Məhkəmə qərarları › İş №2(106)-421/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-421/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-421/2023 07.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, cavabdehlərin vəkili X2 iştirakı ilə Lerik Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər İ.Əlı̇ yev, O.Rəşı̇ dov və İ.Rəşı̇ dzadə tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, X9, X5 və Cavabdeh7 qarşı cinayət nəticəsində vurulmuş maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər, Lerik rayon Sors-çay kənd sakinləri- Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, X9, X5 və Cavabdeh7, cinayət nəticəsində vurulmuş ziyan olaraq, 4 baş ölmüş qoyunun dəyəri 600 (altı yüz) manat, 10 baş itmiş qoyunun dəyəri 1440 (bir min dörd yüz qırx) manat, ümumilikdə 2040 ( iki min qırx) manat, həmin 14 baş heyvanların bir il ərzində hər qoyunun bir bala verməsini nəzərə alaraq ümumilikdə 26 baş qoyunun 150 (bir yüz əlli) manatdan dəyəri cəmi 3900 (üç min doqquz yüz) manat pulun müştərək qaydada alınaraq oan ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: 09 may 2020-ci il tarixdə onun həmkəndliləri olan cavabdehlərlə ailəsində yaranmış davadalaşla əlaqədar olaraq Lerik RPŞ-də araşdırılma aparılmış və şikayət əsasında CM-nin 127.1, 128-ci maddələri ilə cinayət işi başlamışdır. Cinayət əməllərinə görə qanuna müvafiq tədbirlər görülmüş və istintaq tərəfindən iddiasına əlavə etdiyi sübutlar qiymətləndirilmişdir. 16 oktyabr 2020-ci il tarixli qərar ilə təsdiqlənir ki, cavabdehlər ona xeyli ziyan vurmuşlar. Belə ki, cavabdehlər onun oğlunu döyməklə yanaşı sürüdə olan qoyunları vuraraq tələf etmişlər. Ona vurulan ziyan ödənilməmişdir. Müstəntiqin qərarı ilə sübuta yetirilmiş bir baş ana qoyun bir baş toğlu, iki baş quzu olmaqla ümumilikdə dəyəri 600 manat hesablanmışdır. Bundan başqa, cavabdehlər heyvanları döyərkən heyvanlar qaçıb getmiş, nəticədə 10 baş qoyun itmişdir. 10 baş qoyunun dəyəri isə 1440 manatdır. Onun qoyunlarını İlham, Oktay və İsrafil döyüb öldürmüşdür. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, heç vaxt iddiaçı ilə münaqişə yaratmamışdır. İddiaçı ilə digər cavabdehlər münaqişə yaradandan sonra onlar xəsarət alaraq xəstəxanaya getmişdir. İddiaçının qoyunları örüşdə sahibsiz olduğundan həmin qoyunları itməsin deyə öz həyətinə gətirmişdir. İddiaçı tərəfindən öldüyü iddia edilən qoyunlar kənd həkimi Əfrəddin Əliyev tərəfindən verilmiş rəy əsasında xəstəlikdən ölməsi öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh5 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, heç vaxt iddiaçının qoyunlarını vurmamışdır. İddiaçı onlara böhtan atır. Onların arasında münaqişə may ayında olmuş, lakin qoyunların ölməsi barədə akt xx.xx.2019-cu il tarixdə tərtib edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X9 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 09 may 2020-ci il tarixdə onunla iddiaçı arasında olan münaqişə zamanı o xəsarət alaraq xəstəxanaya getmişdir. İddiaçının qoyunlarına heç vaxt xəsarət yetirməmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatlarında iddiaçının qoyunlarına xəsarət yetirmədiklərini, qoyunların xəstəlikdən öldüyünü bildirmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh7 iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus 1 (bir) baş ölmüş qoyunun dəyəri olan 170 (bir yüz yetmiş) manat pulun cavabdehlər Cavabdeh5, X9, X1 müştərək qaydada alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh5, X9, X1 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Əlı̇ yev İ̇srafı̇ l Şirindil oğlu, Rəşı̇ dov Oktay Ağa oğlu, Rəşı̇ dzadə İ̇lham Şahgəldı̇ oğlu tərəfindən birgə apellyasiya şikayəti vermişlər. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 14.2.6, 152.1, 157.2, 1096, 1097.1, -ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdehlər Əlı̇ yev İ̇srafı̇ l Şirindil oğlu, Rəşı̇ dov Oktay Ağa oğlu, Rəşı̇ dzadə İ̇lham Şahgəldı̇ oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılması xahiş edilir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdehlər apellyasiya şikayətində göstərmişlər ki, İddiaçı qoyunlarını onlar öldürməmişlər. Məhkəmə hökmü ilə müəyyən edilir ki, əksinə, İddiaçı tərəfindən Cavabdeh4 xəsarət yetirilmişdir. Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdehlərin vəkili X2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı və cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia qismən təmin edilmiş, qətnamə iddianın təmin edilməsinə dair hissədə mübahisələndirilmişdir. Ona görə də işə apellyasiya şikayəti həddində baxılır. İddiaçı tələbində qarşılıqlı dalaşma nəticəsində onun heyvanlarına xəsarət yetirildiyini, heyvanlarının tələf olduğunu və itdiyini bildirməklə vurulmuş ziyanı tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21ci 1096 və 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdehin tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya qeyd edir ki, hazırki halda vurulmuş ziyanı, ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğunu sübuta yetirmək yükü iddiaçının üzərindədir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin dispozitiv şərtlərinin təmin edilməsi üçün zərərçəkənə ziyan vurulması ilə yanaşı, zərərvuranın hüquqazidd təqsirli hərəkəti müəyyən edilməlidir. Hazırki halda iddianın təmin edilməsi üçün cavabdeh tərəfindən delikt (hüquqazidd təqsirli hərəkət, hüquq pozuntusu) törədilməsi də müəyyən edilməlidir. Belə şərtlərin müəyyən edilməməsi isə iddianı rədd etmək üçün əsasdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən şahid ifadəsinə əsaslanmışdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, Lerik RPŞ-nin təhqiqatçısı Ruslan Əsədullayev izahatında bildirmişdir ki, tərəflər arasında olan dalaşma ilə əlaqədar olaraq o, hadisə yerinə getmiş və orda tərəflərin bir-biri ilə dalaşmasının və bir-birinə xəsarət yetirmələrinin şahidi olmuşdur. O, hadisə yerində bir baş qoyunun ölməsini görmüşdür. İddiaçı başqa qoyunların ölməsi və 10 baş qoyunun itməsi barədə ona heç bir söz deməmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, qarşılıqlı dalaşma yerində bir ölmüş qoyunun olması cavabdehlər tərəfindən iddiaçıya məxsus qoyunu öldürməsi qənaətinə gəlməyi təsdiq edən hal deyil. Kollegiya qeyd edir ki, hazırki iddiasında iddiaçı ona ziyan vurulduğunu iddia etsə də, bu ziyanın cavabdehlər tərəfindən vurulduğu, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulduğu müəyyən edilmir. Cavabdehin ziyan vurmağa görə məsuliyyətə cəlb edilməsi müəyyən edilmir. İddiaçı tələbində cavabdehin cinayət və ya inzibati xəta törətdiyini sübuta yetirə bilməmişdir. İddiaçı tələbində sübutların qiymətləndirilməsi haqqında Lerik rayon PŞ-nin xx.xx.2020ci il tarixli qərarına istinad etsə də Kollegiya qeyd edir ki, polisin həmin qərarı preyudisial qüvvəyə malik deyil və sübut mənbəyi kimi qəbul edilə bilməz. Halbuki tərəflərin izahatlarında müəyyən edilir ki, İddiaçı özü məhkəmə hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsasdır. Kollegiya iddianın təmin edilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İddia təmin edilmədiyindən iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdehlər Əlı̇ yev İ̇srafı̇ l Şirindil oğlu, Rəşı̇ dov Oktay Ağa oğlu və Rəşı̇ dzadə İ̇lham Şahgəldı̇ oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(048)-416/2022 saylı qətnaməsi iddianın təmin edilməsinə dair hissədə ləğv edilsin. İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh5, X9, X3 qarşı ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar