Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-524/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 2(053)-387/2021 saylı, 25 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 07 may 2021-ci ildə məhkəməyə müraciət edərək, ümumi mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan Neftçala rayonu ərazisində yerləşən 5,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus payın ayrılması (naturada bölünməsi) və sərəncamına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(053)-387/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “təsərrüfat təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus payın ayrılması (naturada bölünməsi) tələbinə dair” iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılması qərara alınmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli göndəriş məktubu ilə Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(053)-387/2021 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı iddia ərizəsində qeyd etdiyi ünvan üzrə geri qaytarılmış, bununla bağlı iş materiallarının 14-cü vərəqinə 21 may 2021ci il tarixə aid poçt göndərişlərinin reyestri sənədi əlavə olunmuşdur. Lakin həmin sənədlərin göndərildiyi zərf İddiaçı qeyd edilən ünvanda yaşamaması qeydi ilə çatdırıla bilməmiş, 02 iyun 2021-ci ildə yenidən Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. 11 dekabr 2023-cü il tarixində İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(053)-387/2021 nömrəli qərardadına əsasən onun Cavabdeh qarşı “təsərrüfat təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus payın ayrılması (naturada bölünməsi) tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmasına dair qərar çıxarılmışdır. Lakin o, həmin iddia ərizəsini və ona əlavə olunmuş sənədləri almamışdır. İddia ərizəsinin və ona əlavə etdiyi sənədlərin ona verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin əslini 11 dekabr 2023-cü ildə qəbz yazmaqla təhvil almışdır. Bundan sonra 21 dekabr 2023-cü il tarixində İddiaçı Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(053)-387/2021 saylı qərardadından şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(053)-387/2021 saylı qərardadı ilə (sədrlik edən hakim Samir Quliyev) İddiaçı Cavabdeh qarşı “təsərrüfat təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus payın ayrılması (naturada bölünməsi) tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından iddiaçı X4 və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət (ərizə) geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, şikayət MPM-in tələblərinə riayət olunmadan verilmişdir. Belə ki, MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının ərizədə qeyd etdiyi ünvanına göndərilmiş, lakin F-20 poçt qəbzində şəxsin bu ünvanda yaşamadığı qeyd edilmiş və 31 may 2021-ci il tarixdə məhkəməyə geri qayıtmışdır. İddiaçı üç ilə yaxın müddət ərzində iddia tələbinin nəticəsinin marağında olmamış, nəhayət 11 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə verib sənədlərinin ona qaytarılmasını istəmişdir. Həmçinin məhkəmənin yuxarıda qeyd olunan qərardadı MPM-in tələblərinin pozulması səbəbindən çıxarılmışdır. Məhkəmə qərardaddan şikayətin geri qaytarılmasını tənzimləyən hüquq normasının olmadığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı münasibətlə bağlı MPM-in apellyasiya şikayətinin geri qaytarılması məsələlərini tənzimləyən 363-cü maddəsinə müraciət olunmalıdır. MPM-in 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(053)-387/2021 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-387/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini, dəqiqləşdirilmiş iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin məhkəmənin 2(053)-387/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (həmin qərardadı, həmçinin geri qaytarılmış iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2023-cü ildə məhkəmənin inzibati binasında imza ataraq əldə etmişdir) xx.xx.2021-ci il tarixli iddia ərizəsi geri qaytarılmamalı idi. Belə ki, iddia ərizəsinin - “iddiaçı iddia ərizəsində ona və cavabdehə məxsus torpaq sahəsindən payının ayrılmasını tələb etsə də, iddia ərizəsinə əlavə edilmiş “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, həmin akta əsasən paylı mülkiyyət sahibləri – iddiaçı özü, iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh və X7 olmaqla 3 nəfərdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində digər payçı X5 mənafeyinə toxunacaq şəxs kimi nəzərə almamış və bununla da iddia ərizəsinin qanunla müəyyən olunmuş forma və məzmununa riayət etməmişdir” səbəbi ilə geri qaytarılması Mülki Prosessual Məcəllənin müddəalarında nəzərdə tutulmamışdır. Buna görə də, məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirməməklə bərabər qanuni və əsaslı olmamışdır. İddia ərizəsi ilə cavabdeh şəxslərin dairəsini müəyyənləşdirmək iddiaçının müstəsna hüququdur və mübahisələndirilməyən dövlət aktında adı keçən şəxsin iddia ərizəsi üzrə cavabdeh şəxs kimi göstərilməməsi ərizənin geri qaytarılmasına əsas olmamalıdır. Yuxarıdakılara baxmayaraq Neftçala Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etməmiş, xx.xx.2023-cü il tarixli qərardadını belə əsaslandırmışdır ki, “iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının ərizədə qeyd etdiyi ünvanına göndərilmiş, lakin F-20 poçt qəbzində şəxsin bu ünvanda yaşamadığı qeyd edilmiş və 31 may 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. İddiaçı üç ilə yaxın müddət ərzində iddia tələbinin nəticəsinin marağında olmamış, nəhayət 11 dekabr 2023-cü il tarixində məhkəməyə ərizə verib sənədlərinin geri qaytarılmasını istəmişdir”. Göstərilən əsaslandırma heç də həqiqəti əks etdirmir. İşin həqiqi halı ondan ibarətdir ki, İddiaçı Neftçala rayonu, Seyidlər kəndi ünvanında qeydiyyatdadır. Həmin evdə onun ailə üzvləri – qızı, əri daimi yaşayır (özü Bakıda təmizlik şirkətində işləyir). Əgər Bankə qəsəbəsində yerləşən poçt şöbəsinin əməkdaşı məktubu ünvana gətirmiş olsaydı, ən azından məhkəmə sənədini ailə üzvlərindən birinə verməli idi (MPM-nin 135.3.-cü maddəsi). Həmçinin may 2021-ci ildən sonra İddiaçı dəfələrlə məhkəməyə göndərdiyi iddia ərizəsinin nəticəsi ilə maraqlanmış, məhkəməyə gəldikdə, “sənədləri poçt ilə göndərmişik”, poçta gəldikdə isə “bizə məhkəmədən sənəd gəlməyib” kimi cavablar almışdır. Bundan əlavə, 2021-ci ilin may ayı və ondan sonrakı dövr məlum ümumdünya pandemiyası ilə yadda qalmışdır. Həmin yaxın keçmişdə bütün Azərbaycanın qapandığı, dövlət təsisatlarının tam gücü ilə çalışmadığı, məmurların və səlahiyyətli şəxslərin xəstəlik səbəbindən müəyyən dövr işləmədiyi və öz funksiyalarını yerinə yetirə bilmədiyi, həmçinin insanların müəyyən zaman kəsiyində ümumiyyətlə evlərindən bayıra çıxmasının qadağan olunduğu unudulmamalıdır. Onu da bildirir ki, İddiaçı əri – X1 birinci Qarabag müharibəsi iştirakçısıdır. O, Seyidlər kəndində yaşayır və hamı, eləcə də poçt işçiləri onu tanıyır. Neftçala Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(053)-387/2021 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-387/2021 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(053)-387/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 07 may 2021-ci ildə məhkəməyə müraciət etmiş, Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılması qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli göndəriş məktubu ilə həmin qərardadın surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia ərizəsinin iddiaçının qeyd etdiyi Neftçala rayonu, Yenikənd ünvanına olmaqla İddiaçı göndərilmiş olsa da, həmin zərf iddiaçının qeyd edilən ünvanda yaşamaması səbəbindən yenidən məhkəməyə qaytarılmışdır. İddiaçı öz şikayətində ünvan 3 ünvanda ailə üzvləri ilə daimi yaşadığını qeyd etsə də, iddia ərizəsindən onun öz ünvanı kimi həmin kəndi qeyd etmədiyi, eləcə də, iş materiallarından onun həmin kənddə deyil, məhz Neftçala rayonunun Yenikənd kəndində qeydiyyatda olduğu müəyyən edilir. Belə olan halda birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsinin geri qaytarılmasına dair qərardadını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsində də qeyd edilmiş iddiaçının qeydiyyat ünvanına göndərmiş olsa da, həmin məktub iddiaçıya təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən 25 dekabr 2023-cü il tarixli qərardadında öz mövqeyini bununla əsaslandırmışdır ki, İddiaçı üç ilə yaxın müddət ərzində iddia tələbinin nəticəsinin marağında olmamış, nəhayət 11 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə verib sənədlərinin ona qaytarılmasını istəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq da qeyd edir ki, İddiaçı 11 dekabr 2023-cü il tarixli ərizəsində də Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(053)-387/2021 nömrəli qərardadının ona təqdim olunmadığını qeyd etməmiş, əksinə həmin ərizəsində onun iddia ərizəsinin Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(053)-387/2021 nömrəli qərardadı ilə geri qaytarıldığını, lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərin ona təhvil verilmədiyini bildirmişdir. Qeyd edilənlər onu göstərir ki, İddiaçı Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(053)-387/2021 nömrəli qərardadından daha əvvəldən məlumatlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Neftçala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadını ondan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət bitdikdən sonra mübahisələndirmiş olsa da, həmin qərardaddan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə də ərizə verməmişdir. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan əlavə, məhkəmə kollegiyası İddiaçı izah edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu qayda Mülki Prosessual Məcəllənin 152.4cü maddəsində də nəzərdə tutulmuşdur. Hazırda İddiaçı yenidən iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək imkanı mövcuddur. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən, şikayəti geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Neftçala Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(053)-387/2021 saylı qərardadı dəyişdirilmədən, İddiaçı şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(053)-387/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-524/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-524/2024
21.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver