Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-447/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat birliyinin nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə , Lənkəran Rayon Məhkəməsinin 2(049)559/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2023cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi (bundan sonra mətndə «Azəriqaz» İB) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, «Azəriqaz» İB-nə məxsus X4 İstismarı İdarəsinin (mətndə Lənkəran RQİİ) Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında yerləşən, Cavabdeh məxsus «İnnovasiya» xidmət mərkəzinin qarşısından keçən D- 57 mm-lik, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin mühafizə zonasının Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383, VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmədə verdiyi izahatında iddiaçının nümayəndəsi tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq «Azəriqaz» İB-nin Lənkəran RQİİ-nin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında yerləşən ona məxsus «İnnovasiya» xidmət mərkəzi qarşısından keçən D-57 mm-lik, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin L=12 pm hissəsinin və mühafizə zonasının tərəflərindən metlaxla örtülməsi müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən «Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir». Həmin Qaydalara əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 metr müəyyən edilmişdir. Tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Buda qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması və s. kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməməsinə səbəb olur. Cavabdeh tərəfin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qaz kəmərinin üstünü örtməsi və mühafizə zonasını pozması fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən də daşıyıcı qaz kəmərinin mühafizə zonası Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməlidir. «Azəriqaz» İB Lənkəran RQİİ tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin qaz kəmərinin mühafizə zonasından 5 gün müddətində şəxsi vəsaiti hesabına sökülüb çıxarılması barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilərək adı çəkilən qanunsuz tikili hazırkı vaxtadək mühafizə zonasından sökülüb çıxarılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 Qəzənfər qızı iddianı qəbul etməyərək, əsassız olduğuna görə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində qeyd edilənlərlə bağlı o Lənkəran RQİİna getmiş, orada şifahi olaraq bildirmişdir ki, onlar qaz xəttinə toxunmamışlar. Qaz boru kəmərini özbaşına kəsmək olmaz. Çünki qaz boru kəməri işlək vəziyyətdə olanda orada qaynaq işləri aparmaq qeyri-mümkündür. Bunu hamı bilir. Bunun üçün Lənkəran RQİİ-dən mütəxəssis gəlib qaz boru axınını dayandırmalıdır və sonra qaynaq işləri görülməlidir. İddia ərizəsində qeyd edilən tikili isə iki pilləkəndən ibarətdir. Pilləkənin həm altı, həm də hər tərəfi açıq formada, yəni tunel şəkində olduğundan qaz çəkilişi zamanı Lənkəran RQİİ-nin işçiləri tərəfərindən qaz boru kəməri kəsilib aşağı endirilərək pilləkənin altından keçirilmişdir. Bunu o yox, Lənkəran RQİİ-nin işçiləri etmişdir. Həmin vaxtı evinin qarşısındakı yerə döşənmiş metlaxları sökərək qaz borusunun pilləkənin qarşısından keçəcəyini ona demişlər. O da öz növbəsində onlara qanun necə yol verirsə, o cür də çəkilməsini demişdir. Sonra görmüşdür ki, borunu pilləkənin altında keçirmişlər. Daha sonra gəlib görmüşdür ki, pilləkənin altından borunu keçirmişlər və onlardan 2-3 ev o tərəfdə qaynaq işi görürlər. Həmin vaxt o evdə olmamışdır. O, «əgər piləkənin qabağından çəkməyəcəkdinizsə onda niyə metlaxları sındırırsız» deyəndə isə, onlar cavabında «pilləkənin altının boş olduğuna görə hava oynayır və heç bir ziyanı yoxdur.» demişlər. İndi isə onu məhkəməyə verib hədə qorxu gəlirlər. O bütün bunları məktub rəsmi yazıb xx.xx.2021-ci il tarixdə Lənkəran RQİİ-yə göndərmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: R.Məmmədov), İddiaçı “Azəriqaz” İstehsalat birliyinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaların”-a istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh “Azəriqaz” X3 Rayon Məhkəməsinin 2(049)559/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı “Azəriqaz” İstehsalat birliyinin nümayəndəsi Nümayəndə1 keçirilən məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş və məhkəmə kollegiyasından Lənkəran Rayon Məhkəməsinin 2(049)559/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)559/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)559/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylıqərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın: 1.2. Bu Qaydalar şəhərlərin, qəsəbələrin və yaşayış məntəqələrinin ərazisində qaz kəmərlərini və qaz kəmərlərindəki qurğuları, qazdan xammal kimi istifadə edən sənaye müəssisələrinə təbii qaz verən qəsəbələrarası qaz kəmərlərini, habelə mayeləşdirilmiş qazdoldurma məntəqələrini, təbii qazdan neftlə birlikdə çıxarılan, mayeləşdirilmiş karbohidrogen qazlarından yanacaq kimi istifadə edilməsini layihələndirən, tikən, quraşdıran və istismar edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün məcburidir. 1.4. Şəhərlərdə, qəsəbələrdə və yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində, əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması, həmçinin qazdoldurma stansiyalarının, mayeləşdirilmiş karbohidrogen qazları üçün çənlərin qurulması və tikilməsi, avtomobil qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin quraşdırılması və tikintisi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri 2.13. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. 2 nömrəli Əlavəyə uyğun olaraq "Yeraltı qaz kəmərlərindən binalara və tikintilərə qədər olan məsafə (planda). Yeraltı qaz kəmərlərindən horizontal üzrə binalara və tikintilərə qədər olan məsafə (metr)" başlıqlı cədvəlin tələblərinə əsasən orta təzyiqli (0,05-dən 3-ə qədər) qaz kəmərindən binalar və tikintilərin özülünə, yolüstü körpülərə və tunellərə qədər məsafə 4 metr olmalıdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı “Azəriqaz” İB vermiş olduğu apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)559/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilən sübutlar üzrə dəyərləndirmə apararkən tələbin təmin və rəddinə yönəlmiş sübutları əlaqəli şərh etməyərək işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Bununla da gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən, “İnnovasiya” xidmət mərkəzi qarşısından keçən orta təzyiqli, daşıyıcı yerüstü d-57 mm-lik qaz kəmərinin L=12 pm hissəsinin və mühafizə zonasının metlaxla ötürülməsi və qaz kəmərinin müəyyən hissəsinin metlaxın altında qalması müəyyən edilmişdir. İnşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qaz kəmərinə vaxtında texniki xidmət göstərilməsinə və yarana biləcək qəza hallarının aradan qaldırılmasına çətinlik yaranmasına səbəb ola bilər. Qaz kəmərinin mühafizə onasında və üzərində tikilinin inşa olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinin kobud surətdə pozulması deməkdir. İnşa edilən tikilinin mülkiyyət hüququnu təsdiq edən sənədləri və tikinti pasportunun surətini X4 İstismarı İdarəsinin Hüquq şöbəsinə 5 iş günü müddətində təqdim olunması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus «İnnovasiya» xidmət mərkəzi qarşısından keçən orta təzyiqli, yerüstü d-57 mm-lik qaz kəmərinə baxış keçirildi. Baxış zamanı həmin kəmərin L=12 pm hissəsinin üstünün qanunsuz olaraq beton və metlaxla örtüldüyü müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2175 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən “İnnovasiya” Xidmət mərkəzinin binasının qabaq divarının birbaşa qarşısı ilə pilləkənin altına salınmaqla, binanın uzununa boyunca diametri 57 mm-lik qaz kəmərinin keçdiyi müəyyən edilir. ünvan 1 ünvanında yerləşən “İnnovasiya” Xidmət mərkəzinin binasının qabaq divarının birbaşa qarşısı ilə pilləkənin altına salınmaqla, binanın uzununa boyunca diametri 57 mm-lik qaz kəmərinin keçdiyini nəzərə aldıqda, Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən “İnnovasiya” Xidmət mərkəzinin binası həmin qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Hökumət ödəniş portalından görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu və xidmət haqqına görə 0,40 manat pul hökumət ödəniş portalı vasitəsi ilə ödənilmişdir. Birinci instansiya məhkəməsi iclasında iddiaçının nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, o, Lənkəran RQİİ-nin texniki istismar şöbəsinin mühəndisi vəzifəsində işləyir. Şöbə tərəfindən mütəmadi olaraq qaz xətləri ilə bağlı təhlükəsizlik qaydalarına əməl edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə yoxlamalar həyata keçir. 2021-ci ilin iyul ayında növbəti yoxlama zamanı ünvan 1 ünvanında Cavabdeh məxsus «İnnovasiya» xidmət mərkəzinin qarşısından keçən orta təzyiqli yerüstü 57 mm diametrli qaz kəmərinin 12 paqonometr hissəsinin üstünün beton və metlaxla örtüldüyü müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilərək pozuntunun aradan qaldırılması üçün Lənkəran RQİİ-yə müraciət edilmişdir. Qeyd olunan qaz kəməri 10 il bundan əvvəl Lənkəran RQİİ tərəfindən deyil, podratçı təşkilat tərəfindən çəkilmiş və istifadəyə verilmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, «İnnovasiya» xidmət mərkəzində kompyuter sahəsində 10 ildən artıqdır ki, tədris fəaliyyətini həyata keçirir. Qeyd olunan qaz kəməri çəkiləndə o da həmin «İnnovasiya» xidmət mərkəzində işləyir. Qaz kəmərini çəkən əməkdaşları özləri həmin kəməri pilləkənin altından boşluq hissədən keçirmişlər. Hətta mərkəzin yerləşdiyi binanın mülkiyyətçisi Cavabdeh onlara qaz kəmərini beton pilləkanın altında keçirəcəkdilərsə, nə üçün pilləkanın üzərindəki metlaxların bəzilərini sındırdıqlarını soruşmuşdur. Birinci instansiya məhkəməsi iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o Cavabdeh qonşusudur. Təxminən 10 il bundan əvvəl onların yaşadığı küçəyə yeni qaz kəməri çəkilmişdir. Həmin kəmər çəkildiyi zaman da digər qonşularla bərabər o da orada olmuşdur. Qonşusu Qəzənfərin evinin qarşısından qaz kəməri çəkilərkən həmin kəmərin qaz idarəsinin əməkdaşları tərəfindən hazırda «İnnovasiya» xidmət mərkəzi adlanan yerin qarşısında olan pilləkənin altında keçirildiyinin şahidi olmuşdur. Cavabdeh həmin kəmərin yerinin sonradan dəyişməsinin şahidi olmamışdır. Çünki o illərdir daimi olaraq orada yaşayır və əgər belə hal baş versəydi, onu görmüş və yaxud eşitmiş olardı. Birinci instansiya məhkəməsi iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında daşıyıcı qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə gətirilməsidir. İddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi “ haqqında qaydaları təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus «İnnovasiya» xidmət mərkəzi qarşısından keçən D-57 mm-lik, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin L=12 pm hissəsinin və mühafizə zonasının metlaxla ötürülməsi və qaz kəmərinin müəyyən hissəsinin metlaxın altında qalması müəyyən edilmişdir. İnşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qaz kəmərinə vaxtında texniki xidmət göstərilməsinə və yarana biləcək qəza hallarının aradan qaldırılmasına çətinlik yaranmasına səbəb ola bilməsi iddiaçı təşkilat tərəfindən müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının tələblərinə ziddir. İddiaçı yerüstü, daşıyıcı qaz kəmərinin mühafizə zonasının Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi tələb edir. Cavabdeh nümayəndəsi iddia tələbinə etiraz edir və qeyd edir ki, o Lənkəran RQİİ-na getmiş, orada şifahi olaraq bildirmişdir ki, onlar qaz xəttinə toxunmamışlar. Qaz boru kəmərini özbaşına kəsmək olmaz. Çünki qaz boru kəməri işlək vəziyyətdə olanda orada qaynaq işləri aparaq qeyri-mümkündür. Bunu hamı bilir. Bunun üçün Lənkəran RQİİ-dən mütəxəssis gəlib qaz boru axınını dayandırmalıdır və sonra qaynaq işləri görülməlidir. İddia ərizəsində qeyd edilən tikili isə iki pilləkəndən ibarətdir. Pilləkənin həm altı, həm də hər tərəfi açıq formada, yəni tunel şəkində olduğundan qaz çəkilişi zamanı Lənkəran RQİİ-nin işçiləri tərəfərindən qaz boru kəməri kəsilib aşağı endirilərək pilləkənin altından keçirilmişdir. Bunu o yox, Lənkəran RQİİ-nin işçiləri etmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı “Azəriqaz” İstehsalat birliyinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi şahidlərin ifadələri, tərəflərin təqdim etdikləri sübutları qiymət verərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Azəriqaz” İstehsalat birliyinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88 maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən şahidlərin ifadələrini tələbin əsassız olması və rədd edilməsinə yönələn əsas kimi qiymətləndirmiş, ekspert rəyini isə tələbin təmin edilməsinə yönələn əsas kimi qiymətləndirməmişdir. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsində prosessual fəallıq göstərməmiş, təqdim olunmuş sübutları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verməmiş, nəticədə iddia tələbini təmin etməməklə qəbul etdiyi qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şahid ifadələri və digər sübutlar hal-hazırdakı tərəflər arasında olan mübahisənin düzgün həlli üçün hər hansı bir rol oynamır. Birinci instansiya məhkəməsi qeyd olunan sübutlara əsas götürərək iddia tələbini təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə iddia üzrə ekspertiza təyin edərkən cavabdeh tərəfindən inşa edilmiş iaşə obyektinin X2 məxsus 57 MM-lik, orta təzyiqli, daşıyıcı qaz kəmərinin sahəsində yerləşib-yerləşməməsini müəyyən etməyə çalışmışdır. Halbuki iddiaçı iddiasında cavabdehin qaz xəttinin mühafizə zonasının pilləkənlər inşa olunaraq metlaxla örtülməsi nəticəsində qaz sızmanın və həyat üçün təhlükəli olan partlayışın baş verməsinin qarşısının alınması, həmçinin qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirdiyini iddia etmiş, iş materiallarına cavabdeh tərəfindən qaz boru xəttinin üzərində pilləkənlərin hörülməsi və üzərinin metlaxlarla örtürülməsini təsdiq edən foto şəkilləri əlavə etmişdir. İşin bu halı cavabdeh tərəfindən (işin mübahisəsiz halıdır.) mübahisələndirilməmiş,mübahisələndirilən isə Azəriqaz istehsalat birliyinin əməkdaşları tərəfindən sonradan yəni pilləkənlərin hörülməsindən sonra qaz boru xəttinin pilləkənlərin altından keçirilməsi halıdır ki, hansı ki, cavabdeh bu halın təsdiqi barədə nə birinci instansiya nə də, ki, apellyasiya icraatı zamanı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi qeyd olunan hallara prosessua qanunvericiliyin tələbi baxımından hüquqi qiymət verməmişdir. Halbuki prosessua qanunvericiliyin tələbinə görə işin faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməlidir. Təqdim olunmuş ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən “İnnovasiya” Xidmət mərkəzinin binasının qabaq divarının birbaşa qarşısı ilə pilləkənin altına salınmaqla, binanın uzununa boyunca diametri 57 mm-lik qaz kəmərinin keçdiyi müəyyən edilir. ünvan 1 ünvanında yerləşən “İnnovasiya” Xidmət mərkəzinin binasının qabaq divarının birbaşa qarşısı ilə pilləkənin altına salınmaqla, binanın uzununa boyunca diametri 57 mm-lik qaz kəmərinin keçdiyini nəzərə aldıqda, Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən “İnnovasiya” Xidmət mərkəzinin binası həmin qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Kollegiya qeyd edir ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın 3.4-cü bəndinə əsasən “Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə).”. Hal-hazırkı mübahisədə isə qaz xəttinin mühafizə zonasının pilləkənlər inşa olunaraq metlaxla örtülməsi, qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Buda qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması, həyat üçün təhlükəli olan partalayışa səbəb olması, həmçinin kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməsinin qarşısını alır. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, o, qaz xətti üzərindəki süni maneələri, yəni quraşdırılmış pilləkələrin və onun üzərində örtülmüş metlaxların sökülərək qaz xətti üzərində yaranan maneənin aradan qaldırılmasını tələb edir ki, gələcəkdə baş verə biləcək hər hansı bir hadisə zamanı təcili müdaxilə etmək mümkün olsun. Qeyd olunanlara kollegiya məcmu halda qiymət verərək hesab edir ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın tələbləri baxımından, qaz xətti üzərində yerləşən pilləkən və onun üzərinə örtülmüş metlaxlar sökülərək qaz boru xətti açıq görünən vəziyyətə gətirilməklə əvvəlki vəziyyət bərpa olunmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)559/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı “Azəriqaz” İstehsalat birliyinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh tərəfindən qaz xətti üzərində yerləşən pilləkən və onun üzərinə örtülmüş metlaxlar sökülərək qaz boru xətti açıq görünən vəziyyətə gətirilməklə əvvəlki vəziyyət bərpa edilməlidir. İddia tələbi əsaslı hesab edildiyindən məhkəmə kollegiyası ödənilmiş dövlət rüsumları ilə bağlı hesab edir ki, ödənilmiş dövlət rüsumlarının əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apelyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür (Mülki Prosessual Məcəllənin 119.1 və 119.5-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)559/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Azəriqaz” İstehsalat birliyinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən qaz xətti üzərində yerləşən pilləkən və onun üzərinə örtülmüş metlaxlar sökülərək qaz boru xətti açıq görünən vəziyyətə gətirilməklə əvvəlki vəziyyət bərpa edilsin. Cavabdeh ödənilmiş dövlət rüsümu 100,40 (bir yüz manat qırx qəpik) manat alınaraq iddiaçı “Azəriqaz” İB-nə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat ekspertiza xərci Cavabdeh alınaraq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-447/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-447/2023
30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver