Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-480/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X17 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin ayrılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(050)-3213/2022 saylı qətnaməsindən (hakim F.Əliyev) üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 08 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 23 saylı qərarı ilə JN- 0096 nömrəli dövlət aktı əsasında Alışanlı kəndində birgə mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı 2.16 ha torpaq sahəsinin bölünərək ona aid 0.27 ha pay torpaq sahəsinin ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(050)-3213/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, X11, X8, X1, X5, X3, Cavabdeh, X6 və İddiaçı birgə mülkiyyətlərində olan JN-0096, Kod 80526059 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumi birgə mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsində onların hər birinin 1/8 hissə mülkiyyət payının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 08 saylı Cəlilabad Ərazi İdarəsi Masallı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(050)-3213/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəfələr məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 08 saylı Cəlilabad Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, Masallı rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(050)-3213/2022 saylı qətnaməsi ilə X11, X8, X1, X7, X3, X9,X10i və İddiaçı birgə mülkiyyətlərində olan JN-0096 kod 80526059 saylı torpağa mülkiyyət hüququna dair dövlət akti ilə verilmiş 2.16 kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumi birgə mülkiyyət hüquqlarina xitam verilsin və həmin torpaq sahəsində onların hər birinin 1/8 hissə mülkiyyət payı müəyyən edilmişdir. Göstərmişdir ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı araşdırma aparılan zaman müəyyən edilmişdir ki, JN-0096 kod 80526059 saylı torpağa mülkiyyət hüququna dair dövlət akti ilə verilmiş 2.16 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi elektron ucotu zamani 2.07 ha qeyd edilmişdir. Bu səbəbdən qətnamədən 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Sirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. İddiaçi həmin torpaq sahəsinin 0.9 ha azalma kimi qeydiyyata alınmasına razılığı barədə İdarənin adina 11 yanvar 2023-ci il tarixdə 81- 187 nömrəli ərizə yazmiş və həmin ərizə Cəlilabad rayon notariat ofisi tərfindən təsdiq edilmişdir. Odur ki, 8 sayli Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cı maddəsinə əsasən imtina etdiklərini, apellyasiya şikayətinə xitam verilməsini və apellyasiya şikayətinin geri qaytarilmasini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 08 saylı Cəlilabad Ərazi İdarəsinin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 08 saylı Cəlilabad Ərazi İdarəsinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Masallı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(050)-3213/2022 saylı qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-480/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-480/2023
30.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver