Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-449/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaranmış borcun tutulması tələbinə dair mülki işi üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-449/2025 Açar sözlər: şifahi alqı-satqı müqaviləsi üzrə borc tələbi X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin (hakim S.Ləzimov) 29 noyabr 2024-cü il tarixli, e-2(017)- 1609/2024 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 10 aprel 2024-cü il tarixdə Ukrayna Respublikasında yaşayan yaxın qohumu X2 onunla əlaqə saxlayaraq Abşeron Rayonu, Xırdalan şəhəri, Ər-riyad Ticarət Mərkəzinin qarşısında yerləşən Abşeron Gənclər şəhərciyində yaşayan Cavabdeh 1500 kiloqram qoz ləpəsi lazım olduğunu bildirmişdir. Daha sonra isə X1 ona Cavabdeh əlaqə nömrəsini vermiş və o, Cavabdeh ilə telefon vasitəsilə danışaraq 1500 kiloqram qoz ləpəsinin alqı-satıqısı barədə razılığa gəlmişlər. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə atasına məxsus ford markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh 1300 kiloqram qoz ləpəsi apararaq Abşeron Rayonu, Xırdalan şəhəri, Ər-riyad Ticarət Mərkəzinin qarşısında yerləşən Abşeron Gənclər şəhərciyində cavabdehə təhvil vermişdir. Yerdə qalan 200 kiloqramı isə bir neçə günə ona təhvil verməli idi. Daha sonra isə Cavabdeh ilə olan razılıqlarına əsasən o, cavabdehə əlavə olaraq 500 kiloqram qoz ləpəsi göndərmiş və beləliklə o, cavabdehə cəmi 2000 kiloqram qoz ləpəsi vermişdir. Razılığa əsasən Cavabdeh yeddi gün ərzində 2000 kiloqram qoz ləpəsinin əvəzinə ona 17315 manat pu verməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh ona 2000 manat pul nağd şəkildə ödəmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə cavabdeh onun adına olan karta əlavə olaraq 2000 manat köçürtmə etmişdir. Sonra isə 2024-cü ilin iyun ayının ortalarında o, Cavabdeh ilə görüşmüş və Ruslan ona əlavə olaraq 3000 manat nağd şəkildə ödəniş etmişdir. Hazırda cavabdehin ona 10315 manat borcu qalmaqdadır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, hər hansı nəticəsi olmamışdır. İddia ərizəsinə əlavə etdiyi diskdəki səs yazılarında görünür ki, cavabdehlə çoxsaylı danışıqlar aparmış, müxtəlif vədlər vermiş, lakin heç bir vədini yerinə yetirməmişdir. Bununla bağlı Abşeron rayon Polis şöbəsinə şikayət vermiş olsa da, polis şöbəsi tərəfindən müraciətlərinin mülki xarakterli olması ilə əlaqədar ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, göstərdiklərini nəzərə alınmaqla məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh xeyrinə 10315 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı atasına məxsus ford markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh 1300 kiloqram qoz ləpəsi apararaq Abşeron Rayonu, Xırdalan şəhəri, Ər-riyad Ticarət Mərkəzinin qarşısında yerləşən Abşeron Gənclər şəhərciyində cavabdehə təhvil vermişdir. Yerdə qalan 200 kiloqramı isə bir neçə günə ona təhvil verməli idi. Daha sonra isə Cavabdeh ilə olan razılıqlarına əsasən İddiaçı cavabdehə əlavə olaraq 500 kiloqram qoz ləpəsi göndərmiş və beləliklə cavabdehə cəmi 2000 kiloqram qoz ləpəsi vermişdir. Razılığa əsasən Cavabdeh yeddi gün ərzində 2000 kiloqram qoz ləpəsinin əvəzinə Ramilə 17315 manat pu verməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh Ramilə 2000 manat pul nağd şəkildə ödəmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə cavabdeh Ramilin adına olan karta əlavə olaraq 2000 manat köçürtmə etmişdir. Sonra isə 2024-cü ilin iyun ayının ortalarında İddiaçı Cavabdeh ilə görüşmüş və Ruslan ona əlavə olaraq 3000 manat nağd şəkildə ödəniş etmişdir. Hazırda cavabdehin Ramilə 10315 manat borcu qalmaqdadır. Cavbdeh hazırda iddiaçıya qalan borcundan heç bir ödəniş etməmiş, ödəniş etməməsinin səbəbi kimi Ələsgər adlı şəxsin ona borcunun olmasını həmin borcun əvəzi olaraq İddiaçı verəcəyi puldan çıxması olduğunu bildirmişdir. Lakin İddiaçı Ələsgər adlı şəxsi tanımadığını, heç bir əlaqəsi olmadığını və Ələsgərin Ruslana olan borcunun ona heç bir aiddiyatı olmadığını bildirmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 10315 manat borc pulun tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında göstərdi ki, Cavabdeh ona ümumi dəyəri 17315 manat olan 2000 kiloqram qoz ləpəsinin nisiyə alqı-satqı nəticəsində yaranmış borcundan cavabdeh tərəfindən ödənilmiş, xx.xx.2024-cü il tarixdə 2000 manat pul nağd şəkildə, xx.xx.2024-cü il tarixdə onun adına olan karta əlavə olaraq 2000 manat köçürtməsini və sonra isə 2024cü ilin iyun ayının ortalarında ona əlavə olaraq 3000 manat nağd şəkildə ödənişini nəzərə alınmaqla hazırda cavabdehin ona 10315 manat borcu qalmışdır. Cavbdeh hazırda ona qalan borcundan heç bir ödəniş etməmiş, ödəniş etməməsinin səbəbi kimi Ələsgər adlı şəxsin ona borcunun olmasını həmin borcun əvəzi olaraq ona verəcəyi puldan çıxması olduğunu bildirmişdir. Lakin o, Ələsgər adlı şəxsi tanımadığını, heç bir əlaqəsi olmadığını və Ələsgərin Ruslana olan borcunun ona heç bir aiddiyatı olmadığını bildirdi. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 10315 manat borc pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iddia tələbuni qəbul etmədi və çıxış edərək göstərdi ki, Cavabdeh tanışı Ukrayna Respublikasında yaşayan X3 ilə aralarında olan ticarət münasibətləri ilə əlaqədar Ələsgərin Ruslana 22800 (iyirmi iki min səkkiz yüz) manat məbləğində borcu yaranmışdır. X3 qeyd edilən məbləğdə borcunu qaytara bilmədiyindən Ruslana borcun əvəzi olaraq satmaq üçün Azərbaycan Respublikasında tanışları vasitəsilə 1500 klq qoz ləpəsi göndərəcəyini vəd etmişdir. X3 iddiaçı vasitəsilə Ruslana ümumi dəyəri 17000 (on yeddi min)manat olan 2500 kiloqram qoz ləpəsi göndərmişdir. İddiaçı qeyd edilən malları nəqliyyat vasitəsilə gətirdikdə malın ödənişi olmadan boşaltmayacağını bildirdikdə Ruslan ona bu barədə Ələsgərlə danışmasını bildirmişdir. Həmçinin iddiaçı bildir di ki, Ruslanı tanımadığından ödəniş olunmadan mal verə bilməz. Daha sonra iddiaçı Ələsgərlə telefonla danışdıqdan sonra malları boşaldaraq təhvil verib getdi. Ruslanın Ələsgərlə aralarında olan anlaşma 1500 kiloqram olduğu üçün o, digər 1000 kiloqram ləpənin dəyəri kimi 7000 (yeddi min) manat pulu iddiaçıya ödəmişdir. Çünki iddiaçı Ruslana bildirmişdir ki, Ələsgərə 1500 kiloqram ləpəni ona verəcəyini vəd etmişdir. Qalıq 1000 kiloqram isə normal alqısatqı qaydalarına uyğun olaraq ödənişini etməlisən. Ruslan da, bu səbəbdən yuxarıda qeyd etdiyi kimi 1000 kiloqram ləpənin dəyərinin iddiaçıya ödəmişdir. Odur ki, göstərdiklərini nəzərə alınmaqla iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdeh “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə etiraz göndərərək etirazında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır və aşağıdakılara əsasən rədd edilməlidir. Tanışı Ukrayna Respublikasında yaşayan X3 ilə aralarında olan ticarət münasibətləri ilə əlaqədar Ələsgərin ona 22800 (iyirmi iki min səkkiz yüz) manat məbləğində borcu yaranmışdır. X3 qeyd edilən məbləğdə borcunu qaytara bilmədiyindən ona borcun əvəzi olaraq satmaq üçün Azərbaycan Respublikasında tanışları vasitəsilə 1500 klq qoz ləpəsi göndərəcəyini vəd etmişdir. X3 iddiaçı vasitəsilə ona ümumi dəyəri 17000 (on yeddi min)manat olan 2500 kiloqram qoz ləpəsi göndərdi. İddiaçı qeyd edilən malları nəqliyyat vasitəsilə gətirdikdə malın ödənişi olmadan boşaltmayacağını bildirdikdə o, ona bu barədə Ələsgərlə danışmasını bildirmişdir. Həmçinin iddiaçı bildir di ki, onu tanımadığından ödəniş olunmadan mal verə bilməz. Daha sonra iddiaçı Ələsgərlə telefonla danışdıqdan sonra malları boşaldaraq təhvil verib getdi. Onun Ələsgərlə aralarında olan anlaşma 1500 kiloqram olduğu üçün o, digər 1000 kiloqram ləpənin dəyəri kimi 7000 (yeddi min) manat pulu iddiaçıya ödəmişdir. Çünki iddiaçı ona ona bildirdi ki, Ələsgərə 1500 kiloqram ləpəni ona verəcəyini vəd etmişdir. Qalıq 1000 kiloqram isə normal alqı-satqı qaydalarına uyğun olaraq ödənişini etməlisən. O da, bu səbəbdən yuxarıda qeyd etdiyi kimi 1000 kiloqram ləpənin dəyərinin iddiaçıya ödəmişdir. Ağcabədi Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2(017)-1609/2024 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 10315 (on min üç yüz on beş) manat məbləğində borc pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 120 manat 94 qəpik dövlət rüsumu tutularaq Hökümət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin təqdim edilmiş sübutlara tənqidi yanaşmaması, sübutları “şübhədənkənar sübutlar” tələbi baxımından qiymətləndirməməsi, qanun pozuntuları ilə mülkiyyət hüququnu pozan məhkəmə aktının qəbulu Məhkəməyə verdiyi etiraz ərizəsində göstərmişdir ki, Ukraniya Respublikasında yaşayan X4 ilə aralarında olan ticarət münasibətləri ilə bağlı Ələsgərin ona 22800 (iyirmi iki min səkkizyüz) manat borcu yaranmışdı və Ələsgər borcu ödəyə bilmirdi. Ələsgər Hüseynov ona telefonla bildirib ki, borcun əvəzinə sənə 2500 kiloqram qoz ləpəsi göndərəcəyəm. O da Ələsgərlə razılaşıb və Ələsgər sonradan tanıdığı İddiaçı vasitəsi ilə ona qoz ləpəsi göndərmişdir və o da Ramilin yanında Ələsgərlə telefonla əlaqə saxlayıb, Ramilin iştirakı ilə ona bildirmişdir ki, qoz ləpəsin qəbul edib. Hətta Ələsgər həmin vaxt ona bildirmişdir ki, bir müddətdən sonra borcun əvəzinə sənə yenə də qoz ləpəsi göndərəcəyəm. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş, təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Ukraynada yaşayan Ələsgərlə biznes əlaqələri olmuş və Ələsgərin ona 22800 manat borcu yaranmışdır. Ələsgərdən pulunu tələb etdikdə Ələsgər demişdir ki, ona qoz ləpəsi göndərəcək o da satıb pulunu götürər. Razılaşmalarına əsasən Ələsgər ilkin olaraq ona 1500 kq qoz ləpəsi göndərməli, sonradan əlavə də ləpə verməli idi. İddiaçı ona 2500 kq qoz ləpəsi gətirmişdir. İddiaçının ona gətirmiş olduğu ləpə Ələsgərlə razılaşdıqlarından 1000 kq çox olduğundan 1000 kg ləpənin pulu olan 7000 manat pulu ona vermişdir. Belə ki, ləpənin topdan olaraq iddiaçıdan 1 kq-nı 7 manata almışdır. Lakin 1500 kq ləpəni ona Ələsgər göndərdiyindən 1500 kq ləpənin pulunu iddiaçıya verməmişdir. Qeyd etmişdir ki, Ələsgər hazırda da Ukraynadan yaşayır. Həmçinin onda Ələsgərin tapşırığı əsasında iddiaçının ona ləpə göndərməsi ilə bağlı hər hansı sübutu yoxdur. Bildirmişdir ki, qoz ləpəsini ona şəxsən İddiaçı gətirib vermişdir. Elmidar adlı şəxsi isə tanımır. İddiaçı tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Ağcabədi Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2(017)-1609/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Ağcabədi Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2(017)-1609/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, iş materiallarında olan CD diskə yazılmış səs yazılarından görünür ki, cavabdeh və iddiaçı arasında iddiada göstərilən tələblə bağlı danışıqlar aparılmışdır. İş materiallarında olan WhatsApp yazışmalarının foto şəkillərindən görünür ki, cavabdeh və iddiaçı arasında iddiada göstərilən tələblə bağlı yazışmalar getmişdir. İş materiallarında olan ******* nömrəli Vəkil Orderindən görünür ki, İddiaçı ilə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil1 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan ******* nömrəli Vəkil Orderindən görünür ki, Cavabdeh ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan 274827 nömrəli Məcburi Köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 2000 kiloqram qoz ləpəsini 17315 manata qiymətləşərək cavabdehə nisyə satmış, cavabdeh tərəfindən həmin məbləğdən müxtəlif vaxtlarda bir neçə dəfəyə ümumilikdə 7000 manat məbləğdə ödəniş edilmişdir. Lakin qalan borcdan cavabdeh tərəfindən bu günədək iddiaçı ilə aralarında olan şifahi razılaşmaya tam əməl edilməmiş və iddiaçıya nisyə satılmış 2000 klq qoz ləpəsinin 17315 manat dəyərindən qalmış 10315 manat borcu bu günədək qaytarılmamışdır. Bununla da Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Göründüyü kimi iddiaçı cavabdehə nisyə satmış olduğu qoz ləpəsindən qalmış 10315 manat pulu tələb etmiş və məhkəmə iddianı təmin etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili iddiaçı tərəfindən ona verilən qoz ləpəsinin cavabdehə borclu olan və hazırda da Ukraynada yaşayan Ələsgərin tapşırığı ilə ona göndərilməsidir. Lakin kollegiyanın iclası zamanı cavabdeh bildirmişdir ki, onda Ələsgərin tapşırığı əsasında iddiaçının ona ləpə göndərməsi ilə bağlı hər hansı sübutu yoxdur. Kollegiya həmçinin tərəflər arasında olan münasibətlə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh kollegiyanın iclası zamanı bildirmişdir ki, qoz ləpəsinin 1 kq-nı 7 manatdan olmaqla iddiaçıdan almışdır. Buna görə iddianının ona artıq (əlavə) gətirmiş olduğu 1000 kq-a görə 7000 manat ödəmişdir. Bundan çıxış edərək kollegiya qeyd edir ki, geri qalan 1500 kq ləpəyə görə də (1500x7=10500) 1 kq 7 manatdan 10500 manat edir ki, buda iddiaçı tərəfindən tələb edilən 10315 manatdan çoxdur. Belə olan halda da kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, cavabdeh tərəf buna əsas ola biləcək müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia üzrə mübahisələndirilən üzrə iddianın qiyməti 5000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar dövlət rüsumu cavabdeh tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2(017)-1609/2024 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-449/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-449/2025
20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver