Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-48/2024 22.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, qanunsuz istifadə olunan torpaq sahəsindən ona vurulmuş 30000 (otuz min) manat ziyanın və əldən çıxmış fayda olaraq 20000 (iyirmi min) manat pul, qanunsuz tikilmiş tikililərin sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)58/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət edərək , Astara rayonu, Siyəkü kəndində yerləşən ********** saylı çıxarış ilə mülkiyyətində olan 0.2661 hektar torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, həmin torpaq sahəsində qanunsuz tikilmiş tikililərin sökülməsi, qanunsuz istifadə olunan torpaq sahəsindən ona vurulmuş 30000 (otuz min) manat maddi ziyanın və 20000 (iyirmi min) manat əldən çıxmış faydaya görə pul tələbi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(018)-58/2022 nömrəli qətnaməsi ilə (hakim M.İ.Məmmədov) iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18 iyun 2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinə Astara rayonu, Siyəkü kəndində verilmiş 0,2661 ha torpaq sahəsinin 284 kv.m hissəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(106)-1813/2022 nömrəli qərardadı ilə (hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.Q.Əsədovdan və Z.M.Allahyarovdan ibarət tərkibdə) Astara Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(018)-58/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 360-364-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərardaddan iddiaçı tərəfindən kassasiay şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2(102)-6035/2022 nömrəli qərarı ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə), İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2(106)- 1813/2022 nömrəli qərardadının ləğv edilməsi və iş materiallarının iddiaçının apellyasiyasının mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş və şikayətində Astara Rayon Məhkəməsinin 2(018)58/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsi ilə əlaqədar iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası Mülki Prosessual Məcəllənin 369.2-cu maddəsinin tələblərinə uyğun olduğundan apellyasiya şikayətindən imtina qəbul edilməli, Astara Rayon Məhkəməsinin 2(018)58/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasi hesab edir ki, apellyasiya şikayətindən imtina, apelyatorun iradə ifadəsi olduğundan və digər şəxslərin hüququna toxunmadığından, onun apellyasiya şikayətindən imtinası qəbul edilərək, həmin hissədə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)58/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-48/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-48/2024
22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver