sahələrini özü əkib becərmişdir. Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(055)-1064/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh və digər ailə üzvlərinin xüsusi mülkiyyətində olan Saatlı rayonu Qaracalar kəndində yerləşən reyestrdə qeydiyyat nömrəsi ********** və ********** olan ümumilikdə 1,71 ha torpaq sahələrindən onun qanunsuz istifadəsi dayandırılması və onun həmin torpaq sahələrindən çıxarılması qərara alınmışdır. O, Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmamış və apellyasiya şikayəti vermiş, Saatlı Rayon Məhkəməsi qətnaməsini qüvvəsində saxlamış, bu səbəbdən də kassasiya şikayəti vermişdir. Yəni mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olması barədə yekun məhkəmə qərarı hələ qanuni qüvvəyə minməmiş və torpaq sahələri hələ də onun istifadəsindədir. Buna baxmayaraq, cavabdeh qeyd olunan torpaq sahəsində və ona bitişik sahədə, ümumilikdə 2 ha torpaq sahəsində yetişdirdiyi buğdanı biçdirib aparmış və ona ziyan vurmuşdur. Bununla bağlı X27 X7 sektorunun mütəxəssisi onun Saatlı RPŞ-yə müraciəti əsasında torpaq sahəsinə baxış keçirmiş, bu zaman onun sahəsindən 6400 kq buğda aparılaraq 2432 manat zərərin vurulması müəyyən edilmiş və bu barədə 02 iyul 2020-ci ildə mütəxəssis rəyi tərtib edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli 16 saylı qərarı və JN-0074 KOD 90805018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan və Saatlı rayon Qaracalar kəndi ərazisində yerləşən 5,37 hektar torpaq sahəsi verilmişdir. JN-0074 KOD 90805018 saylı dövlət aktı ilə ailənin mülkiyyətinə verilmiş 5,37 hektar torpaq sahəsinin 0,81 hektar hissəsinə və 0,90 hektar hissəsinə ümumilikdə isə 1,71 hektar hissəsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da verilmişdir. Mülkiyyətində olan 1,71 hektar torpaq sahəsindən istifadəyə əvvəllər İddiaçı maneəçilik törətmişdir. O və ailə üzvləri məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(102)-2933/2019 saylı qərarı ilə İddiaçı tərəfindən törədilən maneələrə son qoyulmuşdur. Bundan sonra mübahisəli 1,71 hektar torpaq sahəsi üzərində tam hüquq əldə etmiş və torpağını əkib-becərməyə başlamışdır. 1,71 hektar torpaq sahəsinə keçən il buğda bitkisi əkmişdir. Qeyd edir ki, o buğdanı əkəndə iddiaçı heç bir etiraz etməmişdir. Əkdiyi buğdanı biçib evinə aparmışdır. Lakin naməlum səbəblərdən İddiaçı ondan aidiyyəti dövlət qurumlarına şikayətlər edərək əziyyətlə əkibbecərdiyi buğdanın pulunu ondan tələb edir. Bundan əlavə, iddiaçı şikayət ərizəsi ilə Saatlı rayonu Polis şöbəsinə müraciət etmişdir. Onu sözügedən idarəyə dəvət etdilər. Yuxarıda qeyd etdiyi eyni məzmunlu izahatı orada da vermişdir. Belə ki, Saatlı rayon Dövlət Aqrar X7 sektorunun mütəxəssisi ona heç bir məlumat vermədən sözügedən torpaq sahəsinə baxış keçirmiş və rəy vermişdir. Sözügedən rəydən məlumatı olmamışdır. Onun mülkiyyətində olan torpaq sahəsinə mütəxəssisin gəldiyindən də xəbəri olmayıb. DAİM-in Bitkiçilik sektorunun mütəxəssisi Baxşəliyev Məcid Vəkil oğlu gizlin olaraq saxta rəy vermişdir. Saatlı rayonu Qaracalar kənd İcra Nümayəndəsinin, həmin kəndin Bələdiyyəsinin və digər şəxslərin iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, kombayın vasitəsi ilə taxılı biçib aparmışdır. Bu aktın nə üçün tərtib olunması ona aydın deyildir. Öz məhsulunu niyə başqa şəxsə verməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli 2(055)- 787/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonunun Qaracalar kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(055)-1064/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh və digər ailə üzvlərinin xüsusi mülkiyyətində olan Saatlı rayonunun Qaracalar kəndində yerləşən reyestrdə qeydiyyat nömrəsi ********** və ********** olan ümumilikdə 1,71 ha torpaq sahələrindən cavabdeh İddiaçı qanunsuz istifadəsi dayandırılması və onun həmin torpaq sahələrindən çıxarılması qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2020-ci il tarixli 2(106)-676/2020 saylı qətnaməsinin surətindən görünür ki, Saatlı rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(055)-1064/2019 saylı qətnaməsi cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 02 iyul 2020-ci ildə tərtib edilmiş aktdan görünür ki, Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 2 ha taxıl (buğda) sahəsinə baxış keçirilmişdir. Baxış zamanı buğda sahəsini taxıl biçən kombaynla biçildiyi və məhsulun aparıldığı müşahidə olunmuşdur. Tərtib edilmiş aktın doğruluğu X27 X7 sektorunun aparıcı məsləhətçiləri Baxşəliyev Məcid Vəkil oğlunun və X4, Saatlı rayon İcra Hakimiyyəti başçısının Qaracalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Əhmədovun, Saatlı rayon Qaracalar Bələdiyyəsinin sədri Qaməddin İbrahimovun və Saatlı rayon Qaracalar kənd sakini İddiaçı imzaları ilə təsdiq edilmişdir. İşdə olan 02 iyul 2020-ci il tarixli X27 X7 sektorunun aparıcı məsləhətçisi Baxşəliyev Məcid Vəkil oğlunun rəyindən görünür ki, Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 2 ha taxıl (buğda) sahəsinə baxış keçirilmişdir. Baxış zamanı buğda sahəsini taxıl biçən kombaynla biçildiyi və məhsulun aparıldığı müşahidə olunmuşdur. 6400 kq buğdanın biçilib aparılması nəticəsində vurulan ziyanın məbləği 2432 manat hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən və Torpaq sahəsinin planı və ölçüsündən DƏDRXin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli olan çıxarışdan görünür ki, X2 və ailəsinin ümumi mülkiyyətinə mülkiyyətinə 0.90 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən və Torpaq sahəsinin planı və ölçüsündən və DƏDRX-in Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli olan çıxarışlardan görünür ki, X2 və ailəsinin ümumi mülkiyyətinə mülkiyyətinə 0.8134 ha torpaq sahəsi verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli 2(106)-258/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırlması və oradan çıxarılması tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarılması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(120)-9/2023 saylı yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 4/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(106)-4/2024 saylı mülki iş üzrə icraat təzələnmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Buna görə də, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə işin faktiki hallarını iş üzrə mötəbər sübutlarla əlaqəli şəkildə hərtərəfli qiymətləndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi MM-in 157.2-ci maddəsinə istinad edərkən həmin maddə üzrə bütün dispozisiya şərtlərini yoxlamamışdır. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Ancaq hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Nəzərə alınmalıdır ki, MM-in 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. MM-in 238.1-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. İşin müəyyən edilmiş hallarına əsasən Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2019cu il tarixli 2(055)-1064/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh və digər ailə üzvlərinin xüsusi mülkiyyətində olan Saatlı rayonunun Qaracalar kəndində yerləşən reyestrdə qeydiyyat nömrəsi ********** və ********** olan ümumilikdə 1,71 ha torpaq sahələrindən onun qanunsuz istifadəsi dayandırılması və onun həmin torpaq sahələrindən çıxarılması qərara alınmış, həmin qətnamə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2020-ci il tarixli 2(106)-676/2020 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İşdən də göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən və Torpaq sahəsinin planı və ölçüsündən DƏDRX-in Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli olan çıxarışa əsasən X2 və ailəsinin ümumi mülkiyyətinə mülkiyyətinə 0.90 ha, Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli olan çıxarışa əsasən isə 0.8134 ha torpaq sahəsi verilmişdir. İş materiallarına görə X5 yekun məhkəmə qərarı qəbul edildikdən sonra mübahisəli 1,71 hektar torpaq sahəsi üzərində tam mülkiyyət hüququ əldə edərək həmin torpaq sahəsində buğda bitkisi əkmişdir. Həmçinin o buğdanı əkəndə İddiaçı heç bir etiraz etməmiş və əkdiyi buğdanı biçib evinə aparmışdır. Bundan əlavə, İddiaçı Saatlı rayon polis şöbəsində verdiyi 25 iyun 2020-ci il tarixli izahatında da həmin torpaq sahəsində buğda bitkisinin Hüseynov Ülvi tərəfindən əkildiyini və biçildiyini göstərmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli 2(055)-787/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 13 avqust 2020-cü il tarixli 2(055)-787/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-4/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-4/2024
11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver