Məhkəmə qərarları › İş №2(106)-532/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-532/2023

11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-532/2023 11.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(047)-767/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2040 manat məbləğdə borc, borcu vaxtında qaytarmadığına görə ona vurduğu maddi ziyan olan 1400 manat və ödəmiş olduğu 41 manat məbləğdə dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə eyni məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 53000 manat məbləğdə pul vəsaitinin və hazırkı vaxta qədər ödədiyi 2000 manat məbləğdə pul vəsaitinin, alış-veriş qəbzinin İddiaçı alınaraq ona verilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(047)-767/2022 saylı qətnaməsi ilə (hakim Cavad İbrahimov) ilkin iddia tələbi qismən təmin edilərək ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1878 (min səkkiz yüz yetmiş səkkiz) manat məbləğdə borc pul və 38 (otuz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ona vurulmuş maddi ziyana görə 53000 manat məbləğdə pul vəsaitinin və hazırkı vaxta qədər ödədiyi 2000 manat məbləğdə pul vəsaitinin, alış-veriş qəbzinin İddiaçı alınaraq ona verilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Cavabdeh Laçın Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(047)-767/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Laçın rayon sakini Ağcabədi rayon Cəfərbəyli kəndində yaşayan Cavabdeh 2017-ci ildən tanıyır. Aralarında ədavət və düşmənçilik olmamış və mehriban münasibətləri olmuşdur. Onun özünə məxsus Ağdam rayon Qaradağlı kəndində inşaat mağazası vardır. Vüqar, atası və usta Vahid ilə onun mağazasına gəlmiş, ondan evin üstünə material hesablatdırmış və malların dəyəri 3878 manat məbləğdə olmuşdur. Bundan sonra Cavabdeh və atası pullarının çatmadığını bildirərək onlara malları verməyi xahiş etmiş və söz vermişlər ki, malları var və onu satıb qısa müddətə pulunu verəcəklər. Cavabdeh 3878 manat məbləğdə puldan 1800 manat hissəsini ödəmiş və qalan 2078 manatı isə bir ay müddətində ödəyəcəyinə söz vermişdir. Daha sonra Vüqar 2019-cu ilin avqust ayının 19-da ona 200 manat ödəmiş və yaxın müddətdə hamısını ödəyəcəyini bildirmişdir. Lakin hal-hazırda Cavabdeh ona yol haqqı ilə birlikdə 2040 manat məbləğdə borcu qalmışdır. Cavabdeh ona borclu olduğu pulu almaq üçün yenə onun yaşadığı ünvana getmiş, anasının və atasının danışığından sonra o, pulun qalanını iyun ayının 15-də verəcəyinə söz vermiş, ancaq o, iyun ayının 15-də də Vüqarın evinə getmiş, lakin onun evdə olmadığını bildirmişlər. Bundan sonra Vüqara zəng etmiş, lakin o telefonu açmamış, ona görə də, 11 iyul 2022-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə gəlib ərizə ilə həmin şöbəyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh ona borclu olduğu 2040 manat məbləğdə borcun məhkəmə qaydasında alınaraq ona verilməsini istəyir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin aprel ayında tikdirdiyi ev üçün İddiaçı tikinti materialları mağazasından dam örtüyü aksessuarları almışdır. Alacağı malların qiyməti 5-lik dəmirin qiyməti ilə 3878 manat məbləğdə pul etmişdir. Mağazada materialın hamısı olmadığına görə cavabdeh İddiaçı ona bildirmişdir ki, ilkin ödəniş edib sifariş etsin, materialları bir neçə günə özü göndərəcəkdir. O, 1800 manat məbləğdə ilkin ödəniş etmiş, qalan pulu da hissə-hissə ödəyəcəyini bildirmişdir. O, 1800 manat məbləğdə pulu İddiaçı verdikdə alışveriş qəbzi tələb etmiş, lakin İddiaçı kassa aparatının müvəqqəti işləməməsini, qəbzi sonra verəcəyini bildirərək ona qəbz əvəzi öz dəsti xətti ilə yazdığı fakturanı vermiş və verdiyi fakturada ona veriləcək materialların adlı siyahısı, ölçüləri və qiymətləri göstərilmişdir. Bir müddətdən sonra cavabdeh İddiaçı materialları göndərmiş və o, isə usta çağırıb evinin üstünü 1000 manata vurdurmuşdur. Evinin üstü vurulan zaman ustalar novun birinin əskik olduğunu bildirdilər və o, uzaq olduğuna görə bir novdan ötrü Ağdama getməmiş, həmin dəmirin bir parçasını götürüb Ağcabədi rayonundakı mağazaların birinə getmiş və ona yaşıl rəngli 5-lik dəmirin novunu vermələrini bildirmişdir. Satıcı həmin dəmir parçasının 5lik deyil, 3-lük olduğunu bildirmişdir. O, əvvəlcə satıcının sözlərinə inanmamış, onunla mübahisə edərək şirkət işçilərinin yanına gedərək apardığı dəmir parçasını göstərdikdə şirkət işçiləri də bunu təsdiqləmişlər. İlk dəfə evin dam örtüyünü aldığına görə əvvəlcədən həmin dəmirin 5-lik deyil, 3-lük dəmir olduğunu bilməmişdir. Əgər bilsəydi, onların evinin üstünə vurulmasına razılıq verməzdi. Bundan sonra o, İddiaçı bu barədə bildirmiş və İddiaçı dəmirin 5-lik olduğunu bildirmişdir. Razılaşmaları əsasında dəmirin borcundan əlavə materialların pulundan qalan 200 manat məbləğdə pulu verdikdən sonra təkcə dəmirlərin borcu qalmışdır. İddiaçı onu aldatmasına, hadisənin təsadüfən yaxud başqa günahkarı olmamasına tam əmin olduqdan sonra ona satdığı keyfiyyətsiz dəmirin dəyişdirilməsi və ödəmiş olduğu 2000 manat məbləğdə pul vəsaitinin alış-veriş qəbzinin verilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə İddiaçı rəsmi qaydada xəbərnaməli ərizə ilə müraciət etmişdir. Ancaq o, hazırkı vaxta qədər nə ona qəbz vermiş, nə də 3-lük dəmiri 5lik dəmirlə dəyişdirmişdir. İddiaçı aldatma yolu ilə ona satdığı 3-lük dəmir örtüyünü nəinki 5-lik dəmir örtüyünün qiymətinə, heç pulsuz versə belə, evinin üstünə vurdurmazdı. Belə ki, 3-lük dəmir tamamilə solmuş, zəif külək zamanı qabarma verərək narahatedici səslər çıxarır, küləkli gecələrdə azyaşlı uşaqları səsdən yata bilmir, dəmir güclü yağışlar zamanı naziklikdən çöküntü vermiş həmin çöküntüdən su evin bünövrəsinə axıb, evin bünövrəsi çökmüş, evin divarlarında iri çatlar əmələ gəlmiş və ev qəza vəziyyətinə düşmüşdür. Həmin keyfiyyətsiz dəmir karroziyaya uğrayaraq deşilmiş, yağış yağarkən həmin hissələrindən su sızmaları baş verir. İddiaçı artıq qazanc əldə etmək məqsədi ilə onun istehlakçı hüquqlarını kobud şəkildə pozaraq ona keyfiyyətsiz dəmir satmış 53000 manat məbləğdə pulla tikdirdiyi və təmir etdiyi evi onun günahı ucbatından yararsız vəziyyətə düşmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətinin məzmunu onun qarşılıqlı iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmışdır. O, şikayətində əlavə olaraq bilıdirmişdir ki, birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırmasına nail olunmamış, prossesual hüquq normalarının tələbləri pozulmaqla ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət yalnız iddia ərizəsinə və İddiaçı təqdim etdiyi sənədləri tədqiq etməklə əldə olunmuşdur ki, qeyd edilən sübutların mötəbərliyi, təyinatı və məqsədi kifayət qədər araşdırılmamışdır. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, Cavabdeh İddiaçı ona 5-lik dəmir örtüyü deyil, 3-lük dəmir örtüyü satmasını bildirsə də, bu barədə mötəbər sübutları, yəni öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əslində İddiaçı da ona satdığı dəmirin 3lük, deyil 5-lik olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ancaq o, qarşılıqlı iddia ərizəsində cavabdehin öz dəsti xətti ilə yazdığı fakturanı məhkəməyə təqdim etmişdir. Həmin fakturada mənə satılan malların adlı siyahısı, qiyməti və ölçüləri açıq aydın şəkildə qeyd olunmuşdur. Məhkəmə əsaslandığı həmin fakturadakı göstərilən pul məbləğinin ondan alınaraq, qarşı tərəfə verilməsi haqqında qətnamə çıxaran zaman həmin fakturadakı materialların ölçüləri ilə qiyməti arasındakı uyğunsuzluğa göz yummuşdur. Yaşayış evinin üst örtüyü tək dəmir örtükdən ibarət deyil, burada taxta məmulatlarından da istifadə olunur. Sonradan ödədiyi 200 manat məbləğ pulu qeyri-dəmir məmulatları üçün qarşılıqlı razılaşma yolu ilə ödəmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi RPŞ-nin TB-nin xx.xx.2017-ci və xx.xx.2022-ci il tarixli qərarlarında və onun cavabdeh İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda İddiaçı ona satdığı dəmir örtüyün 5-lik deyil, 3-lük olması, saxta və qüsurlu olması səbəbindən mülki mübahisənin yaranması faktı öz təsdiqini tapmışdır. Məhkəmə prosesi zamanı cavabdeh İddiaçı aldadaraq ona satdığı saxta qüsurlu 3-lük dəmirin ekpertizasının təyin edilməsi barədə məhkəmə qarşısında yazılı şəkildə vəsatət qaldırmış, ancaq vəsatəti təmin edilməmiş və bunu səbəbini əsaslandıraraq qətnamədə göstərməmişdir. Habelə, məhkəmə evin üstünü vuran ustanı şahid kimi dindirməmişdir. İddiaçı aldatma yolu ilə ona satdığı həmin dəmir örtük hal-hazırda evinin üstündə solmuş vəziyyətdə durur. Həmin şifer dəmirlər qısa zaman müddətində karroziyaya uğrayıb, evin bünövrəsinə və içinə yağış suyu daxil olur, evin divarları çatlayıb, küləkli havalarda narahatedici səslər çıxarır, güclü yağış zamanı deformasiyaya uğrayır, əvvəl rənginin yaşıl olmasına baxmayaraq hal-hazırda sarımtıl eybəcər rəngə düşmüşdür. Bütün bunların nəticəsində maddi və mənəvi zərərlərə məruz qalmışdır. Cavabdeh İddiaçı iddia ərizəsi tərtibat baxımından natamam şəkildə məhkəməyə daxil olmuşdur. Beləliklə, İddiaçı onu aldadaraq öz əlyazısı ilə yazdığı hesab-fakturaya əsasən razılaşdığı ölçüdə olmayan və qüsurlu dəmir dam örtüyü satmışdır. Həmin hesab-fakturada ona satılan malların adlı siyahısı, ölçüsü və qiyməti qeyd olunmuşdur. Ona satılan dəmir dam örtüyünün 5-lik deyil, 3-lük olması və eyni zamanda qüsurlu olması, İddiaçı tərəfindən qabaqcadan bildirilməmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Laçın Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(047)-767/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. O, eyni zamanda, bildirmişdir ki, əgər İddiaçı ona olan borcu azaldaraq ondan 1100 manat məbləğdə pulun hissə-hissə ödəməsinə razı olsa, o zaman mübahisənin həllinə nail olmaq olar. Ancaq hazırda pulu tam şəkildə ödənilməsini tələb edir və o da, həmin pulu tam şəkildə ödəmək iqtidarında deyildir. Şiferi onunla birlikdə alan usta evinin üstünə şiferi vuran usta deyildir. Belə ki, onunla əlaqəni kəsmiş və şiferi başqa ustaya vurdurmuşdur. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən, Laçın Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(047)-767/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, izahatına əlavə olaraq göstərmişdir ki, Cavabdeh ondan aldığı şifer 3-lük olmamışdır. Ona iş materiallarına əlavə edilmiş Qaimədə göstərildiyi kimi 5-lik şifer verilmişdir. Özü də həmin şiferi almış, istifadə etmiş və sonradan ödənişdən yayınmaq üçün hazırkı əsassız dəlilləri irəli sürür. Əgər şifer normal ölçüdə deyildisə, o zaman məhkəməyə müraciət edərdi. Belə ki, Cavabdeh evi üçün tikinti materiallarını 2017-ci ilin aprel ayında almışdır. Eyni zamanda, iş üzrə ekspertiza təyin edilməsini əsaslı hesab edə bilməz, çünki Cavabdeh evinin üstünə vurulmuş şifer onun satdığı şifer deyildir. Əgər usta da şahid qismində dindirilsə, həmin şiferin ondan alındığı faktını təsdiq edə bilməz. Belə ki, şiferi ondan alan usta və evinin üstünə şiferi vuran usta ayrı-ayrı şəxslərdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və Laçın Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(047)-767/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan Hesab-fakturadan görünür ki, Cavabdeh İddiaçı 3878 manat dəyərində tikinti materialları almış, Cavabdeh tərəfindən 1800 manat məbləğd ödəniş edilmiş və Cavabdeh İddiaçı 2078 manat məbləğdə borcu qalmışdır. İşdə olan Ağcabədi RPŞ-nin TB-nin Cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh barəsində əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı tələbi mülki xarakterli olduğundan ona aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Ağcabədi RPŞ-nin TB-nin Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Məmmədov Tural Vaqif oğlunun və İddiaçı barəsində əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 059262 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan 006153 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh Laçın rayonundan olan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, MM-in 386.1-ci maddəsinin məzmununa görə öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Habelə, MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edilənlərlə yanaşı, hesab edir ki, Cavabdeh öz evinin üzərinə şiferi vurmuş şahidin dindirilməsi və onun evinin üstünə vurulmuş dəmir şiferin ölçüsünə dair ekpertizasının təyin edilməsi barədə vəsatətin təyin edilməsi nəticəsində iş üzrə əhəmiyyət kəsb edən hər hansı halın müəyyən edilməsinə nail olmaq mümkün deyildir. Belə ki, işin mübahisəsiz hallarına görə şiferi Cavabdeh ilə birlikdə alan usta onun evinin üstünə şiferi vuran usta deyildir və ayrıayrı şəxslərdir. Buna görə də, dindirilməsi xahiş edilən şahid Cavabdeh evinin üstünə vurulan şiferin məhz İddiaçı alınan şifer olmasını təsdiq edə bilməyəcək və bununla da, həqiqətin müəyyən edilməsi mümkün olmayacaqdır. Ancaq hazırda pulu tam şəkildə ödənilməsini tələb edir və o da, həmin pulu tam şəkildə ödəmək iqtidarında deyildir. Şiferi onunla birlikdə alan usta evinin üstünə şiferi vuran usta deyildir. Belə ki, onunla əlaqəni kəsmiş və şiferi başqa ustaya vurdurmuşdur. Məhkəmə kollegiyası, qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh məhkəmədə İddiaçı ona qarşı olan pul tələbini azaldaraq ondan 1100 manat məbləğdə pulun hissə-hissə ödəməsinə razı olsa, o zaman hazırkı mübahisənin həllinə nail olmaq olar. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üzrə məhkəməyə kifayət qədər mötəbər sübutlarını təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(047)-767/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar