Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-518/2023 27.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-883/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2860 manat pulun və 49 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, işin məhkəmə baxışına hazırlıq iclası 25 avqust 2022-ci il tarixə Biləsuvar Rayon Məhkəməsinin binasına təyin edilmişdir. 12 oktyabr 2022-ci il tarixində İddiaçı yazılı ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, işə qiyabi icraat qaydasında baxıb qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2860 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsi tərəfindən qiyabi qətnamə tərəflərə 18 oktyabr 2022-ci il tarixli göndəriş məktubu ilə göndərilmişdir. İş materiallarının 55-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh adına göndərilmiş qətnamə 02 noyabr 2022-ci il tarixində imzalanaraq qəbul edilmişdir. Lakin xəbərnamənin kim tərəfindən imzalanması qeyd olunmamışdır. Cavabdeh 07 noyabr 2022-ci il tarixində ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)- 883/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, mülki işə onun iştirakı olmadan baxılmış və qiyabi qətnamə çıxarılmışdır. Belə ki, o, məhkəmə prosesi barədə poçt və rabitə orqanları vasitəsilə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumatlandırılmadığından, habelə iddiaçı tərəfindən tələblə bağlı cavabdehə mübahisənin məhkəməyəqədər həlli istiqamətində hər hansı xəbərdarlıq göndərilmədiyindən nəinki belə bir məhkəmə prosesinin, ümumiyyətlə, belə bir mübahisənin mövcudluğundan məlumatsız olmuşdur. Cavabdehə qeyd olunan məhkəmə prosesi ilə bağlı hər hansı məhkəmə bildirişi və ya çağırış vərəqəsi təqdim edilməmiş və məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Qiyabi qətnamədən isə təsadüfən qohumları vasitəsilə xəbər tutmuşdur. Lakin bütün bunlara baxmayaraq, prosessual hüquqlarının həyata keçirilməsinə şərait yaradılmadan iddiaçının ona qarşı iddia tələbi qiyabi qətnamə ilə təmin edilmişdir. MPM-in 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Biləsuvar Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Pərviz Əhmədov) İddiaçı Cavabdeh qarşı “2860 manat pul tələbinə dair” mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qiyabi qətnaməsinin ləğvinə dair Cavabdeh ərizəsi təmin edilməmiş, qiyabi qətnamənin ləğv edilməsindən imtina edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildirişləri vaxtında almış olsa da, məhkəmə iclasında iştirak etməmiş və onun tərəfindən məhkəmə iclasına üzrlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh şikayət vermiş, şikayətində Biləsuvar Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qərardadının ləğv edilməsini, Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması haqqında ərizənin təmin edilməsini və işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətini ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, ərizə iddiaçının birtərəfli mülahizələri və iş üzrə məhkəmə sənədlərinin və bildirişlərinin cavabdehə təqdim olunduğunu təsdiq edən hər hansı bir sübut mövcud olmadığı halda, əsassız olaraq təmin edilməmişdir. İş üzrə materiallarda məhkəmə bildirişlərinin və digər sənədlərinin cavabdehə təqdim olunduğunu təsdiq edən imzanın əks olunduğu hər hansı bir sənəd, imza-xətt nümunələri mövcud deyil. Hətta hazırkı mübahisələndirilən məhkəmə qərardadında göstərilən ünvanın məzmunundan görünür ki, ünvan 1in çatdırılması baxımından praktiki olaraq qeyri-korrekt ünvandır. Belə ki, həmin kənddə minlərlə insan yaşayır və bu kənddə yaşayan sakinlərin hər birinin şəxsiyyət vəsiqəsi məlumatlarında məhz bu ünvan görünür. Digər tərəfdən, cavabdeh uzun müddətdir ki, səhhəti ilə əlaqədar müalicə almaq, habelə övladı 1-ci qrup əlil Elçin Mustafayevi müalicə etdirmək və digər ailə üzvlərinin himayəsində olmaq üçün Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi 21A ünvanında yaşayır. Qiyabi qətnamədən şikayətində də poçt konvertindəki və şikayətdəki rekvizitlərdən göründüyü kimi, ünvanı ünvan 2ndən fərqli olaraq 2(022)-883/2022 saylı mülki iş üzrə icraat zamanı məhkəmə tərəfindən heç olmasa cavabdehlə telefon əlaqəsi yaradılaraq bu barədə məlumat verilməmişdir. Beləliklə, rəsmi ünvanın konkret olmaması və səhhəti ilə əlaqədar Bakı şəhərində yaşaması səbəbindən məhkəmə bildirişi və sənədləri cavabdehə çatdırılmamış, bununla da məhkəmədə ona qarşı qaldırılmış əsassız iddia tələbinə qarşı sübutlarını təqdim etməkdən və prosessual hüquqlarından istifadə etməkdən məhrum edilmişdir. Məhkəmə isə qeyd olunan xüsusatları nəzərə almamış və ərizəni təmin etməmişdir. İş üzrə məhkəmə sənədlərində cavabdehin imzasının və cavabdehə məxsus imza-xətt nümunəsinin mövcud olduğu hər hansı bir qəbz və ya sənəd kötüyü mövcud deyil. "xxxx" MMC-nin MRT analiz diaqnozuna əsasən, “Lumbar spondiloz, 1.4 fəqərə cismində İ dərəcəli anterospondilolistezis, kista və s.” xəstəliklərdən əziyyətdən çəkdiyindən uzun müddətdir ki, qeydiyyatda olduğu ünvanda yox, Bakı şəhərində yaşayır. Məhkəmə qərardadında cavabdehin işə mahiyyəti üzrə baxılması və müvafiq qiyabi qətnamə çıxarılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə bildirişləri vaxtında almış olsa da, iclaslara gəlmədiyi göstərilsə də, 2(022)-883/2022 saylı iş üzrə 12 oktyabr 2022-ci il tarixli qiyabi qətnamə qəbul edilənədək hər hansı məhkəmə bildirişinin cavabdehə sifarişli poçtla rəsmi təqdim edildiyini təsdiq edən hər hansı bir sübuta – kötüyündə imza-xətt nümunəsinin olduğu bildirişə istinad edə bilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(022)-883/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) Cavabdeh verdiyi şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Cavabdeh şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 883/2022 saylı, 13 dekabr 2022-ci il və 16 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilməli, cavabdeh tərəfindən verilmiş Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə ərizə təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qiyabi qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş mahiyyəti üzrə baxılması məqsədilə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarının 24-cü və 44-cü vərəqlərində olan məhkəmə bildirişlərindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat cavabdehin adına göndərilərkən onun ünvanı ünvan 5yabi qətnamənin çıxarıldığı 12 oktyabr 2022-ci il tarixinə məhkəmə iclasının təxirə salınması ilə bağlı bildirişin Cavabdeh 10 oktyabr 2022ci il tarixində çatdırıldığını əks etdirən poçt xəbərnaməsi əlavə edilmişdir. Poçt xəbərnaməsi imzalanmış olsa da, həmin imzanın kim tərəfindən icra edildiyi qeyd edilməmişdir. Cavabdeh isə hər hansı məhkəmə bildirişinin göndərilməsi ilə bağlı sənədi imzalamadığını bildirmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən qiyabi qətnamənin ləğv edilməsinə dair ərizənin göndərildiyi poçt zərfindən və eləcə də, şikayətin rekvizitlərindən görünür ki, cavabdeh Bakı şəhərində yaşayır. Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarının 45-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, həmin xəbərnamədə sənədi qəbul etmiş şəxsin soyadı, adı, atasının adı göstərilməmiş, həmin sənəd ünvan sahibinin özünə təqdim edilməmiş olsa da, onu qəbul etmiş şəxsin ünvan sahibinə münasibəti qeyd olunmamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası bildirir ki, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barəsində müəyyən edilmiş qaydada məlumatlandırılması iş materialları ilə öz təsdiqini tapmır. Ona görə də Biləsuvar Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadında qeyd etdiyi cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə bildirişləri vaxtında almış olması ilə bağlı bildirdikləri iş materialları ilə öz təsdiqini tapmadığından və şikayətin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin 13 dekabr 2022-ci il və 16 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmadığından, o, məhkəmə iclasına üzrlü səbəbdən gəlməməsini əks etdirən halları və bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməyə borclu olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası MPM-in 398.0.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, qanunvericilikdə cavabdehin qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə həmin qətnaməni çıxarmış məhkəməyə müraciət etmək hüququ olduğundan, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmadığı müəyyən edildiyindən, Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)- 883/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə cavabdehin ərizəsi təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qiyabi qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş mahiyyəti üzrə baxılması məqsədilə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-883/2022 saylı, 13 dekabr 2022-ci il və 16 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilsin. Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə cavabdehin ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-883/2022 saylı qiyabi qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş mahiyyəti üzrə baxılması məqsədilə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-518/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-518/2023
27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver