Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-456/2025 24.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən birgə nikah dövründə tikib yaşadıqları üç otaqlı evə azyaşlı övladı ilə birlikdə köçürülməsi, yaşayış sahəsindən cavabdeh ilə bərabər birgə istifadə etmək hüququnun verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı azyaşlı uşağı xx.xx.2016-cı il tarixdə doğulmuş X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hazırda işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs Lerik Rayon Məhkəməsinin 2(048)- 532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 25 dekabr 2024-cü il tarixli qərardadı ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-364-cü maddəsinin tələblərinə uyğun verilmiş hesab edilərək apellyasiya şikayəti baxılması üçün 2(048)- 532/2021 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 21 yanvar 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)456/2025 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 24 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı - Cavabdeh qarşı “evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən birgə nikah dövründə tikib yaşadıqları üç otaqlı evə azyaşlı övladı ilə birlikdə köçürülməsi, yaşayış sahəsindən cavabdeh ilə bərabər birgə istifadə etmək hüququnun verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı azyaşlı uşağı xx.xx.2016-cı il tarixdə doğulmuş X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hal-hazırda da həmin qətnamə qüvvədədir. Maraqlı şəxs qətnamənin maraqlarına toxunduğunu iddia edərək, Lerik Rayon Məhkəməsinin 2(048)- 532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 25 dekabr 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə Maraqlı şəxs hüquq və vəzifəsinə toxunur. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş X1 tərəfindən Bakı şəhəri 35 saylı Notariat Ofisində verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanı ərazisində yerləşən faktiki istifadəsində olan 300 kv.m. torpaq sahəsi üzərində tikilmiş 120 kv.m-dən ibarət olan özəl tikilmiş fərdi yaşayış evini Maraqlı şəxs 40.000 (qırx min) manata satmışdır. Həmin məbləği tam şəkildə almışdır. Gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələbi olmayacaqdır. Kollegiya Maraqlı şəxs tərəfindən verilən apelyasiya şikayətini nəzərdən keçirərək müəyyən edir ki, əvvəla qətnamənin hansı hissədə Maraqlı şəxs maraqlarına toxunduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, iş materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi qəbul edilən zaman Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən mübahisəli mənzil Maraqlı şəxs mülkiyyətində olmamış, qətnamə qanuni qüvvəyə mindikdən 1 il sonra Maraqlı şəxs həmin mənzili 40000 manata satın aldığını iddia etmişdir. Göründüyü kimi mübahisəli mənzil məhkəmə araşdırması zamanı Maraqlı şəxs mülkiyyətində olmamış, yalnız qətnamə icraya yönəldikdən sonra və qətnamə qəbul edildikdən 3 il sonra Maraqlı şəxs mənzilin onun mülkiyyətinə keçdiyini iddia edərək qətnamənin maraqlarına toxunduğunu bildirmişdir. Lakin qətnamənin hansı hissədə Maraqlı şəxs maraqlarına toxunmasını müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi yalnız formal mülahizə əsasında qətnamənin Maraqlı şəxs maraqlarına toxunması qənaətinə gələrək, apelyasiya şikayətini baxılması üçün göndərmişdir. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ hər bir şəxsin ayrılmaz hüququ olmaqla, bu hüququn həyata keçirilməsinə qanunverici tərəfindən müəyyən ağlabatan prosessual məhdudiyyətlər qoyulmuşdur. Belə məhdudlaşdırılma hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il tarixli Qərarı). Nəzərə alınmalıdır ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(106)-456/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-456/2025
24.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver