Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-428/2023 20.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı Xocavənd Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, 28 iyul 1997-ci ildə Salyan rayonunun, Çuxanlı kəndində doğulmuş, Salyan rayonunun, Çuxanlı kəndində qeydiyyatda olan, Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə yaşayan Cavabdeh 1.600 (bir min altı yüz) manat pulun alınıb ona verilməsi baradə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(069)-60/2022 saylı məhkəmə əmri ilə 28 iyul 1997-ci ildə Salyan rayonunun, Çuxanlı kəndində doğulmuş, Salyan rayonunun, Çuxanlı kəndində qeydiyyatda olan, Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən və yaşayan Cavabdeh 1.600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti Xocavənd rayonun Tuğ kəndində qeydiyyatda olan, faktiki olaraq Beyləqan şəhəri S.İmrəliyev küçəsi ev 124-də yaşayan X2 xeyrinə tutulmuşdur. Borclu Mirzəyev X1 Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(069)-60/2022 saylı məhkəmə əmrindən etirazla məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(069)-60/2022 saylı məhkəmə əmrini ləğv edilməsi və materiallar iddia icraatına keçirilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(069)-60/2022 saylı qərardadı ilə ərizəçi X2 borclu Cavabdeh qarşı pul tələbi haqqında mülki iş üzrə borclu Cavabdeh Xocavənd Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(069)-60/2022 saylı məhkəmə əmrindən verdiyi etirazı təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(069)-60/2022 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Xocavənd Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qətnaməsi ilə (Hakim İ.Əliyev) ilə, iddianın təmin edilməsi, Cavabdeh Almamməd oğlundan 1.450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı X2 xeyrinə tutulması, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) Cavabdeh Almamməd oğlundan tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməsi qət edilmişdir. Xocavənd Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qətnaməsi 28 sentyabr 2022-ci il tarixdə Cavabdeh poçt vasitəsi ilə göndərilmişdir. Xocavənd Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qətnaməsi 28 oktyabr 2022-ci il tarixdə icra edilməsi üçün Xocavənd Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh 22 noyabr 2022-ci il tarixdə ərizə ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qətnaməsinin təkrarən verilməsini xahiş etmişdir. 22 noyabr 2022-ci il tarixdə qətnamə təkrarən cavabdehə verilmişdir. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında ərizə və apellyasiya şikayəti ilə birlikdə Xocavənd Rayon Məhkəməsinə müraciət etmişdir. Xocavənd Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qərardadı ilə, Xocavənd Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qətnaməsindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət vermişdir. Xocavənd Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(069)60/2022 saylı qərardadı ilə, iddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(069)-60/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Xocavənd Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(069)-60/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarını riayət etməsini yoxlayır. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətlə bağlı gəldiyi nəticə prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən edilir ki, Xocavənd Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qətnaməsinin surəti cavabdehə məhkəmə tərəfindən 28 sentyabr 2022-ci il tarixli xəbərnaməli məktubla göndərilmiş və Cavabdeh qeyd olunan qətnaməni 05 oktyabr 2022-ci il tarixdə xəbərnaməyə imza çəkməklə qəbul etmişdir. Qətnamə icra edilməsi üçün 28 oktyabr 2022-ci il tarixdə icra edilməsi üçün Xocavənd Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və 01 noyabr 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Daha sonra cavabdeh müddətin bərpasından imtina barədə qərardaddan şikayət verərək şikayətində qeyd etmişdir ki, Xocavənd Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qətnaməsi xəbərnaməyə imza çəkməklə qəbul etməmişdir lakin birinci instansiya məhkəməsi icraatı zamanı isə qətnamənin surətini xəbərnaməyə imza çəkməklə qəbul etdiyini etiraf etmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayəti vermək üçün imkanı olmuş lakin o, bu imkandan istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 227.2-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır. 227.3-cü maddəsinə əsasən, məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməsi barədə gəlinən nəticə razılaşır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 360, 365, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRAA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(069)60/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-428/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-428/2023
20.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver