Məhkəmə qərarları › İş №2(106)-481/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-481/2024

22.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-481/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq,, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş iddiaçının mülkiyyətində, ümumi istifadədə olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və cavabdehlərin özbaşınalığına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia qismən təmin edilmiş, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və ailə üzvülərinin mülkiyyətlərinə verilmiş, JN-154A (KOD:********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən və Cavabdeh1 tərəfindən hasara alınaraq istifadə edilən avtomobil yolunun Cavabdeh1 tərəfindən açılması, mülki işə üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun Cavabdeh1 alınaraq dövlət hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin “Cavabdeh2 nisbətdə yolun açılması hissəsində” və “cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması” hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adlarına JN-154A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmiş 0.15 hektar həyətyanı torpaq sahəsinə gedən və digər Cavabdeh2 tərəfindən zəbt edilmiş avtomobil yolunun bilavasitə Cavabdeh2 tərəfindən açılması, mülki iş üzrə ekspertiza xərci olan 50 manat pulun Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, iddiaçının iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh2 alınaraq iddiaçıya verilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə “yolun açılması” hissəsində və “cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması” hissəsində isə təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-807/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X20 (sədrlik edən və məruzəsi), X15 və X16) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 (Nümayəndə) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2023-cü il tarixli, 2(106)-807/2023 saylı qətnaməsinin ləğv edilməsi və Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adlarına JN-154A saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmiş 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən və digər Cavabdeh2 tərəfindən zəbt edilmiş avtomobil yolunun digər Cavabdeh2 tərəfindən açılması, mülki iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, İddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun 50 (əlli) manat hissəsinin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə «yolun açılması» hissəsində və «cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması» hissəsində isə təmin olunmaması haqqında qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(102)-4402/2023 saylı qərarı (hakimlər X13 (məruzəçi hakim), X17 və X9 ibarət tərkibdə) ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2023-cü il tarixli 2(106)-807/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, iş materiallarında mövcud olan və Cavabdeh1 apellyasiya və kassasiya şikayətlərində də istinad etdiyi Astara Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər X6, X4, X10 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “cavabdehlər X6, X4 və X10 qanunsuz gedişgəliş yolu kimi istifadə etdikləri, JN-153A seriyalı, KOD 80110018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X7 və X8 məxsus 0,15 hektar həyətyanı torpaq sahəsindən istifadəyə qadağa qoyulması, cavabdehlər X6, X4, X10 JN-154A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əlavə edilmiş “verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” sənədinə uyğun olaraq onların gediş-gəliş yolunun və həyətyanı torpaq sahəsinin bütün 23 döngə nöqtəsinin mövcud ekspert rəyinə əlavə edilmiş sxem əsasında naturada cavabdehlərə tanıtdırılması, mülki işlə bağlı olan bütün məhkəmə xərclərinin ödənilməsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki işə baxılaraq, iddia qismən təmin edilmiş və cavabdehlər X6, X4 və X10 qanunsuz gedişgəliş yolu kimi istifadə etdikləri, JN-153A seriyalı, KOD 80110018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X7 və X8 məxsus 0,15 hektar həyətyanı torpaq sahəsindən istifadəyə qadağa qoyulmuşdur. Astara Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsinə əsasən, iddiaçının cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “özgənin sahibliyində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitələrinin keçməsi üçün servitut qoyulması” tələbi barədə iddiası əsassız olmasına görə təmin edilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən qətnamələrlə həll edilən iddia ilə hazırki iş üzrə iddia arasında əlaqənin olub-olmaması, həmin qətnamələrlə müəyyən edilən, qət edilən halların hazırki mülki işə təsiri məsələlərini araşdırıb hüquqi qiymət verməmişdir İş materiallarından müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş iddiaçının mülkiyyətində, ümumi istifadədə olan olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və cavabdehlərin özbaşınalığına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, mülkiyyətdə olan 0,15 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş avtomobil yolu olmuş və o və ailə üzvləri uzun müddət ərzində həmin yoldan istifadə etmişlər. Lakin son vaxtlar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gediş-gəliş avtomobil yolunu tamamilə zəbt etmişlər və iddiaçı ancaq ensiz piyada keçidi ilə evinə gedib, gəlir. İddiaçının evinə avtomobilin keçməsi isə mümkün deyildir. Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçının heç bir mülkiyyətinə toxunmadığı halda, hakim iddianı təmin edərkən Konstitusiyanın müvafiq maddəsinə istinad etmişdir. Halbuki, iş materiallarında preyudisial əhəmiyyətli qərarlarla və yazılı sübutlarla açıq-aşkar iddiaçının mülkiyyətinin digər Cavabdeh2 tərəfindən zəbt edildiyi halda iddia tələbi ona münasibətdə qismən təmin olunmuşdur. O, şəxsən 29 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında Astara Rayon Məhkəməsinin preyudisial əhəmiyyət kəsb edən 24 avqust 2016-cı il tarixli, 2(018)- 34/2016 saylı qətnaməsinə, Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)- 13/2018 saylı qətnaməsinə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(016)-3372/2018 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019- cu il tarixli, 2(102)-3256/2019 saylı qərarına və Astara Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsini hakimin diqqətinə çatdırsa da belə, məhkəmə iddia ərizəsini icraata qəbul etmişdir. Halbuki Məhkəmə MPM-nin 153.3-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış bir qərardad çıxara bilərdi. Məhkəmə 3 mülki iş üzrə qanuni qüvvəyə minmiş Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)-13/2018 saylı qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(016)-3372/2018 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019- cu il tarixli, 2(102)-3256/2019 saylı qərarı və Astara Rayon Məhkəməsinin 05 avqust 2021 -ci il tarixli, 2(018)-815/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş faktları həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə şərait yaratmış və həmin faktları yenidən sübut etməyə təşəbbüs göstərmişdir. Nəticədə, məhkəmənin mübahisələndirilən hazırkı qətnaməsi hüquqi müəyyənlik prinsipini pozur və yuxarıda adlarını sadaladığı preyudisial əhəmiyyətli məhkəmə aktları ilə kolliziya yaradır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə digər Cavabdeh2 Məhkəməyə diskdə təqdim etdiyi "Torpaq sahəsinin planı"-da qeyd edilmiş 0,848 ha zəbt torpaq sahəsinin statusunu, mülkiyyətçisini müəyyənləşdirməli idi, bəlkə iddiaçının iddia etdiyi yol həmin zəbt olunmuş torpaq sahəsinin hüdudları daxilindən keçir. Əslində bu elə doğrudan da belədir. Bu barədə dəlillərini şikayətdə tam təfsilatı ilə göstərmişdir. Məhkəmə bu halda digər Cavabdeh2 iddiaçıdan zəbt etdiyi 0,07 ha həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi haqqında qətnamə qəbul etməklə iddiaçıya qanuni məxsus olan gediş-gəliş yolunun, o cümlədən avtomobil yolunun açılmasına nail ola bilərdi. İş materiallarından görünür ki, Astara Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər X6, X4, X10 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “cavabdehlər X6, X4 və X10 qanunsuz gediş-gəliş yolu kimi istifadə etdikləri, JN-153A seriyalı, KOD 80110018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X7 və X8 məxsus 0,15 hektar həyətyanı torpaq sahəsindən istifadəyə qadağa qoyulması, cavabdehlər X6, X4, X10 JN-154A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əlavə edilmiş “verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” sənədinə uyğun olaraq onların gedişgəliş yolunun və həyətyanı torpaq sahəsinin bütün 23 döngə nöqtəsinin mövcud ekspert rəyinə əlavə edilmiş sxem əsasında naturada cavabdehlərə tanıtdırılması, mülki işlə bağlı olan bütün məhkəmə xərclərinin ödənilməsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki işə baxılaraq, iddia qismən təmin edilmiş və cavabdehlər X6, X4 və X10 qanunsuz gedişgəliş yolu kimi istifadə etdikləri, JN-153A seriyalı, KOD 80110018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X7 və X8 məxsus 0,15 hektar həyətyanı torpaq sahəsindən istifadəyə qadağa qoyulmuşdur. Həmçinin iş materiallarından görünür ki, Astara Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(018)-13/2018 saylı qətnaməsinə əsasən iddiaçı X5 cavabdehlər X3 və Cavabdeh1 qarşı “mülkiyyətin və sahibliyin müdafiəsi, mülkiyyətçi tərəfindən özgəsinin qanunsuz sahibliyindən əmlakının geri tələb edilməsi, zəbt edilmiş torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin sökülməsi, Astara rayonu Təngərüd kəndində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun açılması və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə” dair ilkin iddiası əsassız olduğu üçün təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(016)- 3372/2018 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019- cu il tarixli, 2(102)-3256/2019 saylı qərarına əsasən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin iddia tələbinin və hazırkı iddia tələbinin mahiyyətindən görünür ki, ilk öncə iddiaçı X11 eyni tələb üzrə, yəni Astara rayonu Təngərüd kəndində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və cavabdehlərin özbaşınalığına son qoyulması tələbini irəli sürmüş və onun iddia tələbi təmin edilməmiş, daha sonra onun gəlini hazırkı iş üzrə İddiaçı eyni tələb üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq eyni iddianı (Astara rayonu Təngərüd kəndində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və cavabdehlərin özbaşınalığına son qoyulması) eyni tərəflərə və eyni əsasla üzrə irəli sürmüş, birinci instansiya məhkəməsi isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki iddiaçının eyni tələb üzrə yenidən məhkəməyə müraciət etməsi prosessual baxımdan mümkün ola bilməz. Belə olan halda məhkəmə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2,153.2.2-ci maddələrinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin məcəllənin 261.0,21.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hal-hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı eyni tələblə, yəni « fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması » tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Astara Rayon məhkəməsi eyni tələb üzrə yenidən qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı həmin tələb üzrə təkrar məhkəməyə müraciət etməsi üçün yeni əsaslar yaranmalıdır. Məhz bu səbəbdə də, ilk öncə iddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “özgənin sahibliyində olan torpaq sahəsindən piyada və nəqliyyat vasitələrinin keçməsi üçün servitut qoyulması” tələbi barədə iddia irəli sürmüş, həmin iddia təmin olunmadığından yenidən hazırkı iddianın irəli sürməsi qərarına gəlmişdir. Beləliklə kollegiya iddiançının cavabdehlər tərəfindən fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə münasibətdə qeyd edir ki, hər iki tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan həmçinin məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra eyni tələb üzrə məhkəməyə müraciət üçün yeni əsaslar yaranmadığından iddiaçının eyni tələb üzrə yenidən məhkəməyə müraciət etməsi prosessual baxımdan mümkün ola bilməz. Halbuki məhkəmə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2,153.2.2-ci maddələrinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin məcəllənin 261.0,21.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qeyd edilən faktlara və hüquq normalarına əsasən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 391-ci və 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası” QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(018)-14/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fərdi yaşayış evinə gedən avtomobil yolunun zəbtdən azad edilməsi və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar