Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-503/2023 20.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun genişləndirilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1746/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün hesabına Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 saylı qərarı ilə A №099293 saylı torpağa mülkiyyəti təsdiq edən sənədə əsasən verilmiş 0,55 hektar torpaq sahəsinə gedişgəliş yolunun genişləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 saylı qərarı ilə A №099293 saylı torpaq şəhadətnaməsinə əsasən onlara 0,55 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi verilərkən torpağa gediş-gəliş üçün həyətin aşağı tərəfindən, kəndarası yoldan həyətə gəlmək üçün eni 5 metr olan yol verilmiş, həmin yoldan mülkiyyətində olan yaşayış evinə avtomaşın və digər nəqliyyat vasitələri ilə gedilmişdir. Cavabdeh həmin torpaq sahəsinin qonşuluğunda, həmin gediş-gəliş yolunun yerləşdiyi ərazinin yanında özünə ev tikdirmiş, ev tikilsə də, gediş-gəliş yolundan iddiaçı və cavabdeh istifadə etmişdir. Cavabdeh iddiaçının həyətinə gedən yolda özbaşına müəyyən qanunsuz tikililər tikməklə işlər görmüşdür. İddiaçının evinə başqa yerdən gediş-gəliş yolu yoxdur. Onun mülkiyyətində olan yaşayış evinə gediş-gəliş yolu çətinləşmişdir. Cavabdehə dəfələrlə yolun genişləndirilməsi barədə xəbərdarlıq edilsə də, müvafiq orqanlara məlumat verilsə də, heç bir nəticə olmamışdır. Ona görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-1746/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 2(064)-1746/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, Füzuli RİHB-nin Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 304 saylı arayışından görünür ki, onların evinə gedən yolun qonşusu Cavabdeh tərəfindən daraldılmasına baxmaq üçün əraziyə gedərək baxış keçirilmiş və həqiqətən yolun daralması müşahidə olunmuşdur. Belə halda aşkar surətdə yolun daralması öz təsdiqini tapdığından və cavabdeh bunun əksini sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etmədiyindən məhkəmə Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbini pozaraq qanunsuz nəticəyə gəlmişdir. Bununla da mülkiyyətçinin qanunla qorunan mənafeləri pozulmuşdur. İşdə olan sübutlardan görünür ki, məhkəmə cavabdeh tərəfindən çəkilmiş hasarın Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərinə riayət edilməklə həyata keçirilməsini yoxlamamış, bunun üçün müvafiq ekspertiza təyin etməmiş, nəticədə normanın tələblərini pozan qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Cavabdeh buna dair hər hansı sübut təqdim etmədiyi üçün yolun daraldılması özbaşına tikili hesab olunmalıdır. Məhkəmə Torpaq Məcəlləsinin 20-ci maddəsində göstərilən halları araşdırmamış, cavabdeh tərəfindən çəkilən hasarın müvafiq sərhədlər gözlənilməklə çəkilməsini müəyyənləşdirməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət vermədən, cavabdehin isə hər hansı dəlili məhkəməyə təqdim etməməsini nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə sərhədlərin müəyyən edilməsi, aparılmış tikinti işlərinin normalara uyğun həyata keçirilməsini müəyyən etmək üçün ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir ki, bu sualların da araşdırılması xüsusi bilik tələb edir. Bununla da məhkəmə prosessual pozuntuya yol vermişdir. Apellyasiya baxışı zamanı Füzuli rayon Yuxarı Kürdmahmudlu bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən özünə və ailəsinə məxsus olan evdə yaşayır. Evin yerləşdiyi həyətyanı 551,05 kv.m torpaq sahəsi isə Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə onlara verilmişdir və həmin torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədi anası X2 adına verilmişdir. Cavabdeh isə onun qonşusudur. Cavabdeh əvvəllər mövcud olmuş tel məftildən ibarət çəpəri yeniləyərkən yolun da bir hissəsini zəbt edərək hasar inşa etmiş və yolu daraltmışdır. Həmin hasar isə onların evinə gedən yolu daraltdığına görə gediş-gəliş çətinləşmiş, kənd təsərrüfatında istifadə etdiyi iri qabaritli yük avtomobillərinin və texnikaların onun həyətyanı sahəsinə gedib-gəlməsi qeyri-mümkün olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 19 aprel 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh çıxış edərək apellyasiya şikayətinə etiraz etmiş və bildirmişdir ki, o, yolu daraltmamışdır. İş materiallarındakı fotoşəkillər isə düzgün yerdə çəkilməmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsi ona verilmişdir və o, həmin torpaq sahəsinin hüdudlarından kənara çıxmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İşdəki Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsi Cavabdeh Yədulla oğluna verilmişdir. İşdəki Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 099293 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 551,05 kv.m həyətyanı torpaq sahəsi X3 verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində suallar üzrə aşağıdakılar müəyyən edilmişdir:
1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Cavabdeh verilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Ölçmə işləri apararkən məlum olmuşdur ki, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş kompleks yerquruluşu planında qeyd olunan A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Cavabdeh verilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsinin ölçüsü və koordinatları ilə mübahisəli ərazidə yerləşən Cavabdeh faktiki istifadəsində olan 0,19 ha həyətyanı torpaq sahəsinin ölçüləri və koordinatları arasında uyğunsuzluq mövcuddur. Ona görə də mübahisəli ərazidə yerləşən Cavabdeh faktiki istifadəsində olan 0,19 ha həyətyanı torpaq sahəsinin də sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda mübahisəli ərazidə yerləşən İddiaçı faktiki istifadəsində olan 0,16 ha həyətyanı torpaq sahəsinin də yerləşdiyi ərazi müəyyən edilmişdir.
2. İddiaçı daraldıldığını iddia etdiyi yolun eni ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndinin kompleks yerquruluşu planına əsasən 4,18 m və 10,58 m arasında olmalıdır. Reallıqda isə 5,30 m və 10,52 m arasında dəyişir.
3. Cavabdeh sənəd üzrə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ölçüsü və koordinatları ilə faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü və koordinatları üst-üstə düşmədiyi üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998ci il tarixli, 18 nömrəli qərarı ilə Cavabdeh verilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsinin hüdudlarından ensizləşdirildiyi iddia olunan yol istiqamətində kənara çıxmaqla yolu daraltmağını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda mübahisəli ərazidə yerləşən cavabdehin faktiki istifadəsində olan, hüdudları məftil hasarla bərkidilmiş 0,19 ha həyətyanı torpaq sahəsinin hüdudlarından 0 və 80 sm arasında dəyişən endə yol istiqamətində kənara çıxılmış və 7,52 kv.m ölçüdə mövcud ümumi istifadədə olan kəndarası yol daraldılmışdır. Həmin ərazidə Cavabdeh tərəfindən mişar daşından hasar inşa edilmişdir. Qeyd: A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Cavabdeh verilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsinin ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndinin kompleks yerquruluşu planına əsasən yerləşdiyi ərazi və Cavabdeh faktiki istifadəsində olan 0,19 ha həyətyanı torpaq sahəsinin yerləşdiyi ərazi, eyni zamanda həmin ərazidə yerləşən mövcud ümumi istifadədə olan kəndarası yolun Cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar vasitəsilə daraldılan 7,52 kv.m hissəsinin ərazisi mütəxəssis rəyinə əlavə olunmuş ölçü planlarında qeyd olunmuşdur. Mütəxəssis rəyinə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən İddiaçı həyətyanı torpaq sahəsinə gedən bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan kəndarası yol ilə Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi arasında olan mübahisəli ərazinin ölçü planı əlavə edilmişdir. Mütəxəssis rəyinin verilməsinə görə 95 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7043 saylı, 07 noyabr 2023-cü il tarixli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilir: 1) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Cavabdeh verilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Ölçmə işləri apararkən məlum olmuşdur ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş kompleks yerquruluşu planında qeyd olunan A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Cavabdeh verilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsinin ölçüsü və koordinatları ilə mübahisəli ərazidə yerləşən Cavabdeh faktiki istifadəsində olan 0,19 ha həyətyanı torpaq sahəsinin ölçüləri və koordinatları arasında uyğunsuzluq mövcuddur. Ona görə də mübahisəli ərazidə yerləşən Cavabdeh faktiki istifadəsində olan 0,19 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda mübahisəli ərazidə yerləşən İddiaçı faktiki istifadəsində olan 0,16 ha həyətyanı torpaq sahəsinin də yerləşdiyi ərazi müəyyən edilmişdir. 2) İddiaçı daraldıldığını iddia etdiyi yolun eni ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndinin kompleks yerquruluşu planına əsasən 4,18 m və 10,58 m arasında olmalıdır. Reallıqda isə 5,30 m və 10,52 m arasında dəyişir. 3) Cavabdeh sənəd üzrə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ölçüsü və koordinatları ilə faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü və koordinatları üst-üstə düşmədiyi üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998ci il tarixli, 18 nömrəli qərarı ilə Cavabdeh verilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsinin hüdudlarından ensizləşdirildiyi iddia olunan yol istiqamətində kənara çıxmaqla yolu daraltmağını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda mübahisəli ərazidə yerləşən cavabdehin faktiki istifadəsində olan, hüdudları məftil hasarla bərkidilmiş 0,19 ha həyətyanı torpaq sahəsinin hüdudlarından 0 və 80 sm arasında dəyişən endə yol istiqamətində kənara çıxılmış və 7,52 kv.m ölçüdə mövcud ümumi istifadədə olan kəndarası yol daraldılmışdır. Həmin ərazidə Cavabdeh tərəfindən mişar daşından hasar inşa edilmişdir. Qeyd: A 099147 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Cavabdeh verilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1043,82 kv.m həyətyanı torpaq sahəsinin ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Füzuli rayon Yuxarı Kürdmahmudlu kəndinin kompleks yerquruluşu planına əsasən yerləşdiyi ərazi və Cavabdeh faktiki istifadəsində olan 0,19 ha həyətyanı torpaq sahəsinin yerləşdiyi ərazi, eyni zamanda həmin ərazidə yerləşən mövcud ümumi istifadədə olan kəndarası yolun Cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar vasitəsilə daraldılan 7,52 kv.m hissəsinin ərazisi mütəxəssis rəyinə əlavə olunmuş ölçü planlarında qeyd olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün hesabına Füzuli rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 saylı qərarı ilə A №099293 saylı torpağa mülkiyyəti təsdiq edən sənədə əsasən verilmiş 0,55 hektar torpaq sahəsinə gediş-gəliş yolunun genişləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin iddiaçının həyətinə gedən yolda özbaşına müəyyən tikililər tikməklə işlər gördüyünü, onun yaşayış evinə gediş-gəliş yolunun çətinləşdiyini bildirmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1746/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Füzuli rayon Yuxarı Kürdmahmudlu bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssis rəyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7043 saylı, 07 noyabr 2023-cü il tarixli ekspert rəyinin alınması təmin edilmişdir. Qeyd edilən rəylərlə müəyyən edilmişdir ki, iddiaçının daraldıldığını iddia etdiyi yolun eni ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndinin kompleks yerquruluşu planına əsasən 4,18 m və 10,58 m arasında olmalıdır. Reallıqda isə 5,30 m və 10,52 m arasında dəyişir. Eyni zamanda, mübahisəli ərazidə yerləşən cavabdehin faktiki istifadəsində olan, hüdudları məftil hasarla bərkidilmiş 0,19 ha həyətyanı torpaq sahəsinin hüdudlarından 0 və 80 sm arasında dəyişən endə yol istiqamətində kənara çıxılmış və 7,52 kv.m ölçüdə mövcud ümumi istifadədə olan kəndarası yol daraldılmışdır. Həmin ərazidə cavabdeh tərəfindən mişar daşından hasar inşa edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş ərazinin ölçü planından da görünür ki, cavabdeh tərəfindən kəndarası yolun hasara alınmış 7,52 kv.m hissəsi bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsidir. Lakin birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisəli məsələlərin araşdırılması və həll edilməsi üçün ekspertiza keçirmədən iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmiş, bununla da, prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işi tam və hərtərəfli araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları göstərilmişdir. TM-in 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, mübahisəli ərazidə kəndarası yolun cavabdeh tərəfindən hasara alınmış hissəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ümumi istifadədə olduğundan, eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7043 saylı, 07 noyabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, mübahisəli ərazidə yerləşən cavabdehin faktiki istifadəsində olan, hüdudları məftil hasarla bərkidilmiş 0,19 ha həyətyanı torpaq sahəsinin hüdudlarından 0 və 80 sm arasında dəyişən endə yol istiqamətində kənara çıxılaraq 7,52 kv.m ölçüdə mövcud ümumi istifadədə olan kəndarası yol daraldıldığından, həmin ərazidə cavabdeh tərəfindən mişar daşından hasar inşa edildiyindən, iddia tələbi qismən təmin edilərək, mövcud ümumi istifadədə olan kəndarası yol cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin hüdudlarından 0 və 80 sm arasında dəyişən endə yol istiqamətində kənara çıxılmaqla mişar daşından inşa edilmiş hasar vasitəsi ilə daraldılan 7,52 kv.m hissədə (həmin hissənin ərazisi mütəxəssis rəyinə əlavə olunmuş ölçü planında qeyd edilmişdir) bərpa edilməklə həmin hissədə inşa edilmiş hasar iddiaçının hesabına sökülərək genişləndirilməlidir. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, mövcud ümumi istifadədə olan kəndarası yol cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin hüdudlarından 0 və 80 sm arasında dəyişən endə yol istiqamətində kənara çıxılmaqla mişar daşından inşa edilmiş hasar vasitəsi ilə daraldılan 7,52 kv.m hissədə (həmin hissənin ərazisi mütəxəssis rəyinə əlavə olunmuş ölçü planında qeyd edilmişdir) bərpa edilməklə həmin hissədə inşa edilmiş hasar iddiaçının hesabına sökülərək genişləndirilməlidir. Məhkəmə kollegiyası onu da xüsusi vurğulamağı zəruri hesab edir ki, İddiaçı iddia ərizəsində yolun genişləndirilməsinin onun özünün, yəni İddiaçı hesabına aparılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası mübahisəli yolda inşa edilmiş hasarın məhz İddiaçı hesabına sökülməsini düzgün hesab edir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertizanın keçirilməsi ilə əlaqədar məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməli, mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqı onun özünə aid edilməli, ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci isə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-1746/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Mövcud ümumi istifadədə olan kəndarası yol Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin hüdudlarından 0 və 80 sm arasında dəyişən endə yol istiqamətində kənara çıxılmaqla mişar daşından inşa edilmiş hasar vasitəsi ilə daraldılan 7,52 kv.m hissədə (həmin hissənin ərazisi mütəxəssis rəyinə əlavə olunmuş ölçü planında qeyd edilmişdir) bərpa edilməklə həmin hissədə inşa edilmiş hasar İddiaçı hesabına sökülərək genişləndirilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqı onun özünə aid edilsin. 3-16-16/2-10/7043 saylı, 07 noyabr 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.