Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-477/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İdddiaçı İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(072)-684/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İddiaçı Cavabdeh ilə 23 avqust 2023-cü ildə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. İddiaçı Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, orada ailə kimi yaşamağa və birgə təsərrüfat aparmağa başlamışdır. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tələbi” üzrə iddia qaldırmış, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2024-cü il təvəllüdlü X2 atasının Cavabdeh olması müəyyən edilmiş, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində, o cümlədən onun 3 yaşına çatanadək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,15 misli həddində aliment X1 xeyrinə tutulması, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, gdənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İddiaçıya toy-nişan hədiyyəsi kimi verilmiş qızıl-zinət əşyaları-1287 (min iki yüz səksən yeddi) AZN məbləğində 585 əyarlı, 14.3 qram çəkidə 1 (bir) ədəd qızıl boyunbağı, 612 (altı yüz on iki) AZN məbləğində 583 əyarlı, 6.8 qram çəkidə 1 (bir) ədəd qızıl üzük, 945 (doqquz yüz qırx beş) AZN məbləğində 585 əyarlı, 10.5 qram çəkidə 1 (bir) ədəd qızıl qolbaq, 783 (yeddi yüz səksən üç) AZN məbləğində 585 əyarlı, 8.7 qram çəkidə 1 (bir) cüt qızıl sırğadan ibarətdir. İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, eləcə də, ona hədiyyə edilməsini təsdiq sübut etmək üçün fotoşəkilləri məhkəməyə təqdim etmişdir. İşdə olan “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” 27 avqust 2024-cü il tarixli arayışdan və ********** saylı, 27 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) AZN məbləğində mediasiya xərci ödənilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, göstərmişdir ki, o, Cavabdeh ilə 23 avqust 2023-cü ildə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri rəsmiləşdirilməmişdir. Onların birgə nikahlarından 04 may 2024-cü ildə Səma adlı 1 (bir) qız uşağı anadan olmuşdur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, orada ər-arvad kimi yaşamağa və birgə təsərrüfat aparmağa başlamışdır. Cavabdeh qızıl-zinət əşyaları-1287 (min iki yüz səksən yeddi) manat məbləğində 585 əyarlı, 14.3 qram çəkidə 1 (bir) ədəd qızıl boyunbağı, 612 (altı yüz on iki) manat məbləğində 583 əyarlı, 6.8 qram çəkidə 1 (bir) ədəd qızıl üzük, 945 (doqquz yüz qırx beş) manat məbləğində 585 əyarlı, 10.5 qram çəkidə 1 (bir) ədəd qızıl qolbaq, 783 (yeddi yüz səksən üç) manat məbləğində 585 əyarlı, 8.7 qram çəkidə 1 (bir) cüt qızıl sırğa toy-nişan hədiyyəsi kimi oğlan evi tərəfindən tərəfindən alınaraq, İddiaçı hədiyyə edilmişdir. Qeyd edilən qızıl-zinət əşyalarının və ya ümumi dəyəri olan 3627 (üç min altı yüz iyirmi yeddi) manat məbləğində pulun, eləcə də 50 (əlli) manat məbləğində mediasiya xərcinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 23 avqust 2023-cü ildə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri rəsmiləşdirilməmişdir. Onların birgə nikahlarından 04 may 2024-cü ildə Səma adlı 1 (bir) qız uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamış və ayrılmışlar. İddia tələbi barədə bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. İddiaçı iddia etdiyi həmin qızıl-zinət əşyalarını yaşadığı evi tərk edən zaman özü ilə aparmışdır. Onu da qeyd edir ki, həmin qızıl-zinət əşyalarını bir neçə il əvvəl anası və bacısı almış, toy-nişan məclisi zamanı keçmiş həyat yoldaşı Pərvanə xanıma hədiyyəsi olunmuşdur. Belə ki, həmin qızıl-zinət əşyaları hər zaman Pərvanə xanımın özündə olmuş, özünün bildiyi yerdə, yəni dolabda gizli yerdə saxlamış və istədiyi zaman sərbəst şəkildə istifadə etmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “əmlak” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin (hakim Tərlan Nüsrətov) 2(072)-684/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 217.3, 218.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün iddia rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, Cavabdeh ilə ailə qurduqda ona 1 ədəd 585 əyyarlı 14,3 qram çəkidə 1287,00 manat dəyərində boyunbağı, 1 ədəd 583 əyyarlı 6,8 qram çəkidə 612,00 manat dəyərində üzük, 1 ədəd 585 əyyarlı 10,5 qram çəkidə 945,00 manat dəyərində olan qolbağı, 1 ədəd 585 əyarlı 8,7 qram çəkidə olan 783,00 manat dəyərində olan sırğa ümumi dəyəri 3627 00 (üç min altı yüz iyirmi yeddi) manat dəyərində olan qızıl zinət əşyaları hədiyyə edilmişdir. Məhkəmə qətnamənin 3-cü səhifəsinin 5-ci abzasında qeyd edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, məhz iddia edilən qızıl zinət əşyalarının hal-hazırda mövcudluğu, əyyarı, çəkisi, dəyəri, eləcədə hansı şəraitdə Cavabdeh qalması ilə bağlı halları əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər subut təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində qızıl zinət əşyalarla əlaqədər kifayət qədər açıq, aydın AR MPM-nin 77-ci maddəsinin tələbinə uyğun olaraq subutları məhkəməyə təqdim etmişdir. Qızıl zinət əşyalarının mövcudluğunu İddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi ifadələrində, Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Brilianat şadlıq sarayında keçirilən toy şənliyi zamanı gəlinə hədiyyə edilmiş qızıl zinət əşyalarının çəkilmiş foto şəkillərlə subut olunduğu halda məhkəmə əlavə hansı mötəbər sübut axtarır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, cavabdehlə birlikdə yaşadığı müddət ərzində mübahisələri olmamışdır. İddiaçı hamilə olan zaman, cavabdeh onu həkimə aparmaq adı ilə avtobus vasitəsilə (ictimai nəqliyyatla) anasının yaşayış yerinə gətirmişdir. Münasibətləri normal olmuşdur. Sonradan cavabdehə anasının telefonu ilə zəng etsə də, cavabdeh telefona cavab verməmişdir. Evdən çıxarkən ona toy mərasimi ilə bağlı hədiyyə edilmiş qızılları özü ilə götürməmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddiaçı ilə oxşar məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında bildirdi ki, apellyasiya şikayəti əsassızdır. Qızıl-zinət əşyaları hədiyyə olaraq iddiaçıya verilmişdir, lakin həmin əşyalar iddiaçının özündədir. Sonuncu dəfə evdən çıxdıqda aralarında mübahisəli şərait olmuş, iddiaçını anasının evinə avtobus vasitəsilə özü aparmışdır. İddiaçı evdən çıxarkən qızıl-zinət əşyaları üzərində olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Cəbrayıl rayon Məhkəməsinin 26 noyabr 2024-cü il, 2(072)-684/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikahı girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Həmin Məcəllənin 225.3-cü maddəsində göstərilir ki, daş-qaş və digər zinət şeylər istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməlidir. Tərəflər arasında mübahisənin predmeti İddiaçı toy-nişan hədiyyəsi kimi hədiyyə edilmiş qızıl-zinət əşyalar- 3627 manat dəyərində olan qızıl-zinət əşyaları, yəni, 1287 manat dəyərində 585 əyarlı 14,3 qram çəkidə boyunbağı, 612 manat dəyərində 583 əyarlı 6,8 qram çəkidə üzük, 945 manat dəyərində 585 əyarlı 10,5 qram çəkidə qolbağı, 783 manat dəyərində 585 əyarlı 8,7 qram çəkidə olan sırğadır. İşin faktiki hallarından, eləcə də, İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən, Cavabdeh izahatından göründüyü kimi qızıl-zinət əşyalarının iddiaçıya məxsusluğu mülki işin mübahisəsiz halıdır. Cavabdeh tərəf həmin əşyaların dəyərini mübahisələndirməmişdir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququnun əldə edilməsi müxtəlif əsaslarla mümkündür, o cümlədən əqdlər, vərəsəlik, qanunla nəzərdə tutulan digər əsaslar və hədiyyə vasitəsilə. Xüsusilə, toy və ya nişan mərasimlərində bir tərəfin digərinə etdiyi hədiyyələr, onların hüquqi statusunu müəyyənləşdirmə baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, toy və ya nişan zamanı mərasimlərində bir tərəfin digərinə etdiyi hədiyyələr, hədiyyə alanın fərdi mülkiyyəti hesab edilir və ümumi mülkiyyətə daxil edilmir. İddiaçı tərəfin izahatından məlum olur ki, İddiaçı sonuncu dəfə evdən çıxdıqda tərəflər arasında hər hansı gərgin münasibət olmamış, hamilə olduğu üçün Cavabdeh onu həkimə aparmaq adı ilə anasının evinə aparmışdır. Yalnız bundan sonra tərəflər arasında münasibətlər gərginləşmiş və İddiaçı cavabdehin yaşadığı evə qayıtmamışdır. Mübahisəli qızıl-zinət əşyalarını evdən çıxarkən özü ilə götürməmişdir. Cavabdeh isə əksinə, iddiaçının sonuncu dəfə evdən çıxarkən münasibətlərin artıq gərgin olduğunu və iddiaçının qızıl-zinət əşyalarını özü ilə apardığını iddia edir. O, həmçinin bildirir ki, iddiaçını ictimai nəqliyyat vasitəsilə ata evinə özü aparmışdır. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində öz mövqeyində ardıcıl olmamış, onun izahatında bir-birinə zidd olan məqamlar yer almışdır:
1. Cavabdeh etirazında iddiaçının xx.xx.2023-cü il tarixdə onunla olan mübahisəyə görə atasının evinə getmək istədiyini və ictimai nəqliyyatdan istifadə edərək sənəd və qızıl-zinət əşyalarını özü ilə apardığını bildirmişdir.
2. Eyni etiraz ərizəsinin 2-ci vərəqində isə iddiaçının heç bir dava-dalaş və söz-söhbət olmadan ata evinə getdiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı mövqeyini möhkəmləndirən hallar aşağıdakılardır:
1. İddiaçının evdən çıxması zamanı tərəflər arasında münasibətlərin gərgin olmaması, onun qızıl-zinət əşyalarını götürərək evdən çıxması ehtimalını zəiflədir. Əgər iddiaçı evdən qalmaq niyyəti olmadan birdəfəlik ayrılmaq fikrində olsaydı, qızıl-zinət əşyalarını da özü ilə aparardı.
2. Cavabdehin izahatı məntiqi baxımdan ağlabatan deyil. Əgər tərəflər arasında həqiqətən münasibətlər gərgin olmuşdursa, cavabdehin iddiaçını ata evinə qədər müşayiət etməsi məntiqi və inandırıcı görünmür.
3. Cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahat da iddiaçının mövqeyini gücləndirir. Belə ki, cavabdeh izahatında iddiaçının süni mayalanma vasitəsilə hamilə qaldığını öyrəndikdən sonra bunun onu qıcıqlandırdığını və onu özü həkimə aparmaq istəmədiyindən anasının evinə apardığını qeyd etmişdir. İddiaçının izahatından isə müəyyən olunur ki, bu zaman iddiaçı bunu anlamamış, dolayısı ilə tərəflər arasında hər hansı mübahisə və ya münaqişə baş verməmiş, sadəcə həkimə gedəcəyini güman etmişdir. Bu isə tərəflərin münasibətlərinin gərginləşməsinin iddiaçının evdən çıxmasından sonra baş verdiyini göstərir və iddiaçının dəlillərini möhkəmləndirir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə əsasən “...Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır”. Həmçinin Qanunun bu müddəası Roma hüququnun əsas priniplərindən olan “libera cogitatio judicis” (hakimin sərbəst daxili inamı) ilə bağlıdır. Məhkəmə icraatında tərəflərin verdiyi izahatlar məhkəmə qərarının formalaşmasında mühüm rol oynayır. Hakimin sərbəst daxili inamı dedikdə, məhkəmənin sübutları qiymətləndirərkən əldə etdiyi subyektiv, lakin hüquqi və məntiqi əsaslara söykənən qənaət nəzərdə tutulur. Bu baxımdan, tərəflərin verdiyi izahatların tutarlılığı və məntiqliliyi hakimin sərbəst daxili inamının formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Hakim sübutları sərbəst qiymətləndirmək səlahiyyətinə malikdir, lakin bu proses yalnız tərəflərin izahatlarına əsaslanmamalı, izahatların digər sübutlarla uzlaşmasına diqqət yetirilməlidir. Tərəflərin verdiyi izahatların ardıcıl olması, məntiqi cəhətdən bir-birini tamamlaması və mövcud faktiki hallar ilə uyğun gəlməsi həmin izahatların etibarlılığını artırır. Əksinə, ziddiyyətli və məntiqsiz izahatlar isə onların həqiqiliyini şübhə altına alır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tələbi” üzrə iddia qaldırmışdır. Qətnamənin məzmunu təsdiq edir ki, tərəflər arasında uşağın atalığı ilə bağlı real mübahisə mövcud olmuşdur. Bu fakt, eyni zamanda, uşağın atalığı ilə bağlı real mübahisə mövcud olduğundan iddiaçının son dəfə evdən çıxan zaman cavabdehin onu anası evinə aparmasına dair arqumentinin əsaslılığını möhkəmləndirən sübut hesab edilə bilər. Məhz bu kontekstdə cavabdehin iddiaçını anası evinə aparması, münasibətlərdəki mövcud problemlər fonunda məntiqli və izaholunan bir dəlil kimi qiymətləndirilə bilər. Mülki iş üzrə mübahisənin həlli zamanı tərəflərin izahatları aşağıdakı əsas xüsusiyyətlərə malik olmalıdır ki, məhkəmə onları etibarlı qəbul etsin: Əvvəla, ardıcıl və dəyişməz olmalıdır – Əgər bir tərəfin izahatı məhkəmənin müxtəlif mərhələlərində fərqli məzmun daşıyırsa, bu, həmin tərəfin iddiasının və ya etirazının inandırıcılığını azaldır. Hazırki işdə Cavabdeh əvvəlcə İddiaçı ilə mübahisə etdiyini, daha sonra isə heç bir mübahisənin olmadığını qeyd edirsə, bu ziddiyyət onun arqumentlərinin etibarlılığını zəiflədir. İkincisi, məntiqli və inandırıcı olmalıdır–Cavabdeh münasibətlərin gərgin olduğunu iddia edir, lakin eyni zamanda iddiaçını könüllü şəkildə evə qədər müşayiət etdiyini bildirir, bu hal məntiqə zidd görünür və hakimin bu arqumentə qarşı daxili inamını zəiflədir. Üçüncüsü, ziddiyyətli olmamalıdır. Tərəflərin təqdim etdiyi izahatlarda daxili uyğunsuzluqların olması onların obyektivliyini şübhə altına alır. Əgər eyni tərəf müxtəlif vaxtlarda bir-birini təkzib edən açıqlamalar verirsə, bu, məhkəmənin həmin izahatlara inanmasını çətinləşdirir. Tutarsız, ziddiyyətli və məntiqsiz izahatlar məhkəmənin daxili inamınını formalaşmasında rol oynayır və tərəfin mövqeyinin zəifləməsinə səbəb olur. Buna görə də, hüquqi prosesdə tərəflərin izahatlarının ardıcıl, əsaslandırılmış və sübutlarla dəstəklənməsi onların mövqeyinin haqlı olmasını təmin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 157.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Hazırkı halda, cavabdeh iddiaçının evi tərk edən zaman tərəflər arasında mübahisə olduğunu, həmçinin iddiaçının qızıl-zinət əşyalarını özü ilə apardığını iddia etsə də, bu halı təsdiq edəcək heç bir sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Belə olduğu halda isə:
1. Sübut təqdim etməmək cavabdehin mövqeyini zəiflədir – Cavabdeh öz etirazlarını sübut edə bilmədiyindən, Kollegiya onun etirazını əsaslı hesab etmir.
2. Daxili inamın iddiaçı lehinə formalaşması – Kollegiya tərəflərin mövqeyini müqayisə edərkən, iddiaçının izahatlarının məntiqi və sübutlarla dəstəkləndiyini, cavabdehin isə ağlabatan və inandırıcı olmayan etirazlar irəli sürdüyünü müəyyən edirsə, bu hal məhkəmənin daxili inamını iddiaçı lehinə formalaşdırır. Cavabdeh məhkəmə icraatı başladıqdan etibarən səmimi olmamış, tələb etdiyi qızılların aparılması və iddiaçının evdən çıxma vəziyyəti barədə ziddiyyətli fikir səsləndirməklə məhkəmədə onun mövqeyinin qeyri-səmimiliyinə dair inam formalaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.
2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(072)-684/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 50 manat iş materiallarında olan ödəniş qəbzlə təsdiq olunduğuna görə, cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(072)-684/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı məxsus cəmi 3627 manat dəyərində olan qızıl-zinət əşyaları, yəni, 1287 manat dəyərində 585 əyarlı 14,3 qram çəkidə boyunbağı, 612 manat dəyərində 583 əyarlı 6,8 qram çəkidə üzük, 945 manat dəyərində 585 əyarlı 10,5 qram çəkidə qolbağı, 783 manat dəyərində 585 əyarlı 8,7 qram çəkidə olan sırğa, həmin əşyalar olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Mediasiyaya müraciət üçün ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.