Məhkəmə qərarları › İş №2(106)-513/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-513/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-513/2024 02.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X10 ibarət tərkibdə, X23 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(032)-45/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 29300 manat məbləğdə borc pulun, 2500 manat məbləğdə dəymiş ziyanın və ödənilmiş 180 manat məbləğdə dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir il bundan əvvəl tanıdığı Şirvan şəhər sakini Cavabdeh torpaq sahəsi verməsi müqabilində ondan 29300 manat məbləğində pul almışdır. Amma Cavabdeh ona nə torpaq sahəsi vermiş, nə də bu günə kimi pulunu qaytarmışdır. Cavabdeh qeyd edilən məbləğdə pulun ondan aldığının sübutu kimi ona borc haqqında öz əli ilə yazdığı kağızı və ona məxsus daşınmaz əmlakının çıxarışının əslini də təqdim etmişdir. Dəfələrlə pulunu istəmiş, lakin Elçin pulunu verməyib və deyib ki, “hara istəyirsənsə şikayət et”. O, Şirvan şəhər polis İdarəsinə şikayət etmiş, müstəntiq Əhməd Baloğlanovun icraatında araşdırma aparılmış və tərəfindən Cavabdeh 29300 manat məbləğində pul verməsi faktı təsdiq edilmişdir. Şikayət olunan Cavabdeh istintaqdan yayınmış və izahat vermək üçün polis şöbəsinə gəlməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Təxminən 2018-2019-cu illərdə iddiaçıdan qarşılığında faiz qaytarmaq şərtilə 2000 manat borca pul almış, iddiaçıya 6000 manatdan artıq pul qaytarmışdır. Ona heç bir məbləğdə borcu qalmamışdır. Sonradan iddiaçı ondan həmin pula görə qat-qat artıq məbləğ tələb etmiş, əsassız yerə onu əvvəlcə polisə, sonra isə məhkəməyə vermişdir. Halbuki, iddia müddəti də artıq keçmişdir. Məhkəmə iclasının gedişatı zamanı iddiaçı həmçinin etiraz - vəsatət təqdim edərək bildirmişdir ki, iş materiallarında olan 25 may 2022-ci il tarixli adı müəyyən edilməyən kserosurətdən ibarət sənəddən görünür ki, işin faktiki hallarına uyğun gəlmir. Eyni zamanda yazı və imza nümunələri onun tərəfindən icra edilməmişdir. Ona görə də, həmin kserosurət sənəddəki yazı və imza nümunələrinin onun tərəfindən icra edilib edilməməsinin müəyyən etmək üçün sərbəst və eksperimental imza nümunələri götürmək şərti ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməlidir. Şirvan şəhər PŞ-nin istintaq bölməsinin müstəntiqi Əhməd Baloğlanov tərəfindən qəbul edilmiş qərarda Cavabdeh tərəfindən izahat alınmamış, lakin iddiaçı tələbini həmin rədd qərarına əsaslanaraq iddia irəli sürür. Hazırkı məsələdə belə bir müqavilə imzalanmamışdır. Şirvan ŞPŞ-də aparılmış araşdırma zamanı dindirilmiş şahid ifadəsindən də borcun ona verilməsini görən bir şəxs yoxdur. İddia ərizəsinə diqqət yetirildikdə ərizənin özü də borc pul məsələsinə görə yox, əsasən əldən çıxan fayda və əsassız varlanmanı özündə ehtiva edir. İddiaçı pulun Cavabdeh verilən zaman yanında heç kimin olmadığını göstərdiyi halda sonradan may ayında imzalanmış sənəd ortaya çıxır. O, cümlədən 2021-ci il fevral ayında “Elit Ticarət Mərkəzinin” qarşısında 10000 manat, 2021-ci ilin may ayında həmin yerdə 7000 manat və həmin ilin iyun ayında “Ay işığı” restoranının qarşısında 3000 manat verir. 2022-ci ilin fevral ayına kimi 9300 manat hissə-hisssə verilib. Bütün bunlar iddianın əsassız olduğunu sübut edir. Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(032)-45/2023 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbi qismən təmin edilərək Cavabdeh 2000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, ekspertiza xərci iddiaçıya aid edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında qanunamüvafiq qaydada rəsmiləşmə aparılmasa da, faktiki borc münasibətləri yaranmış, cavabdeh özü iddiaçıya əvvəllər faiz qaytarmaq şərtilə 2000 manat məbləğində borc götürməsini etiraf etmiş, iş materiallarında olan “Whasapp” yazışmalarında isə iddiaçıya borclu olmasını, pulu tezliklə qaytaracağını bildirmiş, məhkəmə iclasında dindirilmiş şahidlər sonuncunun iddiaçıya borcunun olmasını göstərmişlər. İddiaçı cavabdehə 29300 manat məbləğində borc verməsini bildirsə də, məbləği hansı formada verdiyini, kimin yanında verməsini təsdiq edən halları göstərə bilməməklə, habelə verməsini bildirdiyi məbləği rəsmiləşdirməməklə göstərdiyi məbləğdə tələbinin əsaslarını şübhə altında qoyur. Bundan əlavə, məhkəmə iddiaçı tərəfindən təqdim edilən qəbzin nə ekspertiza qaydasında, nə də tərtib edilməsi ehtimal edilən şəxsin də (iddiaçı qəbzin cavabdehin tanışı X17 tərəfindən tərtib edilərək ona verildiyini bildirir) bu halı məhkəmə iclasında təsdiq etməməsi səbəbindən sübut kimi qəbul edilməsini istisna edir. Vəsatəti ilə dindirilən şəxslərin ifadələrinə gəldikdə isə şahid X18 iddiaçının arvadı olmaqla yaxın qohumu sayıldığından onun ifadəsinin nə dərəcədə obyektiv həqiqəti əks etdirməsi sual altında qalır. Digər şahid X3 tərəflər arasında borc münasibətlərinin olmasını deyil, sadəcə cavabdehin iddiaçıya torpaq sahələri göstərməsini, torpaqların bələdiyyə mənşəli olmasını bildirdi. X1 tərəflər arasında borc münasibətlərinin olmasını, cavabdehin iddiaçıya olan borcunu qaytarmaması səbəbindən aralarında mübahisə yaşanmasını, borcunu qaytarmağa çətinlik çəkən cavabdehə bunun əvəzində iddiaçıya torpaq verməsini təklif edərək onları razılaşdırmaq istəməsini bildirmişdir. Bundan əlavə, iddiaçı ərizəsində və polis idarəsinə müraciətində 29300 manat məbləğində pulu hissə-hissə cavabdehə ona torpaq verəcəyi vədinə inanıb verdiyini bildirsə də, məhkəmə iclasında həmin məbləği borc olaraq cavabdehə verdiyini qeyd etmişdir. Məhkəmə iddiaçının tələbi ilə əlaqədar məhkəmədə və ilkin müraciətlərində bildirdiklərini, şahid ifadələrində qeyd olunanları tədqiq edərkən ortaya çıxan ziddiyyətli, şübhəli məqamları diqqətdən qaçırmır. Məhkəmə həmçinin cavabdehin etirazlarına və bildirdiklərinə münasibətdə isə qeyd edir ki, cavabdeh həm məhkəmə iclasında, həmçinin iş materiallarına əlavə edilmiş özünə məxsus olmasını bildirdiyi mobil telefon nömrəsindən iddiaçının mobil telefon nömrəsinə göndərildiyi “sms” mətnlərdə cavabdehə pul borcunun olmasını etiraf edir, borcun 2000 manat təşkil etdiyini, borcu iddiaçıdan faiz vermək şərti ilə aldığına görə sonuncuya 6000 manatdan artıq pul qaytardığını bildirsə də, borcun həqiqətən də qaytarılmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddaçı irəli sürmüş tələbini sübuta yetirməli olduğu kimi, cavabdeh də iddianın təmin edilməsini istisna edən etirazının əsaslarını sübuta yetirməlidir, əks təqdirdə isə məhkəmə etirazda qeyd olunanları mövcud olmayan kimi rədd edir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı işin bütün faktiki hallarını hərtərəfli, tam, obyektiv araşdırmamış, iş üzrə əldə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Belə ki, o 2021-ci ilin fevral ayında Şirvan şəhərində ev tikmək üçün torpaq sahəsi axtararkən X19 ona Şirvan şəhəri T.İsmayılov küçəsində yerləşən “Göy Məscid”in arxa tərəfində özünə məxsus olan 242 kv.m torpaq sahəsinin olmasını və həmin torpaq sahəsini 1 kvadratının 120 manat məbləğə sata biləcəyini bildirmişdir. O, Elçinə ilkin olaraq həmin torpaq sahəsinə baxdıqdan sonra alıb-almayacağı barədə qərar verəcəyini bildirmiş və onlar həmin torpaq sahəsinin olduğu yerə getmişlər. Həmin vaxt torpaq sahəsini sənədləşdirmək üçün ilkin olaraq 2021-ci ilin fevral ayının əvvəllərində Elçin torpaq sahəsini sənədləşdirmək üçün ilkin olaraq 2021-ci ilin fevral ayının əvvəllərində Elçin Mehdiyevə 10000 manat məbləğində pulu Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” ticarət mərkəzinin qarşısında əlbəl vermiş, pulu verən zaman isə ətrafda kənar şəxs olmamışdır. Bundan təxminən 1-2 ay sonra Elçin Mehdiyevdən torpaq sahəsinin sənədləşdirilməsinin hansı mərhələdə olmasını soruşduqda Elçin ona bildirmişdir ki, həmin torpaq sahəsi əslində onun deyil, torpaq sahəsinin əsl sahibi əvvəl torpaq sahəsini satmaq istəsə də, sonradan bu fikrindən əl çəkərək onu aldatmışdır. Sonradan Elçindən onu nə üçün aldatdığını soruşduqda Elçin aldatmadığını, onun üçün başqa torpaq sahəsi tapdığını və həmin torpaq sahəsinin Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşməsini, ayrı-ayrılıqda 4 ədəd 0.6 ha torpaq sahəsi olmasını bildirmişdir. Elçin Mehdiyev həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmiş, bundan sonra onlar torpaq alqı-satqısı ilə məxsus olan Yengibar adlı şəxsi özləri ilə birlikdə həmin torpaq sahəsinə baxmaq üçün aparmışlar. Sözügedən torpaq sahəsinə çatdıqdan sonra onlar torpaq sahəsinin qiymətləndirilməsini aparmış və qiymətləndirmə nəticəsində həmin ümumi 0.24 ha olan torpaq sahəsinin 28000 manata satıla biləcəyini öyrənmiş və birlikdə həmin ünvana geri qayıtmışlar. Bir müddət sonra Elçin Mehdiyev yanına gələrək ondan 7000 manat pul istəmiş və bildirmişdir ki, həmin pulu razılaşdıqları torpaq sahənin sənədlərinin düzəldilməsi üçün xərcləyəcəkdir. O isə ilkin olaraq həmin 0.24 ha torpaq sahəsinə dair Şirvan şəhər Bələdiyyəsindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışı ondan almış və 2021-ci ilin may ayında Elçin Mehdiyevə 7000 manat pulu Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin qarşısında əlbəəl vermişdir. Həmin vaxt 0.24 ha torpaq sahəsinə aid sənədlər özündə olduğu üçün torpağın alınması barədə tam əmin olmuşdur. Təxminən 1 ay sonra, yəni 2021-ci ilin iyun ayında təkrarən Elçin Mehdiyevlə görüşmüş və sonuncu sənədləşdirmə işləri üçün əlavə olaraq ondan 3000 manat pul istəmiş və o həmin 3000 manat pulu və 10000 manat pulu Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin yanında yerləşən “Ay işığı” restoranın yanında əlbəəl vermişdir. Həmin vaxtdan 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Elçin Mehdiyevə ümumilikdə 9300 manat pulu hissə-hissə ayrı-ayrı vaxtlarda Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin qarşısında əlbəəl vermişdir. Lakin bir müddət keçdikdən sonra Elçindən heç bir xəbər ala bilməmiş, bu səbəbdən də 2022-ci ilin may ayında Elçinlə görüşərkən ondan torpaq sahəsinin alqı-satqısının hansı mərhələdə olmasını soruşduqda Elçin Mehdiyev torpaq sahəsinin sənədləşdirmə işlərində problemlərin olmasını, həmin torpaq sahəsinin sahiblərinin torpaq sahəsinin satılmasına razı olmadığını bildirmiş və o dərhal 29300 manat məbləğində pulunu ondan geri istəmişdir. 2022-ci ilin may ayının 25-də Elçinlə telefonla danışarkən Elçin ona yazılı surətdə 29300 manat məbləğində pula dair etiraf ərizəsini və evə dair çıxarışı göndərdiyini bildirmiş və hər ay ona 2000 manat pul verəcəyini bu yolla ondan aldığı pulu qaytaracağını qeyd etmişdir. Lakin həmin vaxtdan bu günə kimi Elçin Mehdiyev aldığı 29300 manat pulunu geri qaytarmamışdır. Elçin Mehdiyev dələduzluq edib etibardan sui-istifadə edərək 29300 manat pulunu ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şirvan ŞPŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, izahatı alınmış Nuriyev Yengibar ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında o ona zəng vuraraq almaq istədiyi torpaq sahəsinin qiymətləndirmə işlərində iştirak etməsini xahiş etmişdir. Bundan sonra o və Elçin avtomobillə “Asudə vaxt mərkəzi” adlanan yerə gedib Yengibarı avtomobillə oradan götürüb F.X.Xosyki küçəsində yerləşən torpaq sahəsinə getmişlər. Həmin ünvanda yan-yana olan 4 ədəd ümumi sahəsi 0.24 ha torpaq sahəsini Elçin onlara göstərmiş, Elçin həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmiş və həmin torpaq sahəsinin 6 ha sahəsini 7000-8000 manata sata biləcəyini bildirmişdir. Həmçinin həmin Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Elçin Mehdiyevlə aralarında razılaşma olmuş və həmin razılaşmaya əsasən o, Elçin Mehdiyevə 29300 manat pul vermişdir. Həmin xüsusat araşdırma zamanı ifadəsi alınmış Yengibar Nuriyevin ifadəsi ilə də təsdiq olunur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən onun və şahidlərin ifadələrinə diqqət yetirməmiş, cavabdehin ifadəsinə və məhkəmə xəttşünaslıq ekspertizasının 17 aprel 2023-cü il tarixli 4/447 saylı rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. İş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının 17 aprel 2023-cü il tarixli 4/447 saylı rəyində materialda olan kağız parçası üzərində “O X19....” sözləri ilə başlayıb, “...hər ay iki min manat ödəyəcəm” sözləri ilə bitən Cavabdeh adından olan 25 may 2022-ci il tarixli 30000 manata dair borc qəbzində olan yazılar, “İmza” sözünün qarşısındakı imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasına baxmayaraq, həmin imzanın və yazıların X17 və ya Elçin Mehdiyevin başqa tanışı tərəfindən yazılıb-yazılmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, həmin qəbz cavabdehin yaxın əlaqədə olduğu tanışı X17 və ya başqa tanışı tərəfindən tərtib edilərək ona verilmişdir. Şübhəsiz ki, cavabdeh ona olan borcunu qaytarmayacağını əvvəlcədən düşünmüş və buna görə də, həmin qəbzdə imza və yazıları tanışı Bəhruz Məmiyev və ya başqa tanışına yazdırmışdır. Lakin bu xüsusat məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Həmçinin qeyd edir ki, sonradan əldə etdiyi məlumatalara əsasən cavabdeh ondan başqa X6 da Şirvan şəhəri X31 küçəsi 27 saylı ünvanda yerləşən fərdi yaşayış evinin çıxarışını verərək onu aldatmışdır. Hətta X2suz əməlləri ilə bağlı Prokurorluğa şikayət etmiş, materiallar aşdırılması üçün aidiyyəti üzrə Şirvan ŞPŞ-yə göndərilmişdir. X28 ŞPŞ-də verdiyi izahatda həmin mənzilin çıxarışın Elçin Mehdiyev tərəfindən aldadılaraq həm ona, həm də özünə verilməsini təsdiq etmişdir. Hal-hazırda apellyasiya şikayətinə əlavə edəcəkləri xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil dövlət reyestrində rəsmi şəkildə X5 adına yerləşən mənzil dövlət reyestrində rəsmi şəkildə X5 adına qeydiyyatdadır. Elçin Mehdiyev sözügedən mənzilin rəsmi şəkildə Təbriz Cəfərova məxsus olmasını bildiyi halda həmin mənzilin çıxarışının bir surətini də ona vermişdir. Bundan başqa, X21 Cəfərov arasında xx.xx.2022-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, ünvan 2 ünvanında yerləşən mənzil rəsmi şəkildə Təbriz Cəfərova satılmışdır. Göründüyü kimi, həm mənzil barəsində həm alqı-satqı müqaviləsi bağlanmış, həm də Təbriz Cəfərovun adına çıxarış alınmışdır. Belə olan halda, cavabdehin əməlində dələduzluq cinayətinin tərkib əlamətləri yaranır. Məhz buna görə də, məhkəmə Elçin Mehdiyevin əməlində cinayət tərkibi olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmalı idi. Lakin məhkəmə bu xüsusata da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iş üzrə cavabdeh ilə aralarında olan “Whatsapp” yazışmalarını da düzgün şəkildə araşdırmamışdır. Belə ki, məhkəmənin mövqeyinə görə həmin yazışmalarda guya cavabdehin ona 2000 manat borcu olması öz təsdiqini tapır. Halbuki, “Whatsapp” yazışmalarına nəzər saldıqda aşağıdakı məzmunda yazışmaların olması görünür: “050 *** ** ** mobil telefon nömrəsindən daxil olan mesaj mətnlərində iddiaçıya “sənə verəcəyim var”, “mənə yaxşılıq eləmisən”, “pul barəsində deyirsənsə hələ pul yoxdu, insallah demişəm biri mənə 2 min verəcək 8 faiznən alanda verəcəm”, “danışmışdıq, bu ay sənə pul verəcəm, inşallah həll edən kimi sənə zəng edəcəm”. Yazışmalardan göründüyü kimi, burada cavabdehin ona olan borcunun 2000 manat təşkil etməsi deyil, pulu aldıqda ona 2000 manat qaytaracağı öz əksini tapmışdır. Məhkəmə həmin xüsusata da düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi, həyat yoldaşından əlavə dindirilmiş digər şahidlərdə cavabdehlə birlikdə torpaq sahələrinə baxmağa getmələrini, cavabdehin ondan həqiqətən də 29300 manat məbləğində pul almasını təsdiq edirlər. Lakin məhkəmə onun həyat yoldaşının ifadəsinə ziddiyyətli yanaşaraq, onun guya obyektiv ifadə verməməsini bildirmişdir. Bundan başqa, iş üzrə şahid ifadələrindən göründüyü kimi həyat yoldaşından əlavə iki şahid də məhkəmə iclasında ifadə vermiş, cavabdehin ondan pul almasını təsdiqləmişdir. Lakin məhkəmə ümumiyyətlə həmin iki şahidin ifadələrinə qiymət verməmişdir. Halbuki, şahid ifadələri sübut növü kimi nəzərə alınmalıdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və şikayət birinci instansiya məhkəməsinə 22 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(032)-45/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilməmişdir. Qətnamədən iddiaçı tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, şikayət birinci instansiya məhkəməsinə 23 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(032)-45/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə bu qərardadda da gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilməmişdir. İddiaçı Şirvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(032)-45/2023 saylı qərardadından 19 sentyabr 2023-cü ildə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilmədiyi barədə yanlış nəticəyə gəlib. Çünki, vəkil tərəfindən apellyasiya şikayəti elektron kabineti vasitəsi ilə verilib və məhkəmənin elektron kabinetinə yüklənmişdir. Həmçinin iddiaçı 22 sentyabr 2023-cü il tarixdə prosessual müddətin bərpa olunmasına dair ərizə vermişdir. Şirvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2(032)-45/2023 saylı qərardadı ilə şikayət təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-45/2023 nömrəli qərardadı ləğv edilmiş, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsi də təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-45/2023 saylı 13 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması və baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1712/2023 nömrəli iş üzrə 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və S.Mayılov) Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(032)-45/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin MPM-in 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinə baxılması üçün işin qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli 2(102)-4675/2023 saylı qərardadı ilə kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(106)-1712/2023 nömrəli iş üzrə qərardadı İddiaçı aid hissədə ləğv edilməsi və iş həmin hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 22 aprel 2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh Şirvan şəhərində torpaq sahəsi vermə müqabilində ayrı-ayrı vaxtlarda iddiaçıdan 29300 manat məbləğində pul almışdır. Nə torpaq sahəsi verilmiş, nə də pul qaytarılmışdır. Birinci instansiya məhkəməsi zamanı Xavər, İqbal, Yengibar adlı şəxslər şahid kimi dindirilmişlər. Məhkəmə Xavər xanımın ifadəsini iddiaçının həyat yoldaşı olduğu üçün onun xeyrinə ifadə verməsi kimi səciyyələndirmiş, digər iki şahidin ifadəsinə münasibət bildirməmişdir. İş materiallarına əlavə edilmiş qəbz də mövcuddur. Eləcə də, iddianı məhkəməyə təqdim edilmiş “Whatsapp” yazışmaları təsdiq edir. Həmin “Whatsapp” yazışmaları birinci instansiya məhkəməsi zamanı yox, apellyasiya baxışı zamanı təqdim edilmişdir. Birinci instansiya zamanı məhkəmə iclaslarında o yox, başqa vəkil iştirak etmişdir. Görünür, həmin vəkilin qeyri-peşəkarlığı səbəbindən həmin yazışmalar o zaman təqdim edilməmişdir. İddiaçıdan niyə özünün həmin yazışmaları məhkəməyə təqdim etməməsi barədə soruşduqda isə yadından çıxdığını, telefonda təsadüfən həmin yazışmaları tapdığını bildirmişdir. İddiaçının bildirdiyinə görə iş materiallarında olan qəbzi cavabdeh yox, onun tanışı Bəhruz adlı şəxs göndərmişdir. Eyni zamanda, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirildikdən sonra da həmin xəttin cavabdehə məxsus olmaması müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(032)-45/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sübutlar: İş materiallarında olan Şirvan şəhər Bələdiyyəsinin 31 oktyabr 2014-cü il tarixli iclasının Protokolunun 10 №-li qərarının Çıxarışı ilə ünvan 3 ünvanda yerləşən, Şirvan Bələdiyyəsinin ehtiyyat fonduna aid, yaşayış məntəqəsi torpaqlarından alqı-satqı predmeti olan 600,0 kv.m torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin Baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, qaz, rabitə, nəqliyyat, su, kanalizasiya və digər kommunikasiya xəttlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətə ayrılması ilə bağlı torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması, mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və cizgisi sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə Bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şirvan şəhər şöbəsindən xahiş edilməsi, Bələdiyyənin mülkiyyətə ayırmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına dair arayışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri X31 küçəsi 27 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Adışirindən 30000 manat pul alınıb, iyun ayından başlayaraq hər ay 2000 manat verəcək, Cavabdeh və imza. xx.xx.2022-ci il. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının 17 aprel 2023-cü il tarixli 4/447 saylı rəyindən görünür ki, materialda olan kağız parçası üzərində “X8....” sözləri ilə başlayıb, “...hər ay iki min manat ödəyəcəm” sözləri ilə bitən Cavabdeh adından olan 25 may 2022-ci il tarixli 30000 manata dair borc qəbzində olan yazılar, “İmza” sözünün qarşısındakı imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan “Whatsapp” yazışmalarından çıxarışlarda 050 658 95 11 mobil telefon nömrəsindən daxil olan mesaj mətnlərində iddiaçıya “sənə verəcəyim var”, “mənə yaxşılıq eləmisən”, “pul barəsində deyirsənsə hələ pul yoxdu, insallah demişəm biri mənə 2 min verəcək 8 faiznən alanda verəcəm”, “danışmışdıq, bu ay sənə pul verəcəm, inşallah həll edən kimi sənə zəng edəcəm” qeyd edilmişdir. Həmin telefon nömrəsinin kimə mənsubluğu sualına cavab olaraq cavabdeh nömrənin ona aid olmasını bildirmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən səs yazılarına dinləmə həyata keçirilmiş və səs yazılarında cavabdeh iddiaçıya "xxxx" ASC-yə yaxınlaşmağı, orada sualları şəxsən cavablandırmağı və iddiaçıya kredit verilməsində köməklik göstəriləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, özü daşınmaz əmlakın alqı-satqısı üzrə mütəxəssis makler kimi fəaliyyət göstərmişdir. İddiaçını şəhər sakini kimi tanıyır. Sonuncu ondan bir neçə torpaq sahəsinə baxaraq qiymətləndirilməsini xahiş etmiş, o da razılaşmışdır. Ağ rəngli “Toyota Prado” markalı avtomobil ilə qabaq oturacaqda Adışirin və əvvəllər tanımadığı, başında parik olan bir nəfər şəxs avtomobili idarə edən şəxs olmaqla Şirvan şəhəri F.X.Xoyski küçəsinə yollanmışlar. Avtomobildə olarkən həmin tanımadığı, adının Elçin olduğu şəxs Adışirinə bir neçə torpaq sənədi vermiş, Adışirin də həmin sənədləri ona verərək düzgün olub-olmamasını soruşmuş, o da sənədlərin bələdiyyə torpaqlarına aid olmasını və həqiqi sənədlər olmasını bildirmişdir. Sonra həmin şəxs Adışirinə 4 ədəd 0,6 ha sahəsi olan torpaqlar göstərmişdir. Şahid qismində dindirilmiş X4 isə ifadəsində bildirmişdir ki, həm cavabdehi, həm də iddiaçını tanıyır. Münasibətləri normal olub. 2 dəfə onlarla birlikdə olarkən Elçin ilə Adışirin arasında borc pul üstündə mübahisə düşmüş, özü onlara mübahisə etməmələrini tövsiyə edərək, bu məsələnin sülh yolu ilə həll edilməsini təklif etmişdir. Elçin onların yanında etiraf etmişdir ki, Adışirinə 30000 manata yaxın borcu var, lakin torpaqları var ona görə borc əvəzi həmin torpaqları ona verə bilər. Onlar birlikdə “Göy Məscid” tərəfə yollanmışlar və Elçin orada torpaq sahəsini Adışirinə göstərərək mülkiyyətində olmasını bildirmişdir. Sonradan birlikdə başqa əraziyə gedərək 4 ədəd 0,6 ha olmaqla torpaq sahələrini də onlara göstərmiş və ona məxsus yurd olmasını demişdir. Sonradan isə eşitmişdir ki, həmin torpaq sahələri Elçinə məxsus olmamışdır. Şahid qismində dindirilmiş X18 isə ifadəsində bildirmişdir ki, iddiaçının arvadıdır. Cavabdehlə həmişə yaxşı münasibətləri olub. Hətta cavabdeh onun oğlunun toyunda bəy-gəlin avtomobilini də idarə etmişdir. Özləri Füzuli rayonundan məcburi köçkün olduqlarından Şirvanda yaşasalar da, özlərinə torpaq ala bilməmişlər. Bu səbəbdən Elçinə müraciət etmiş, Elçin də onlara özlərinə məxsus olan torpaq satacağını bildirmiş, bunun müqabilində əri Elçinə hissə-hissə cəmi 29300 manat məbləğində pul versə də, Elçin onları aldatmış və nə torpaq nə də ki, pul verməmişdir. Əri ilə birlikdə Elçinin evinə getmiş, lakin içəri daxil olan kimi Elçin onları söyüb təhqir etmiş, onları evindən qovalamışdır. Həmin pul əslində ona məxsus olmuş, o pulu yığmışdır ki, uşaqlarına ev alsın. Hüquqi məsələlər: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası qətnamənin qanuniliyinin mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əsaslandırma: Kollegiya diqqətə çatdırır ki, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətindən də göründüyü kimi, iddiaçı tələbinin əsaslarının sübutu qismində şahid ifadələrini, borcun etirafı ilə bağlı qəbzin cavabdehin tanışları tərəfindən tərtib edilməsini, “Whasapp” yazışmalarını və digər halları əsas gətirərək iş üzrə çıxarılmış qətnamənin qanunsuz və əsassız olmasını bildirmişdir. Belə ki, o, öz izahatına və dindirilmiş şahidlərin ifadələrinə birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə hər hansı hüquqi qiymət verilməməsini göstərmişdir. Ancaq işdən görünür ki, məhkəmə şahid ifadələrini lazımi şəkildə dəyərləndirərək onları mötəbər hesab etməmişdir. Belə ki, onların ifadələrində konkret olaraq hazırkı iddia tələbində öz əksini tapan pul məbləğinin cavabdehə verilməsi faktı öz təsdiqini tapmır və ya həmin şəxslər iddiaçının yaxınları olmaqla onların verdikləri informasiyanın dəqiqliyi şübhə doğurur. Qeyd edilməlidir ki, MPM-in tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Habelə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məlumatlar isə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, işdə iştirak edən şəxslərin izahatları ilə, həmçinin şahidlərin ifadələri ilə müəyyən edilir. Göründüyü kimi, apellyasiya şikayətində istinad edilən şahid ifadələri birinci instansiya məhkəməsi tərəfindən yekun qənaətə gələrkən sübutların qiymətləndirilməsi zamanı düzgün olaraq mötəbər sayılmamışdır. Bundan əlavə, Cavabdeh adından olan 25 may 2022-ci il tarixli 30000 manata dair borc qəbzindəki yazıların və imzanın X17 və ya X9 başqa tanışı tərəfindən yazılıbyazılmaması halının məhkəmə tərəfindən hərtərəfli araşdırılmasının hazırkı iş üzrə hansı əhəmiyyət kəsb etməsi şikayətdə iddiaçı tərəfindən əsaslandırılmamışdır. Qeyd edilməlidir ki, sözügedən qəbzdəki İmza və yazıların cavabdeh X11 məxsus olmadığı və ya onun tərəfindən etiraf edilmədiyi təqdirdə, habelə digər sübutların mövcud olmadığı şəraitdə müvafiq borcun cavabdehdən tutulması qeyri-mümkündür. Kollegiya Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şirvan ŞPŞ-nin 08 avqust 2023-cü il tarixli qərarın sübut əhəmiyyəti üzrə diqqətə çatdırır ki, həmin qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Qərardan görünür ki, Cavabdeh izahatının alınması mümkün olmamış və eyni zamanda, sözügedən qərarda Cavabdeh İddiaçı hər hansı məbləğdə borcunun mövcud olması təsdiqini tapmamışdır. Bu baxımdan, həmin qərarın qüvvədə olub-olmaması yaxud ləğv edilməsi barədə məlumatların, eyni zamanda Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 188.2-ci maddələri ilə başlanılmış cinayət işi üzrə materialların təsdiq edilmiş surətlərinin verilməsinə dair Şirvan şəhər Polis şöbəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, adıçəkilən - Cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 avqust 2023-cü il tarixli qərar qüvvədədir. Bundan əlavə, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 186.2.1, 188.2-ci maddələri ilə başlanılmış cinayət işi üzrə Sübutların qiymətləndirilməsi haqqında qərar və ittiham aktının surətləri məhkəməyə təqdim edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan aşkar olur ki, adıçəkilən cinayət işi X5 ərizələri əsasında başlanmışdır. Qeyd edilən icraat daxilində İddiaçı Cavabdeh şikayət etmiş və həmin qərardan görünür ki, İddiaçı şikayəti əsasında təqsirləndirilən şəxs Cavabdeh barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İttiham aktından da adıçəkilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmadığı müəyyən edilir. Göstərilən cinayət işi üzrə toplanmış materiallardan da hazırkı mülki iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı sübutun mövcud olmadığı görünür. Kollegiya nəzərə çatdırır ki, MPM-in 14-cü maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Qeyd edilməlidir ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (“N.Hacıyevin şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı). Bunlarla yanaşı, İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya baxışı zamanı məhkəməyə “Whatsapp” yazışmaları təqdim etmişdir. O, izahatında həmin “Whatsapp” yazışmalarının apellyasiya instansiyasında təqdim edilməsinin səbəbini birinci instansiya zamanı məhkəməsində iddiaçını təmsil edən vəkilin qeyri-peşəkarlığı, habelə iddiaçının həmin yazışmaları öz telefonunda sonradan təsadüfən tapması ilə əlaqələndirmişdir. Hazırkı məqamda kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bundan başqa, MPM-in 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini MPM-in 371 və 372-ci maddələri müəyyən edir ki, bu hədlərdən biri də yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlərin mövcudluğudur. Sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; Apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin. Beləcə, iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmalarının sübut qismində qəbul olunaraq tədqiq edilməsi MPM-in tələblərinə görə prosessual baxımdan yolverilməzdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(032)-45/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(032)-45/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar