Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-529/2025 17.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1181/2024 saylı, 05 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4703 manat məbləğində borcun hesabından (abonent hesabı **********00920) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhərində yerləşən Qaçqın şəhərciyində yaşayır. Təbii qaz istehlakçısı olmaqla, istifadə etdiyi qazın dəyərini həmişə Qaçqın və Məcburi Köçkün İdarəsi tərəfindən ödənilmişdir. 2022-ci ilin may ayında qaz nəzarətçisi ona bildiriş verərkən borcunun 4703 manat olmasını görüb bununla bağlı Qaz İdarəsinə müraciət etmişdir. Heç vaxt qazla bağlı borcları olmamış və onlara borcla bağlı bildiriş verilməmişdir. Qaz İdarəsində ona borcunun əsasən 2010-2022-ci illərdə yarandığını bildirmişlər. O, Qaz İdarəsinin əməkdaşlarına borcun əsassız olduğunu və hesabından silinməsini xahiş etsə də, Qaz İdarəsinin əməkdaşları həmin borcu onun hesabından silməmişlər. Nə üçün bu vaxtacan qazını kəsməmişlər sualı isə cavabsız qalmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən bu günə qədər ona bildiriş verilməmiş və borca görə yaşadığı mənzilə verilən qaz kəsilməmişdir. Onun Saldo üzrə bildirişdə 2021-ci lin sonuna qeyri-qanuni hesablanmış 4703 manat debitor borc silinməli olduğu halda silinməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o və ailə üzvləri Şuşa rayonundan məcburi köçkün kimi Kürdəmir rayonu ərazisində yerləşən qaçqın şəhərciyinə məskunlaşmışlar. Qaz sayğacı 2008-ci il tarixdə atasının adına rəsmiləşdirilməklə yaşadıqları evə quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə qaçqın və məcburi köçkünlər üçün adam başına istifadə edilmiş qazın 36 kubmetri dövlət büdcəsi tərəfindən ödənilir. X3 14 nəfərdən ibarət ailə üzvləri istifadə edirlər. Cavabdeh İB-nin etdiyi elektron məlumat bazasından əldə etdiyi çıxarışda onun ailə üzvlərinin sayı 14 nəfər qeyd olunmalı olduğu halda, 8 nəfər şəxsin adı qeyd edilməklə dövlət büdcəsi tərəfindən 14 nəfər ailə üzvlərinin istifadə etdiyi qazın dövlət büdcəsi tərəfindən ayrılmış vəsaiti Cavabdeh İB tərəfindən mənimsənilmişdir. Bununla bağlı müxtəlif vaxtlarda Cavabdeh İByə şifahi müraciətlər etsə də, heç bir faydası olmamışdır. İstifadə etdiyi qazın pulu ödəməməyinə səbəb də dövlət tərəfindən ona və ailə üzvlərinə ayrılmış qaz pulunun Cavabdeh İB tərəfindən mənimsənilməsi olmuşdur. Əlavə olaraq, bildirilir ki, hər il Qaçqınların və X2 üzrə Dövlət Komitəsindən ailə tərkibinə uyğun arayış alaraq Cavabdeh İB-yə təqdim etmişdir. Evdə hazırda 14 nəfər yaşayırlar. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddiaçının cavabdehə 2021-ci ilin dekabr ayınadək borcu 4703 manat məbləğ təşkil edir. Bu iş materiallarına əlavə edilən Abonent saldosunda da əks olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən hər ay istehlak edilmiş qaza görə təbi qazın borcu ödənilmişdir. İstehlak edilmiş qaz üçün iddiaçının adına olan Abonent kodu üzrə 8 nəfər qeyd edilərək həmin şəxslərə uyğun güzəşt nəzərə alınmışdır. Yəni Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin etdiyi ödəniş 8 nəfər üçün nəzərdə tutulmuşdur. Ancaq işdə olan sənədlərdən görünür ki, digər məcburi köçkünlərin də istehlak etdiyi qaza görə sərfiyyat da İddiaçı məxsus **********00930 nömrəli Abonent hesabında qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1181/2024 saylı, 05 dekabr 2024-cü il tarixli qətnaməsi (Xaliq İmanov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 1512 manat borcun onun hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1181/2024 saylı, 05 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. . d) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iclasda iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidirOdur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1181/2024 saylı, 05 dekabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9- cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1181/2024 saylı, 05 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00920 nömrəli Abonent saldosundan görünür ki, 10.2010-cu il tarixdən 09.2023-cü il tarixə kimi olan dövr ərzində təbii qazdan istifadəyə görə 5578.39 manat borcunun olması göstərilmişdir İddiaçının iddia tələbindən müəyyən edilir ki, o və ailə üzvləri Şuşa rayonundan məcburi köçkün kimi Kürdəmir rayonu ərazisində yerləşən qaçqın şəhərciyinə məskunlaşmışlar. Qaz sayğacı 2008-ci il tarixdə atasının adına rəsmiləşdirilməklə yaşadıqları evə quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə qaçqın və məcburi köçkünlər üçün adam başına istifadə edilmiş qazın 36 kubmetri dövlət büdcəsi tərəfindən ödənilir. X3 14 nəfərdən ibarət ailə üzvləri istifadə edirlər. Cavabdeh İB-nin etdiyi elektron məlumat bazasından əldə etdiyi çıxarışda onun ailə üzvlərinin sayı 14 nəfər qeyd olunmalı olduğu halda, 8 nəfər şəxsin adı qeyd edilməklə dövlət büdcəsi tərəfindən 14 nəfər ailə üzvlərinin istifadə etdiyi qazın dövlət büdcəsi tərəfindən ayrılmış vəsaiti Cavabdeh İB tərəfindən mənimsənilmişdir. Bununla bağlı müxtəlif vaxtlarda Cavabdeh İB-yə şifahi müraciətlər etsə də, heç bir faydası olmamışdır. İstifadə etdiyi qazın pulu ödəməməyinə səbəb də dövlət tərəfindən ona və ailə üzvlərinə ayrılmış qaz pulunun Cavabdeh İB tərəfindən mənimsənilməsi olmuşdur. Əlavə olaraq, bildirilir ki, hər il Qaçqınların və X2 üzrə Dövlət Komitəsindən ailə tərkibinə uyğun arayış alaraq Cavabdeh İB-yə təqdim etmişdir. Evdə hazırda 14 nəfər yaşayırlar. Cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etirazından və apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, iddiaçının cavabdehə 2021-ci ilin dekabr ayınadək borcu 4703 manat məbləğ təşkil edir. Bu iş materiallarına əlavə edilən Abonent saldosunda da əks olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən hər ay istehlak edilmiş qaza görə təbi qazın borcu ödənilmişdir. İstehlak edilmiş qaz üçün iddiaçının adına olan Abonent kodu üzrə 8 nəfər qeyd edilərək həmin şəxslərə uyğun güzəşt nəzərə alınmışdır. Yəni Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin etdiyi ödəniş 8 nəfər üçün nəzərdə tutulmuşdur. Ancaq işdə olan sənədlərdən görünür ki, digər məcburi köçkünlərin də istehlak etdiyi qaza görə sərfiyyat da İddiaçı məxsus **********00930 nömrəli Abonent hesabında qeydiyyata alınmışdır. Kollegiya iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 2010-cu ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üçün ona Cavabdeh İB qanunsuz olaraq 4703 manat məbləğində borcun hesablandığını bildirmişdir. Tələbinin əsası kimi isə, məcburi köçkün olduğunu, evində 14 nəfər yaşadığını və qaçqın və məcburi köçkünlər üçün adam başına istifadə edilmiş qazın 36 kubmetrinin dövlət büdcəsi tərəfindən ödənilməsinə baxmayaraq Azəriqaz” İB tərəfindən həmin məbləğin 8 nəfərə münasibətdə hesablandığını və nəticədə o qədər borc yarandığını bildirmişdir. Cavabdeh isə, abonent kodu üzrə 8 nəfər qeyd edilərək həmin şəxslərə uyğun güzəşt nəzərə alındığını və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən hər ay istehlak edilmiş qaza görə təbi qazın borcu ödənildiyini bildirmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6- cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci və 5.4-cü bəndlərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmana əsasən hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin iş materiallarında olan arayışlarında (iş səh.8-10) əlavə göstərilən məcburi köçkün statusu olan şəxslərin İddiaçı məxsus Abonent Saldosunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının normaları nəzərə alınmaq şərti ilə, 2010-cu ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri (illər və aylar üzrə ayrı-ayrılıqda göstərilməklə) nə qədər təşkil edib-edilməməsinin araşdırılması məqsədi ilə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6719 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2010-cu ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri 3191,19 manat (4703,19- 1512) məbləğində müəyyən edilir. Göründüyü kimi iddiaçının iddia tələbi qismən əsaslı olmaqla müvafiq qanunvericilik aktları əsasında təyin edilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir ki, 2010-cu ilin oktyabr ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üçün müvafiq qanunvericilik aktları üzrə dövlət tərəfindən ayrılmış limitdən artıq istifadə olunan təbii qaza görə debitor borcun ümumi dəyəri 3191,19 manat (4703,19- 1512.00) məbləğində təşkil edilir. Yəni cavabdeh təşkilat Cavabdeh İB tərəfindən 1512 manat məbləğində debitor borc artıq hesablanmışdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 1512 manat borc onun hesabından silinsin.” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1181/2024 saylı, 05 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı Cavabdehnə qarşı iddia tələbi qiymətləndirilən iddia olduğundan və tələb olunan iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1181/2024 saylı, 05 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-529/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-529/2025
17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver