Məhkəmə qərarları › İş №2(106)-438/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-438/2023

09.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-438/2023 09.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və X11 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, toy mərasimi üçün çəkdiyi xərclərin əvəzi olaraq 8956,40 (səkkiz min doqquz yüz əlli altı manat qırx qəpik) manat xərcin, mənəvi ziyan görə 10000 (on min) manat kompensasiyanın və ödənilmiş dövlət rüsumuna görə 30 manat əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Neftçala rayonunda “Fəridə” şadlıq sarayının rəhbəri Cavabdeh ilə 29 iyul 2021-ci il tarixdə oğlu Səbuhi üçün razılaşmışlar. Portalda oğlunun toyunu qeydiyyata salmaq öhdəliyini Cavabdeh boynuna götürmüşdür. X4 saat 13:00-16:00 arası qız toyunu etməyi planlaşdırmışdır. Saat 16:00-da oğlan toyu hazırlığı ilə bağlı maraqlanmaq üçün şadlıq sarayına gəlmişdir. Polis nəfərləri onları polis şöbəsinə dəvət etmiş, orada bildirmişlər ki, onlar pandemiyanın qaydalarını pozmuşlar. Barələrində inzibati protokol tərtib ediləcəkdir. Şöbədə hər ikisinə protokol yazılmışdır. Protokolun altından hər ikisi yazmışlar ki, qanunsuz tərtib edildiyinə görə etiraz edirlər. İzahat verməkdən imtina edərək etiraz qeydlərini etmiş, oradan çıxandan sonra şadlıq sarayına gəlmişlər. Şadlıq sarayının həyətinə çatanda görmüşdür ki, sarayın ətrafını polislər tutublar ki, heç kim şadlıq sarayına daxil ola bilməsin. Toya əvvəlcədən dəvət etdiyi insanlar, o cümlədən uzaq rayonlardan gələn adamlar dağılışmışdır. Onlar bu dəfə bəhanə gətirmişlər ki, toy portaldan qeydiyyatdan keçməyib. İddiaya görə, cavabdeh toyu qeydiyyatdan ona görə keçirməyib ki, vergidən yayınsın. Toydan bir gün əvvəl toyda qonaqlar üçün nəzərdə tutulmuş bütün yeməklər üçün tələb olunan bütün ərzaq və mallar şadlıq sarayına təhvil verilmişdir. Stolların üstünə düzüləcək soyuq salatlar doğranmış və hazırlanmış, yeməklər isə bişmişdir. Toya az qalmış hər şey hazır olmuşdur. Lakin toyu keçirə bilməmişdir. Bunun da əsas günahkarı şadlıq sarayının rəhbəri Cavabdehdur. Toyun keçirilməməsi nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymiş və olduqca ağır mənəvi iztirablar keçirmişdir. İddiaçının tələbinə görə, 29 iyul 2021-ci il tarixdə oğlu Sayılov Səbuhiyə toy edilməsi üçün çəkilmiş xərclər aşağıdakı kimidir: İnək əti -100 kq = 100x10= 1000 manat, qızıl balıq -38 kq =38x22m=836 •manat, cücə - 40 ədəd=40x6= 240 manat, təzə beluqa balığı -48 ədəd =48*40=1920 manat, quzu -5 ədəd=5*160= 800 manat, cəmi 4.790 manat, düyü-10 kq, kişmiş -2 kq, sarı turşu -1,5 kq, qaysı-1,5 kq, şabalıd-2 kq, şəkər tozu -1 kq. kərə yağı-2 kq, yağ (supersun)- 8 kq, duru yağ-5 litr, tomat -2 ədəd 1 kq, duz-8 kq, sarıkök -250 qr, istiot 250 qr, limon-50 ədəd, çiləmərrə-0,5 kq, stec-2 bağlama, salfetka-50 bağlama, sumax- 0,5 kq, kömür-6 kisə, ağ kişmiş -2 kq, qara kişmiş-2 kq, fındıq-2 kq, qoz-2 kq, fıstıq ləpəsi-2 kq, alma-10 kq, armud-10 kq, şaftalı-10 kq, ağ üzüm-10 kq, qara üzüm-10 kq, gavalı -10 kq, zeytun-6 kq, pendir-5 kq, kolbasa(servelat)-5kq, kolbasa (oxotnik)-2 kq, çörək(balaca)-400 ədəd, slavyanka (qazlı)-100 ədəd (1 litrlik), slavyanka (qazsız)-100 ədəd (1 litrlik), Limonsu su (mia)-50 ədəd (1 litrlik), düşes-100 ədəd (1 litrlik), albalı (bağdan)-60 ədəd (1 litrlik), şaftalı soku-60 ədəd (1 litlik), narşərab-6 ədəd, cəmi qiyməti 1360 manat, kartof-40 kq (24 manat), soğan-30 kq (15 manat), qırmızı bibər-6 kq (13 manat), şirin bibər-15 kq (9 manat), acı bibər-1 kq (2 manat), kök-5 kq (8 manat), qorox-10 ədəd (29 manat), səbzi-30 dəstə (8 manat), şüyüd-25 dəstə (5 manat), cəfəri- 1 dəstə (3 manat), nanə - 5 dəstə (1 manat), reyhan-25 dəstə (6 manat), pomidor (bişmək üçün)-15 kq (9 manat), pomidor (salat üçün)-30 kq (18 manat), xiyar (patron)- 30 kq (36 manat), xiyar (salat üçün)-5 kq (5 manat), duzlu xiyar -6 banka (15 manat), mayonez -4 ədəd (17,60 manat), bilincik (ət ilə)-350 ədəd (140 manat), zirinc (duzlu balıq üçün)-0,5 kq (3 manat), göyəm- 2 kq (2 manat), simetan romaşka-7 ədəd (25,90 manat), toyuğun sinə əti-5 kq (25 manat), yumurta- 25 ədəd (3,5 manat), göbələy-10 banka (50 manat), zeytun yağı (salat üçün)-5 litr (13,4 manat), Cəmi qiyməti 506,40 manat, şərab-6 ədəd litrlik (300 manat), musiqiçilərə (oğlan qız) çəkilən xərc- 1.000 manat, aşbaza çəkilən xərc-350 manat, gəlin maşınına çəkilən xərc-400 manat, video çəkənə çəkilən xərc- 250 manat, ümumilikdə cəmi çəkilən xərc- 8956,4 manat təşkil edir. İddia edilir ki, iddiaçı çox ciddi sarsıntılar və iztirablar keçirmişdir, belə ki, toyun baş tutmaması nəticəsində toya çağırdığı şəxslər geri qayıtmış, el-oba arasında çox pis vəziyyətdə qalmışdır. Çünki qız evindən və oğlan evindən çağırılan qonaqların əksəriyyəti haqlı olaraq öz iradlarını bildirmişlər. O, toyun baş tutmaması ilə bağlı mənəvi və psixoloji sarsıntılar keçirmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, 29 iyul 2021 -ci il tarixdə X1 rayonu “Fəridə” şadlıq sarayında oğluna toy etməyi planlaşdırmışdır. Lakin iddiaçı portalda toyu rəsmləşdirmək üçün gəlməmişdir. İddiaçının X4 saat 13:00-16:00 arası qız toyunu etmiş, yəni toyun birinci mərhələsi qurtarmışdır. Saat 16:00-da polis əməkdaşları şadlıq sarayına gəlmiş, toyun keçirilməsinə imkan verməmişlər. İddiaçı toy üçün nəzərdə tutulmuş ərzaq məhsullarını şadlıq evinə gətirmiş, həmin ərzaq məhsullarının bir hissəsi stolların üstünə düzülmüş, qalanları isə şadlıq evinin anbarında qalmışdır. Sonradan İddiaçı şadlıq sarayında toy mərasimi baş tutmadığı üçün həmin ərzaq məhsullarını götürüb aparmış, toyunu öz həyətində keçirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (Hakim:Ə.Tağıyev), İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh X3 toy mərasimi üçün çəkilmiş xərclərin əvəzi olaraq 8956,40 manatın və mənəvi ziyana görə 1500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 217.4-cü maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)689/2022 saylı 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Əsədov), Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Neftçala Rayon Мəhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(053)-673/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X6 Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4506/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya 06 aprel 2022-ci il tarixli Məhkəməsinin 2(106)689/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, “iddianın təmin olunması üçün məhkəməyə konkret sübut təqdim olunmamış, məhkəmə yalnız iddiaçının qeyri-mötəbər izahatına, toyun keçirilməsi üçün gətirilmiş qida məhsullarının zədələnməsi və ya xarab olmasına dair heç bir sübut təqdim olunmamış, "İltizam" niyə görə iddiaçı tərəfindən imza edilməmiş, toyun keçirilməsinə icazə verilməməsinin əsil səbəbi, toyun keçirilməsi üçün niyə başçıdan icazə alınması barədə müavinin dediklərinin səbəbəni və bunun günahkarının kimlər olması sübut olunmamışdır”. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı izahat verərək, izahatında vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçı iddianın mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin olunması ilə razılaşmış, iddianın təmin olunmayan hissəsini mübahisələndirməmiş, cavabdeh isə iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Odur ki, kollegiya Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, yəni mübahisələndirilən hissədə qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışın 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, iddianın qismən əsaslı olması və qismən sübut olunması ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(106)689/2022 saylı qətnaməsi (sədrlik edən İ.Əsədov, hakimlər Samir Mayılov, Nüsrət Mirzəyev) ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4506/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(106)689/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan münasibət Cavabdeh təqsirli hüquqazidd hərəkətləri nəticəsində dəymiş ziyan ilə bağlıdır. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası iddia tələbi üzrə araşdırma apararaq müəyyən edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi iki (xahişdən) hissədən - maddi və mənəvi ziyanın ödənilməsindən ibarət olmuşdur. İddiaçı iddia tələbinin birinci (xahişi) hissəsi ilə bağlı qeyd edir ki, Neftçala rayonunda “Fəridə” şadlıq sarayının rəhbəri Cavabdeh ilə 29 iyul 2021-ci il tarixdə oğlu Səbuhi üçün razılaşmışlar. Portalda oğlunun toyunu qeydiyyata salmaq öhdəliyini Cavabdeh boynuna götürmüşdür. X4 saat 13:00-16:00 arası qız toyunu etməyi planlaşdırmışdır. Saat 16:00-da oğlan toyu hazırlığı ilə bağlı maraqlanmaq üçün şadlıq sarayına gəlmişdir. Polis nəfərləri onları polis şöbəsinə dəvət etmiş, orada bildirmişlər ki, onlar pandemiyanın qaydalarını pozmuşlar. Barələrində inzibati protokol tərtib ediləcəkdir. Şöbədə hər ikisinə protokol yazılmışdır. Protokolun altından hər ikisi yazmışlar ki, qanunsuz tərtib edildiyinə görə etiraz edirlər. İzahat verməkdən imtina edərək etiraz qeydlərini etmiş, oradan çıxandan sonra şadlıq sarayına gəlmişlər. Şadlıq sarayının həyətinə çatanda görmüşdür ki, sarayın ətrafını polislər tutublar ki, heç kim şadlıq sarayına daxil ola bilməsin. Toya əvvəlcədən dəvət etdiyi insanlar, o cümlədən uzaq rayonlardan gələn adamlar dağılışmışdır. Onlar bu dəfə bəhanə gətirmişlər ki, toy portaldan qeydiyyatdan keçməyib. İddiaçıya görə, cavabdeh toyu qeydiyyatdan ona görə keçirməyib ki, vergidən yayınsın. Toydan bir gün əvvəl toyda qonaqlar üçün nəzərdə tutulmuş bütün yeməklər üçün tələb olunan bütün ərzaq və mallar şadlıq sarayına təhvil verilmişdir. Stolların üstünə düzüləcək soyuq salatlar doğranmış və hazırlanmış, yeməklər isə bişmişdir. Toya az qalmış hər şey hazır olmuşdur. Lakin toyu keçirə bilməmişdir. Bunun da əsas günahkarı şadlıq sarayının rəhbəri Cavabdehdur. Toyun keçirilməməsi nəticəsində aldığı ərzaqlar xarab olmuş və ona 8.956,4 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı ikinci (xahişində) hissəsində iddia edir ki, o, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, toyun razılaşdırılmış “Fəridə” şadlıq sarayında baş tutmaması nəticəsində həyacan və sarsıntı keçirmiş nəticədə o, mənəvi ziyana məruz qalmışdır. İddiaçı hesab edir ki, mənəvi ziyanın məbləği 10.000 manat təşkil edir. Odur ki, onun iddiası təmin edilməlidir. Cavabdehin iddia tələbinə etirazından müəyyən edilir ki, 29 iyul 2021 -ci il tarixdə Sayılov X13 rayonu “Fəridə” şadlıq sarayında oğluna toy etməyi planlaşdırmışdır. Lakin iddiaçı portalda toyu rəsmiləşdirmək üçün gəlməmişdir. İddiaçının X4 saat 13:00-16:00 arası qız toyunu etmiş, yəni toyun birinci mərhələsi qurtarmışdır. Saat 16:00-da polis əməkdaşları şadlıq sarayına gəlmiş, toyun keçirilməsinə imkan verməmişlər. İddiaçı toy üçün nəzərdə tutulmuş ərzaq məhsullarını şadlıq evinə gətirmiş, həmin ərzaq məhsullarının bir hissəsi stolların üstünə düzülmüş, qalanları isə şadlıq evinin anbarında qalmışdır. Sonradan İddiaçı şadlıq sarayında toy mərasimi baş tutmadığı üçün həmin ərzaq məhsullarını götürüb aparmış, toyunu öz həyətində keçirmişdir. İddiaçı toy üçün alınmış və hazırlanmış yeməklərə görə xərci yenidən ondan tələb etməkdə haqlı deyil. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mənəvi hissəsi üzrə düzgün nətiyəyə gəlsə də, iddianın maddi hissəsi üzrə işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin iddianın maddi ziyanın ödənilməsi hissəsi üzrə apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iş üzrə təqdim edilmiş sübutlara tam və hərtərəfli baxmamış, iddiaçının sahibi olduğu toy mərasiminin baş tutmaması və bunun nəticəsində ona müəyyən maddi ziyanın vurulması işin mübahisəsiz halıdır. Həmçinin oğlunun toy şənliyinin baş tutmaması nəticəsində iddiaçıya mənəvi ziyanın vurulması da inkar oluna bilməz. Bundan başqa, mübahisəsizdir ki, toy xüsusi karantin rejimi qaydalarının pozulması nəticəsində baş tutmamış, müvafiq dövlət orqanları buna imkan verməmişlər. Mübahisəli məsələ karantin rejimi qaydalarının pozulmasında kimin təqsirli olmasıdır. İddiaçı cavabdehin hərəkətsizlik edib, müəyyən edilmiş qaydada toyun dövlət portalına daxil etmədiyini və bu səbəbdən toyun keçirilməsinə imkan verilmədiyini iddia etmişdir. İddianı rədd edən apellyasiya məhkəməsi isə hesab etmişdir ki, toyunqeydiyyatdan keçirilməməsinin səbəbi iddiaçının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iltizamnaməni imzalamaması olmuşdur. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may tarixli 151 nömrəli Qərarına əsasən (həmin Qərara 22 iyun 2021-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla) 2021-ci il 1 iyul tarixindən müəyyən tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilmişdir. Həmin Qərarın 2.5-3.6-cı bəndinə nəzərdə tutulmuşdur ki, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Qərarın 2.5-3.7ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Göründüyü kimi, Nazirlər Kabinetinin qeyd olunan qərarına əsasən şənlik mərasiminin keçirilməsi ilə əlaqədar “icaze.e-gov.az” portalına iki müxtəlif məlumat daxil edilməli idi. Onlardan iltizamnamənin imzalanması həm toy mərasimin sahibinin, həm də şənlik mərasiminin keçirildiyi məkanın sahibinin vəzifəsi, həmin iltizamnamənin, eyni zamanda tədbir zalları, tutumu və zallarda çalışan işçi heyət, mərasimin keçirilmə tarixi, vaxtı, qonaq sayı haqqında məlumatların portala daxil edilməsi şənlik mərasiminin keçirilən məkanın və ya müəssisənin sahibinin vəzifəsi kimi müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi iddianı rədd edərkən iddiaçı tərəfindən iltizamnamənin imzalanmamasına istinad etmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən cavab dövlət portalına daxil etməli olduğu məlumatları həmin portala vaxtında daxil edib- etmədiyini araşdırmamış, etmədiyi halda bunun toyun baş tutmaması ilə səbəbli əlaqənin olub-olmaması və nəticə olaraq cavabdehin iddiaçı qarşısında mülki məsuliyyət daşımasına hüquqi qiymət verməmişdir. Həmçinin Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarına əsasən həminqərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamənin “icaze.e-gov.az” portalına daxil edilməsi mərasim məkanının vəzifəsi kimi müəyyən edilmişdir. Sözsüz ki, həminiltizamnamə hər iki tərəflə imzalanmalı idi. Lakin mərasimdən əvvəl iddiaçının cavabdehlə təmasda olması, toyun keçirilmə vaxtı və yeri barədə razılaşmaları, toyun təşkili ilə bağlı ərzaqların gətirməsi, anbarın ona təhvilə verilməsi və s. işlərin görülməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, cavabdeh iltizamnamənin dövlət portalına yerləşməsinə görə məsuliyyət daşıyan şəxs kimi, onun imzalanması üçün tədbirlər görməsini, bunu iddiaçıya təklif etdiyini, sonuncunun imtina etməsini sübut etməlidir. Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunmuş qaydalara riayət edilmədiyi halda, qanunvericiliklə məsuliyyət nəzərdə tutulduğunu bilən cavabdeh müvafiq iltizamnamə imzalanmadığı halda, toyun keçirilməsindən imtina etməməsini də əsaslandırmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə hər hansı araşdırma aparılmamışdır. Bundan əlavə apellyasiya məhkəməsi iddiaçının hər hansı ziyana məruz qalmamasına dair mövqeyi işdə olan sübutlarla əsaslandırılmamışdır. Belə ki, cavabdeh toy üçün tələb olunan ərzaqların şadlıq sarayına gətirildiyini, ərzaqların bir hissəsinin masaların üstünə düzüldüyünü etiraf etmişdir. Bununla belə, apellyasiya məhkəməsində verdiyi izahatda (15 mart 2022-ci il tarixli məhkəmə iclas protokolu) cavabdeh iddiaçının həmin ərzaq məhsulların götürüb aparmasını və toyunu həyətində keçirdiyini bildirmişdir. Cavabdeh həmin halı təsdiq etməmişdir. Əlbəttə ki, toyda istifadə olunan ərzaqların bir hissəsi sonradan istifadə oluna bilər (misal üçün içkilər, meyvə və s.). Lakin doğranmış və hazırlanmış yeməklər şadlıq sarayından aparılsa da, onların qısa müddətdən sonra xarab olunması da bəllidir. Apellyasiya məhkəməsi yalnız cavabdehin izahatını əsas götürərək qeyd olunan nəticəyə gəlməklə, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin məhkəmə toyun iddiaçının həyətində davam etdiyini müəyyən edərkən, videogörüntülərə istinad etmişdir. Apellyasiya şikayətinə CD-disk və Fleş-yaddaş əlavə olunsa da, elektron daşıyıcılara baxış keçirilməsi məhkəmə iclas protokollarında öz əksini tapmamışdır. Həmçinin cavabdeh həmin sübutları apellyasiya məhkəməsinə təqdim etdiyini əsaslandırmamış, məhkəmə isə qətnamədə onlara istinad etmişdir. Bununla da, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.4 və 372.2-cimaddələrin tələbləri pozulmuşdur. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya iddiaçının iddian tələbinin yuxarıda qeyd olunan xahişləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:  törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması;  törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;  ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərininhüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, iddiaçı öz ərizəsində ona 8956,4 manat məbləğində ziyan vurulduğunu iddia edir (İnək əti -100 kq = 100x10= 1000 manat, qızıl balıq -38 kq =38x22m=836 •manat, cücə - 40 ədəd=40x6= 240 manat, təzə beluqa balığı -48 ədəd =48*40=1920 manat, quzu -5 ədəd=5*160= 800 manat, cəmi 4.790 manat, kartof-40 kq (24 manat), soğan-30 kq (15 manat), qırmızı bibər-6 kq (13 manat), şirin bibər-15 kq (9 manat), acı bibər-1 kq (2 manat), kök-5 kq (8 manat), qorox-10 ədəd (29 manat), səbzi-30 dəstə (8 manat), şüyüd-25 dəstə (5 manat), cəfəri- 1 dəstə (3 manat), nanə - 5 dəstə (1 manat), reyhan-25 dəstə (6 manat), pomidor (bişmək üçün)-15 kq (9 manat), pomidor (salat üçün)-30 kq (18 manat), xiyar (patron)- 30 kq (36 manat), xiyar (salat üçün)-5 kq (5 manat), duzlu xiyar -6 banka (15 manat), mayonez -4 ədəd (17,60 manat), bilincik (ət ilə)-350 ədəd (140 manat), zirinc (duzlu balıq üçün)-0,5 kq (3 manat), göyəm- 2 kq (2 manat), simetan romaşka-7 ədəd (25,90 manat), toyuğun sinə əti-5 kq (25 manat), yumurta-25 ədəd (3,5 manat), göbələy-10 banka (50 manat), zeytun yağı (salat üçün)-5 litr (13,4 manat), Cəmi qiyməti 506,40 manat, şərab-6 ədəd litrlik (300 manat), musiqiçilərə (oğlan qız) çəkilən xərc- 1.000 manat, aşbaza çəkilən xərc-350 manat, gəlin maşınına çəkilən xərc-400 manat, video çəkənə çəkilən xərc- 250 manat, Digər ərzaq məhsullarının qiyməti ayrı-ayrı göstərilməmiş, ümumi olaraq 1360 manat qeyd olunmuşdur ) ümumilikdə cəmi çəkilən xərc- 8956,4 manat təşkil edir. əsas kimi isə, göstərmişdir ki, o, oğlu Səbuhinin toy mərasimini keçirmək üçün Neftçala rayonunda “Fəridə” şadlıq sarayının rəhbəri Cavabdeh ilə razılığa gəlmiş və toyun keçirilmə tarixini 29 iyul 2021-ci il tarix kimi müəyyən etmişlər. İddiaçı toydan bir gün əvvəl toyda qonaqlar üçün nəzərdə tutulmuş ət və ərzaq məhsullarını şadlıq sarayına aparıb anbarda yerləşdirmişdir. Stolların üstünə düzüləcək soyuq salatlar doğranmış və hazırlanmış, yeməklər isə bişmişdir. Toya az qalmış hər şey hazır olmuşdur. Razılaşmaya əsasən əvvəlcə qız toyu, sonra isə oğlan toyu olmalı idi. Qız toyu başa çatdıqdan sonra oğlan toyu başlamalı idi, toyun başlanmasına bir saat qalmış, toyun hazırlığı ilə bağlı maraqlanmaq üçün şadlıq sarayına gəlmiş, bu vaxt Polis nəfərləri onları polis şöbəsinə dəvət etmiş, orada bildirmişlər ki, onlar pandemiyanın qaydalarını pozmuşlar. Barələrində inzibati protokol tərtib ediləcəkdir. Şöbədə hər ikisinə protokol yazılmışdır. Protokolun altından hər ikisi yazmışlar ki, qanunsuz tərtib edildiyinə görə etiraz edirlər. İzahat verməkdən imtina edərək etiraz qeydlərini etmiş, oradan çıxandan sonra şadlıq sarayına gəlmişlər. Şadlıq sarayının həyətinə çatanda görmüşdür ki, sarayın ətrafını polislər tutublar ki, heç kim şadlıq sarayına daxil ola bilməsin. Toya əvvəlcədən dəvət etdiyi insanlar, o cümlədən uzaq rayonlardan gələn adamlar dağılışmışdır. Onlar bu dəfə bəhanə gətirmişlər ki, toy portaldan qeydiyyatdan keçməyib. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may tarixli 151 nömrəli Qərarına əsasən (həmin Qərara 22 iyun 2021-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla) 2021-ci il 1 iyul tarixindən müəyyən tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilmişdir. Həmin Qərarın 2.5-3.6-cı bəndinə nəzərdə tutulmuşdur ki, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.egov.az” portalına daxil etməlidir. Qərarın 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Göründüyü kimi, Nazirlər Kabinetinin qeyd olunan qərarına əsasən şənlik mərasiminin keçirilməsi ilə əlaqədar “icaze.e-gov.az” portalına iki müxtəlif məlumat daxil edilməli idi. Onlardan iltizamnamənin imzalanması həm toy mərasimin sahibinin, həm də şənlik mərasiminin keçirildiyi məkanın sahibinin vəzifəsi, həmin iltizamnamənin, eyni zamanda tədbir zalları, tutumu və zallarda çalışan işçi heyət, mərasimin keçirilmə tarixi, vaxtı, qonaq sayı haqqında məlumatların portala daxil edilməsi şənlik mərasiminin keçirilən məkanın və ya müəssisənin sahibinin vəzifəsi kimi müəyyən olunmuşdur. Bu isə onu göstərir ki, toy məclisinin baş tutmaması nəticəsində cavabdehin təqsirli hərəkəti mövcud olmuşdur. Belə olan halda iddiaçıya dəymiş ziyanın mövcud olub-olmaması olduğu halda isə ziyanın məbləği müəyyən olunmalıdır. Bunun üçün isə iddiaçının iddia tələbində iddia etdiyi ət və ərzaq məhsullarının sonradan istifadə edib-etməməsi, həmçinin istifadə etmədiyi halda isə həmin məhsulların qaytarıla bilməsi imkanı da müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının maddi ziyan tələbinin inək əti -100 kq = 100x10= 1000 manat, qızıl balıq -38 kq =38x22m=836 •manat, cücə - 40 ədəd=40x6= 240 manat, təzə beluqa balığı -48 ədəd =48*40=1920 manat, quzu -5 ədəd=5*160= 800 manat, cəmi 4.790 manat pul vəsaiti, Digər ərzaq məhsullarının qiyməti ayrı-ayrı göstərilməmiş, ümumi olaraq 1360 manat, şərab-6 ədəd litrlik (300 manat), musiqiçilərə (oğlan qız) çəkilən xərc- 1.000 manat, aşbaza çəkilən xərc-350 manat, gəlin maşınına çəkilən xərc-400 manat, video çəkənə çəkilən xərc- 250 manat pul vəsaiti, kartof-40 kq (24 manat), soğan-30 kq (15 manat), qırmızı bibər-6 kq (13 manat), şirin bibər-15 kq (9 manat), acı bibər-1 kq (2 manat), kök-5 kq (8 manat), qorox-10 ədəd (29 manat), səbzi-30 dəstə (8 manat), şüyüd-25 dəstə (5 manat), cəfəri- 1 dəstə (3 manat), nanə - 5 dəstə (1 manat), reyhan-25 dəstə (6 manat), pomidor (bişmək üçün)-15 kq (9 manat), pomidor (salat üçün)-30 kq (18 manat), xiyar (patron)- 30 kq (36 manat), xiyar (salat üçün)-5 kq (5 manat), duzlu xiyar -6 banka (15 manat), mayonez -4 ədəd (17,60 manat), bilincik (ət ilə)-350 ədəd (140 manat), zirinc (duzlu balıq üçün)-0,5 kq (3 manat), göyəm- 2 kq (2 manat), simetan romaşka-7 ədəd (25,90 manat), toyuğun sinə əti-5 kq (25 manat), yumurta-25 ədəd (3,5 manat), göbələy-10 banka (50 manat), zeytun yağı (salat üçün)-5 litr (13,4 manat), Cəmi qiyməti 506,40 manat pul vəsaiti həddində ziyan çəkməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, təkrar apellyasiya icraatı zamanı iddiaçının verdiyi izahatlarından müəyyən olunur ki, şadlıq sarayında razılaşmaya əsasən əvvəlcə qız toyu keçirilməli, daha sonra isə oğlan toyu keçirilməli idi, iddia olunan ət və ərzaq məhsulları həm qız həm də, oğlan toyu üçün nəzərdə tutulmuş və alınan ət və ərzaq məhsullarına çəkilən xərcin yarısı ona yarısı da, X4na aid olmuşdur. Qız toyu başlanana kimi toy üçün alınmış ət məhsulları bişirilmiş, ərzaq məhsulları isə stolların üzərinə düzülmüş, qalanı isə oğlan toyu üçün saxlanılmışdır. Qız toyu lazımi səviyyədə keçirilmiş, qonaqlara lazımi qaydada xidmət göstərilmiş, alınmış ət və ərzaq məhsullarının yarısı istifadə olunmuş və toy 13:00 da başlanmış və 16: 00 da başa çatmışdır. Sonradan isə 18:00 da oğlan toyu başlamalı idi. O, bir saat toya qalmış Fəridə şadlıq sarayına gəlmiş, lakin onu polis işçiləri şadlıq evinə buraxmamışdır, səbəbi soruşduqda isə ona toy portalda qeydiyyata alınmadığı bildirilmişdir. O, toyun təyin olunmuş saatda baş tutmadığını görüb toy üçün hazırlanmış yeməkləri öz evinə aparmış və toyu həyətində davam etdirmişdir. Ondan əgər toy üçün alınmış yeməklərin apararaq evində qonaqlar üçün istifadə edilmişsə, onda nə üçün istifadə edilmiş toy üçün alınmış yeməklərin xarab olması barədə iddia qaldırması soruşulduqda. o, göstərmişdir ki, toy üçün alınan ət və ərzaq məhsulları quda X18 ilə birlikdə alındığı və çəkilən xərclərin hər ikisinə aid olsa da, qudasının qızının toyu lazımi qayda da, keçirilmiş və toya gələn qonaqlara lazımi qayda da, xidmət göstərilmiş, həmçinin alınan ət və ərzaq məhsullarının yarısı istifadə olunmuşdur. Oğlan toyunun şadlıq evində baş tutmaması səbəbindən qalan yeməklər həyətində keçirilən oğlan toyunda istifadə edilsə də, yeməklərin bir hissəsi xarab olmuş və o, xarab olan yeməkləri atmışdır. Lakin iddiaçı xarab olan ət və ya ərzaq məhsullarının xarab olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin bu hissəsi ilə bağlı hər hansı araşdırma aparmamış, iddia tələbində tələb olunan ət və ərzaq məhsullarının yarısının qız toyunda istifadə olunmasına baxmayaraq, ümumiyyətlə istifadə olunmaması, çəkilən xərclərin sanki bütövlükdə iddiaçıya aid olması və nəticədə iddiaçıya maddi zərər dəyməsi qənaətinə gəlmiş bununla da prosessual qanunvericiliyin işin (sübutların) faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməsi prinsiplərini pozmuşdur. İddiaçı həmçinin göstərmişdir ki, musiqiçiləri, aşbazı, toyun video çəkənini və gəlin maşınını özü sifariş vermiş və onlara raşılaşmış olduğu, musiqiçilərə 1000 manat, aşbaza çəkilən xərc-350 manat, gəlin maşınına çəkilən xərc-400 manat, video çəkənə çəkilən xərc- 250 manat pul vəsaitini lazımi xidmət göstərdiklərinə görə ödəmişdir. Musiqiçiləri, aşbazı, toyun video çəkənini və gəlin maşınını özü sifariş verdiyi və sifarişin yerinə yetirildiyi, buna görə ödədiyi pul vəsaitlərin ziyan kimi şadlıq evinin müdiri Cavabdeh tələb etməsini izah edə bilməmişdir. İddiaçı izahatında onu da qeyd etmişdir ki, toyda içki verilməmiş, 300 manata alıdığı 6 ədəd litrlik şərabı isə əvvəlcədən şadlıq evinin ayrıca otağında uzaqdan gələn qonaqları üçün şadlıq evinin müdiri ilə razılaşmış, lakin şadlıq evində toyun baş tutmaması səbəbindən şərabları o, cümlədən spirtsiz içkiləri də, götürüb aparmışdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hətta iddianın maddi ziyan hissəsi sübut olunduğu halda belə, iddiaçı X7 iddianın predmeti olan toyun keçirilməməsi nəticəsində aldığı ət və ərzaqlar məhsullarının xarab olması nəticəsində ona dəymiş maddi ziyan 8.956,4 manat məbləğində pul vəsaitlərinin geri tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçının iddia etdiyi kimi tələb olunan vəsait həm qız həm də oğlan toyu üçün alınmış ət və ərzaq məhsulları X4 ilə birlikdə çəkilmiş xərclərə aid olmuş və qeyd edilən pul məbləğlərinin qudasına aid hissədə iddiaçı tərəfindən özünün xeyrinə geri tələb oluna bilməz. Göründüyü kimi iddiaçının oğlan və qız toyu üçün nəzərdə tutulmuş ət və ərzaq məhsulları yarısı yəni şadlıq evində keçirilən qız toyunda istifadə olunmuş, yarısı isə iddiaçının həyətində baş tutan oğlan toyunda istifadə olunmuşdur. Belə olan halda iddiaçı X2 Rövşən Böyükbala oğluna qarşı maddi ziyanın ödənilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası iddiaçının iddia tələıbinin təmin olunan 1500 manat mənəvi ziyan hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının sahibi olduğu toy mərasiminin baş tutmaması və bunun nəticəsində, iddiaçıya mənəvi ziyanın vurulması da inkar oluna bilməz. Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may tarixli 151 nömrəli Qərarına əsasən (həmin Qərara 22 iyun 2021-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla) 2021-ci il 1 iyul tarixindən müəyyən tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilmişdir. Həmin Qərarın 2.5-3.6-cı bəndinə nəzərdə tutulmuşdur ki, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Qərarın 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Lakin cavabdeh R. Əsədov qeyd olunan qərarın müddəlarına əməl etməmiş, öz üzərinə düşən vəzifəni yerinə yetirməmiş, bunun səbəbdən də, iddiaçı X5 üçün 29 iyul 2021-ci il tarixdə “Fəridə”şadlıq sarayında təyin etdiyi toy baş tutmamış, iddiaçı toya dəvət olunan şəxslər qarşısında çıxılmaz vəziyyətə düşmüş, həyacan və sarsıntı keçirmiş nəticədə o, mənəvi ziyana məruz qalmışdır. Belə ki, 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə iddia mənəvi ziyan hissəsində qismən təmin edilməli, Cavabdeh 1500 manat mənəvi ziyan alınaraq iddiaçı X12 ödənilməlidir.” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianın mənəvi hissəsi ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi iddianın maddi ziyanın ödənilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X8 Cavabdeh maddi ziyan kimi 8.956,4 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)673/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi iddianın maddi ziyanın ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X8 Cavabdeh maddi ziyan kimi 8.956,4 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar