Məhkəmə qərarları › İş №2(106)-485/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-485/2025

28.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-485/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 529/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları : Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli, HK- 1/1329 saylı cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarından görünür ki, 05 noyabr 2022-ci il tarixdə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 70-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinin yoldan çıxmasına səbəb sürücü Cavabdeh yolnəqliyyat hadisəsi törətməsi olmuş və araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından həmin qərarla cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin BDYPİ-ini YPXA-na göndərilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Yekun Aktdan görünür ki, **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 10170 (on min yüz yetmiş) manat manat təşkil edir. xx.xx.2022-ci il tarixli, A-PAG 1625/22 saylı Sğorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-EJ-*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 10170 (on min yüz yetmiş) manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına A- PAG 1625/22 saylı sığorta aktına əsasən 4695 (dörd min altı yüz doxsan beş) manat (sığorta ödənişi) ödənilmişdir. xx.xx.2022-ci il tarixli, ƏN-İV N196694 saylı etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtomobili idarə etmək üçün X3 etibar etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi” barədə hesabatdan görünür ki, “KİA OPTİMA” markali minik avtomobilinə dəymiş maddi zərərin təxmini ümumi dəyəri 6414 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı X4 Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 5475 (beş min dörd yüz yetmiş beş) manat pul və 75 (yetmiş beş) manat dövlət rusumu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 5475 (beş min dörd yüz yetmiş beş) manat pulun və 75 (yetmiş beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı göstərmişdir ki, mülkiyyətində olan **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtomobili etibarnamə əsasında idarə etmək üçün oğlu X3 vermişdir. Kamran Əzizli 05 noyabr 2022-ci il tarixdə, etibarnamə əsasında idarə etdiyi ona (iddiaçıya) məxsus **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtomobil ilə digər oğlu ilə birlikdə Bakı şəhərindən yaşadıqları Biləsuvar rayonuna gəlmək üçün yola düşmüşlər. Həmin gün axşam təxminən 00:25 radələrində Ələt-Astara-İran sərhəddi ilə təxminən 110 km. sürətlə Astara rayonu istiqamətində hərəkətdə olan zaman həmin yolun əks tərəfində, Ələt istiqamətində hərəkətdə olan adını sonradan bildikləri sürücü Cavabdeh idarə etdiyi **-CZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobillə idarəetməni itirərək, həmin yolda olan beton arakəsmələrə çırpılmış və hadisə nəticəsində həmin avtomobildən qopan qabaq ön fara və digər hissələr oğlu Kamran Əzizlinin idarə etdiyi avtomobilin qabaq və alın şüşəsinə dəymişdir. Bundan sonra oğlu Kamran idarəetməni itirərək, yolun kənarındakı çökəkliyə düşmüşdür. Hadisə nəticəsində oğlanları heç bir xəsarət almasa da, avtomobilə ciddi ziyan dəymişdir. Qəza nəticəsində ona (iddiaçıya) dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması üçün Biləsuvar "xxxx" ASC-yə müraciət etmişlər. Biləsuvar "xxxx" ASC-nin 19 noyabr 2022-ci il tarixli ziyan aktına əsasən etibarnamə əsasında oğlu Kamran Əzizlinin idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtomobilə 10170 manat məbləğində ziyan dəymişdir. Həmin avtomobilə 10170 manat məbləğində ziyan dəydiyi "xxxx" ASC-nin ziyan aktındada öz əksini tapmış və dəymiş zərər məbləğini təsdiq etmişdir. Bundan sonra Cavabdeh idarə etdiyi **-CZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobilin sığortaçısı, yəni "xxxx" ASC tərəfindən dəymiş ziyanın bir qismi, yəni 4695 (dörd min altı yüz doxsan beş) manat ona (ddiaçıya) ödənilmişdir. O (iddiaçı) dəymiş ziyanın qalan hissəsini cavabdehdən tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) xx.xx.2023-cü il tarixli, 2(073)-529/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Cavabdeh 05 noyabr 2022-ci il tarixdə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 70-ci km-də idarə etdiyi **-CZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobillə idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı mülkiyyətində olan X2 idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinə 10170 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın 4695 (dörd min altı yüz doxsan beş) manatı sığorta ödənişi kimi İddiaçı hesabına ödənilmişdir. İddiaçı qalan ziyanın, yəni 5475 (beş min dörd yüz yetmiş beş) manatın ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyim avtomobillə qəzaya düşərkən ümumiyyətlə cavabdehin mülkiyyətində olan və onun oğlu tərəfindən etibarnamə əsasında idarə olunan **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtomobil orada olmamış, onun idarə etmiş avtomobildən qopan qabaq ön fara və digər hissələr Kamran Əzizlinin idarə etdiyi avtomobilin qabaq və alın şüşəsinə dəyməmişdir. Belə ki, o, həmin vaxt qəzaya düşərkən orada cavabdehin oğlu tərəfindən yol-nəqliyyat hadisəsi baş verməmişdir. Əgər həmin qəza baş vermişdirsə belə həmin qəzanın baş verməsində onun heç bir təqsiri olmamışdır. Cavabdehin oğlu onun təqsiri olmadan baş vermiş yol-nəqliyyat hadisəsinin (əgər baş vermişdirsə) baş verməsində onun təqsirli olduğunu qeyd etməklə qanunsuz olaraq ondan pulun tutulmasını tələb edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmadığından, eləcə də işdə sübut qismində istinad edilən yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli, HK- 1/1329 saylı cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarın çıxarılması ilə nəticələnən material tələb edilmədiyindən və araşdırılmadığından yalnız həmin qərarın formal mövcudluğuna istinad edilərək mənim iddiaçıya maddi zərər vurulmasında təqsirli olması qənaətinə gəlinmişdir. Göründüyü kimi, iddia tələbi konkret sübutlarla təsdiq edilməsə də, iddiaçı dəymiş zərəri ondan tələb etmiş, məhkəmə isə işin qeyd olunan hallarına əhəmiyyət verməmiş və qeyd olunan maddi hüquq normalarının tələbini pozmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(073)- 529/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbi rədd edilməsini xahiş etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: 05 Mart 2025-ci il tarixində apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, hadisə baş verən vaxt etibarnamə ilə maşını oğlu idarə etmişdir. Hadisə nəticəsində dəymiş ziyanın bir hissəsini sığorta şirkəti ödəmişdir. Dəymiş ziyanın qalan hissəsini isə Cavabdeh tərəfindən ödənilməsini tələb edir. İş materiallarında dəymiş zərərin həcmi ilə bağlı qüsur aktı var. Cəlilabad Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etdiyindən, Kollegiya qətnaməni apellyasiya icraatı qaydasında bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: İş materialları üzrə araşdırılmış sübutların, tərəflərin izahatlarının və apellyasiya şikayətinin dəlillərinin məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin mövcudluğu hissəsində düzgün olsa da, zərərin tam həcmdə cavabdehdən tutulması barədə nəticəsi işin faktiki halları və tətbiq edilməli maddi hüquq normaları ilə tam uzlaşmır və bu səbəbdən qətnamə apellyasiya qaydasında dəyişdirilməlidir. Müəyyən edilmişdir ki, 05 noyabr 2022-ci il tarixdə Ələt–Astara–İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 70-ci kilometrliyində Cavabdeh idarə etdiyi **-CZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində İddiaçı mülkiyyətində olan və xx.xx.2022-ci il tarixli etibarnamə əsasında oğlu X4 tərəfindən idarə edilən **- EJ-*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş vermə mexanizmi və cavabdehin təqsirinin mövcudluğu iş materiallarında olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2022ci il tarixli, HK-1/1329 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə təsdiq olunur. Həmin qərardan görünür ki, hadisə Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermiş, onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, lakin təqsirin mövcudluğu nəzərə alınaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Bu hal cavabdehin apellyasiya şikayətində göstərdiyi “təqsirin olmaması” barədə arqumentləri istisna edir və onun yol-nəqliyyat hadisəsinin baş verməsində hüquqi məsuliyyət daşıdığını təsdiqləyir. Cavabdehin iddia etdiyi kimi, zərərin ümumiyyətlə baş verməməsi və ya iddiaçıya məxsus avtomobilin hadisə yerində olmaması barədə dəlillər iş materialları ilə təsdiqini tapmır. Əksinə, sığorta sənədləri, inzibati araşdırma materialları və tərəflərin izahatları hadisənin real olaraq baş verdiyini və zərərin məhz iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəydiyini sübuta yetirir. Maddi zərərin mövcudluğu və ilkin məbləği məsələsinə gəldikdə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Yekun Aktdan, habelə xx.xx.2022-ci il tarixli A-PAG 1625/22 saylı Sığorta Aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-EJ-*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərər 10.170 manat məbləğində müəyyən edilmişdir. Bu zərərin bir hissəsi – 4.695 manat – xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında sığorta ödənişi kimi iddiaçının hesabına köçürülmüşdür. Eyni zamanda, apellyasiya instansiyasında iş üzrə maddi zərərin dəqiq və obyektiv müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi” barədə ekspertiza hesabatından görünür ki, iddiaçıya məxsus “KİA Optima” markalı avtomobilə dəymiş maddi zərərin təxmini ümumi dəyəri 6.414 manat təşkil edir. Məhkəmə kollegiyası həmin ekspertiza rəyini iş materialları ilə uyğun, metodoloji baxımdan əsaslandırılmış, real və ağlabatan hesab edir və onu mötəbər sübut kimi qəbul edir. Bu halda nəzərə alınmalıdır ki, mülki hüququn ümumi prinsiplərinə əsasən zərər çəkmiş şəxsə eyni zərərə görə iki dəfə kompensasiya ödənilə bilməz. Sığorta ödənişi zərərin bir hissəsini əvəz etdiyindən, cavabdehdən tutulmalı məbləğ müəyyən edilərkən həmin ödəniş nəzərə alınmalı və zərərin ümumi məbləğindən çıxılmalıdır. Beləliklə, ekspertiza ilə müəyyən edilmiş 6.414 manat maddi zərərdən artıq ödənilmiş 4.695 manat sığorta məbləği çıxıldıqda, ödənilməmiş zərər 1.719 manat təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə maddi zərərin həcmini düzgün müəyyən etməmiş və sığorta ödənişinin faktiki məbləğini nəzərə almadan zərərin hesablamışdır. Bu səbəbdən qətnamə həmin hissədə dəyişdirilməli, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri sübuta yetirilmişdir, iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər dəymişdir və həmin zərərin sığorta ödənişindən sonra qalan hissəsi – 1.719 manat – cavabdehdən tutulmaqla iddiaçıya ödənilməlidir. Bu əsaslarla apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq hissədə dəyişdirilməlidir. MPM-in 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, maddi ziyanın 1719 manat məbləğində müəyyən edilməsi nəzərə alınaraq cavabdehdən tutulmalı olan dövlət rüsumu mütənasib qaydada 41.86 manat müəyyən edilir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar olan digər məsrəflər tərəflərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-529/2023 saylı, 23 may 2023-cü il tarixli qətnaməsi dəymiş ziyanın məbləği hissəsində dəyişdirilsin. Cavabdeh dəymiş zərərə görə 1.719 manat ziyan məbləği və 41.86 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar