Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-535/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X2 və İddiaçı nümayəndəsi X3 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1778/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin barəsində yazılmış 10.051 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, “Azəriqaz” İstehsalat Birliyinin qaz abunəçisi olmaqla **********00460 nömrəli hesabla qeydiyyatdadır. Kürdəmir rayonunda Qaçqın və məcburi köçkünllər üçün yeni tikilmiş mənzildə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini ödəyir. Əvvəllər onların qaz pulunu Qaçqın və Məcburi köçkünlər üzrə idarəsi Qaçqınkom ödəmişdir. Heç vaxt qazla bağlı borcları olmayıb. Lakin 2022-ci ilin aprel ayında qaz pulu ödənişi edəndə tutulma olduğunu görmüşdür. Buna görə Qaz İdarəsinə müraciət etmiş, orada ona qaza görə 10.051 manat debitor borcunun olduğunu bildirmişlər. Həmin borcun əsassız yazılmaqla borcun yaxın vaxtlarda siləcəklərini bildirmişlər. Lakin borcu bu günədək silməmişlər. Sənədlərini Qaz İdarəsindən tələb edib almışdır. Həmin sənədlərə əsasən xx.xx.2016-cı il tarixdə ******* nömrəli aktla 0000 kub metr göstərici ilə qaz sayğacı quraşdırılmışdır. Lakin həmin vaxt mənzildə qaz sayğacı olmamışdır. 2-ci dəfə xx.xx.2020-ci il tarixdə ******* nömrəli qaz sayğacı çıxarılmış və yerinə başqa bir sayğac quraşdırılmışdır. Qaz sayğacı çıxarılanda onun hesabında qalıq borcu olmamışdır. Abonent saldosunda bu hal 2017-ci ilin aprel ayına kimi davam etmiş, sonradan 2022-ci ilin aprel ayında, yəni 6 ildən sonra ödəniş edərkən tutulma aparılmışdır. Borcu olduğu halda həmin vaxta kimi tutulma olmamış, hesabda isə borcunun 00 manat olması göstərilmişdir. Ağsu RQİİ-nin Kürdəmir Qaz İdarəsi tərəfindən yazılmış 10051 manat qaz pulu tamamilə əsassızdır və qanunsuzdur. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin barəsində yazılmış 10051 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı Vəliyeva X4 X13 İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti olmaqla **********00460 nömrəli hesabla qeydiyyata alınmışdır. İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu tam şəkildə ödəməməsi nəticəsində xx.xx.2022-ci il tarixinə 10040 manat debitor borcu yaranmışdır. Belə ki, İddiaçı Qaçqın və Məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş şəhərcikdə yaşayır. Bundan əvvəl Vəliyeva X5 şəhəri, Babək küçəsində yerləşən uşaq bağçasında məskunlaşmış, ailə tərkibi 5 nəfər olmaqla qaçqın sayı 4 nəfər kimi qeydiyyata alınmışdır. Hazırda mübahisə predmeti olan mənzil qaçqın abonent kimi qeydiyyata alınmışdır. Ümumiyyətlə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında“ Fərmana əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. Bununla əlaqədar olaraq Qaçqınların və X6 üzrə Dövlət Komitəsi bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında“ 23 yanvar 2017-ci il tarixli, 1206 nömrəli Fərman imzalanmışdır. Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2020-ci ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranmışdır. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitnin ayrılması nəzərdə tutulmayıb. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında“ Fərmana əsasən hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. İddiaçının hesabından 2009-cu ilin oktyabr ayına olan 1654,16 manat borc Prezidentin Fərmanına əsasən onun hesabından silinmişdir. Silinmədən sonrakı dövr ərzində iddiaçının 2010-cu ilin sonuna 1041,72 manat debitor borcu yaranmışdır. 2011-ci il ərzində 1382,80 manat məbləğində təbii qazdan istifadə etmiş 423,57 manat, 2012-ci il ərzində 1227,60 manat məbləğində təbii qazdan istifadə etmiş, 210 manat, 2013-cü il ərzində 1390 manat məbləğində təbii qazdan istifadə etmiş, 210 manat, 2014-cü il ərzində 2745 manat məbləğində təbii qazdan istifadə etmiş, 210 manat, 2015-ci il ərzində 1495,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 210 manat Qaçqınkom tərəfindən ödənilmişdir. Lakin iddiaçı tərəfindən Qaçqın və Məcburi koçkünlər üçün nəzərdə tutulmuş limitdən artıq istifadə olunmuşdur. 2016-cı ilin noyabr ayına təbii qazdan istifadə ilə Qaçqın limiti ödənildikdən sonra 10159,05 manat borcu yaranmışdır. 2016-cı ilin oktyabr ayında mənzilə gedən qaz xətti üzərində İtron G-4 markalı 1602AZ**********72 nömrəli 0000 kub metr göstərici ilə sayğac quraşdırılmışdır. 2020-ci ilin aprel ayında Qaçqın və Məcburi köçkünlər üçün Kürdəmir rayonunda yeni tikilmiş şəhərcikdə mənzil verilmişdir. İddiaçının hesabında olan olan borcu yeni abonent hesabına ödənilmişdir. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış 10051 manat borcun hesabından silinməsi tələbinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1778/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: M.Bayramov), iddia tələbinin təmin edilməsi, cavabdeh “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 10051 manat borc onun hesabından silinməsi, Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3-cü maddələrinə istinad edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh “Azəriqaz” X1 Rayon Məhkəməsinin 2(041)1778/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. . d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X8 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Kürdəmir Rayon Məhkəməsinin 2(041)1778/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X9 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1778/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apelyasiya şikayətinin dəlilləri həddində Kürdəmir Rayon Məhkəməsinin 2(041)1778/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1778/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə cavabdeh X13 İstismar İdarəsi arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 559 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2016-cı il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı mənzilin qaz xəttinin üzərinə 00000 kub metr göstərici ilə İtron tipli, G-4 markalı, 1602AZ**********72 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş **********6 nömrəli Smart sayğaclı abonentin məlumatından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı mənzilinin qaz xətti üzərinə **********6 nömrəli smart tipli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00460 nömrəli Abonent saldosundan görünür ki, İddiaçı 10.2010-cu il tarixdən 08.2015-ci il tarixə kimi 8842, 75 manat borcunun, 09.2015-ci il tarixdən 11.2016-cı il tarixə olan dövr ərzində 10159,05 manat borcunun olduğu göstərilmiş, 11.2016-cı il tarixdə 02.2020-ci il tarixə olan dövrə ərzində isə borcunun olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir-Ucar və Göyçay rayonları Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Ağdam rayon köçkünü İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 720 nömrəli arayışdan görünür ki, o, 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə 2020-ci ildən halhazıradk ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Ağdam qayonundan məcburi köçkün olan İddiaçı adına qeydə alınmış **********00460 nömrəli Abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci ili naprel ayına təbii qazdan istifadə ilə bağlı borcu olmamış, **********6 Smart sayğaclı abonentin məlumatında isə 2020-ci ilin aprel ayında ondan borca görə tutulma aparılmamış, sonradan 2022-ci ilin yanvar ayından başlayaraq ondan borca görə tutulmalar aparılmış və 2022-ci ilin aprel ayında onun hesabında 10051,04 manat borcunun olduğu göstərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, işin faktiki hallarına əsasən, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin qaz abunəçisi olmaqla **********00460 nömrəli hesabla qeydiyyatdadır. Kürdəmir rayonunda Qaçqın və məcburi köçkünllər üçün yeni tikilmiş mənzildə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini ödəyir. Əvvəllər onların qaz pulunu Qaçqın və Məcburi köçkünlər üzrə idarəsi Qaçqınkom ödəmişdir. Heç vaxt qazla bağlı borcları olmayıb. Lakin 2022-ci ilin aprel ayında qaz pulu ödənişi edəndə tutulma olduğunu görmüşdür. Buna görə Qaz İdarəsinə müraciət etmiş, orada ona qaza görə 10051 manat debitor borcunun olduğunu bildirmişlər. Həmin borcun əsassız yazılmaqla borcun yaxın vaxtlarda siləcəklərini bildirmişlər. Lakin borcu bu günədək silməmişlər. Sənədlərini Qaz İdarəsindən tələb edib almışdır Həmin sənədlərə əsasə xx.xx.2016-cı il tarixdə ******* nömrəli aktla 0000 kub metr göstərici ilə qaz sayğacı quraşdırılmışdır. Lakin həmin vaxt mənzildə qaz sayğacı olmamışdır. 2-ci dəfə xx.xx.2020-ci il tarixdə ******* nömrəli qaz sayğacı çıxarılmış və yerinə başqa bir sayğac quraşdırılmışdır. Qaz sayğacı çıxarılanda onun hesabında qalıq borcu olmamışdır. Abonent saldosunda bu hal 2017-ci ilin aprel ayına kimi davam etmiş, sonradan 2022-ci ilin aprel ayında, yəni 6 ildən sonra ödəniş edərkən tutulma aparılmışdır. Borcu olduğu halda həmin vaxta kimi tutulma olmamış, hesabda isə borcunun 00 manat olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Cavabdeh “Azəriqaz” İB apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən cavabdeh tərəfindən təqdim olunmuş sübutlar düzgün araşdırılmamış və onlara düzgün qiymət verməmişdir. Kollegiya apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən təqdim edilmiş sübutlar düzgün hüquqi qiymət vermişdir. Gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və ədalətli olmuşdur. MPMin 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Ağdam rayonundan məcburi köçkün olan İddiaçı adına qeydə alınmış **********00460 nömrəli Abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci ilin aprel ayına təbii qazdan istifadə ilə bağlı borcu olmamış, **********6 Smart sayğaclı abonentin məlumatında isə 2020-ci ilin aprel ayında ondan borca görə tutulma aparılmamış, sonradan 2022-ci ilin yanvar ayından başlayaraq ondan borca görə tutulmalar aparılmış və 2022-ci ilin aprel ayında onun hesabında 10051,04 manat borcunun olduğu göstərilmişdir. Lakin bu halın təsdiqini tapan sübut cavabdeh “Azəriqaz” İB tərəfindən təqdim edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, təqdim edilən abonent saldosunda 2017-ci il üçün iddiaçının heç bir borcunun olmadığı göstərilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş **********6 Smart Sayğaclı abonentin cədvəlindən görünür ki, iddiaçının 2016-cı ilin 10, 11, 12-ci və 2017-ci ilin 1, 2, 3-cü ayları üçün heç bir qalıq borcu olmamışdır. 2017-ci ilin aprel ayından isə 10159.05 manat borc iddiaçının hesabına yazılmışdır. Lakin bu borcun necə və nə cür yaranması cavabdeh təşkilat tərəfindən sübut olunmamışdır. Həmçinin 2016-cı və 2020-ci illərdə tərtib olunan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında hər iki aktda çıxarılan sayğacın tipi, markası, nömrəsi və ən əsası mexaniki qeyd edilməmişdir. Yəni tərtib olunmuş aktlardan belə iddiaçının borcunun olması belə görülmür. Həmçinin məhkəmə iclasında cavabdeh tərəf iddiaçının borcunun olmasını bildirsə də, bu borcun nəyin əsasında hesablanmasını sübut edə bilməmişdir. Yəni aylar üzrə nə qədər qazın sərf edilməsini və həmin sərfiyyata görə nə qədər borcun hesablanması, həmçinin sərf edilmiş qaza görə borcundan nə qədər ödəməsi və nə qədər qalıq borc qalması müəyyən olunmamışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hal-hazırda isə cavabdeh “Azəriqaz” İB iddiaçı tərəfin borcunun olması halını sübut etməlidir. Əksi halda kollegiya hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir əsas mövcud deyil. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi təmin edilməklə cavabdeh “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 10051 manat borc onun hesabından silinməlidir” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Kürdəmir Rayon Məhkəməsinin 2(041)1778/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1778/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir..
Məhkəmə qərarları › İş №2(106)-535/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-535/2023
13.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver