Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-483/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X10 və cavabdeh X11 nümayəndəsi X7 və vəkili X4 iştirakları ilə , Şirvan Şəhər Məhkəməsinin 2(032)1633/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək cavabdeh X16 ilə Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 27 nömrəli mənzilə dair bağlanmış 06 fevral 2020-ci il tarixli “9/27» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdeh X11, Cavabdeh3 və X5 mənzildən çıxarılmalarını tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş, Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı uzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 fevral 2020-ci il tarixli “9/27” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X16 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Şirvan şəhər, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində 9 nömrəli binada 27 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Şirvan şəhər Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X11, Cavabdeh3 və X6 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən X13 və Cavabdeh3 mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X17 iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 nümayəndəsi X14 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, X16 təhsil almaq məqsədi ilə Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən Erciyes Universitetinin Göz xəstəlikləri şöbəsinin xarici milliyətli tədqiqatçısı xx.xx.2019-cu il tarixində vəzifəsini icra etməyə başlamışdır. Adı qeyd olunan mütəxəssislik sahəsi üzrə təhsil müddəti 4 ildir. xx.xx.2023-cü il tarixində mütəxəssis olacağı ehtimal edilir. X16 rezidentura tələbəsidir və buna aid müvafiq arayış mövcuddur. Həmçinin ailənin diger üzvləri olan Cavabdeh3da təhsil almaq məqsədi ilə Türkiyə Respublikasının Kahramanmaraş şəhərinin X24 Universitetinin Tibb fakültəsinə 2018-ci ildə daxil olub 2022-ci ilin sentyabr ayında bitirib. X2 olduğu üçün valideynlərinin təhsil aldığı şəhərdədi və birinci sinif şagirdidir. Hesab edirlər ki, müqavilədə göstərildiyi kimi mənzildə yaşamama səbəbi üzürsüz deyildir. İddianın təmin edilməməsini xahiş etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)1633/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: E.Qurbanov), iddianın təmin edilməsi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə cavabdeh X16 arasında Şirvan şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 27 nömrəli mənzilə dair bağlanmış 06 fevral 2020-ci il tarixli “9/27» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər X16, Cavabdeh3 və uşaqları X12 həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən AR Mənzil Məcəlləsinin 100.3 və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”-na istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X16 apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X3 Şəhər Məhkəməsinin 2(032)1633/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X17 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)1633/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh X11 nümayəndəsi X14 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Şirvan Şəhər Məhkəməsinin 2(032)1633/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər X13 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qəbul olunmuş qətnamədən Cavabdeh3 apellyasiya qaydasında mübahisə aşmamış, yalnız Kamran Qəhrəmanov apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası cavabdeh X16 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 2(032)1633/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)1633/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş 06 fevral 2020-ci il tarixli “9/27» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kirayəçi X16 və onun ailə üzvlərinə Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 27 nömrəli 2 otaqlı mənzil verilmişdir İş materiallarına əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli, 25 fevral 2022-ci il tarixli, 22 aprel 2022-ci il tarixli “aktlar”dan görünür ki, Mənzil Kommunal istismar Sahəsinin rəisi X17, mühəndisi X15, sahə nəzarətçisi X18, işçiləri X27, X9 şəhəri 685 mənzillik qəsəbədə yerləşən bina 9 mənzil 27-də yaşayışın olmadığını təyin etmişlər. Mənzildə yaşayışın bərpa etməsi üçün dəfələrlə məlumat versələrdə yaşayış hələ də bərpa edilməmişdir. İş materiallarına əlavə edilmiş 13 iyun 2022-ci il tarixli “akt”dan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X16 xx.xx.2020-ci il tarixindən Mənzil- Kommunal Xidməti üçün olan ödənişi ödəməmişdir. İş materiallarına əlavə edilmiş 20 iyun 2022-ci il tarixli “akt”dan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X8 xx.xx.2021-ci il tarixindən “Liftlərin texniki xidməti haqqı”nda olan ödənişi ödəməmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ilə X16 3 saylı Bakı “Asanxidmət” mərkəzinin Qeydiyyat şöbəsində 24 fevral 2015-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 dekabr 2015-ci il tarixdə anadan olmuş X6 atası X16, anası Cavabdeh3dır. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası Erciyes Universiteti Rektorluğu Müalicə işi fakultəsi dekanlığının kadrlar şöbəsinin 11 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, fakultənin Göz Xəstəlikləri şöbəsinin xarici milliyyətli tədqiqatçısı Dr.Kamran Qəhrəmanov 24 dekabr 2019-cu il tarixində vəzifəsini icra etməyə başlamış, hal-hazırda vəzifəsini icra etməyə davam edir. Adı qeyd olunan mütəxəssislik sahəsi üzrə təhsil müddəti 4 ildir. Aidiyyatı şəxsin 29 dekabr 2023-cü il tarixində mütəxəssis olacağı ehtimal edilir. X33 rezidentura tələbəsidir. İş materiallarına əlavə edilmiş 06 fevral 2020-ci il tarixli “9/27» nömrəlixüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 fevral 2020-ci il tarixli “9/27” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X16 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Şirvan şəhər, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində 9 nömrəli binada 27 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Şirvan şəhərMənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X11, Cavabdeh3 və X6 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən X13 və Cavabdeh3 mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi mənzil qanunvericiliyinə görə xüsusi təyinatlı yaşayış sahəsi kirayə müqaviləsi əsasında kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 24 fevral 2017-ci il tarixli qaydalarının 3.7-ci bəndinə görə məcburi köçkün ailəsi müvəqqəti istıfadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə,bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, o, tələbə olması və halhazırda Türkiyədə təhsil alması səbəbindən qeyd olunan ünvanda üzrlü səbəbdən yaşamır və bu səbəbdəndə kirayə müqaviləsi ləğv olunmamalıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, müqavilə 2020-ci ildə bağlansada həmin ünvanda hər hansısa bir yaşayış olmamışdır. Bağlanmış kirayə müqaviləsinin şərtinə görə, kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir Həmçinin işdə olan sübutlardan müəyyən edilmişdir ki, digər Cavabdeh3 Kamran Qəhrəmanovun həyat yoldaşıdır və o Türkiyə Respublikası Kahramanmaraş şəhərinin X24 Universitetinin Tibb fakültəsinə 2018-ci ildə daxil olub 2022-ci ilin sentyabr ayında bitirmişdir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, cavabdehlərin birgə nikahlarından olan uşaqları Türkiyə Respublikasında birinci sinifə gedir. Göründüyü kimi, evdə yaşanmaması üçün hər hansısa bir üzrlü səbəb olmamış, cavabdehlərin yaşayış evinə ehtiyacları üçün zərurət aradan qalxmışdır. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi tərəfindən də qeyd olunmuşdur ki, kirayə müqaviləsi əsasında götürülmüş lakin yaşayış olmayan evlərin, hal-hazırda qazi və şəhid ailələrini evlə təmin edilməsi üçün aparılan işlərin gecikdirilməməsi səbəbindən belə evlər məhkəmə qaydasında kirayə müqaviləsi ləğv olunaraq həmin qazi və şəhid ailələrinin evlə təmin olunması üçün istifadəyə verilir. O, həmçinin qeyd etmişdir ki, cavabdehlər ölkəyə qayıtdıqları zaman evlə bağlı zərurət yarandıqda onların müraciəti əsasında onların evlə təmin edilməsi üçün bütün zəruri tədbirlər aparılacaqdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “iddiaçı «cavabdehlər X16, Cavabdeh3 və uşaqları X12 faktiki olaraq xüsusi təyinatlı yaşayış sahəsində yaşamadığından 06 fevral 2020-ci il tarixli “9/27» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər X16, Cavabdeh3 və uşaqları X1 şəhər, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün inşa edilmiş 685 mənzilli yaşayış kompleksində bina 9-da yerləşən 27 nömrəli mənzildən çıxarılmalı, bununla da iddia təmin olunmalıdır.” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin 2(032)1633/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh X16 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)1633/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-483/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-483/2023
30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver