Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-406/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Kərimov Fərhad Azad oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı təmir xərclərinə görə pul tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 2(017)-424/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 2(017)-424/2020 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı təmir xərclərinə görə pul tələbinə dair iddiası; cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının, həmçinin qarşılıqlı iddiaçının iddiasının təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, tərəflərin (iddiaçının və qarşılıqlı iddiaçının) göstərdiyi hallar müvafiq olaraq bir-birləri tərəfindən etiraf edilməyərək inkar edilmiş və digər sübutlarla təsdiqini tapmamışdır. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvandakı, 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kv.m olan 3 otaqlı 57 nömrəli mənzildə təmir xərclərinə görə pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq 45982 manat məbləğdə pul vəsaiti ödəyib mənzil almışdır. Evin alınmasına görə maklerə 5000 manat məbləğdə pul vəsaiti ödəmişdir. Mənzilin pulunu tam ödədiyinə görə ona maliyyə arayışı yazılıb verilmiş, tarixi 2008-ci il göstərilmişdir. Soruşduqda niyə pulu ödədiyi tarixi yox, 5 il qabaq tarixi maliyyə arayışına yazılıb. Bildirdilər ki, belə lazımdır. Aldığı mənzil təmirsiz olmuş, 8 ay müddətinə tam təmir etdirmiş, evin təmirə ümumilikdə 81000 manat məbləğin də pul vəsaiti xərcləmişdir. Sonradan hazırki iş üzrə cavabdeh olan Cavabdeh evin ona məxsus olmasını bildirərək onun evdən çıxarılması barədə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi əsasında ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kv.m olan 3 otaqlı 57 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Cavabdeh təhvil verilməsi qərara alınmışdır. Onun verdiyi apellyasiya və kassasiya şikayətləri əsasında işə baxılmış qətnamə qüvvəsində saxlanılmışdır. Əgər ev cavabdehə qalırsa, onun evin təmirinə çəkdiyi 81000 manat məbləğdə pul vəsaiti ona qaytarılmalıdır. Bundan başqa, iddiaçı Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyana görə 31000 manat, əldən çıxmış faydaya görə 28000 manat və vurulmuş mənəvi zərərə görə 10000 manatın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, 30 may 2006cı il tarixdə "xxxx" MMC ilə bağladığı müqaviləyə əsasən ünvan 1 ünvandakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kv.m olan 3 otaqlı 57 nömrəli mənzili 30850 ABŞ dolları məbləğində pula almışdır. Mənzili 2009-2012ci illərdə bacanağı Əlihəsənin vasitəsi ilə orta təmir etdirmişdir. Evin təmirinə ümumilikdə 31000 manat məbləğdə pul vəsaiti xərcləmiş və təmiri qurtarıb mənzili kirayə verməyi planlaşdırmışdır. 2014-cü ildə bacanağı uşağını Türkiyəyə apardığına görə mənzil nəzarətsiz qalmış və cavabdeh mənzilin qapısını zorla açaraq mənzilə daxil olmuşdur. Sonradan məhkəmə qaydasında Həmidi və ailəsini mənzildən çıxarmışlar. Ötən altı il ərzində iddiaçı mənzilə olan bütün hüquqlarından məhrum olmuşdur. Etdiyi təmirin dağılması nəticəsində iddiaçıya 31000 manat məbləğdə maddi zərər dəymişdir. Mənzil özündə olsaydı, ayda mənzildən 400 manat məbləğində kirayə haqqı kimi gəlir götürə bilərdi. Ona görə də, əldən çıxmış faydaya görə 28800 manat məbləğdə pul vəsaiti itirmişdir. Onun keçirdiyi stress və əsəb nəticəsində ona 10000 manat məbləğində mənəvi zərər dəymişdir. O, 110 manat məbləğdə vəkil haqqı ödəmişdir. Ona görə də, İddiaçı Cavabdeh qarşı iddiasının rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, 2006-cı ildə satılmış mənzil 2013-cü ildə yenidən ona satılır və bu mənzil tam təmirsiz olur, o, həmin mənzili təmir edib içində yaşayır və tam 6 ildən sonra hazırki cavabdeh ortaya çıxaraq mənzilin ona məxsus olduğunu deyir. Hazırki iddia üzrə cavabdeh də yalnız onun iddiasından sonra qarşılıqlı iddia verərək, özünü öhdəliyin icrasından yayındırmaq istəmişdir. Halbuki, şəxsin elə bir iddiası olsa idi, indiyə kimi verərdi. Birinci instansiya məhkəməsi onun mənzilə baxış keçirilməsi və ekspertiza təyin edilməsi ilə bağlı xahişlərini heç bir əsaslandırma olmadan təmin etməmiş, çəkişmə prinsipinin, işin hərtərəfli araşdırılması barədə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2(106)-151/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, 2(017)-424/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə göstərilmişdir ki, ilkin iddia üzrə iddiaçı öz tələbini əsaslandıran halları sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara qiymət verərək, onları iddianı təmin etmək üçün yetərli hesab etməmiş və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. İlkin iddia üzrə İddiaçı (vəkil Sultanov Əli Adil oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçıya dəymiş ziyan, təmir xərclərinin ödənilməsi, mənzildə tərəfindən hansı işlərin görülməsinə dair araşdırma aparılmamış, hər hansı ekspertiza keçirilməmişdir. Bütün məhkəmə iclaslarında və digər məhkəmələrdə sübuta yetirilmişdir ki, mənzil İddiaçı tərəfindən vəsait ödənilməklə alınmış, təmir edilmiş və uzun müddət, yəni 7 il orada yaşamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə ilk İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-151/2022 nömrəli 14 iyun 2022-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunmaması hissəsində ləğv olunaraq, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəmənin adıçəkilən qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi ilk iddianı rədd edərkən gəldiyi nəticəni iki halla əsaslandırmışdır. 1-ci hal kimi məhkəmə ona istinad etmişdir ki, ilk iddiaçı əmlaka vicdanlı sahiblik edən şəxs olmadığı üçün Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən əmlakın yaxşılaşdırılmasına çəkilən məsrəfləri tələb edə bilməz. 2-ci hal isə, ilk iddiaçı əmlaka vəsait xərcləməsini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hər iki halla bağlı gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, ilk iddiaçının mübahisəli əmlaka vicdanlı sahiblik etməməsi işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları ilə təkzib olunur. İstinad olunan və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı MTK ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən mənzili əldə etmişdir. Onun mənzilə dair bağlamış olduğu müqaviləsi etirazsız hesab edilməmişdir. Yalnız qanuni qüvvədə olan qətnamə ilə məhkəmələr Mülki Məcəlləsinin 452-ci maddəsini tətbiq edərək daha əvvəl cavabdehlə müqavilənin bağlanması faktına əsaslanaraq cavabdehi mənzilin sahibi hesab etmişdir. Lakin bu fakt özlüyündə ilk iddiaçının çəkilmiş xərci tələb etmək imkanından məhrum etmir. Məhkəmələr müəyyən etmişlər ki, ilk iddiaçı müqavilə bağlanmasından bir müddət sonra məhz mənzildən məcburi qaydada çıxarılanədək yaşamış, bu barədə həm cavabdeh, həm də MTK məlumatlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi ilk iddiaçının izahatında göstərdiklərinin mötəbərliliyini şübhə altına almış olsa da faktiki olaraq apellyasiya şikayətində göstərilən dəlillərin aydınlaşdırılması üçün heç bir prosessual hərəkət etməmişdir. Halbuki, apellyasiya şikayətində mənzilə baxış keçirilməsi, ekspertiza təyin olunmasına dair vəsatətlərin təmin olunmamasına istinad edilir. Mülki Prosessual Məcəllənin 97.1 -ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İlk iddiaçı göstərilən vəsatətlərin verilməsinə istinad etsə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində (apellyasiya şikayətində göstərildiyi halda) müzakirənin aparılması təmin olunmuşdur. Ekspertiza ona görə təyin edilir ki, bu sahədə xüsusi biliyə malik olan məsələlərlə bağlı rəy verilsin. Yəni, ekspert özünün bu sahədə xüsusi biliyindən istifadə etməklə təmir-tikintiyə çəkilən xərcləri hesablamalıdır. Tikintinin layihə smeta sənədlərinin olmaması belə hesablamanın aparılmasına mane olan hal deyil. Mövcud təmirin aparılma vaxtı, təmirin dəyəri ilə bağlı hesablama aparmaq hazırkı ekspertiza fəaliyyətinin sadə bir sahəsi hesab olunur. Hətta belə vəsatətin olmaması halında iddia tələbinin həlli məhz xüsusi bilik tələb iş olunan sualların aydınlaşdırılması ilə bağlı olduğundan apellyasiya instansiyası məhkəməsi belə sualların aydınlaşdırılması məqsədi ilə öz təşəbbüsü ilə ekspertiza təyin etmək səlahiyyəti olmuş, lakin bu səlahiyyətindən istifadə etməmiş və hansı səbəbdən ekspetizanın təyin olunmasının zəruri olmamasını əsaslandırmamışdır. Qeyd edilməlidir ki, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, işə yenidən baxan məhkəmə mübahisəli mənzilin təmir-tikintisinə çəkilən xərclərin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etməli və mənzilə çəkilən xərclərin məbləğinin müəyyən edilməsini təmin etməlidir. Bu xərcin kimin tərəfindən çəkilməsini isə işin müəyyən olunmuş halları baxımndan qiymətləndirilməlidir. Apellyasiya Məhkəməsi ilk iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasını tapmamış onun bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını yoxlamamışdır. Hansıki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ondan başlayır. İddiaçının tələbinin qanuni əsasına əsassız varlanmadan irəli gələn maddi hüquq normaları uyğun gəlir. Lakin işə baxan məhkəmələr işin faktiki hallarının həmin normaların dispozisiya şərtlərinə uyğunluğunu yoxlamamışlar. Belə ki, qeyd olunan maddi hüquq normalarına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, hazırkı işdə ilk iddiaçı iddia edir ki, 8 il ərzində mübahisəli mənzildə aparılan yaxşılaşdırma işləri (təmir tikinti işləri) cavabdehin sahibliyinə keçir. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan kontekstdən iddiaçının əsassız varlanıb- varlanmaması ilə bağlı hallara qiymət verməli, mübahisəyə əsassız varlanmadan irəli gələn maddi hüquq normalarının tətbiqi imkanlarını yoxlamalıdır. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədə ilkin iddia ərizəsinə uyğun olaraq izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Əsgərov Hüseyn Kamil oğlunun, Zeynalov Əfqan Lətif oğlunun və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin iş üzrə ifadəsində bildirmişdir ki, Zeynalov Əfqan Lətif oğlu tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxslər Zeynalov Əfqan Lətif oğlunun və Əsgərov Hüseyn Kamil oğlunun özləri və qohumları vurulmuş ziyanın əvəzi qismində ona Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi “Qanlı Göl”ün cənub hissəsində 17 mərtəbəli yaşayış binasının mansard mərtəbəsində 3 otaqlı mənzilin üstündə yerləşən 112 kv.m olan hissəsini mənzil kimi təqdim etmişlər. Habelə, ona vəd verilmişdir ki, 05 dekabr 2021-ci il tarixə kimi həmin hissəni hazır mənzil kimi təmir edib ona təhvil verəcəklər. Bu barədə 10 iyun 2021-ci il tarixdə "xxxx" MTK-nın sədri Zahidov Qalib Məhəmmədəli oğlu ilə alqı-satqı müqaviləsi bağlamışdır. Hətta, 22 iyun 2021-ci il tarixdə həmin mənzildə Təmir işlərinin aparılmasına dair də müqavilə bağlanılmışdır. Beləcə, onun təmirinə xərclədiyi vəsaiti tələb etdiyi mənzilin əvəzinə tam təmirli şəkildə başqa mənzilin ona təhvil verilməsi və mülkiyyətinə keçirilməsinə dair müqavilə bağlanmışdır. Hazırkı vaxta kimi 10 iyun 2021-ci il tarixli müqaviləyə əməl edilməmişdir. Buna görə də, həmin - 10 iyun 2021-ci il tarixdə "xxxx" MTK ilə aralarında bağlanmış alqısatqı müqaviləsinin icrası üzrə məhkəmədə iddia qaldıracaqdır. Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Kərimov Fərhad Azad oğlu məhkəmədə izahatında bildirmişdir ki, Əsgərov Hüseyn Kamil oğlunun, Əvəzov İntiqam Rüstəm oğlunun, Zeynalov Əfqan Lətif oğlunun və Tağıyev Elman Həsənqulu oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmünə əsasən həmin iş üzrə zərərçəkmiş şəxs İddiaçı ifadəsində bildirmişdir ki, Zeynalov Əfqan Lətif oğlu tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, barışmışlar. Buna görə də, hökmün əsaslandırıcı və nəticə hissələrində digər zərərçəkmiş şəxslərə mülki mühakimə qaydasında mülki iddia vermək hüququ və qaydası izah olunsa da, İddiaçı qeyd edilən hüquq izah edilməmişdir. Həmin cinayətə işi üzrə 07 iyul 2021-ci il tarixli məhkəmə iclasının protokolunda olan zərərçəkmiş şəxs İddiaçı ifadəsindən görünür ki, Zeynalov Əfqan Lətif oğlu tərəfindən ona vurulmuş maddi və mənəzi ziyan tam olaraq ödənilmiş, barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Bundan əlavə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmündən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən aşkar görünür ki, Zeynalov Əfqan Lətif oğlunun və Əsgərov Hüseyn Kamil oğlunun özləri və qohumları ona vurulmuş ziyanın əvəzi qismində pulun əvəzinə İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi “Qanlı Göl”ün cənub hissəsində inşa etdiyi yeni tikili 17 mərtəbəli yaşayış binasının mansard mərtəbəsində 3 otaqlı mənzilin üstündə yerləşən 112 kv.m olan hissəsini mənzil kimi təqdim etmişlər. Habelə, ona həmin hissəni hazır mənzil kimi təmir edib 05 dekabr 2021-ci il tarixə kimi təhvil verilməsini də bildirmişlər. Bununla bağlı 10 iyun 2021-ci il tarixdə "xxxx" MTK-nın sədri Zahidov Qalib Məhəmmədəli oğlu ilə alqı-satqı müqaviləsi bağlamışlar. O, həmin müqavilə əsasında onu ziyanın əvəzi kimi qəbul etmişdir. İddiaçı və "xxxx" MTK-nın sədri Zahidov Qalib Məhəmmədəli oğlu arasında 10 iyun 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə Zeynalov Əfqan Lətif oğlu və Əsgərov Hüseyn Kamil oğlu özləri və qohumları vurulmuş ziyanın əvəzi qismində pulun əvəzinə İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi “Qanlı Göl”ün cənub hissəsində inşa etdiyi 1 girişli 17 mərtəbəli yaşayış binasından mansard mərtəbəsində pilləkandan sağ tərəfdə (3 otaqlının üstü) 112 kv.m olan hissəsini İddiaçı mülkiyyətinə verir. İddiaçı məhkəmə iclasında izahatında 10 iyun 2021-ci il tarixdə "xxxx" MTK ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin icrası üzrə məhkəmədə iddia qaldıracağını bildirmişdir ki ,bu da nəzərə alınmalıdır. Belə ki, İddiaçı eyni zamanda, iki mənzil tələb etməsi qanunun tələbi baxımından da doğru deyildir. Çünki İddiaçı təmirinə xərclədiyi vəsaiti tələb etdiyi mənzilin əvəzinə ona tam təmirli şəkildə başqa mənzilin təhvil verilməsi və mülkiyyətinə keçirilməsinə dair onunla qeyd edilən müqavilə bağlanmışdır. Bir sözlə, Cavabdeh hazırkı iddiaya cavab verməli olan şəxs deyildir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)-1244/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan ünvan 1 ünvanında inşa edilmiş 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 saylı mənzilə dair müxtəlif vaxtlarda 2 müqavilə bağlanmışdır: 1.icraçı "Birlik-İnşaat” MMC ilə payçı Cavabdeh arasında bağlanmış 30 may 2006-cı il tarixli müqavilə. 2. İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış 10 oktyabr 2008-ci il tarixli müqavilə. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli 2(011)- 841/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə və digər şəxslərin ünvan 1 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzilindən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8881 /2019 nömrəli 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi qismən, yəni “cavabdeh İddiaçı ailə üzvlərinin və digər şəxslərin ünvan 1 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzilindən məcburi qaydada çıxarılmaları” hissəsdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdehnın iddiası “cavabdeh İddiaçı ailə üzvlərinin və digər şəxslərin ünvan 1 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzilindən məcburi qaydada çıxarılmaları” hissədə rədd edilmişdir. Qətnamə qalan hissədə, yəni “cavabdeh İddiaçı ünvan 1 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzilindən məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi” hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 8020/2019 nömrəli 26 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 8881/2019 nömrəli iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. MPM-in 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ashingdane Birləşmiş Krallığa qarşı iş” üzrə 1985-ci il 28 may tarixli, “Bellet Fransaya qarşı iş” üzrə 1995-ci il 4 dekabr tarixli və digər qərarları ilə formalaşdırdığı hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən iş üzrə əhəmiyyət kəsb edən bütün sübutları əldə edərək araşdırmamış və bunlara lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, Əsgərov Hüseyn Kamil oğlunun, Əvəzov İntiqam Rüstəm oğlunun, Zeynalov Əfqan Lətif oğlunun və Tağıyev Elman Həsənqulu oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və digər maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmünə əsasən həmin iş üzrə zərərçəkmiş şəxs İddiaçı ifadəsində bildirmişdir ki, Zeynalov Əfqan Lətif oğlu tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, sonuncular ilə barışmışdır. Həmin hökmün əsaslandırıcı və nəticə hissələrində digər zərərçəkmiş şəxslərə mülki mühakimə qaydasında mülki iddia vermək hüququ və qaydası izah olunmuş, lakin İddiaçı ziyam tam şəkildə ödənildiyi üçün ona qeyd edilən hüququ izah edilməmişdir. Həmin iş üzrə 07 iyul 2021-ci il tarixli məhkəmə iclasının protokolunda olan zərərçəkmiş şəxs İddiaçı ifadəsindən isə görünür ki, Zeynalov Əfqan Lətif oğlu tərəfindən ona vurulmuş maddi və mənəzi ziyan tam olaraq ödənilmiş, barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Habelə, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021ci il tarixli 1(101)-132/2021 saylı hökmündən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, Zeynalov Əfqan Lətif oğlunun və Əsgərov Hüseyn Kamil oğlunun özləri və qohumları ona vurulmuş ziyanın əvəzi qismində pulun əvəzinə İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi “Qanlı Göl”ün cənub hissəsində inşa etdiyi yeni tikili 17 mərtəbəli yaşayış binasının mansard mərtəbəsində 3 otaqlı mənzilin üstündə yerləşən 112 kv.m olan hissəsini mənzil kimi təqdim etmişlər. Ona vəd verilmişdir ki, həmin hissəni hazır mənzil kimi təmir edib ona 05 dekabr 2021-ci il tarixə kimi təhvil verəcəklər. Bununla bağlı 10 iyun 2021-ci il tarixdə "xxxx" MTK-nın sədri Zahidov Qalib Məhəmmədəli oğlu ilə alqısatqı müqaviləsi bağlamışlar. Qeyd edilən müqaviləyə görə Zeynalov Əfqan Lətif oğlu həmin hissəni onun adına sənədləşdirəcək. 22 iyun 2021-ci il tarixdə Təmir işlərinin aparılması barədə müqavilə bağlanıldı. O, həmin müqavilələr əsasında onu ziyanın əvəzi kimi qəbul etdi. Bundan başqa, işdə olan İddiaçı və "xxxx" MTK-nın sədri Zahidov Qalib Məhəmmədəli oğlu arasında 10 iyun 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə Zeynalov Əfqan Lətif oğlu və Əsgərov Hüseyn Kamil oğlu özləri və qohumları vurulmuş ziyanın əvəzi qismində pulun əvəzinə İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi “Qanlı Göl”ün cənub hissəsində inşa etdiyi 1 girişli 17 mərtəbəli yaşayış binasından mansard mərtəbəsində pilləkandan sağ tərəfdə (3 otaqlının üstü) 112 kv.m olan hissəsini İddiaçı mülkiyyətinə verir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvandakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kv.m olan 3 otaqlı 57 nömrəli mənzildə çəkilmiş təmir xərclərini tələb edir. Belə ki, o, bildirmişdir ki, "xxxx" MMC ilə 21 iyul 2013-cü il tarixdə müqavilə bağlayaraq mənzil almış, həmin mənzil təmirsiz olmuş və təmirə ümumilikdə 81000 manat məbləğdə xərc çəkmişdir. Ancaq sonradan Cavabdeh iddiası əsasında məhkəmə qərarı ilə onun ünvan 1 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzilindən məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. Ancaq məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarına əsasən İddiaçı adıçəkilən mənzilin qarşılığında 10 iyun 2021-ci il tarixdə "xxxx" MTK ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi ilə ona Zeynalov Əfqan Lətif oğlu və Əsgərov Hüseyn Kamil oğlu tərəfindən vurulmuş ziyanın əvəzi qismində mülkiyyətinə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi “Qanlı Göl”ün cənub hissəsində inşa etdiyi 1 girişli 17 mərtəbəli yaşayış binasından mansard mərtəbəsində pilləkandan sağ tərəfdə (3 otaqlının üstü) 112 kv.m olan hissəsi verilmişdir. Habelə, onun özünün etirafından aşkar olur ki, 22 iyun 2021-ci il tarixdə adıçəkilən mənzildə Təmir işlərinin aparılması barədə müqavilə bağlanılmışdır. Bununla da, ünvan 1 ünvandakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kv.m olan 3 otaqlı 57 nömrəli mənzilin qarşılığında İddiaçı mülkiyyətinə tam təmirli digər mənzilin verilməsi ilə bağlı müqavilə bağlanılmışdır. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatında 10 iyun 2021-ci il tarixdə "xxxx" MTK ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin icrası üzrə məhkəmədə iddia qaldıracağını bildirmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 50.3-cü maddəsinin tələbinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd olunan normanının tələbi baxımından, İddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılmış hazırkı iddianın təmin edilməsi qanuni əsas mövcud deyildir. Çünki artıq İddiaçı təmirinə xərclədiyi vəsaiti tələb etdiyi mənzilin əvəzinə ona tam təmirli şəkildə başqa mənzilin təhvil verilməsi və mülkiyyətinə keçirilməsinə dair onunla təqsirli şəxsin razılaşması əsasında müvafiq müqavilə bağlanmışdır. Beləcə, Cavabdeh hazırkı iddia tələbinə cavab verməli olan şəxs deyildir. Ancaq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən tamam fərqli əsasa, yəni iddianın təmin edilməsi üçün sübutun olmaması əsasına istinad etmişdir. MPM-in 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallarında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmayaraq təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanuni və əsaslı nəticəyə gəlməmişdir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 2(017)-424/2020 saylı qətnaməsi ilk iddianın (İddiaçı iddiasının) təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, birinci instansiya hesab etmişdir ki, iddiaçının, həmçinin qarşılıqlı iddiaçının iddiasının təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, tərəflərin (iddiaçının və qarşılıqlı iddiaçının) göstərdiyi hallar müvafiq olaraq bir-birləri tərəfindən etiraf edilməyərək inkar edilmiş və digər sübutlarla təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 2(017)- 424/2020 saylı qətnaməsi mübahisələndirilən - ilk iddianın, yəni iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı ünvan 1 ünvandakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kv.m olan 3 otaqlı 57 nömrəli mənzildə təmir xərclərinə görə pul tələbinə dair iddianın təmin olunmaması hissəsində ləğv edilməli, həmçin hissədsə yeni qətnamə qəbul edilməli, iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ünvan 1 ünvandakı, 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kv.m olan 3 otaqlı 57 nömrəli mənzildə təmir xərclərinə görə pul tələbinə dair iddia təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli 2(017)-424/2020 saylı qətnaməsi mübahisələndirilən - ilk iddianın, yəni ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ünvan 1 ünvandakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kv.m olan 3 otaqlı 57 nömrəli mənzildə təmir xərclərinə görə pul tələbinə dair iddianın təmin olunmaması hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ünvan 1 ünvandakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kv.m olan 3 otaqlı 57 nömrəli mənzildə təmir xərclərinə görə pul tələbinə dair iddia təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-406/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-406/2023
26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver