Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-439/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinə yetirilmiş zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(032)- 1887/2024 saylı qərardadından (hakim C.Mustafayev) Cavabdeh tərəfindən verilən şikayətin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinə yetirilmiş zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, avtomobilinə vurduğu maddi zərərə görə 2095 manat pulun və 41 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2136 manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, mülki işin yaşayış yeri üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda ünvan 1 ünvanında yaşayır və ünvan 2ən təqdim edilən arayışı məhkəməyə təqdim edir. Belə olan halda, hazırki mülki mübahisənin həll edilməsi Sumqayıt şəhər Məhkəməsinin yurisdiksiyasına aiddir və bu mülki işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə, Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(032)-1887/2024 saylı qərardadı ilə mülki iş üzrə Cavabdeh mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, İddiaçı ona qarşı dəymiş ziyana görə pul tələbinə dair mülki işi müvəqqəti qeydiyyatı və daimi yaşayış yeri üzrə Sumqayıt şəhər məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 7 yanvar 2025-ci il tarixli 2(032)-185/2025 saylı qərərdadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şikayəti nəzərdən keçirlərkən məlum olur ki, şikayət MPM-in tələblərinə cavab vermir. MPM-in 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. MPM-in 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. MPM-in 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz MPM-in 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən verilən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə verilməmişdir. MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk növbədə qərardaddan verilən şikayətin MPM-in 10-1-ci maddəsinin tələblərinə cavab verib-verməməsini yoxlamalı, şikayətin həmin maddənin tələblərinə cavab verdiyini müəyyən etdiyi halda isə MPM-in 269-cu maddəsinə müvafiq olaraq şikayətə baxmalı idi. Hazırki halda görünən odur ki, birinci instansiya məhkəməsi şikayəti MPM-in 10-1-ci maddəsinin tələblərinə cavab verməməsi əsası ilə qaytarmalı olduğu halda, mahiyyəti üzrə baxaraq həll etmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 10-1, 400 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(032)-1887/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilən şikayət üzrə apellyasiya qeyri mümkün hesab edilsin. Qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla iş materialları şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu məsələsinə baxılmasından ötrü Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-439/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-439/2025
21.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver