Məhkəmə qərarları › İş №2(106)-505/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-505/2023

28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-505/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (İB-yə) qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktının və onun nəticələrinin etibarsız hesab edilməsi, 1036,80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh qurum olan “Azəriqaz” İB X6 İdarəsinin Kürdəmir Qaz İdarəsinin işçiləri onun yaşadığı evdə qaz sayğacına baxış keçirmiş və sayğacı dəyişdirərək yeni qaz sayğacı quraşdırmışlar. 2022-ci ilin avqust ayında Qaz İstismar İdarəsinin nəzarətçisi ona bildiriş verərək 1036,80 manat cərimə yazıldığını bildirmişdir. İsitifadə etdiyi qaz sayğacına heç vaxt müdaxilə etməmiş, sayğac plomblu olmaqla normal işləmiş və sayğacın küçədə olmaqla heç bir qoruyucu şkafı olmadığını, həmçinin nəzarətçinin ayda 2-3 dəfə sayğaca baxdığını və müdaxilə aşkar etmədiyini bildirsə də, heç bir nəticəsi olmamışdır. İstifadə etdiyi qaz sayğacı açılarkən heç bir qüsuru olmamış, qaz sayğacı küçədə, əhalinin gəlib-getdiyi yerdə quraşdırılmış və heç bir qoruyucu şkafı olmamışdır. Sayğaca laboratoriya şəraitində baxılması ona izah edilməyib və baxışda iştirakı təmin edilməyib. Birinci instansiya məhkəməsində cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdehin yaşadığı mənzilin qaz xətti üzərinə qaz sayğacı quraşdırılaraq **********00270 nömrəli abonent hesabı ilə qeydiyyata alınmışdır. “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən iddiaçının yaşadığı mənzilin qaz xətti üzərinə quraşdırılmış Elster tipli, G-4 markalı qaz sayğacına baxış keçirilmiş və qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz xəttindən açılmış həmin qaz sayğacına laboratoriyada baxış keçirilən zaman “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır” rəyi verilmişdir. Yaşayış mənzilinin qaz işlədicilərinin parametrlərinə uyğun olaraq 8640 kub metr təbii qazın dəyəri 1036,80 manat məbləğ iddiaçının **********00270 nömrəli abonent hesabına işlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, “Azəriqaz” İsehsalat Birliyinin nümayəndələri tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin onun hesabından silinməsi, Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, “Azəriqaz” İB-nin RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun sayğacının hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu aşkar edilmişdir. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii X4nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qazburaxma qabiliyyəti 4m3 hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Ağsu RQQ-nin dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini əsassız olaraq təmin etmişdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Prosessual məsələlər İddiaçı və cavabdehin təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, İddiaçı Kürdəmir şəhərinin İsmət Qayıbov küçəsində olan ünvanındakı mənzili üçün təbii qazdan istifadəyə görə sayğac quraşdırılmışdır və o, həmin sayğac əsasında istifadə etdiyi qazın haqqını ödəməlidir. Təqdim edilmiş sənədlərdən, o cümlədən, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı istifadə etdiyi Elster tipli, G-4 markalı qaz sayğacı dəyişdirilib, əvəzində Zenner tipli, G- 4T markalı qaz sayğacı quraşdırılmışdır. “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı mənzilində “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XSnin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır” göstərilmişdir. Eyni zamanda, həmin aktda “dəymiş ziyan hesablansın” qeyd olunmuşdur. Qeyd edilən akt “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin 3 əməkdaşı tərəfindən imzalanmışdır. İstehlakçının aktı imza etməkdən imtina etməsi göstərilmişdir. “Azəriqaz” İB-nin X6 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə, İddiaçı mənzilində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 8640 kub.metr üzrə hesablanmışdır. İddiaçı həmin aktın və akta görə hesablanmış borcun qanunsuz sayılmaqla ləğv edilməsini tələb etmişdir. İddiaçı tələbində aktın qanunsuz olduğunu qeyd etsə də, mahiyyətcə hesablanmış borcun silinməsini tələb etmişdir. Lakin iddiaçı tələbini əsaslandırmamış və iddia ərizəsinə müvafiq sübutları əlavə etməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, qaz sayğacının istehlakçının təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğacın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011 -ci il tarixli, 11 saylı qərarına əsasən istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi (sayağacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə) aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına odənilir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği ona müəyyən edilmiş qaydada sayğacın işləmədiyi dövr üzrə istifadə etdiyi qazın dəyəridir. Birinci instansiya məhkəməsi heç bir əsas gətirmədən həmin borcu qanunsuz saymış və iddiaçının hesabından silmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı mənzilinə quraşdırılmış sayğaca baxış keçirilmiş və İddiaçı istifadə etdiyi Elster tipli, G-4 markalı qaz sayğacı dəyişdirilib, əvəzində Zenner tipli, G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Qaz paylayıcı tərəfindən sayğaca baxış keçirildiyi tarixdən əvvəlki 3 ay üçün 8640 m3 qaz sərfiyyatı hesablamışdır. “Azəriqaz” İB tərəfindən təqdim edilmiş 13 iyun 2022-ci il tarixli abonent saldosundan (hesabdan çıxarışdan) müəyyən edilir ki, abonent İddiaçı mənzilinə quraşdırılmış sayğacda 2022-ci ilin aprel, may və iyun ayları ərzində təbii qazdan istifadəyə görə sərfiyyat yazılmamışdır. İddiaçı mənzildə yaşayış olmadığını bildirməmişdir. Bu hal ona dəlalət edir ki, mənzildə işlədilən qaz sərfiyyatı mənzilə sayğacdan kənar ötürülmüşdür. Belə halda qaz sərfiyyatının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı qərarına uyğun hesablanması əsaslıdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, hesablanmış borcun qanunsuz olması barədə birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, ona görə də ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh “Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(041)-1810/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və 1036,80 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar