Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-494/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Surət: Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Quliyev Vəkil Yelmar oğlunun və cavabdeh X5 iştirakları ilə, Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2023cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 müştərək qaydada 30.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh1 onun qardaşı Vəliyev Rəyis Rəşid oğlunun həyat yoldaşıdır və birgə nikahdan 3 uşaqları var. Cavabdeh1 08 sentyabr 2022-ci il tarixdə, gecə saat 3:00 radələrində əri və ailəsi ilə birlikdə faktiki yaşadığı Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yerləşən N nömrəli evi tərk edərək, heç kəsə demədən gizli şəkildə üç uşağını və ərini ataraq evdən çıxıb getmişdir. Belə ki, həmin gün Cavabdeh1 evdən naməlum şəraitdə çıxıb getdikdən sonra, istifadəsində olan mobil telefon vasitəsilə «Watsap» proqramı ilə əri Rəyis Vəliyevin telefonuna yazı gödərərək, istədiyi adama qoşularaq evdən çıxıb getdiyini, uşaqlarının ərinə əmanət etdiyini, həmçinin onu axtarmamasını ərinə bildirmişdir. O, qardaşının ailəsində baş verən bu hadisədən dolayı bütün yaxın qohumlar kimi təsirlənmiş və cavabdehin axtarışına başlamışdır. Sonradan onlara məlum olmuşdur ki, iş üzrə Cavabdeh1 digər cavabdeh vaxtı ilə hərbi qulluqçu (maxe) işləmiş Cavabdeh2 qoşularaq, həmin gün onunla birlikdə taksi tutaraq gecə vaxtı Bakı şəhərinə yola düşmüşlər. Bakıda olarkən, Turanə ilk olaraq orada yaşayan bacısı Nərmin gildə qalmışdır. Turanənin evdən qaçmasını həm bacısı, həm də əvvəlcədən atası, iş üzrə cavabdeh Rüzgar Məmmədov da bilmiş və hətta qızına bu işdə bildiyi qədər dəstək olmuşdur. Belə ki, hadisənin səhəri gün onlara məlum olmuşdur ki, Turanə evdən qaçarkən evdə olan bütün qiymətli qızılzinyət əşyaları, o cümlədən evdə Rəyisin azyaşlı 2 qızına hədiyyə edilmiş qızıl boyunbağları, sırğaları, habelə Rəyisin oğluna hədiyyə edilmiş bilərziyi evdən götürmüşdür. Bundan əlavə, Cavabdeh1 evdən çıxarkən, evdə ona məxsus hadisədən bir neçə gün öncə qardaşı Rəyisə müvəqqəti saxlamaq üçün əmanət olaraq verdiyi 30.000 manat pulu da özü ilə götürmüşdür. Bütün bunlar barədə iş üzrə cavabdehlər Rüzgar Məmmədovun və Namizəd Allahveridyevin məlumatı olmuşdur. Belə ki, həmin pul Turanə tərəfindən götürüldükdən sonra, Namizəd ilə birlikdə taksi ilə Bakıya gedərkən yolda Namizədə verilmişdir. Daha sonra isə, həmin pulu Rüzgar, Namizəddən alaraq özündə saxlamışdır. Belə ki, işin yuxarıda qeyd olunan halları, həmçinin adı çəkilən şəxslərin qanunsuz əməlləri nəticəsində ona məxsus pulların gizli yolla onların sahibliyinə və istifadəsinə keçirməsi faktı üzrə bütün hallar Xocavənd Rayon Polis Şöbəsində araşdırılmış və bu hallar barədə polisdə olan müvafiq materialda həmin şəxslərin verdiyi izahatlarla və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda Turanə tərəfindən evdən götürülən 30.000 manat pul həqiqətən ona məxsus olumuş və müvəqqəti saxlanılması üçün hadisədən bir neçə gün öncə qardaşı Rəyisə verilmişdir. Belə ki, o, avtomobil ticarəti ilə məşğul olur və yaxın tanışı vasitəsilə Beyləqan rayonunda olduğuna görə, oradan almaq istədiyi «Toyota Prado» markalı avtomobilin satın alınması məqsədilə 02 sentyabr 2022-ci il tarixdə Beyləqan rayonuna gedərkən, həmin pul məbləğinidə özü ilə rayona aparmış və 04 sentyabr 2022-ci il tarixdə Beyləqan rayonunda avtomobilin sahibi ilə görüşmüş, lakin həmin vaxt qeyd etdiyi avtomobilin alqı-satqı sövdələşməsi satıcı ilə aralarında baş tutmadığından, pulu o, özü ilə yaşadığı Sumqayıt şəhərinə yox, bir neçə gün rayonda qardaşı Rəyisgildə qaldığından, qardaşı Rəyisə vermişdir ki, müvəqqəti əmanət olaraq evdə saxlasın və sonra ona lazım olanda, ondan geri götürsün. Həmin pul qardaşı Rəyisin evində saxlanmış və bu barədə qardaşı arvadı Turanənin də xəbəri olmuşdur. Həmçinin həmin pulların bir hissəsini 20.000 manatı onunla avtomobil ticarəti ilə məşğul olan Sumayıt şəhərində yerləşən avtosalonda işləyən yaxın tanışları və şəriki olan X24 və X3 borc olaraq almışdır. Ümumi məbləği 10.000 manat hissəsini isə, əvvəllər bankdan kredit yolu ilə götürmüşdür. Beləlikə, rayona gedərkən üzərində 30.000 manat pul götürmüş və rayonda qardaşı Rəyisin evində ona müvəqqəti saxlamaq üçün vermiş və bu barədə qardaşı arvadı Cavabdeh1 da xəbəri olmuşdur. Çünki bütün danışıqlar evdə onun yanında aparılmış və pulu qardaşına verən zaman Turanə görmüşdür. Bir sözlə hər üç cavabdehin qanunsuz əməlləri nəticəsində ona məxus mülkiyyətində olan 30.000 manat pul qanunsuz olaraq həmin şəxslərin sahibliyinə və istifadəsinə keçmişdir. Bu səbəbdən o, həmin şəxslərin qanunsuz əməli nəticəsində zərərə uğrayaraq pullarından məhrum olmuş və ona görə də, 30.000 manat məbləğində pul vəsaiti iş üzrə cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. Həmin şəxslərin qanunsuz hərəkətləri nəticəsində faktiki olaraq mülkiyyətində olan pullarından məhrum olmuşdur. Ona görə də, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 müştərək qaydada 30.000 manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi olan X22 iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək göstərmişdir ki, məhkəmə iclaslarında Cavabdeh1 öz izahatlarında iddiaçının Beyləqan rayonuna 03 sentyabr 2022-ci il tarixdə ailəsi ilə birlikdə gəlməsini və onların evində qalması təsdiq etmişdir. Belə ki, iddiaçının maşın alveri ilə məşğul olması, «Toyota Prado» markalı avtomobili almaq məqsədi ilə Beyləqan rayonuna gəlməsi, həmin vaxt şərikləri X7 və X3 20.000 manat borc pul alması, bankdan 15.000 manat məbləğində kredit götürməsi, maşın sahibi ilə 04 sentyabr 2022-ci il tarixdə Beyləqan şəhərində görüşərək maşına baxması, həmin vaxt iddiaçının üzərində 30.000 manat pulun olması, maşın sahibi ilə 30.000 manata razılaşmaması, həmin gün pulu qardaşı Rəyisə verməsi, sonuncu isə pulu saxlaması üçün arvadı Cavabdeh1 verməsi, Cavabdeh1 həm polis şöbəsində, həm də məhkəmə iclasında əri Vəliyev Rəyis Rəşid oğlunun ona selofan torbada üç ədəd 10.000 manatlıq pul bağlanması verməsini və o, pulu mətbəxdə mebelin üzərində olan qutunun içərisindəki qazana qoymasını, bu barədə əri Rəyisə bildirməsi təsdiq edilmişdir. Bundan başqa məhkəmə iclasında Cavabdeh1 ***-***-**-** nömrəli telefonun ona məxsus olmasını və 2022-ci ilin dekabr ayında əri ilə teleqram proqramı vasitəsilə yazışmasını təsdiq etmiş, pulun atasında olmasını, pulun bir hissəsinin xərclənməsini etiraf etmiş və həmin yazışma sübut kimi məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi məhkəmə iclasında tərəflərin və şahidlərin iştirakı təmin edilmiş, sərbəst izahatları alınmış, sual-cavablar verilmiş, məhkəmə tərəfindən iş üzrə tam və obyektiv tədqiqinə şarit yaradılmış, çəkişmə prinsipinə, tərəflərin hüquq bərabərliyinə, həqiqətə nail olmaqdan ötrü lazımi şərait yaradılmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 müştərək qaydada 30.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib izihatında göstərmişdir ki, o, 22 oktyabr 2007-ci ildə Vəliyev Rəyis Rəşid oğlu ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2009-cu il təvəllüdlü Dəniz Vəlizadə, 2011-ci il təvəllüdlü Şəhanə Vəlizadə və 20N-ci il təvəllüdlü Rəşid Vəlizadə adlı 3 övladları doğulmuşdur. Həyat yoldaşının əsl adı Rəyis olsa da, ləqəbi Sənətkar olduğundan çox adam onu Sənətkar adı ilə tanıyır. Onların aralarında müxtəlif vaxtlarda müxtəlif səbəblərdən ailə daxili münaqişələr baş verdiyindən bir neçə dəfə atası Rüzgar Məmmədovun evinə getmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının 3-4 arası həyat yoldaşı Rəyisin qardaşı Zabil ailə üzvləri ilə birlikdə onun yaşadığı Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən N nömrəli evə qonaq gəlmiş, həmin vaxtı əri Rəyis sellofan paketdə içərisində 3 ədəd 10.000 manatlıq pul bağlaması vermiş, həmin pulu saymamış və pulu seyfə qoymağı əri Rəyisə demişdir. Rəyis isə pulu başqa yerə qoymağı demiş, o da pulu mətbəxdə mebelin üzərindəki qutunun içərisində olan qazana qoymuş və pulun yerini əri Rəyisə bildirmişdir. Təxminən bir neçə müddət əvvəl Namizəd adlı şəxslə tanış olmuş və 07 sentyabr 2022-ci ıl tarixdən 08 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01 radlərində həyat yoldaşı Rəyisdən qisas almağı üçün Namizədə onu Bakı şəhərinə aparmağı xahiş etmişdir. Evdən gedərkən özünə məxsus olan bir ədəd qızıl üzüyünü, həmçinin bir cüt qızıl sırğasını və təxminən 180-190 manat pulu özü ilə götürmüşdür. Bakı şəhərinə getmək üçün Namizəd 130 manata razılaşaraq taksi sifariş etmiş və onlar həmin taksi ilə Bakı şəhərinə getmişlər. Bakı şəhəri 20 yanvar dairəsində taksidən düşərək Binəqədi rayonunda yaşayan bacısı Nərminin evinə getmiş, Nərminin evinə çatdıqdan sonra bacısı evin açarının yerini ona demiş və evin açarlarını götürdükdən sonra evə girmişlər. Daha sonra atasıda bacısıgilə gəlmiş və Namizədlə onu götürərək Beyləqan rayonuna gətirmişdir. Belə ki, o, 08 sentyabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxana qədər həmin pul mətbəxdə mebelin üzərindəki qutunun içərisində olan qazanda olmuş və oradan pul götürməmişdir. Evdən pul götürmək niyyəti olsaydı yaşadıqları evin zirzəmisində ərinə məxsus seyfin içərisində təxminən 100.000 manatdan çox pul var idi həmin pulları götürərdi. Birgə nikahda olduduqları müddətdə Rəyis Vəliyev Sumqayıt şəhərində beş ədəd, Beyləqan rayonunda isə iki ədəd ev almış, həmin evlərin Rəyisin adına sənədləşdirilib-sənədləşdirilməməsi barədə heç bır məlumatı olmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi olan Quliyev Vəkil Yelmar oğlu izahatında göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiasını qəbul etmir və iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh1 evdən gedərkən özümə məxsus olan bir ədəd qızıl üzüyünü, bir cüt qızıl sırğasını, bir ədəd əl çantasında özünə məxsus geyim əşyalarını və təxminən 180-190 manat pul özü ilə götürmüşdür. Lakin qeyd edilən 30.000 manat məbləğində pul vəsaitini götürməmişdir. Ona görə də, iddianı əsassız hesab edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X17 izahatında göstərmişdir ki, İddiaçı ona və qeyrilərinə qarşı «pul» tələbinə dair iddiasını qəbul etmir. Belə ki, qızı Cavabdeh1 2007-ci ildə Rəyis Vəliyevlə ailə həyatı qurmuş və birgə nikahlarından 3 övladları var. Qızı Turanə ailə qurandan sonra onlara maddi köməklik etmiş və qızının əri Rəyisə 45.000 dollar məbləğində təmənnasız pul vermişdir. 2022-ci ilin sentyabr ayının 08-də təxminən gecə saat 03 radələrində qızının qaynı Fikrət Vəliyev onlara gələrək, qızı Turanənin evdən getdiyini, evlərindən qızıl və 30.000 manat pul apardığını bildirmişdir. Onun qızının evdən getməsini dedikdə ilk olaraq inanmamış, qızını öldürdüklərini fikirləşmişdir. Bundan sonra qızının əri Rəyisin telefonuna göndərdiyi mesajları oxuduqdan sonra həqiqətəndə evdən getdiyinə inanmışdır. Qızının tapılması üçün mobil nömrəsinə dəfələrlə mesaj yazıb onu bağışlayacağını bildirmişdir. Bundan sonra qızı ona olduğu yer baradə məlumat vermiş və qızı Turanəyə Bakı şəhərində yaşayan digər qızı Nərminin evinə getməsini, ordan gəlib gətirəcəyini demişdir. Təxminən saat 23 radələrində qızı Nərminin Bakı şəhərində yerləşən evinə getdikdə qızı Turanə və Namizəd adlı şəxsin orada olduğunu görmüşdür. Hirsli olduğu üçün Namizədi döymüşdür. Daha sonra qızını və Namizədi götürərək Beyləqan rayonuna gətirmişdir. Lakin qeyd edilən 30.000 manat məbləğində pul vəsaitindən xəbəri olmamış və Turanə ona pul verməmişdir. Ona görə də, iddianı əsassız hesab və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 vəkili və nümayəndəsi olan X14 izahatında göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiasını qəbul etmir. Belə ki, iddiaçının tələb etdiyi 30.000 manat pulun kim tərəfindən götürülməsi barədə X5 heç bir məlumatı olmamış və ona pul verilməmişdir. Ona görə də, iddianı əsassız hesab edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı ona və qeyrilərinə qarşı «pul» tələbinə dair iddiasını qəbul etmir. Belə ki, Xocavənd Rayon Polis Şöbəsində yazılan izahatını təsdiq edir. İzahat onun sözləri ilə yazılıb və tərəfindən imzalanmışdır. O, 2014-cü ildən MN-nin N nömrəli hərbi hissəsində MAXE işinə qəbul olmuş və Xocavənd rayonu 320 ailəlik qəsəbə ərazisində yerləşən hərbi hissəsində xidmət etmişdir. Lakin 2022-ci il tarixdən sonra hazırki mübahisə ilə bağlı 09 sentyabr 2022-ci il tarixdə onu xidmətə uyğunsuzluqla bağlı işdən azad etmişlər. Cavabdeh1 ilə təxminən avqust ayının ortalarında tanış olmuşdur. Turanə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və səhv düşməsini demiş, sonra ona yenidən zəng edərək, ona bir daha zəng etməməsini demiş və o, zəng etməyəcəyini bildirmişdir. Həmin gün axşam Turanə ona məxsus qeyd etdiyi mobil nömrənin «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə mesaj yazdıqdan sonra onunla yazışmağa başlamış və aralarında yaxın münasibət yaranmışdır. Onlar tefonla danışdıqda Turanə ailəsində problem olmasını və ayrılmasını bildirmişdir. 07 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Turanə ilə mobil telefonda danışarkən, Bakı şəhərində yaşayan bacısının evinə getmək istəməsini və ona maşın tapmasını bildirmişdir. O, həmin vaxtı onunla danışdıqdan sonra maşın tapdığını və həmin taksi ilə onu Bakı şəhərinə aparacağını demişdir. O, Beyləqan rayonundan tanıdığı Məftun adlı taksi sürücüsünə Turanə ilə onu Xocavənd rayonundan götürüb Bakı şəhərinə aparsını danışmış və Bakı şəhərinə aparması üçün N0 manat pul istəmişdir. Bundan sonra o, 08 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Məftunla görüşüb Xocavənd rayonu 500 ailəlik qəsəbəsinə gedib Cavabdeh1 götürüb Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhərinə gedərkən, Turanə özü ilə təxminən 6-7 ədəd böyük tutumlu çantalar götürmüşdür. Ancaq onun Turanənin üzərində 30.000 manat pul olması barədə məlumatı olmamış və əvvəlcədən ona bu barədə məlumat verməmişdir. Bakı şəhərinə gedərkən onun kartında 1.200 manat, üzərində isə 54 manat pul olmasına baxmayaraq, taksinin pulunu Turanə vermişdir. Onlar təxminən səhər tezdən saat 06 radələrində Bakı şəhərində 20 Yanvar dairəsi adlanan ərazidə düşüb Turanənin bacısının Binəqədi rayonunda yaşadığı evə getmiş, həmin vaxtı orada Turanənin atası və bir neçə qohumu var idi. Turanənin atası Rüzgar onu döydükdən sonra yarı huşsuz vəziyyətdə olmuş, həmin vaxt onlar danışarkən Turanənin atası Rüzgar pulun onda olmasını və qaytarmayacağını eşitmişdir. Lakin həmin pulun nə qədər olması və kimə məxsus olması ona məlum olmamışdır. Belə ki, həmin vaxt o, döyüldükdən sonra üst-başı qana batdığından ona əynini dəyişmək üçün yeni paltar verilmiş və bu zaman 1.254 manat pulunun olmadığını görmüşdür. Bundan sonra onlar Turanənin atası ilə birlikdə Beyləqan rayonuna gəlmiş, maşından düşəndə ona 54 manat pul verilmiş və qalan pulu isə ona qaytarmamışlar. O, Beyləqan rayonuna gəldikdən sonra döyülməsi və pulunun götürülməsi barədə 102 zəng xidmətinə məlumat vermişdir. Hazırda qeyd etdikləri ilə bağlı polis şöbəsində araşdırma aparılır və onun pulu qaytarılmışdır. İddiaçının tələb etdiyi 30.000 manat pulun kim tərəfindən götürülməsi barədə onun heç bir məlumatı olmamış, Turanə ona bu barədə heçnə deməmiş və ona hər hansı məbləğdə pul verməmişdir. Ona görə də, iddianı əsassız hesab edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X1 izahatında göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiasını qəbul etmir. Belə ki, oğlu Namizəd 08 sentyabr 2022-ci il tarixdə Cavabdeh1 ilə birlikdə Bakı şəhərinə getmiş, lakin oğlunun Turanənin üzərində 30.000 manat pul olması barədə məlumatı olmamış və əvvəlcədən ona bu barədə məlumat verməmişdir. Oğlunu Turanənin atası Rüzgar döydükdən sonra onlar danışarkən oğlu eşitmişdir ki, 30.000 manat pul vəsaiti Turanənin atası Rüzgar götürmüş və bu barədə Xocavənd Rayon Polis Şöbəsində izahat vermişdir. Qeyd olunan bütün halları ətraflı oğlu Namizəd Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatında göstərmişdir. Ona görə də, iddianı əsassız hesab edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: İ.Əliyev), iddianın qismən təmin edilməsi, Cavabdeh1 30.000 (otuz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Vəliyev X20 Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddia tələbinin digər cavabdehlərə münasibətdə də, tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətlərinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Quliyev Vəkil Yelmar oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X17 apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini şifahi etiraz edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, məhkəmə kollegiyasında ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı və Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri həddində Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, tələbin qismən əsaslı olması və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı və Cavabdeh1 Ruzgar qızı apellyasiya şikayəti vermiş, iddiaçı apellyasiya şikayətində iddia tələbinin tam, yəni digər cavabdehlərə münasibətdə də təmin olunmasını, cavabdeh isə apellyasiya şikayətində iddia tələbinin təmin edilməsi barədə Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları və mübahisə predmeti üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün təfsir etməmiş, iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən, iddia ərizəsində göstərilən xahiş ilə bağlı təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş və yekun olaraq düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının N fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apelyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apelyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 372-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, birinci instansiya məhkəməsində toplanılmış sübutları tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin sübutları, işin (mübahisənin) faktiki halları halları arasındakı ziddiyyətləri düzgün araşdırmayaraq, sübutları düzgün qiymətləndirməyərək işin həqiqi hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə gəldiyi nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli və həmin hissə üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. iş materiallarında olan AA0139931 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə doğulmuşdur. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi ürə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 280 saylı arayışdan görünür ki, Xocavənd rayonunun, Qaradağlı kənd sakini İddiaçı hal-hazırda məcburi köçkün kimi müvəqqəti olaraq Sumqayıt şəhəri 10-cu m/r, bina 60, mənzil 15-də məskunlaşmışdır. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən xx.xx.2018-ci il taixdə verilmiş, AZE 14439476 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Xocavənd rayonunun, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi ürə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 291 saylı arayışdan görünür ki, Xocavənd rayonunun, Qaradağlı kənd sakini Cavabdeh1 hal-hazırda atası X5 ünvanında ünvan 1 olan 07 sentyabr tarixdə saat 03:19 radələrində göndərilmiş «Watsapp» yazışmasından görünür ki, mən getdim uşaqlar sənə əmanət, mən qalsam da, çox pis olacaqdı, mən istədiyim adamla gedirəm, məni bağışla, iki seçim varıydı ya ölmək ya getmək. Məndə gedirəm, məni axtarma elə bil ki, ölmüşəm, uşaqlara yaxşı bax, mən oldüm axtarma məni, getdim qalsam da, pis olacaqdı. İstədiyim adamnan gedirəm məni axtarma sağ ol. Heç nə etmə, heç kimə demə, mən öz istəyimlə getdim nə olsa da helə deyəcəm. Elə yerə getdim ki heç vaxt tapmayacaqsan məni. İş materiallarında olan X9 xx.xx.2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsinə ünvanladığı ərizədən görünür ki, qardaşı Vəliyev Rəyis Rəşid oğlunun arvadı X15 08 sentyabr 2022-ci il tarixdə Namizəd adlı şəxslə qoşulub evi tərk etmiş, evdən gedən zaman 30.000 manat pul və qızıl zinət əşyaları aparmışdır. İş materiallarında olan Vəliyev Rəyis Rəşid oğlunun xx.xx.2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsinə ünvanladığı ərizədən görünür ki, 08 sentyabr 2022-ci il tarixdə həyat yoldaşı Cavabdeh1 onun evində olan, lakin qardaşına məxsus 30.000 manat pulu özü ilə aparmışdır. İş materiallarında olan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsinə ünvanladığı ərizədən görünür ki, 08 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Cavabdeh2 ilə birgə Bakı şəhərinə getmiş, evi tərk edib gedən zaman ona Namizəd və digər şəxs tərəfindən hər hansı bir fiziki və pisixi olaraq zor tətbiq olmadan getmiş, gedəndə üzərində 130 manat pul olmuş, evini könüllü tərk etmiş, Cavabdeh2 və ya hər hansı bir şəxsdən şikayəti və tələbi yoxdur. İş materiallarında olan X9 08 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatından görünür ki, 2007-ci ildə qardaşı Rəyis Vəliyev Cavabdeh1 ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladı var. 07 sentayabr 2022-ci il tarixdə qardaşı Rəyis Vəliyev yaşayan Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən evində qonqaqliq təşkil olunmuş və orada qardaşları Zabil, Natiq, həyat yoldaşları Səadət, Mehriban, qardaşım qızı Ləman və xatırlamadığı digər şəxslər iştirak etmişdir. Qonaqlıq zamanı orada hər hansı bir xoşa gəlməz hal baş verməmiş, saat 00:40 radələrində Sumqayıt şəhərindən qonaq gələn qardaşı Zabil, həyat yoldaşı Səadət və qızları Ləman Rəyisin evində qalmışlar. Saat 03 radələrində qardaşı Zabilin həyat yoldaşı Səadət qardaşı Rəyisin həyat yoldaşı Turanənin evdə olmadığı aşkar etmiş, bu barədə qardaşı Rəyisə məlumat verərək, Turanəni evin ətrafında axtarmağa başlamışlar. Qardaşı Rəyis evində olan 30.000 manat pulun və qızılların yerində olmadığını aşkar etdikdən sonar yoldaşının evdən qacdığını müəyyən etmişdir. Bu barədə qardaşı Rəyis ona telefonla zəng edərək, məlumat vermiş və dərhal onların yaşadığı ünvana getmişdir. Hadisə barədə dərhal Turanənin atası Rüzgar Məmmədova məlumat vermiş və o, da qızının harada olması barədə məlumatsız olduğunu demişdir. Bundan sonra qardaşının qızı Şəhanə anası Turanənin telofonla danışıqlarının eşitdiyini, həmin nömrənin ***- ***-**-** olduğunu bidirmişdir. Həmin nömrəni «GETCONTACT» vasitəsilə yoxlayan zaman Namizəd Maxe kimi qeyd olunduğu aşkar olunmuşdur. Namizəd adlı əvvəldən tanımadığı şəxs evlərinin yaxınlığında yerləşən nömrəsini bilmədiyi hərbi hissədə xidmət edib. Qardaşı Rəyis Vəliyevin həyat yoldaşının evdən getməsi və özü ilə pul aparması barədə Xocavənd RPŞ-yə ərizə ilə məlumat vermişdir. Qardaşı Rəyis Vəliyev 08 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində ona zəng edərək, məlumat vermiş və o, da təcili olaraq onların evinə getmişdir. Turanənin pul və qızıl aparmasını qardaşı Rəyis aşkar etmiş, 30.000 manat pul və miqdarını bilmədiyi qizil aparmışdır. Daha əvvələr bu kimi hallar baş verməmis, heç bir zaman problemləri olmamış və aralarında mehriban ailə münasibətləri olmuşdur. İş materiallarında olan X6 08 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatından görünür ki, 2015-ci ildən şəxsi avtomobili ilə Beyləqan rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur və Namizəd adlı şəxsi 2021-ci ildən taniyir. 08 sentyabr 2022-ci tarixdə Namizəd 00:20 radələrində istifadəsində olan ***-***-**-** mobil nomrəyə zəng edərək, Beyləqan rayonu, İkinci Aşıqlı kəndinə gəlməyini demiş, kəndə gedib Namizədi avtomobili ilə götürdükdən sonra Xocavənd rayonu 500 ailəlik qəsəbəyə getməyi bildirmiş və Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə gəldikdən sonra Namizəd avtomobildən enərək əvvəldən tanımadığı bir qadınla görüşdükdən sonra qadının əlində olan balaca çantasini avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra qadın avtomobilin arxa oturacağında, Namizəd isə öndə oturduqdan sonra Beyləqan rayon mərkəzinə getmiş, orada Bakı şəhərinə getmək üçün taksi olmadığından, Namizəd onlari Bakı şəhərinə aparmağımı təklif etdikdə 130 manata apara biləcəyini demiş və razılaşmışlar. Təxminən 00:45-də Beyləqan rayonundan çıxaraq Bakı şəhərinə getmiş, Bakı şəhərinə çatmamış Namizəd İmişli rayonu, Bəhrəmtəpə adlanan ərazidə avtomobildən enərək, "xxxx" terminalından onun yanında 150 manat pul çıxartmış və 03:50-də Bakı şəhərinə çatmışdır. Namizəd və yanında olan qadını Bakı şəhərində 20 Yanvar dairəsi adlanan ərazidə düşürmüşdür. Bundan sonra Namizəd onları otelə aparmağı desə də, Bakı şəhərini yaxşı tanımadığını demiş və 130 manat gediş haqqını Namizəddən alıb Beyləqan rayonuna geri qayıtmışdır. İş materiallarında olan Cavabdeh1 09 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatından görünür ki, 2007-ci ildə Rəyis Vəliyevlə ailə həyatı qurmuş və birgə nikahdan 2009-cu il təvəllüdlü Dəniz Vəlizadə, 2011-cil təvəllüdlü Şəhanə Vəlizadə və 20N-ci il təvəllüdlü Rəşid Vəlizadə dünyaya gəlmişdir. Həyat yoldaşının adı Rəyis olsada, hamı onu Sənətkar adı ilə tanıyır. Aralarında ailə daxili münaqişələr olmuş və ona görədə bir neçə dəfə müxtəlif vaxtlarda atası Rüzgar Məmmədovun evinə getmişdir. Təxminən 15-20 gün əvvəl tanımadığı ***-***-**-** mobil nömrəsindən qısa zəng gəlmiş, bundan sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsi ilə telefonuna qısa zəng gələn nömrəni yığmış, ona səhv yığdığını demiş və 2-3 saat sonra «Watsapp» sosial şəbəkəsində ona mesaj yazılmış, bundan sonra aralarında sevgi münasibətləri yaranmış və mütəmadi olaraq onunla telefon əlaqəsi yaradıb danışmışdır. Həmçinin «Watsapp» sosial şəbəkəsində öz şəkillərini atmış, həmin şəxs ilkin olaraq adını Zaur olduğunu, həmyaşıd olduğunu və subay olduğunu demişdir. Danışdıqdan 3 gün sonra evlərinin yanında olan mağazaya getməsini həmin şəxs ona demiş və onu görmək istəməsini bildirmişdir. Həmin vaxtı qeyd olunan mağazaya getmiş və mağazanın içərisində əsil adı Namizəd olan şəxsi görmüş, daha sonra mağazadan günəbaxan tumu almış və evə qayıtmışdır. Telefonla danışıqları davam etmiş, 07 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində «Watsappda» yazarkən həmin şəxs onunla qoşulub qaçmağı təklif etmiş, düzgün olmadığı bildirdikdə, boşanıb sonradan qaçmağı təklif etmiş, həmin vaxtı ona boşanmayacağını, onunla bu formada qaçmaq istədiyini demiş və onunla həmin vaxtı qaçmağa razılıq vermişdir. Namizədlə danışarkən birinci Beyləqan rayonuna getmələrini, sonra isə Bakıya getmələrini təklif etdikdə, birbaşa Bakıya getmələrini demiş və özünə məxsus bir neçə dəst geyim əşyalanı iki ədəd çantaya yığaraq evin həyətində olan əl yerinə qoymuşdur. Təxminən 01 radələrində özünə məxsus bir ədəd qızıl üzüyünü və bir cüt qızıl sırğasını götürmüş, həmçinin həmin vaxt özünə məxsus 130 manat üzərində pulu var idi. Bundan sonra özünün mobil telefonunu və qeyd olunan əşyalarını götürüb evdən çıxmışdır. Həmin vaxt övladlarının onu istəməyəcəyini düşünərək, fikirləşmədən evdən getmişdir. Namizəd onu evlərinin yaxınlığından götürdükdən sonra 100 metr piyada getmiş, orada olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi qara rəngli bir avtomobilə əyləşmiş və Bakı şəhərinə yola düşmüşlər. Onlar 06 radələrində Bakı şəhərində adını bilmədiyi otelə getmiş və bir saat orada oturduqdan sonra ona qaynı Fikrətə məxsus mobil nömrədən zəng gəlmiş, həmin zəng Namizədə məxsus mobil telefona gəlmişdir. Namizəd telefonu açıb danışdıqda Namizədlə danışan şəxsin digər qaynı oğlu Miraj olmasını bilmiş və onlar bundan sora oteldən çıxaraq, kirayə ev axtarmışlar. Həmin gün saat 16 radələrində onlar Bakı şəhərində ünvanını konkret bimədiyi yerdə ev tapmış, bir saat orada qaldıqdan sonra atası ilə telefon əlaqəsi yaratmış və atası evə qayıtmağını demişdir. Bundan sonra Namizədlə birlikdə qeyd olunan ünvandan çıxaraq bacısı Nərminin evinə getmiş, bacısı evin açarının yerini demiş, sonra evin qapısını açaraq Namizədlə evə girmişdir. Bibisi Gülnaz bir neçə dəqiqə sonra bacının evinə gəlmiş, təxminən saat 22 radələrində atası həmin evə gələrək, Namizədlə onu götürüb Beyləqan rayonunda olan evlərinə gətirmişdir. O, evdən çıxarkən özümə məxsus bir ədəd (qızıl) üzərində bir ədəd birliyant qaş olan qızıl üzük, bir cüt qızıl sırğa, bir neçə ədəd plastik əşyadan olan bəzək əşyası, özümə məxsus nağd şəkildə 130 manat pulu və geyim əşyalarını götürmüşdür. Bundan başqa o, evdən heç bir əşya və pul göturməmişdir. Təxminən 4-5 gün əvvəl Rəyis ona rəngli sellofan paketdə icərisində 3 ədəd (10 000 manatlıq) pul bağlaması vermiş, həmin vaxtı o pulu saymamış və Rəyisə pulu seyfə qoymağını dedikdə pulu seyfə qoymamağını, pulu başqa yerə qoymağını demiş və o, da mətbəxdə olan mebelin üzərində olan qutunun içərisində qazana qoymuşdur. Pulun yerini isə Rəyisə demiş və pulun yerini bildirmişdir. O, evdən könüllü olaraq hec bir təyziq və şantaj olunmadan getmiş, ona hər hansı bir şəxs fərdi və ya fiziki zor tətbiq etməmişdir. İş materiallarında olan Cavabdeh2 09 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatından görünür ki, o, 2014-cü ildən MN-nin N № hərbi hissəsində MAXE işləyir və N avqust 2022-ci il tarixdən Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisində yerləşən hərbi hissəsində xidmət edir. Cavabdeh1 təxminən 20 gündur tanıyır. Belə ki, təxminən 20 gün əvəl istifadəsində olan ***-***-**-** mobil nömrəli mobil telefona zəng etmiş, həmin vaxt o, qeyd olunan mobil telefonla zəng edən şəxsin qadın olmasını bilmiş və həmin qadın ona telefonda səf düşməsini demiş, ona həmin vaxtı heçnə deməmiş və onunla danışmamışdır. Təxminən 2 saat sonra həmin qadın yəni Turanə yenidən zəng edərək, ona bir daha zəng etməməyini demiş və ona zəng etməyəcəyini bildirmişdir. Həmin gün axşam Turanə məxsus qeyd etdiyi mobil nömrənin «Whatsapp» sosial şəbəkəsindən mesaj yazmış və həmin vaxtı onunla yazışmaqa başlamışdır. Türanə adlı qadınla aralarında sevgi münasibətləri yaranmış və onlar danışmağa başlamışlar. Telefonla danışdıqda ona ailəsində problem olmasını və ayrılmasını demiş, Turanə ilə mobil telefonda danışarkən ona Bakı şəhərində yaşayan bacısının evinə getmək istməsini və ona maşın tapmasını demişdir. Həmin vaxtı onunla danışdıqdan sonra maşın tapdığını və həmin taksi ilə onu Bakı şəhərinə aparacğını demişdir. Beyləqan rayonunda tanıdığı Məftun adlı taksi sürücüsiü ilə danışmış ki, Türanə ilə onu Xocavənd rayonundan götürüb Bakı şəhərinə aparsın. Həmin vaxtı Məftun Bakı şəhərinə getməsi üçün N0 manat pul istəmiş, onunla danışmış və bundan sonra 08 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Məftunla görüşüb Xocavənd rayonu 500 ailəlik qəsəbə ərazisinə getmişdir. Həmin vaxtı maşını yolun kənarında saxlamış, Cavabdeh1 bir neçə dəqiqə sonra gələrək maşına əlyəşmiş və Bakı şəhərinə yolla düşmüşlər. Məftun onları saat 06 radələrində Bakı şəhərində 20 Yanvar dairəsi adlanan ərazidə düşurmüş, oradan Əhmədliyə getmiş, özlərinə kirayə ev tapmış və o, kirayə üçün 200 manat pul ödəmişdir. Evi kirayə tutuqdan sonra Turanə ilə evdə olarkən Turanənin atası zəng edərək, bacısı gilə getməsini demiş, həmin gün axşam saatlarına qədər kirayə tutduqları evdə qaldıqdan sonra Turanənin bacısının Binəqədi rayonunda yaşadığı evə getmişlər. Həmin vaxtı orada Turanənin atası və bir neçə qohumu var idi. Turanənin atası və başqa şəxslər onu döymüş, bir neçə saat sonra oradan onlara məxsus avtomobillə yenidən Beyləqan rayonuna gəlmişlər. Beyləqan rayonuna gəldikdən sonra Turanənin atasının onu döyməsi barədə 102 zəng xidmdətinə məlumat vermiş və hazırda Beyləqan Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Turanə onunla gedərkən onun üzərində 30.000 manat pul olmasını bilməmiş, əvəldən ona bu barədə məlumat verməmişdir. Turanənin bacısının evində atası Rüzgar tərəfindən döyüldükdən sonra atası ilə onun qardaşı adını bilmədiyii şəxs danışarkən eşitmişdir ki, həmin pulu Turanədən atası Rüzgar götürmuşdur. İş materiallarında olan X5 13 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatından görünür ki, qızı Cavabdeh1 2007-ci ildə Rəyis Vəliyevlə ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları var. 08 sentyabr 2022-ci iltarixdə saat 03 radələrində qızının qaynı Fikrət Vəliyev onlara gələrək qızının evdən getdiyini, evlərindən qızıl və 30.000 manat pul apardığını bildirmişdir. Qızının evdən getməsini dedikdə ilk olaraq inanmamış və qızını öldürdüklərini yalan danışdıqlarını demiş, bundan sonra qızının həyat yoldaşına telefonda yazdığı mesajları göstərdikdən sonra həqiqətəndə evdən getdiyinə inanmışdır. Qızının tapılması üçün mobil nömrəsinə dəfələrlə mesaj yazmış və onu bağışlayacağını demişdir. Bundan sonra qızı olduğu yer barədə məlumat vermiş və qızı Turanəyə Bakı şəhərində yaşayan digər qızı Nərminin evinə getməsini, ordan gedib gətirəcəyini demişdir. Təxminən saat 23 radələrində qızı Nərminin Bakı şəhərində evinə getdikdə qızı Turanə və qızının qoşulub qaçdığı Namizəd adlı şəxs orda olmuş, qızının qoşulub qaçdığı Namizəd adlı şəxsi hirsli olduğu üçün döymüş və bununla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır. Qızını Bakı şəhərindən gətirməyə gedən zaman qızının və Namizədin üzərində hər hansı pul və ziynət əşyası olmamışdır. Orada olarkən qızından pul götürüb götürmədiyini soruşduqda qızı evdən pul götürmədiyini demişdir. Belə ki, Cavabdeh2 tamamilə yalan deyir qızı Turanə həyat yoldaşı Rəyisin evindən pul götürməmiş və həmin pul onda deyildir. İş materiallarında olan Vəliyev Rəyis Rəşid oğlunun 13 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatından görünür ki, o, 2007-ci ildə Cavabdeh1 ilə ailə heyatı qurmuş və birgə nigahdan 3 övladları dunyaya gəlmişdir. xx.xx.2022-ci il tarixdə yaşadıqı evdə olarkən qardaşı Zabilin həyat yoldaşı Səadət Cavabdeh1 evdə olmadıqını aşkar etmiş, ona demədən evin həyətini axtarsada heç yerdən tapa bilməmişdir. 03 radələrində ona Turanənin evdə olmadıqını demiş, yuxudan oyandıqdan sonra telefonda interneti açmış və Turanənin evdən getməsi barədə ona mesaj yazdıqını görmüşdür. Turanə evdən gedən zaman özünə məxsus olan qadın paltarlarını apardığı üçün qızıl və pul olan yerlərə baxmış heç birinin yerində olmadığını aşkar etmişdir. Təxminən üç-dörd gün əvvəl qardaşı Zabilin maşın alamaq üçün gətirdiyi pulu Turanəyə saxlaması üçün vermişdir. Həmin pul yüz manatlardan ibarət olmuş, ümümilikdə 30.000 manat idi. Bu barədə Turanənin atası Rüzgar Məmmədova məlumat versə də, onlara inanmamış və qızını öldürdüyünü demişdir. Qızının bacısı Nərminə yazdığı eyni məzmunlu mesajları görəndən sonra onlara inanmışdır. Sonradan qızı Şahanə anasının ***-***-**-** mobil nömrəsi ilə danışdığını ona demiş, həmin nömrənin kimə məxsus olduğunu «GETCONTACT» vastəsi ilə yoxladıqda Namizəd MAXE olaraq cıxmışdır. Nömrənin sahibini aşkarladıqdan sonra Rüzgar Məmmədov nömrə sahibini tanımış və yaxınlıqda yerləşən hərbi hissədə işlədiyini demişdir. Hərbi hissəyə gedilsədə Namizədin işə gəlmədiyi bildirilmiş, sonradan qardaşı Fikrət bu barədə Xocavənd RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hərbi hissədən Namizədin sonuncu dəfə X43 markalı avtomobillə hərbi hissəyə gəldiyi və həmin avtomobilin Məftun adlı şəxsə məxsus olduğu aşkar olunmuşdur. Taxsi şoferi Məftun adlı şəxs Turanə və Namizədi Beyləqan rayonunda yerləşən OBA marketin qarsısında düşürdüyünü demiş, təxminən saat 17 radələrində Rüzgar qızı Turanə ilə Namizədin Bakı şəhərində olduğunu və qızı Nərminin evində olduqlarını demişdir. Bunu dəqiqləşdirmək üçün Nərmin və yoldaşı Anarın Bakı şəhərinə evlərinə getmiş, 09 sentyabr 2022 ci il tarixdə saat 02 radələrində Rüzgar zəng ederək, Namizədi tapdığını demiş, həmin gün 09 radələrində qardaşı Boranla telefon əlaqəsi yaratmış və ona Turanənin evə gətirdiyini demişdir. Bundan sonra onlarla hec bir əlaqəsi olmamış, 10 sentyabr 2022 tarixdə Rüzgar ona zəng edərək, nə isdədiyini soruşduqda evindən gedən pulu və Turanəni isdədiyini demiş, bu zaman təhqir edici sözlər demiş və pulu Daxili İşlər Nazirliyinə aparıb verəcəyini demişdir. Bundan sonra heç bir əlaqəsi olmamışdır. 30.000 manat pul qardaşı Zabilə məxsus olmuş və pulu ona saxlamaq üçün vermişdir. X30 rayonundan avtomobil almaq üçün onlara gəldiyinə görə 30.000 manat pulu ona vermiş, o isə həmin pulu saxlamaq üçün Turanəyə vermiş və pulu mətbəxdə qazanın içərisinə qoyduğunu həmin qazan isə mətbəxt mebelinin üzərində olduğunu demişdir. Pulu iki üç günlüyə Turanəyə verdiyindən heç yoxlamamış və bele bir şey edəcəyi ağlına gəlməzdi. İş materiallarında olan İddiaçı 01 oktyabr 2022-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatından görünür ki, qardaşı Vəliyev X21 rayonu, 500 ailəlik qəsəbədə yerləşən N nömrəli evdə yaşayır. Rəyis Vəliyev onun 6-cı qardaşıdır. O, 04 sentyabr 2022-ci il tarixdə Beyləqan rayonu ərazisində avtomobil almaq və qardaşları ilə görüşmək üçün həyat yoldaşı və qızı Vəlizadə Ləmanla birgə rayona getmiş, gedən zaman avtomobil alamaq üçün üzərində 30.000 manat pul götürmuşdur. Beyləqan rayon ərazisində olan Prado markalı avtomobilə baxış keçirən zaman avtomobilin zərbəsi olduqu üçün almaq qərarından daşınmış və həmin gün axşam saatlarında qardaşı Rəyis Vəyevə pulu saxlaması üçün vermişdir. Rayon ərazisində qohumları cox olduqu üçün ailə üzuvləri ilə birgə rayon ərazisində təxmini iki üç gun qalmağı planlaşdırmışdır. Rayonda qaldıqığı müddət ərzində ailə üzvləri ilə birgə qardaşı Rəyis Vəliyevin Xocavənd rayon 500 ailəlik qəsəbə ərazisində yerləşən evində qalmış və 30.000 manat pulun qardaşında olduğu üçün yoxlamamışdır. Qardaşının həyat yoldaşı Cavabdeh1 08 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evi tərk etmiş və bu barədə qardaşı Rəyisə mesaj yazmışdır. Qardaşı Rəyis Vəliyev ona saxlaması üçün verdiyi 30.000 manat pulu həyat yoldaşı Cavabdeh1 apardığını aşkarlamışdır. Qaradaşı ailəsində baş vermiş hadisə ilə əlaqədər olaraq digər qardaşı X26 Rayon Polis Şöbəsinə ərizə ilə muraciət etmiş və Cavabdeh1 evdən 30.000 manat pul apardıqını bildirmişdir. Baş vermiş hadisədən sonra 11 sentyabr 2022-ci il tarixdə yaşadığı Sumqayıt şəhərinə geri qayıtmış və qardaşı Rəyis Vəliyev saxlamaq üçün verdiyi 30.000 manat pulu geri qaytarmamışdır. Beyləqan rayon ərazisində qardaşı Rəyis Vəliyevə saxlaması üçün üç ədəd yuz manatlardan ibarət 10.000 manatlıq pul bağlaması salafan paketdə vermişdir. O, rayonda qaldığı üçün pulu saxlamaga yeri yox iydi və qardaşı Rəyis Vəliyevin evində qaldığı üçün pulu saxlamsı üçün ona vermiş, lakin pulun saxlandığı yeri bilməmişdir. Qızının onda pul olmasından heç bir xəbəri olmamış və onun qızına heç bir pul verilməmişdir. İş materiallarında olan Xocavənd Rayon Polis X13 müstəntiqi polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli evə baxış protokolundan görünür ki, baxış axşam saatlarında işıqlandırma vasitələrdən istifadə etməklə keçirilmiş, baxış üçün gəlinən yer Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən N № evdir. Baxışda iştirak edən ev sahibi Rəyis Vəliyev bildirdi ki, 30.000 (otuz min) manat pulu saxlaması üçün həyat yoldaşı Cavabdeh1 vermiş sonuncu pulu mətbəxtə yerləşən mebelin üzərində olan qazanın içərisinə qoymuşdur. 08 sentyabr 2022-ci il tarixdə Cavabdeh1 evdən gedərkən həmin yerə baxılsa da pulların yerində olmadığı aşkar olunmuşdur. Baxış təqdim olunan evin hasarı mişar daşından hörulmuş və çəhrayı rəngdədir, evin həyəti daş döşəmədən və üzərində dəmir çardaqdan ibarətdir. Evin ön qarşı tərəfində olan pəncərələrdə dəmir barmaqlıqlar yoxdur, evin giriş qapısı dəmir seyf qapıdan ibarətdir. Evdə mətbəx mənzilə daxil olduqdan sonra sağda yerləşir, mətbəxtə mebel dəsdi, soyuducu, paltar yuyan, stol və stular dəsti, qazanlar və televizor var .Qazanlar olan yerə baxış keçirildi və orada hər hansı bir pul bağlaması yox idi. İş materiallarında olan «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X40 «Xocavənd rayon Mərkəzi Xəstəxanası» X36 27 sentyabr 2022-ci il tarixli PHŞ/6.44-2-2022-105 saylı məktubundan görünür ki, Xocavənd rayonu Qaradağlı kənd sakini, 500 ailəlik qəsəbə ev N-də məskunlaşan Cavabdeh1 2021-ci il tarixdən 2022-ci il hazırki dövrunə dək «Dərman Zəhərlənməsi» diaqnozu ilə X38 şöbəsinə və digər şöbələrə müraciəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi X40 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 740/22 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 bədən səthi üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X9 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edilmiş, Vəliyev Rəyis Rəşid oğluna Cavabdeh1 ilə arasında olan pul mübahisəsi ilə bağlı, mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmiş, Cavabdeh1 izahatında X18 pul verilməsini, həmçinin Vəliyev Rəyis Rəşid oğlunda hərbçilərə məxsus 100 ədəd plastik pul kartlarının olmasını göstərməsi araşdırma materialı ilə təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh2 X17 tərəfindən döyülməsi faktı ilə bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılması nəzərə alınmış, Cavabdeh1 dərman içərək intihara cəhd etməsi, həmçinin Vəliyev Rəyis Rəşid oğlu tərəfindən işgəncələrə məruz qalmasını və balta ilə hədələnməsini göstərməsi araşdırma materialları ilə öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti məlumat üçün ərizəçilər X16, Vəliyev Rəyis Rəşid oğluna və Cavabdeh1 göndərilməklə qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xocavənd rayon prokuroruna, yuxarı prokurora və yaxud rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında xx.xx.2021 ci il tarixli GTKR4568555AN5 saylı kredit müqaviləsinin ödəniş qrafikinin surətindən görünür ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2021 ci il tarixli GTKR4568555AN5 saylı kredit müqaviləsinə əsasən, İddiaçı 60 ay müddətinə, illik 19 % olmaqla, 15.000 manat pul verilmiş və xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq ödənişi 389,11 manat müəyyən edilmişdir. İş materiallarında olan Xocavənd Rayon Polis Şöbəsinin xx.xx.2022 ci il tarixli, 2454 saylı məktubdan görünür ki, Xocavənd rayon Qaradağlı kənd sakini Cavabdeh1 xx.xx.2022-ci il tarixdə DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək, atası ilə münaqişə etdiyini, ər evinə getmək istədiyini bildirmişdir. Həmin tarixdə təkarar DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək, ilkin müraciəti ilə bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. Hal-hazırda Cavabdeh1 müraciəti ilə bağlı RPŞ-də araşdırma aparılır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, iş üzrə tərəfləri tanımır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, o, Beyləqan rayonunun Tatalılar kəndində yaşayır və fərdi əməklə məşğul olur. Ehtiyacı olduğu üçün özünə məxsus «Toyota Prado» markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün internetdə elan vermişdir. Təxminən 2022-ci ilin sentyabr ayının 4-də tanımadığı sonradan adını öyrəndiyi Zabil adlı şəxs ona zəng vuraraq, istifadəsində olan maşını almaq fikrinin olmasını və görüşüb maşına baxmaq istədiyini bildirmişdir. O, da, razılaşmış və həmin günü Beyləqan şəhəri ərazisində yerləşən Likoyl yanacaqdoldurma məntəqəsində Zabillə görüşmüşdür. Maşına baxdıqdan sonra Zabil maşını sonu neçəyə satacağını soruşmuş o, isə avtomobili sonu 33.000 manata satdığını bildirmişdir. Həmin vaxt Zabil telefonla kiməsə zəng vurmuş nə danışdığını bilməmiş, sonra ona 30.000 manat pulunun olduğunu bildirmişdir. O, isə 33.000 manatdan aşağı verməyəcəyini demişdir. Bundan sonra Zabil bir neçə gün rayonda qalacağını və əgər razılaşsa ona zəng vurmağı xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı xalasının nəvəsidir, cavabdehləri isə tanımır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, o, qardaşı Yavərlə birlikdə Sumqayıt şəhərində şərikli maşın alveri ilə məşğul olur. İddiaçı əvvəllər çevik polis alayında işləmiş və hazırda təqaüddədir. Təxminən 2-3 il əvvəl Zabil təqaüdə çıxdıqdan sonra onlarla şərikli maşın alveri ilə məşğul olmağa başlamış və birlikdə maşın alıb sataraq, əldə etdikləri gəliri aralarında bərabər şəkildə bölürlər. Təxminən 2022-ci ilin sentyabr ayının 1- 2 Zabil internetdə paylaşılmış elanlardan Beyləqan rayonunda «Toyota Prado» markalı avtomaşının 33.000 manata satışa çıxarıldığını öyrənmişdir. Həmin avtomaşını almaq üçün Beyləqan rayonuna getmək istədiyini və ona 20.000 manat borca pul verməsini xahiş etmişdir. Bundan sonra onlar məsləhətləşmiş və avtomaşını əgər 30.000 manata alsa fayda götürə biləcəyini demişdir. Bu məqsədlə də, o və qardaşı Yavər hər biri 10.000 manat pul düzəldib Zabilə borc pul vermişlər. Sentyabr ayının 4 Zabil Beyləqan rayonundan onlara zəng edərək, avtomobilin sahibi 33.000 manatdan aşağı vermədiyini bildirdikdə, onlar Zabilə 30.000 manatdan yuxarı razılaşmamasını demişlər. Bir neçə gün keçdikdən sonra Zabildən bir xəbər çıxmadığı üçün ona zəng edib nə vaxt gələcəyini soruşduqda, Zabil başlarına iş gəldiyini, 30.000 manat pulun oğurlandığını və bununla bağlı polisə müraciət etdiklərini söyləmişdir. Daha sonra sentyabr ayının ortalarına yaxın Zabil Sumqayıt şəhərinə qayıtmış, baş vermiş hadisəni təfərrüatı ilə ona və qardaşına danışaraq bildirmişdir ki, pulu saxlanması üçün qardaşı Rəyisə vermiş, o, isə həmin pulu evdə saxlaması üçün arvadına vermişdir. Sentyabr ayının 7-8-nə keçən gecə qardaşı arvadı 30.000 manat pulu və bir neçə qızıl-zinət əşyalarını götürərək evdən çıxıb getmiş, bununla bağlı Xocavənd Rayon Polis Şöbəsinə müraciət etdiklərini və hazırda araşdırma aparıldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, İddiaçı xalasının nəvəsidir, cavabdehləri isə tanımır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, o, qardaşı Sədrəddinlə birlikdə Sumqayıt şəhərində şərikli maşın alveri ilə məşğul olurlar. İddiaçı əvvəllər çevik polis alayında işləmiş və hazırda təqaüddədir. Təxminən 2-3 il əvvəl Zabil təqaüdə çıxdıqdan sonra onunla şərikli maşın alveri ilə məşğul olmağa başlamış və birlikdə maşın alıb sataraq, əldə etdikləri gəliri aralarında bərabər şəkildə bölürlər. Təxminən 2022-ci ilin sentyabr ayının 1-2 Zabil internetdə paylaşılmış elanlardan Beyləqan rayonunda «Toyota Prado» markalı avtomaşının 33.000 manata satışa çıxarıldığını öyrənmişdir. Həmin avtomaşını almaq üçün Beyləqan rayonuna getmək istədiyini və ona 20.000 manat borca pul verməsini xahiş etmişdir. Bundan sonra onlar məsləhətləşmiş və avtomaşını əgər 30.000 manata alsa fayda götürə biləcəyini demişdir. Bu məqsədlə də, o və qardaşı Sədrəddin hər biri 10.000 manat pul düzəldib Zabilə borc pul vermişlər. Sentyabr ayının 4 Zabil Beyləqan rayonundan onlara zəng edərək, avtomobilin sahibi 33.000 manatdan aşağı vermədiyini bildirdikdə, onlar Zabilə 30.000 manatdan yuxarı razılaşmamasını demişlər. Bir neçə gün keçdikdən sonra Zabildən bir xəbər çıxmadığı üçün ona zəng edib nə vaxt gələcəyini soruşduqda, Zabil başlarına iş gəldiyini, 30.000 manat pulun oğurlandığını və bununla bağlı polisə müraciət etdiklərini söyləmişdir. Daha sonra sentyabr ayının ortalarına yaxın Zabil Sumqayıt şəhərinə qayıtmış və baş vermiş hadisəni təfərrüatı ilə ona və qardaşına danışaraq bildirmişdir ki, pulu saxlanması üçün qardaşı Rəyisə vermiş, o, isə həmin pulu evdə saxlaması üçün arvadına vermişdir. Sentyabr ayının 7-8-nə keçən gecə qardaşı arvadı 30.000 manat pulu və bir neçə qızıl-zinət əşyalarını götürərək evdən çıxıb getdiyini, bununla bağlı Xocavənd Rayon Polis Şöbəsinə müraciət etdiklərini və hazırda araşdırma aparıldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Vəliyev Rəyis Rəşid oğlu ifadəsində göstərmişdir ki, İddiaçı qardaşıdır, Cavabdeh1 arvadıdır, cavabdeh Rüzgar Məmmədov qaynatasıdır, digər Cavabdeh2 isə tanımır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, onun 8 qardaşı və 2 bacısı var. Onlar Xocavənd rayonunun Qaradağlı kəndindən məcburi köçkün düşdükdən sonra Beyləqan rayonu ərazsində məskunlaşmışlar. Böyük qardaşı İddiaçı Bakı şəhərində çevik polis alayında işləmiş və Sumqayıt şəhərində məskunlaşıb yaşayır. Zabil təqaüdə çıxdıqdan sonra Sumqayıt şəhərində maşın alveri ilə məşğul olur. O, 2007-ci ildə Cavabdeh1 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. O, ailəsi ilə birlikdə Beyləqan ərazisində məcburi köçkünlər üçün salınmış Xocavənd rayonu 500 ailəlik qəsəbə ev N-də yaşayır. Təxminən 02 sentyabr 2002-ci il axşam saatlarında böyük qardaşı Zabil ailə üzvləri ilə birlikdə onun yaşadığı Beyləqan ərazisində salınmış Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən N nömrəli evə gəlmişdir. Zabil rayona gələndə adətən onun evində qalır. Zabil gələndə bildirmişdir ki, internetdə Beyləqan rayonunda «Toyota Prado» markalı avtomaşının 33.000 manata satışa çıxarıldığı paylaşılmış və həmin avtomaşını almaq üçün Beyləqan rayonuna gəlmişdir. Sentyabr ayının 04-də Zabil Beyləqan rayonunda maşına baxmış və qiymətdə razılaşmadıqlarına görə alveri baş tutmamışdır. Həmin gün Zabil bir neçə gün rayonda onlarda qalacağı üçün maşının pulu olan 30.000 manatı saxlamağı xahiş etmişdir. O, da, Zabilin maşın almaq üçün gətirdiyi pulu sellofan paketdə içərisində 3 ədəd 10.000 manatlıq bağlamanı Turanəyə saxlaması üçün vermişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən qardaşı Zabilin arvadı Səadət Turanənin evdə olmadığı üçün ona demədən evin həyətini axtarmış, evdə olmadığını bilmiş və saat 03 radələrində ona Turanənin evdə olmadığını demişdir. Yuxudan oyanandan sonra telefonda interneti açmış və Turanənin evdən getməsi barədə ona mesaj yazdığını görmüşdür. Turanə evdən gedən zaman özünə məxsus olan qadın paltarlarını apardığı üçün qızıl və pul olan yerlərə baxmış və heç birinin yerində olmadığını aşkar etmişdir. Bu barədə Turanənin atası Ruzigar Məmmədova məlumat vermiş və Turanənin yazdığı mesajları göstərdikdən sonra qızı Səhanə anasının ***-***-**-** saylı mobil nömrə ilə olan danışığı barədə məlumat vermiş və həmin nömrənin Cavabdeh2 məxsus olması onlara məlum olmuşdur. Həmin vaxt qaynatası X23 tanıyaraq, yaxınlıqda olan hərbi hisssədə xidmət etdiyini bildirmişdir. Təxminən saat 17 radələrində Ruzigar Turanə ilə Namizədin Bakı şəhərində, qızı Nərminin evində olduqlarını bildirmişdir. 09 sentyabr 2022-ci il tarixdə Rüzigar Bakı şəhərinə qızı Nərmingilə getmiş və ona zəng edərək, Namizədi tapdığını bildirmişdir. Bundan sonra elə həmin gün Rüzigar qızı Turanəni öz evinə gətirdiyi barədə məlumat vermişdir. 10 sentyabr 2022-ci il tarixdə Rüzigar ona zəng edərək, nə istədiyini soruşduqda, o, Turanəni və onun evdən apardığı pulu istədiyini bildirmişdir. Bu zaman Rüzgar təhqiredici sözlər işlədərək, pulu aparıb Daxili İşlər Nazirliyinə verəcəyini bildirmişdir. Bundan sonra Xocavənd Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Turanənin qardaşına məxsus 30.000 manat pulu apardığını və həmin pulun geri qaytarılmasını xahiş etmişdir. Turanə polis şöbəsində yazdığı izahatında qardaşı Zabilin ailə üzvləri ilə birlikdə onun yaşadığı Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən N nömrəli evə qonaq gəlməsini, həmin vaxtı ona sellofan paketdə içərisində 3 ədəd 10.000 manatlıq bağlaması verməyini, həmin pulu mətbəxdə olan mebelin üzərində olan qutunun içərisində olan qazana qoymasını bildirmişdir. Bir neçə gün əvvəl Cavabdeh1 istifadəsində olan (051)-704-63-14 mobil nömrəsindən «Teleqram» proqramı vasitəsilə onun istifadəsində olan (050)-749-49-49 mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30.000 manat pulun atası Rüzgar Məmmədovda olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində ehtiva edilən məhkəmə müdafiəsi hüququnun prosessual təminatını realizə edən mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O, da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutlar əsasında iddia tələbinin qismən əsaslı olması, yəni iddiaçının tələb etdiyi pul vəsaitinin cavabdehlərdən Cavabdeh1 Ruzgar qızı tərəfindən 08 sentyabr 2022-ci il tarixdə gecə vaxtı yaşadığı evdən gedərkən özü ilə aparması qənaətinə gəlmişdir. Halbuki həmin sübutlar ayrı-ayrılıqda tədqiq edildikdə, bu nəticə görünmür. Belə ki, mübahisəli 30000 manat pul ilə bağlı iddiaçı avtomaşın almaqdan ötrü üstündə olan pulu saxlaması üçün qardaşı Rəyis Vəliyevə, sonuncunun da Cavabdeh1 verməsini, bildirmiş, şahid qismində dindrilmiş Rəyis Vəliyev də bunu təsdiq etmiş, həmçinin Cavabdeh1 həmin pulu mətbəxdə mebelin üstündəki qutunun içində olan qazana qoymasını bildirmiş, şahid qismində dindrilmiş X31 özünə məxsus Toyota Prado markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı İddiaçılə danışıq aparmasını, X11 ilə X24 elanda qeyd edilmiş Toyota Prado markalı avtomobili alması üçün İddiaçı hər birinin 10000 manat borc pul verməsini bildirmişlər. Göründüyü kimi bu izahatlar yalnız İddiaçı avtomobil alması üçün 30000 manat pulun üstündə olmasını, həmin pulu saxlaması üçün qardaşı Rəyis Vəliyevə verməsini, sonuncunun da qeyd olunan pulu saxlaması üçün Cavabdeh1 verməsini, onun da pulu mətbəxdə qutuda olan qazanın içinə qoymasını müəyyən etməyə imkan verir. Göstərilən izahatların heç birində Cavabdeh1ınn göstərilən pul vəsaitini də evdən gedərkən özü ilə aparması birbaşa təsdiq olunmur. Rəyis Vəliyevin məhkəmədə verdiyi izahatında qaynatası Ruzgar Məmmədovun telefon danışığı zamanı pulu Daxili İşlər Nazirliyinə verəcəyini bildirməsini Ruzgar Məmmədov təsdiq etməmiş və bu xüsusat hər hansı bir sübutla təsdiq edilməmişdir. Rəyis Vəliyevin izahatında qeyd olunan sonradan Cavabdeh1 teleqram proqramı vasitəsi ilə ona evdən apardığı 30000 manat pulun atasında olması və həmin pulun bir hissəsinin xərclənməsini bildirməsi də hər hansı sübutla öz təsdiqini tapmır. Hətta o, hadisədən sonra Polis Şöbəsinə verdiyi nə ərizəsində, nə də izahatında bu xüsusatı qeyd etməmişdir. Halbuki həmin xüsusat pulun Cavabdeh1 olmasını göstərən əsas amil idi və belə hal olmuş olsaydı, Rəyis Vəliyevin polis şöbəsinə verdiyi ərizə və izahatında həmin xüsusut da göstərilərdi. Lakin onun ərizə və izahatında qeyd olunan xüsusatdan bəhs olunmaması əslində həmin halın olmamasını göstərir. Birinci instansiya məhkəməsi qətnamədə belə məzmunlu teleqram yazışmasına istinad etsə də, iş materialında bunu təsdiq edən heç bir yazışma yoxdur. O, ki, qaldı X41 neçə gün əvvəl Cavabdeh1 istifadəsində olan (051)-704-63-14 mobil nömrəsindən «Teleqram» proqramı vasitəsilə onun istifadəsində olan (050)-749-49-49 mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30.000 manat pulun atası Rüzgar Məmmədovda olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirməsi, bu hal da, iddianın təmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Əvvəla yazışmada ümumiyyətlə 30000 manat puldan söhbət edilmir, ikincisi həmin yazışmada “senetkar pul atamdadı” yazılsada həmin pulun 30000 manat pula aidiyyatı olub-olmaması müəyyən edilmir, üçüncüsü yazışmalar aparılan (051)-704-63-14 telefon nömrəsi Cavabdeh1 məxsus olması da, iş materialları ilə sübut olunmur. Dördüncüsü isə qeyd olunan yazışmalar istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da, aparıla bilər. Belə ki, telefonda adlar siyahısında şəxsin adı əvəzinə onun mobil telefon nömrəsini yazılması əslində mesajların həmin nömrədən deyil, həmin nömrə adı altında digər nömrədən gəlməsi mümükündür. Məhz bu səbəbdən də, cavabdehin nümayəndəsi və vəkili Quliyev Vəkil Yelmar oğlu birinci instansiya məhkəməsinə vəsatətlə (iş vərəqə səh 225) müraciət edərək bu halın təsdiq olunması üçün yazışmaların aparıldığı telefonun məhkəməyə gətirilməsini tələb etmiş, lakin məhkəmə bu vəsatətlə bağlı araşdırma aparmamış, ümumiyyətlə vəsatətə hüquqi qiymət verməmişdir. İddiaçı isə bu halın əksini təsdiq edən sübutları təqdim etməmişdir. Kollegiya, bu halın araşdırılması üçün hər hansısa bir zərurət görmür çünki, aparılan araşdırma əlavə sübut toplamağa yönəldiyindən və Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərini pozmuş olar. Bu isə birinci instansiya məhkəməsinin sübutlara düzgün istinad etməməsini göstərir. Nə Cavabdeh1 ilə gedən Cavabdeh2, nə onları aparan taksi sürücüsü X19, nə də onları qızının evində tapmış X5 izahatlarından görünür ki, onlar Cavabdeh1 30000 manat pul olmasını bilməmiş, belə bir pul vəsaitini onda görməmişlər. Cavabdeh1 evdən gedərkən apardığı qızıl-zinyət əşyaları özünə məxsus olmaqla onun Rəyis Vəliyevə məxsus hər hansı əşyanı aparmaması işin mübahisəsiz halıdır. İddiaçının evdə pulu saxlaması üçün qardaşına, sonuncunun isə Cavabdeh1 verərkən onun seyfə qoymaq istəməsinə razı olmayıb mətbəxə qoyması Cavabdeh1 seyfdən istifadə etmək imkanının olmasını göstərir. Buna baxmayaraq onun evdən gedərkən seyfdən hər hansı pul vəsaiti və ya digər qiymətli əşya götürmək imkanının olduğu halda, oradan heç bir şey götürməməsi onun evdə olan başqasına məxsus pulu götürməsinin inandırıcı olmamasını göstərir. Halbuki ərinə məxsus seyfdə olan pul və əşyalar birgə nikah dövründə əldə olunmaqla Cavabdeh1 ona daha çox haqqı çatırdı. Cavabdeh1 məhz İddiaçı məxsus pulu özü ilə aparması tələb edilsə də, İddiaçı bununla bağlı Polis Şöbəsinə müraciət etməmişdir. Polis Şöbəsinə onun qardaşı Fikrət Vəliyev müraciət etmişdir. Həmin ərizədə Turanə Vəliyevanın evdən gedərkən pul və qızıl aparması qeyd edilsə də, məhz İddiaçı pulunun aparılması göstərilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin düzgün yönəlib-yönəlməməsinə də qiymət verməmişdir. Belə ki, tərəflərin izahatlarından görünür ki, 08 sentyabr 2022-ci il tarixdə 30000 manat pulu iddiaçı qardaşı Rəyis Vəliyevə vermiş, sonuncu isə həmin pulu Cavabdeh1 vermişdir. Göründüyü kimi iddiaçı birbaşa Cavabdeh1, nə də digər cavabdehlərə pul verməmişdir. O, pul olmadığı halda, həmin pulu verdiy şəxsdən, yəni Rəyis Vəliyevdən tələb edə bilərdi. Pulun Cavabdeh1 tərəfindən aparması təsdiq edilərdisə (hərçənd ki, bu iş materialları ilə təsdiq olunmur) o zaman Rəyis Vəliyev həmin pulu Cavabdeh1 tələb edə bilərdi. Azərbaycan Respublikası MPM-nın 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qanunvericiliyn tələbinə əsasən birinci instansiya məhkəməsi əsil olmayan cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etməli, o, razı olduqda, əsl olmayan cavabdehləri əsl cavabdehlə əvəz etməli, razı olmadıqda isə işə mahiyyəti üzrə baxmalı olduğu halda, bunu etməməklə prosessual pozutuya yol vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən sübutların qiymətlənirilməsi ilə bağlı prosessual hüquq normalarını pozmuş, işin hallarına uyğun olmayan nəticəyə gəlmiş və müəyyən etdiyi, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti maddi və prosessual hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması barədə dəlili əsaslıdır. Hazırkı mülki iş üzrə prosessual hüquq normasının pozulması nəticəsində düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir ki, bu da gəlinən nəticənin apelyasiya qaydasında ləğvi üçün əsasdır. Odur ki, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 pul tələbinə dair iddiası təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Xocavənd Rayon Məhkəməsinin 2(069)219/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi, Cavabdeh1 30.000 (otuz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-494/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-494/2023
30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver